Məhkəmə qərarları › İş №1(012)-827/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-827/2024

16.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-827/2024 16.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi xx xxxx 1972-ci il tarixdə Lənkəran rayonunun Kənarmeşə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, X7, ev 3117 ünvanında yaşamış, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş, 24 iyun 2024-cü il tarixdə vəfat etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12:10 radələrində Sumqayıt şəhəri, 21 məhəllə ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, 10 manat müqabilində qanunsuz olaraq xeyli miqdarda, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (Siyahı1) daxil edilmiş, bir ədəd şəffaf rəngli sellofana bükümdə çəkisi 0,707 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, üzərində saxlamış və daşımış, 16 fevral 2024-cü il tarixdə saat 18:00 radələrində Saray PB-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi H.Əliyev küçəsi “Saray Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında şübhəli şəxs qismində saxlanılmaqla Abşeron rayon Polis İdarəsinin Saray PB-nin inzibati binasına gətirilib, orada həmin gün saat 20:40-dan 20:50ə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəgli cins şalvarın sağ yan cibindən həmin 0,707 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə təqsirləndirilən şəxs mərhum Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, mütəmadi olaraq narkotik vasitələrdən istifadə edir. Təxminən 5-6 il müddət olar ki, narkotik vasitə və psixotrop maddələrdən əsasən də narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitə heroini əsasən folqa adlanan kağız üzərində çəkməklə istifadə edir. 15 fevral 2024-cü il tarixdə saat 12:10 radələrində Sumqayıt şəhəri, 21 məhəllə adlanan ərazidə köhnə yaşadığı mənzilin yaxınlığında olmuşdur. Həmin zaman işsiz olduğundan Sumqayıt şəhərinə iş axtarmağa getmişdir. Bu zaman bir nəfər şəxslə söhbət etməyə başlamış və həmin şəxs söhbət zamanı narkotik vasitə istifadəçisi olduğunu ona demişdir. O, həmin şəxsə təxminən 5-6 il müddət olar ki, narkotik vasitə heroindən istifadə etdiyini bildirmişdir. Həmin şəxs ona 10 manat müqabilində narkotik vasitə heroin verə biləcəyini demişdir. O, həmin şəxslə razılaşmışıdr. Həmin şəxs onun yanından ayrılmış və təxminən 20 dəqiqə sonra geri qayıtmışdır. Bu zaman o, 21-ci məhəllədə nömrəsini xatırlamadığı binanın həyətində gözləmişdir. Həmin şəxs təxminən 20 dəqiqə sonra geri qayıtmış və ona heroin gətirdiyini bildirmişdir. Bir ədəd şəffaf rəngli sellofan bükümü ona vermiş və o, həmin şəxsin gətirdiyi şəffaf rəngli olan bükülüyə baxıb içərisində həqiqətən də narkotik vasitə heroin olduğunu görmüşdür. Daha sonra həmin tanımadığı şəxsə 10 manat pul vermişdir. Həmin şəxsin verdiyi şəffaf rəngli sellofana bükülmüş heroini isə əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Daha sonra Corat qəsəbəsi ərazisinə getmiş və bir neçə saat Sumqayıt şəhəri, Corat qəsəbəsində gəzib özünə iş axtardıqdan sonra iş tapa bilmədiyindən yaşadığı ünvana qayıtmışdır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında yenidən iş axtarmaq məqsədi ilə Sumqayıt şəhərinə getmiş, lakin özünə iş tapa bilməmişdir. Həmin tarixdə axşam saat 18:00 radələrinə Abşeron rayonu, Saray qəsəbəsi “Saray Petrol” yanacaqdoldurma məntəqəsinin yanı ilə yaşadığı Saray qəsəbəsi, bağlar massivinə piyada şəkildə getmişdir. Bu zaman cibində xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində tanımadığı şəxsdən aldığı narkotik vasitə olan heroin olmuşdur. Bu zaman iki nəfər mülki geyimli şəxsin onun arxasıyca gəldiyini görmüşdür və cibində narkotik vasitə olduğundan həmin şəxslərin polis əməkdaşları ola biləcəyini düşünüb və gizlənmək üçün yer axtarmağa başlamışdır. Lakin ətrafında gizlənməyə yer tapa bilməmiş və həmin şəxslər ona çataraq saxlamışdırlar və polis əməkdaşları olduqlarını bildirmişdirlər. Daha sonra xidməti vəsiqələrini çıxardıb özlərini təqdim etmişdirlər və orada nə gəzdiyini, nə üçün onları görən kimi qaçmaq istədyini, gizlənmək istədiyini soruşmuşdurlar. O, Sumqayıt şəhərindən özünə iş axtarmaqdan gəldiyini və yaşadığı evə getdiyini bildirmişdirlər. Polis əməkdaşları nə üçün onları görən kimi qaçmaq istəməyini soruşduqda o, uzun illərdi narkotik vasitə istifadəçisi olduğunu, üzərində qanunsuz olaraq narkotik vasitə heroin olduğunu və onları görən zaman polis əməkdaşları olduğlarını düşündüyü üçün qorxudan gizlənmək və qaçmaq istədyini bildirmişdir. Daha sonra polis əməkdaşları onlarla birlikdə polis bölməsinə getməli olduğunu bildirmişdirlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə X6 getmişdir. Polis Bölməsinə aparıldığdan sonra ona hüquq və vəzifələrini müdafiə etmək üçün müdafiəçi təqdim edilmişdir. O, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Polis bölməsində ona üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi barədə məlumat verilmişdir. Daha sonra X5 inzibati binasında xidməti otaqlarından birində videoçəkilişlə müdafiəçinin, polis əməkdaşlarının və təhqiqatçının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməyə başlamışdır. Vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilməklə video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O, əynindəki qara rəngli cins şalvarımın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroin çıxardıb təqdim etmişdir. Təqdim etdiyi şəffaf rəngli sellofan bükümə polis əməkdaşlarının, müdafiəçinin və təhqiqatçının iştirakı ilə baxış keçirilmişdir. Həmin bükülüdə nə olduğu soruşulduqda o, həmin bükülüdə narkotik vasitə heroin olduğunu demişdir. Həmin narkotik vasitəni hardan və nə vaxt aldığı soruşulduqda isə həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Sumqayıt şəhəri, 21 məhəllə yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını və istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroin götürülərək zərfə qoyulmuş, üzəri möhürlənmiş, axtarış və götürmədə iştirak edən polis əməkdaşları və müdafiəçisi tərəfindən, habelə onun tərəfindən imzalanaraq qablaşdırılmışdır. Daha sonra üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilmişdir, həmin protokol ucadan oxunmuşdur və imzalarla təsiq edilmişdir. Bütün ifadəsində qeyd etdiyi proses videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Məhkəmə iclasında Abşeron rayon Polis İdarəsinin Saray PB-nin əməliyyat müvəkkili, Şahid2 şahid qismində dindirilərək, ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Saray PBdə sahənin əməliyat müvəkkili vəzifəsində işləyir. 16 fevral 2024-cü il tarixdə Abşeron rayon, Saray qəsəbəsi ərazisində Abşeron RPİ-nin Saray PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ilə birlikdə Abşeron rayon, Saray qəsbəsi ərazisində baş vermiş oğurluq hadisələrinin qarşısının alınması məqsədi ilə xidməti ərazidə xidmət apararkən Abşeron rayon Saray qəsəbəsində yerləşən “Saray Petrol” məntəqəsi yaxınlığında bir nəfər şəxsin özünü şübhəli şəkildə apadığını və qaçmaq istədiyini görmüşdürlər. Onlar, dərhal həmin şəxsi saxlamış və həmin şəxsə xidməti vəsiqələrini gösdərərək özlərini təqdim etmişdirlər. Həmin şəxsin şəxsiyyətini müəyyən etmək üçün bir neçə sula vermişdirlər. Həmin şəxs adının Təqsirləndirilən şəxs olduğunu bildirərək, narkotik istifadəçisi olduğunu, hal hazıda üzərində narkotik vasitə sağladığı səbəbindən tutulmamaq üçün qaçmaq istədiyini bildirmişdir. Onlar həmin şəxsi Abşeron RPİ-nin Saray PB-nə dəvət etdikdə həmin şəxs heç bir etiraz etmədən onlarla X6 getmişdir. Abşeron RPİ-nin Saray PB-də həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Daha sonra Saray PB-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Daha sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, narkotik vasitə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellafon büküm çıxardıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Sonra iştirakçıların gözü qarşısında Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükülüyə açılaraq baxış keçirilmişdir və həmin vaxt bükümdə qəhvəyi rəngli narkotik vastə heroin olduğu aşkar olunmuşdur. Daha sonra həmin büküm müvafiq qaydada qablaşdırılmış və üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdə olan narkotik vasitə heroini haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs həmin natrkotik vasitəni birgün əvvəl yəni xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 21-ci məhəllədə nömrəsini xatırlamadığı binanın yaxınlığında tanımadığı şəxsdən 10 manat müqabilində aldığını və üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmiş Şahid1 digər Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. Şübhəli şəxsin tutulması haqqında” 16 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:35 radələrində şübhəli şəxs qismində tutulmuşdur;

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 17 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/963 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №246" dairəvi möhür əksi və "...Təqsirləndirilən şəxs-imza, üç-imza, Tərtib etdi: M.Bəşirovimza..." yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi- 0,707 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindirTədqiqata təqdim olunmuş narkotik vasitə heroinin təmiz çəkisi – 0,707 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq –0,657 qram. Aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat təşkil edir;

3. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 17 fevral 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır.

4. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 18 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir.

5. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi və barəsində digər qətimkan tədbirinin seçilməsi haqqında” 18 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatəti təmin edilməmiş, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Abşeron RPİ-nin X3 dərhal azad olunmuşdur.

6. “Maddi sübut kimi tanıma” haqqında 19 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmü qalıq çəkisi-0,657 qram narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Abşeron RPİ-də olan maddi sübutların saxlanması otağəna təhvil verilmişdir.

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 mart 2024-cü il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2003cü il tarixli hökmü ilə 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2005-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur.

8. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X2 haqqında 05 mart 2024-cü il tarixli, 1463 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.

9. “Sübutların qiymətləndirilməsi” 20 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,707 qram narkotik vasitə olan heroinin ekspertiza keçirildikdən sonra qalıq qalmış 0,657 qramı iş üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanıldığı anbara təhvil verilmiş, həmçinin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq, iş materiallarına əlavə olunmuş, həmçinin iş üzrə təqsirləndirilən şəxsin etirafedici və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokolu, diskə baxış protokolu, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə-narkoloji ekspertizasının ekspert rəyləri, maddi sübut və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmişdir.

Şəxsi axtarış və götürmə aparılması barədə 16 fevral 2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəfaf rəngli sellafona bükülmüş narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin narkotik vasitə heroin bükümü götürülmüşdür.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroin əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün ibtidai istintaqda verdiyi ifadəsi, həmçinin məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntü, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs 24 iyun 2024-cü il tarixdə öldüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 106-1.3-cü maddəsinə əsasən Cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. 106-1.4-cü maddəsinə əsasən Ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Qanunla müəyyən olunmş müddət ərzində təqsirləndirilən şəxsin yaxın qohumlarından hüquqi varis kimi tanınmaq istəyini bildirməmişdir. Həmçinin məhkəmə prosesində təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil bəraət verici əsaslar olmadan cinayət təqibi üzrə craata xitam verilməsinə razılığını bildirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə); 44.2.1-1ci maddəsinə əsasən bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda - ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,657 qram narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə - 01 ədəd DVD formatlı kompak disk - cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı mərhum Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Müseyb oğluna 25 saat üçün nəzərdə tutulan 150 manat pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin, lakin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-1-ci maddəsinə əsasən cəza təyin edilməsin. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Abşeron rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0,657 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Mərhum Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə etmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar