Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-829/2025 11.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Məmməd oğlunun Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Sultan şadlıq sarayı ilə qarşı-qarşıya olan yataqxanada yerləşən 63 saylı otaqda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Məmməd oğluna özünü dövlət qrumlarında geniş əlaqələri olan işgüzar şəxs kimi təqdim edib buna inandıraraq sonuncunun qızı Şahid Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsindən sürücülük vəsiqəsi alacağına və Şahid Abşeron rayonu, Xırdalan şəhərində olan orta məktəblərdən birinə Təsviri incəsənət müəllimi qəbul etdirəcəyinə dair yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs 2023-cü ilin dekabr ayının əvvəllərində "xxxx" ASC-nin ünvan 3 ünvanda yerləşən filialının yaxınlığında olan “Zeytun” marketin qarşısında 1500 manat və 2023-cü ilin dekabr ayının ortalarında həmin yerdə 7500 manat, cəmi vahid niyyətlə əhatə olunan qəsdlə 9000 manat pulunu alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs 9000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs Məmməd oğlu təxminən 2-3 il olar ki, tanış olmuş, onların arasında hər hansı ədavət, narazılıq və düşmənçilik olmamışdır. Anarla Abşeron rayonu, Xırdalan şəhərində icarəyə götürdüyü mağazada alış-veriş edən zaman tanış olmuşdur. O, həmin ərəfələrdə avtomobil idarə etməyi öyrənmək istəyən qadınlar üçün sürücülük dərsləri keçərək avtomobil idarə etməyi öyrətmiş, Anar da bu barədə məlumatlı olmuşdur. 2023-cü ilin noyabr ayında Anarın işlədiyi mağazada olan zaman sonuncu ona qızı Alsunun Azərbaycan Dövlət Pedaqoji Universitetini Təsviri incəsənət müəllimliyi fakultəsini bitirməsini, lakin iş tapmadığını, qızını Xırdalan şəhərində orta məktəblərdən birinə ixtisası üzrə müəllim kimi işə düzəltmək və sürücülük vəsiqəsi almaq istəməsini demiş, köməklik göstərməsini xahiş etmişdir. O, Anara bu işləri həll edən tanışı olmasını, onun vasitəsi ilə qızı üçün həm sürücülük vəsiqəsi alabiləcəyini, həmdə məktəbə müəllimə kimi işə düzəldə biləcəyinə dair yalan ümid verərək, onu daha da inandırmaq üçün həmin tanışının nazirlikdə işləməsini, bir neçə dəfə təlim keçdiyi şəxslərə sürücülük vəsiqəsi almağını və bir neçə nəfər şəxsi işə düzəltdiyini bildirmiş, sonuncu onun dediklərinə inandırmışdır. Anardan qızına sürücülük vəsiqəsi almağı üçün 1500 manat, işə düzəlməsi üçün isə 7500 manat pul istəmiş, sonuncu da onun təklifi ilə razılaşmışdır. 2023-cü ilin dekabr ayının əvvəllərində Anar ona zəng edərək görüşmək istədiyini demiş və onlar həmin günü Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Zeytun” marketin qarşısında görüşmüş, sonuncu qızı Alsuya sürücülük vəsiqəsi almağı üçün ona 1500 manat pul və qızının şəxsiyyət vəsiqəsinin surətini vermişdir. O, Anardan vəsiqəni və pulu götürərək, sənədlər hazır olduqda xəbər edəcəyini və qızını DİN-nin BDYPİ-nə aparmalı olacağına dair yalan vəd vermişdir. Bir neçə gün sonra Anar ona zəng edərək yenidən görüşmək istədiyini bildirmiş və onlar yenə “Zeytun” marketin qarşısında görüşərək, qızının işə düzəlməsi üçün pul vəsaitini hazırladığını bildirərək, ona 7500 manat pul vermişdir. O, pulu götürərək, bir ay müddətində qızının işə qəbul olma əmrinin veriləcəyinə dair yalandan söz vermişdir. Anardan aldığı ümumilikdə 9000 manat pulu isə öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bir müddət keçdikdən sonra Anar ona zəng etmiş, lakin o, verdiyi vədə əməl etmədiyindən sonuncunu müxtəlif bəhanələrlə aldadıb, bir neçə ay daha da vaxtı uzatmışdır. Anar artıq onu gözləməmiş, onun barəsində Abşeron rayon Polis İdarəsinə şikayət etmişdir. Anardan pul alan zaman tək olmuş, onların arasınpa pul barədə qəbz və yaxud müqavilə olmamışdır. Alsuya sürücülük vəsiqəsi almaq və sonuncunu işə düzəlmək səlahiyyəti olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq törətdiyi əməldən peşman olmasını, cinayət əməli nəticəsində dəymiş zərərdən 7000 manat pul ödəməsini, qalan pulu isə sentyabr ayının sonunadək ödəyəcəyinə dair zərərçəkmiş şəxslə aralarında razılıq əldə etməsini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Məmməd oğlu verdiyi ifadəsində göstərdi ki, o təxminən 2-3 il olar ki, Abşeron rayonu, Xırdalan şəhərində mağaza icarəyə götürmüş, həmin ərəfədə mütəmadi olaraq icarədarı olduğu mağazaya gələrək, ərzaq məhsulları alan özünü Seva kimi təqdim edən Təqsirləndirilən şəxs ilə arasında tanışlıq yaranmışdır. Aralarında olan söhbət zamanı Sevinc ona tanışı olmasını, həmin şəxsin işgüzar əlaqələrinin geniş olmaqla onun vasitəsilə bir neçə nəfəri işə düzəltməsini və DİN-nin BDYPİ-dən sürücülük vəsiqəsi almasını, həmin sənədləri əldə etmək istəyən şəxs olacağı halda ona müraciət etməsini bildirmişdir. Həmin müddətdə qızı Şahid Azərbaycan Dövlət Pedaqoji Universitetini Təsviri incəsənət müəllimliyi üzrə fakultəni bitirmiş, lakin heç bir yerdə işləməyən qızını Xırdalan şəhərində olan məktəblərdən birinə işə düzəltmək və sürücülük vəsiqəsi almaq üçün Sevinc mağazaya gəldikdə ona müraciət etmişdir. Sevinc ondan sürücülük vəsiqəsi üçün 1500 manat, işlə bağlı isə 7500 manat pul almışdır. Həmin müddətdən sonra o, bir ay gözləmiş, lakin heç bir zəng olunmamış, nə qızının işi düzəlmiş, nə də ki, sürücülük vəsiqəsi almışdır. O, Sevinclə əlaqə saxladığı zamanlarda verdiyi vədlərin hansı müddətdə yerinə yetiriləcəyini soruşmuş, sonuncu hər dəfəsində müxtəlif bəhanələr gətirib onu aylarla gözlədərək, vaxtı uzatmış, ya işi düzəldəcəyinə, ya da ki, pulu qaytaracağına dair söz vermişdir. Artıq bir müddən sonra Sevincin onu aldatmasını, başa düşərək, 12 oktyabr 2023-cü il tarixdə Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs ümumilikdə vermiş olduğu 9000 manat olan pulun 7000 manatını ödəmiş, qalan 2000 manat pulu isə sentyabr ayının sonunadək ödəyəcəyi barədə söz vermişdir, lakin həmin şəxsə artıq etibarı qalmamışdır. Lakin pulun qaytarılacağına ümid edir, belə olan halda şikayətçi deyildir. Məhkəmə iclasında dəvət olunaraq, şahid qismində dindirilmiş Şahid istintaqda verdiyi ifadəni təsdiq edərək göstərdi ki, zərərçəkən şəxs onun atasıdır və onlar birlikdə yaşayırlar. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təsviri incəsənət müəllimliyi üzrə fakultəni bitirdikdən sonra heç bir yerdə işləməmişdir. O ailəsi ilə birlikdə düşünərək, Abşeron rayonu, Xırdalan şəhərində olan orta məktəblərdən birinə müəllimə kimi işə düzəlməi və gedib-gəlməkdən ötrü avtomobil idarə etməsi üçün sürücülük vəsiqəsi almağına dair qərara gəlmiş, bundan sonra atası bu işləri həl edə biləcək şəxs axtarmışdır. 2023-cü ilin dekabr ayında atası yaşadığı evdə olan zaman Sevinc adlı qadınla 1500 manat pul müqabilində sürücülük vəsiqəsi ala biləcəyi, 7500 manat pul müqabilində isə təsviri incəsənət müəllimi olaraq işə düzələcəyi ilə bağlı razılığa gəlməsini demiş, onun vəsiqəsini və sürücülük vəsiqəsi üçün 1500 manat pulu götürərək, sonuncuya vermək üçün getmişdir. 2023-cü ilin dekabr ayının ortalarında atası yaşadığı evdən 7500 manat pul və diplomunu götürərək, Sevincə verməsi üçün görüşəcəkləri yerə getmişdir. Onlar pulu verdikdən sonra bir neçə ay əlavə olaraq gözləmiş, lakin sonda anlamıışlar ki, Sevinc adlı qadın atasını aldatmış, pulunu ələ keçirmişdir. Atasına onun aldadılmağı məlum olduqda o, Abşeron rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan əlavə şahid Alsu Həsənov məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, atası onun işə düzəlməsi və vəsiqə almaq barədə bir neçə dəfə Təqsirləndirilən şəxs ilə onu yanında telefonla danışmışdır. Atası Sevincə verilən pul zaman orada iştirak etməmiş, hadisə yalnız atasının danışdıqları əsasında ona məlum olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin başlanması” haqqında 08 fevral 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Abşeron RPİ-nin müstəntiqi tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 oktyabr 2024-cü il tarixli qərarı qanunsuz və əsassız olduğuna görə ləğv edilmiş, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılmasından ötrü Abşeron RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir;
2. “Cinayət işinin icraata götürülməsi” haqqında 08 fevral 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır;
3. “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Məmməd oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır;
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20 fevral 2025-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs sonuncu dəfə 15 aprel 2022-ci il tarixdə Nəsimi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur;
5. “Şübhəli şəxsin tutulması” haqqında 23 aprel 2025-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs 23 aprel 2025-ci il tarixdə, saat 13:10-da şübhəli şəxs qismində tutulmuşdur;
6. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 25 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur;
7. “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında 25 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir;
8. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və azad edilməsi” barədə 25 aprel 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir;
9. “Sübutların qiymətləndirilməsi” haqqında 25 aprel 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 25 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması, sonuncunun barəsində seçilmiş başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, təqsirləndirilən şəxsin ifadəsi toplanmış sübutların məcmusu ilə təstiq edildiyindən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Məmməd oğlunun ifadəsi və Şahid ifadısi iş üzrə sübut növü kimi qiymətləndirilmişdir;
10. Sumqayıt şəhər Probasiya Şöbəsinin 02 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 1(006)-64/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasna məhkum edilmiş Təqsirləndirilən şəxs qeyd edilən cəzanı 30 may 2025-ci il tarixdə cəzanı çəkib qurtarmış və qeydiyyatdan çıxarılmışdır;
11. Zərərçəkmiş şəxs Məmməd oğlu məhkəməyə qəbz təqdim edərək göstərmişdir ki, ümumilikdə ona dəymiş 9000 manat ziyandan 7000 manat pulu ödənilmiş, qalan 2000 manat pulu isə 2025-ci ilin sentyabr ayının sonunadək ödənilməsinə razıdır.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini və razılaşmanın olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir, onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə az ağır cinayət törətdiyinə görə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 1(006)-64/2022 saylı hökmü ilə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə) 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və 30 may 2025-ci il tarixdə cəzanı çəkib qurtarmaqla qeydiyyatdan çıxarılmışdır. Beləliklə Təqsirləndirilən şəxs məhkumuq müddətində hazırda törədilməsində təqsirləndirildiyi az ağır cinayətlər kateqoriyasına aid əməli törətməsi Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə görə residivin müəyyən edilməsi zamanı nəzərə alınmasa da bu bu hal onun şəxsiyyətini mənfi xarakterizə edən amil hesab olunur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi yuxarıda qeyd olunan Plenumunun Qərarında məhkəmələrin nəzərinə çatdırılır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə cinayət qanunvericliyinin təlbələrini, Ali Məhkəmənin Plenumunun tövsiyyələrini, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini əməlində cəzanı yüngülləşdirən hal olaraq qiymətləndirərək, həmçinin ağırlaşdırıcı halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü ilə onun islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, saat 19:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Sultan şadlıq sarayı ilə qarşı-qarşıya olan yataqxanada yerləşən 63 saylı otağı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4.8-ci bəndində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti olmadığı qənaətindədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 66-cı bəndində müəyyən olunur ki, cinayət prosesində zərər çəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.20-ci maddəsi zərərçəkmiş şəxsin cinayət törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq imkanını hər hansı şərtlə əlaqələndirilməyən hüquq kimi təsbit etmiş, buna müvafiq olaraq da qanunverici cinayət prosesini həyata keçirən orqanların zərərçəkmiş şəxsin həmin hüququndan irəli gələn vəzifələrini müəyyən etmişdir. Belə ki, həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. Bundan başqa qeyd olunan Məcəllənin 132.1.5-ci maddəsinə görə isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış (maddi sübut kimi qiymətləndirilmiş) pul və qiymətli əşyalar məhkəmənin yekun qərarı çıxarılarkən sahiblərinə, mülkiyyətçılərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Odur ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxslərin maddi ziyanın vurulması ilə müşayiət olunan (məsələn, oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, quldurluq, əmlakı qəsdən və yaxud ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və s. bu kimi) cinayət nəticəsində məhrum olunduqları (sübut yetirilmiş cinayətin təsvirində qeyd olunan) pul vəsaitləri və digər əmlakı mülki iddianın verilməsi ilə şərtləndirilmədən cinayət-prosessual restitusiya qaydasında onlara qaytarılmalı, hər hansı səbəbdən həmin əmlakı qaytarmaq mümkün olmadıqda və xüsusi müsadirə tətbiq olunduqda isə, təqsirkarın bu əmlaka bərabər digər əmlakının müsadirə olunması hesabına onlara vurulmuş maddi ziyan ödənilməlidir. Ona görə də, məhkəmə cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi ziyana görə Zərərçəkmiş şəxs Məmməd oğlunun xeyrinə 2000 manat məbləğində pul vəsaiti tutularaq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 25 (iyirimi beş) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 275 (iki yüz yetmiş beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsindətəqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhəri Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, saat 19:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Sultan şadlıq sarayı ilə qarşı-qarşıya olan yataqxanada yerləşən 63 saylı otağı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt şəhəri Probasiya Şöbəsinə həvalə edilsin və cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi ziyana görə Zərərçəkmiş şəxs Məmməd oğlunun xeyrinə 2000 (iki min) manat məbləğində pul vəsaiti tutularaq ödənilməlidir. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 25 (iyirimi beş) saat iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 275 (iki yüz yetmiş beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Abusət Qasımov