Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-83/2020 18.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sə-drliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X2 iştirakları ilə xx.xx.1985-ci ildə Bakı şəhəriində anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi Ax.M.Əbdülkərim küçəsi, döngə-4, ev 5-də qeydiyyatda olan, ünvan 1 mənzil 9 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxx 2019-cu il tarixə keçən gecə saat 02 radələrində Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Masazır kəndi, Fizuli küçəsində yerləşən fərdi yaşayış evinin pəncərəsini həyətdən götürdüyü dəmir parçası ilə açmaqla evə qanunsuz daxil olaraq, yataq otağındakı dolabda saxlanılan 600 manat dəyərində 1 ədəd qızıl üzük, sırğa dəstini, 400 manat dəyərində 1 cüt qızıl sırğanı, hər biri 100 manat dəyərində 2 ədəd 200 manat dəyərində qızıl medalyonu, hər biri 200 manat dəyərində 2 ədəd 400 manat dəyərində qızıl üzüyü, cəmi 400 manat dəyərində gümüş bəzək əşyalarını və 20 manat məbləğində nəğd pulu oğurlayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 2020 manat məbləğində maddi ziyan vurulmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2019-cu il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs2 qızının Abşeron rayonu, Masazır kəndi, Füzuli küçəsi döngə 1-də yerləşən, 50 nömrəli fərdi yaşayış evinin darvazasının qapısının açıq olmasından istifadə edib, qanunsuz həyətə daxil olaraq, evin mətbəxinin plastik pəncərəsini həyətdən götürdüyü dəmir parçası ilə açmaqla içəriyə qanunsuz daxil olub, yataq otağındakı paltar dolabının içərisindəki qızıl qabından 600 manat dəyərində 1 ədəd, üzərində brilliant qaşları olan qızıl kişi üzüyünü, 150 manat dəyərində 1 ədəd, üzərində sadə qaşları olan qızıl üzüyü və 250 manat dəyərində1 ədəd, qızıl medalyonlu boyunbağını oğurlayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1000 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxx 2019-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs3 Abşeron rayonu, Masazır kəndi, Dədə Qorqud küçəsi-44 ünvanında yerləşən evinə pəncərəni həyətdən götürdüyü dəmir parçası ilə açmaqla qanunsuz daxil olaraq, yataq otağında dolabdakı parça xurcunda saxladığı 2430 manat dəyərində 7 ədəd brilyant qaşı olan, 1 ədəd qızıl üzüyü, 720 manat dəyərində 1 ədəd qızıl üzük, sırğa dəstini, 1080 manat dəyərində 1 ədəd qızıl boyunbağını, 600 manat dəyərində qızıl kişi üzüyünü, 160 manat dəyərində 1 cüt qızıl sırğanı oğurlayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 4990 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxx 2019-cu il tarixdə saat 14:30 radələrindən Zərərçəkmiş şəxs4 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə pəncərəni həyətdən götürdüyü dəmir parçası ilə açmaqla qanunsuz daxil olaraq qonaq otağındakı dolabın rəfindən 80 manat dəyərində 1 ədəd qızıl qolbağını və 500 manat məbləğində nəğd pulu oğurlayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 580 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxx 2019-cu il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs5 Abşeron rayonu, Masazır kəndi, Ş.Qurbanov küçəsi-52C ünvanında yerləşən fərdi yaşayış evinə pəncərəni həyətdən götürdüyü dəmir parçası ilə açmaqla qanunsuz daxil olaraq oradan 1400 manat dəyərində 1 ədəd “Acer” markalı notebooku və 800 manat dəyərində 2 ədəd qızıl qolbağını oğurlayaraq zərərçəkmiş şəxs Bəhmən Mayılova ümumilikdə 2200 manat məbləğindəmaddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, fərdi əməklə məşğuldur. Bakı şəhərində diş texniki kimi işlədiyi emalatxana 2019-cu ilin əvvəllərində bağlandığına görə diş düzəltmək üçün müştərilərdən aldığı 3 min manata yaxın pulu geri qaytarmalı olmuş, həmin pulları xərclədiyinə görə qaytara bilməmiş və pul əldə etmək üçün oğurluq etmək qərarına gəlmişdir. xx xxxx 2019-cu il tarixdə saat 02 radələrində Abşeron rayonu, Masazır qəsəbəsinə getmiş və oğurluq etmək üçün münasib ev axtarmağa başlamışdır. Həmin vaxtı oradakı evlərdən birində yaşayış olmadığını hiss edib, hasardan tullanaraq həmin evin həyətinə keçmiş və sonra evin plastik pəncərəsini yerdən götürdüyü dəmir parçası ilə açaraq içəriyə daxil olaraq qızıl və pul axtarmağa başlamış, həmin vaxtı yataq otağında olan dolabda 100 manat pulun və bir ədəd qızıl boyunbağının olduğunu görüb həmin pulu və qızıl əşyasını götürüb oradan çıxıb getmiş, oğurladığı bir ədəd boyunbağını ertəsi günü Bakı şəhəri, Nəsimi rayonu, “Moskva” univermağının yanında yerləşən qızıl-zinət əşyalarının satıldığı mağazaya şəxsiyyət vəsiqəsini təqdim edərək, özünə məxsus əşya kimi 35 manata satmışdır. Əldə etdiyi pulları isə şəxsi ehtiyaclarna xərcləmişdir. Bundan təxminən bir ay sonra, yəni xx xxx 2019-cu il tarixdə yenə oğurluq etmək niyyəti ilə Abşeron rayonu, Masazır kəndinə getmiş və orada fərdi evlər olan məhəllədə piyada gəzərək oğurluq etmək üçün münasib ev axtarmağa başlamış, saat təxminən 17 radələrində küçədəki evlərdən birinin darvazasını əllə yoxlayıb, açıq olduğunu hiss edib, evdə kiminsə olub-olmadığını yoxlamaq üçün qapını döymüş, heç kim cavab vermədiyinə görə həyətə baxıb, heç kimin olmadığını görüb içəriyə keçmiş və həyətdəki iki evdən sağ tərəfdəkinə yaxınlaşıb qapını əli ilə yoxlayıb, açarla bağlı olduğunu görüb, qapıdan sol tərəfdə olan pəncərəyə yaxınlaşmış, həmin pəncərəni özü ilə götürdüyü dəmir parçası ilə açmış, sonra pəncərədən içəri daxil olmuş və həmin otağın mətbəx olduğunu görüb oradan dəhlizə, sonra isə qarşı tərəfdə olan yataq otağına keçmişdir. Yataq otağındakı paltar şkafını açıb orada oğurlamaq üçün qızıl və pul axtarmağa başlamış, həmin şkafın içərisində qırmızı rəngli qızıl qabını görüb qabı açıb içərisində 2 ədəd qızıl üzük və üzərində medalyon olan qızıl boyunbağını götürüb tələsik evdən həyətə çıxıb darvazaya yaxınlaşanda həyətdəki digər evin yanında bir nəfərin siqaret çəkdiyini görüb ona salam verimiş və küçəyə çıxıb oradan uzaqlaşmışdır. Bundan sonra piyada Masazır kəndində mərkəzi yola çıxaraq oradan avtobusla Bakı şəhərinə Memar Əcəmi metrosunun yanına gedib, metro ilə yaşadığı evə getmişdir. Masazır kəndindəki evdən oğurladığı qızıl əşyalarını ertəsi günü “Moskva” univermağının qarşı tərəfində yerləşən qızıl dükanına şəxsiyyət vəsiqəsini təqdim edərək, 250 manata satıb pulunu şəxsi ehtiyaclarıma xərclədim. Qızılları satdığı şəxsə həmin qızılların özünə məxsus qızıllar olduğunu və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Bundan 2 gün sonra, yəni xx xxx 2019-cu il tarixdə yenə xərcləməyə pulu olmadığına görə oğurluq etmək qərarına gəlmiş və bu niyyətlə saat 16 radələrində Abşeron rayonu, Masazır kəndinə gedib oğurluq etmək üçün münasib ev axtarmağa başlamış, həmin vaxtı iki mərtəbəli, kürsülü ev diqqətini cəlb etmiş, evdə heç kimin olmadığına əmin olduqdan sonra yenidən ətrafa nəzər salıb, qonşuluqdakı evinin həyətindən həmin evə keçən balaca qapı olduğunu görüb qonşu həyətindən həmin iki mərtəbəli evin həyətinə keçmiş və evə daxil olmaq üçün münasib yer axtarmağa başlamış, həmin vaxtı evin arxa tərəfindəki plastik pəncərəni əli ilə itələyib açaraq evin birinci mərtəbəsinə daxil olub oradakı bəzi əşyaların altında qızıl və pul axtarmağa başlamış, lakin tapa bilmədiyib, evin ikinci mərtəbəsinə qalxmış və oradakı yataq mebelinin yanındakı balaca dolabadakı xurcuna oxşar torbada sənədlər, qızıl boyunbağı, iki ədəd qızıl üzük olduğunu görüb, həmin qızılları götürmüş, sonra sənədlərlə birlikdə torbanı götürdüyü yerə qoyaraq oradan uzaqlaşıb, Bakı şəhəri, 3 mikrorayon ərazisində yerləşən “Moskva” ünivermağının yanına gedib, oğurladığı qızılları orada olan qızıl alqı-satqı mağazasına 350 manata, özünə məxsus qızıl əşyası kimi satmış, əldə etdiyi pulları bir neçə gün ərzində şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan bir neçə gün sonra, yəni xx xxx 2019-cu il tarixdə Xırdalan şəhərində yaşayan bacısından borc pul almaq üçün saat təxminən 11 radələrində yaşadığı evdən çıxıb avtobusla Xırdalan şəhərinə bacısıgilə getmiş və ondan borc pul istəmiş, bacısı da pulu olmadığını bildirmiş, o da geri qayıtmaq üçün bacısıgilin yaşadığı evdən çıxmış və pulu olmadığına görə yenə oğurluq edib pul əldə etmək qərarına gəlmiş, bu məqsədlə Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivində bacısıgilin yaşadığı yerdən bir az aralıda tanımadığı küçədə oğurluq etmək üçün münasib ev axtarmağa başlamış, saat təxminən 14 radələrində tanımadığı küçədəki fərdi yaşayış evlərinin sıx olduğu məhəlləyə gedib oradakı kürsülü, həyət qapısı birbaşa küçəyə açılan fərdi yaşayış evindən oğurluq etməyin mümkün olduğunu düşünüb, həmin evin giriş qapısına yaxınlaşıb, evdə kiminsə olubolmadığını yoxlamaq üçün qapını döymüş, bu zaman qonşuluqdakı evdən bir qadın çıxıb ona həmin evin sahiblərinin evdə olmadıqlarını, axşam evə gələcəklərini söyləmiş və ondan kimliyini, ev sahiblərini nə üçün axtardığını soruşduqda, qadını aldadaraq su filterləri quraşdıran şirkətdə işlədiyini söyləyib oradan uzaqlaşmış və bir qədər kənarda dayanıb, oradakı qadının, qonşuluqdakı evin qarşısında daynmış tanımadığı oğlanın getməsini gözləməyə başlamış, təxminən 2 dəqiqədən sonra onların getdiklərini görüb, az əvvəlki evə yaxınlaşıb ətrafdan onu heç kimin görmədiyinə əmin olub, yerdən götürdüyü dəmir qırığını evin giriş qapısının sağ tərəfindəki plastik pəncərənin arasına salıb, pəncərəni əli ilə zərblə itələyib açaraq, oradan içəriyə daxil olub, qızıl və pul axtarmağa başlamışdır. Evin giriş qapısından sol tərəfdə, qonaq otağındakı divarboyu mebel dəstinin şüşəli rəfindəki pul kisəsinin içərisində 80 manat pul olduğunu görüb həmin pulu götürüb cibinə qoymuş, sonra rəfdə qolbaq olduğunu görsəm də onların qızıl olmadığını hiss edib götürməmiş və həmin mebel dəstinin digər rəflərində əlavə pul və qızıl əşyası axtarmağa başlamış, lakin heç nə tapa bilməyib, evə girdiyi pəncərədən çölə çıxaraq oradan üzaqlaşıb bacısıgilin yaşadığı məhəlləyə getmiş, amma bacısıgilə getməyib oradan avtobusla Bakı şəhərinə qayıtmışdır. Oğurluqdan əldə etdiyi pulları bir neçə gün ərzində şəxsi ehtiyaclarına xərcələmişdir. Bundan bir neçə gün sonra, yəni xx xxx 2019-cu il tarixdə xərcləməyə pulu olmadığına görə yenə oğurluq etmək qərarına gəlmiş və bu niyyətlə nahar vaxtı yaşadığı evdən çıxıb avtobusla Abşeron rayonu, Masazır kəndinə gedib, oğurluq etmək üçün münasib ev axtarmağa başlamışdır. Həmin vaxtı oradakı evlərin birində heç kimin olmadığına tam əmin olub, hasardan tullanaraq evin həyətinə keçmiş və evin arxa pəncərəsini yerdən götürdüyü dəmir parçası ilə açıb içəriyə daxil olaraq otaqdakı dolabada olan “Acer” markalı notebooku və siyirmədə olan iki ədəd qızıl qolbağını götürüb cibinə qoymuşdur. Həmin qızıl qolbağılardan biri qırıq olmuş, digərinin üzərində isə qız adı yazılmışdır. Oğurladığı notebooku elə həmin günü axşamüstü Bakı şəhəri “Memar Əcəmi” metrostansiyası yaxınlığında kompyuter, mobil telefon təmiri və satışı mağazasında 100 manata Səməd adlı şəxsə, qızıl-zinət əşyalarını isə tanımadığı şəxsə satmışdır. Həmin oğurluqdan əldə etdiyi pulu bir neçə günə şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi İslam Səfərli küçəsi döngə 1-də yerləşən nömrəsiz, kürsülü, bir mərtəbəli fərdi yaşayış evində anası ilə birlikdə yaşayır. Xırdalan şəhəri “Bizim ev” ticarət mərkəzinin yaxınlığındakı ayaqqabı mağazasında satıcı işləyir. Anası da Bakı şəhərində şirniyyat sexində işlədiyinə görə hər ikisi səhər saat 08 radələrində evdən çıxıb axşam saat 21-22 radələrində evə qayıdırlar. xx.xx.2019-cu il tarixdə də həmişəki kimi səhər saatlarında evlərinin qapı və pəncərələrini bağlayıb, anası ilə birlikdə evdən çıxıb işə getmiş, axşam saat 20:30 radələrində evə qayıtdığı vaxt evlərinin giriş qapısından sağ tərəfdə yerləşən plastik pəncərəsinin açıq olduğunu görüb, evlərindən oğurluq olduğunu hiss edərək tez qapını açıb içəriyə daxil olmuş və ətrafa nəzər salıb yataq otağındakı dolabda olan paltarlarının səliqəsinin pozulduğunu, qonaq otağndakı divarboyu dolabın rəfinə qoyduğu 80 manat dəyərində olan 1 ədəd qızıl qolbağının və həmin dolabın siyirməsindəki 6 ədəd 50 manatlıq və 2 ədəd 100 manatlıq əskinazlardan ibarət 500 manat məbləğində pulun yerində olmadığını görüb oğurlandığını yəqin edib, mobil telefonu ilə zəng edərək bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. İş üzrə Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, ona qarşı şikayəti və tələbi olmamasını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, xx xxx 2019-cu il tarixdə səhər saat 07:30 radələrində ailəsi ilə birlikdə yaşadığı Abşeron rayonu, Masazır kəndi, Şıxəli Qurbanov küçəsindəki 52 C nömrəli evindən çıxıb Bakı şəhərinə getmiş, həmin günü təxminən saat 23:30 radələrində evə qayıdarkən həyət darvazasının açıq olduğunu görüb tez həyətə daxil olmuş və evinin qapısını sərbəst açıb içəriyə içəriyə girmiş, bu zaman yataq otağının pəncərəsinin açıq olduğunu görüb evindən oğurluq olmasından şübhələnmiş, evin içərisində ətrafa nəzər salmış, həmin vaxtı evindən ona məxsus 1400 manat dəyərində 1 ədəd “Acer” markalı notebookun və 800 manat dəyərində olan 2 ədəd qızıl qolbağının yerində olmadığını müəyyən etmiş, lakin ertəsi günü səhər yenidən Bakı şəhərinə xəstəxanaya getməli olduğu üçün bu barədə heç kimə bildirməmiş, xx xxx 2019-cu il tarixdə Abşeron RPİ-nə gəlib baş vermiş hadisə barədə ərizə yazmışdır. Oğurlanmış qızıl qolbağıların birinin üzərində “Leyla” sözü yazılımış, digər qolbağı isə qırıq olmuş, həmin qolbağıların ümumilikdə çəkisi təxminən 10 qram olmuş, notebookun isə üzərində olan aşağı və sola istqamətləndirici düymələri qopmuş vəziyyətdə olmuşdur. Sonda o, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyan ödənilməmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Masazır kəndi Füzuli küçəsindəki fərdi evində yaşayır. xx.xx.2019-cu il tarixdə saat təxminən 14 radələrində yaşadığı evin qapı və pəncərələrini bağlayıb, həyat yoldaşı ilə birlikdə Neftçala rayonunda yaşayan qohumlarıgilə qonaq getmiş, bir gün sonra, yəni xx.xx.2019-cu il tarixdə saat 20 radələrində evinə qayıtdığı vaxtı yataq otağının pəncərəsinin açıq olduğunu, digər yataq otağında olan dolabın siyirməsindəki 600 manat dəyərində olan bir ədəd qızıl üzük-sırğa dəstinin, 400 manat dəyərində olan bir cüt qızıl sırğanın, hər biri 100 manat dəyərində olan iki ədəd qızıl medalyonun, hər biri 200 manat dəyərində olan iki ədəd qızıl üzüyün, cəmi 400 manat dəyərində olan gümüş dəstlərinin və 20 manat nəğd pulun yerində olmadığını görüb evindən oğurluq olduğunu hiss edib, mobil telefonu ilə DİN-nin 102 zəng xidməti mərkəzinə bu barədə məlum vermiş, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 2020 manat məbləğində maddi ziyan dəymişdir. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini, ondan şikayətçi olduğunu bildirmişdir.. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 qızının elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailəüzvləriyləbirlikdəünvan 5 ünvanında yerləşən fərdi evində yaşayır. Masazır kəndində yerləşən Laçınrayonu 11 №litamortaməktəbdəriyaziyyatmüəlliməsiişləyir. X1 hərbçidir. Qaynatasınaməxsusev də onların yaşadıqları həyətdə yerləşir. Qayını Şahid1 da öz ailəsi ilə həmin evdə yaşayır. xx xxx 2019cuiltarixdəsaat 17 radələrindəqohumunun toyundaiştiraketməküçünailəüzvləri iləbirlikdəSumqayıtşəhərindəyerləşən“Danulduzu”restoranınagetmiş, qaynatasıvəqaynanasıdahəmin toy məclisində olmuş, qayını Şamil isə həyat yoldaşı ilə evdəqalmışdır. Evdən çıxarkənevinqapısınıvəpəncərəsinibağalmış, açarıisəözü iləgötürmüş, həmin günü saattəxminən 23:30 radələrindətoydanqayıdıbaçarlaqapınıaçıbevə evə daxil olmuş, həmin vaxtı mətbəxinpəncərəsininaçıqolduğunugörsə də evdən çıxarkən bağlamadığını düşünmüş, sonraüstündə olan qızıllarınıyataqotağındakıpaltarşkafındaolanqabaqoymaqistəmiş, bu zaman qızılqabınıniçərisindəsaxladığı, 250 manat dəyərində 1 ədəd,üzərindəqızılmedalyon olanqızılboyunbağının, 600 manat dəyərində 1 ədəd,üzərindəbriliantqaşlarıolankişiüzüyününvə 150 manat dəyərində 1 ədəd,üzərindəadiqaşlarıolanüzüyünün yerində olmadığını, qabın içərisində həmin qızıl əşyalarının yanında olan yalnız 1ədədqızılüzüyünün qaldığını görmüş, bundan dərhalsonra mətbəxəgetmiş və evindən oğurluq edən şəxsin evininpəncərənsinieyvandakıayaqqabıgeyənləaçıbiçəridaxilolaraq, paltarşkafındaolanqızıləşyalarınıoğurladığını yəqin edib, bubarədə polisə məlumat vermişdir. Bundan az sonra qaynıŞamilona evindənhəyətəçıxarkəntəxminən 35-40 yaşlarındabirkişininhəyətdənçıxdığınıvə ona salamveribgetdiyini, həmin şəxsin onunla eynihəyətdəyaşayan bibisi oğlugildəngəldiyini düşündüyünü bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 qızı məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Masazır kəndi, Dədə Qorqud küçəsindəki fərdi yaşayış evində yaşayır. xx xxx 2019-cu il tarixdə saat 11 radələrində ailə üzvüləri ilə birlikdə yaşadığı evdən çıxaraq Bakı şəhəri, Qaradağ rayonu, “Sədərək” bazarı adlanan yerə getmiş, bundan az əvvəl həmin evdə onlarla birlikdə yaşayan bacısı Şahid3 saat 08 radələrində evdən çıxaraq Bakı şəhəri, Nərimanov rayonu, ərazisində yerləşən gözəllik salonuna işə getmişdir. Ailə üzvüləri ilə birlikdə həmin günü təxminən saat 22 radələrində evə qayıtmış və bacısı Afətin işdən qayıdaraq evdə olduğunu görmüş, həmçin vaxtı evin qonaq otağının pəncərəsinin açıq olduğunu görsə də evdəki əşyaların səliqəsi pozulmadığından heç nədən şübhələnməyib pəncərənin açıq olmasına əhəmiyyət verməmişdir. xx xxx 2019-cu il tarixdə ailə üzvüləri saat təxminən 15 radələrində evdən çıxıb istirahət etmək üçün Abşeron rayonu, Xırdalan şəhərində yerləşən parka gedib, saat 19 radələrində evə qayıtmışlar. Həmin gecə saat 01 radələrində evə qayıtmış, bu zaman həyat yoldaşı Şahid6 özünə məxsus qızılları yataq otağında çarpayının yanındakı balaca dolabda olan parça xurcun torbaya qoymuş, həmin torbada ailə üzvülərinə məxsus şəxsiyyət vəsiqəsi digər sənədlər də olmuş, həyat yoldaşı Fazilə həmin qızılların torbanın içərisində olduğunu axırıncı dəfə xx xxx 2019-cu il tarixdə görmüşdür. xx xxx 2019-cu il tarixdə o, işdə olarkən Fazilə mobil telefon vasitəsi ilə ona zəng vuraraq qızılların torbada olmadığını bildirmiş, həmin günü saat 24 radələrində işdən evə getmiş və həyat yoldaşı Fazilədən qızılların necə həmin yerdən yoxa çıxdığını soruşmuş, sonuncu da həmin torbanın və içərisində olan sənədlərin yerində olduğunu, lakin qızılların torbada olmadığnı söyləmiş, bundan sonra o da evdə yaşayan hər kəsdən qızılları kimin götürüb-götürməməsi barədə soruşmuş, amma evdə yaşayan hər kəs qızılları görmədiklərini və indiyə qədər də həmin qızılların harada olması barədə məlumatlarının olmadığını bildirmişlər. Bundan sonra o da xx xxx 2019-cu il tarixdə evindən qızllarının oğurlanması barədə DİN-nin 102 zəng xidməti mərkəzinə məlumat vermişdir. İş üzrə Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid6 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, onlar zərərçəkmiş şəxs Məsəddiq İsrafilovunifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid6 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, ailəüzvlərimləbirlikdəAbşeronrayonu, MasazırqəsəbəsiMəhəmmədFüzuliküçəsidöngə 1,ev 50 ünvanında yaşayır. QardaşıSəfquluMəmmədov da öz ailəsi ilə onunla eynihəyətdəki evində yaşayır. Qardaşı Səfqulu hərbiçiolduğuüçünbəzigünlərnövbədəolduğundanevdəolmur. xx xxx 2019cuildəsəhərsaat 10 radələrindəçıxıbqonşuluqdayaşayanTəbrizləbirlikdəBakışəhərinə,MəcburiKöçkünlərləişüzrəDövl ətKomitəsinə, sonraisə dayısıoğluNizamiiləpaltaralmaqüçün“Binə” ticarət mərkəzinə getmiş, saattəxminən 15 radələrində evəqayıtmış, həmin vaxtı onunla eyni evdə yaşayan valideynləri bibisinəvəsininSumqayıtşəhərindəki“Danulduzu”restoranındakeçirilən kiçiktoyməclisinə getməyəhazırlaşmış, onunqızıyenidoğulduğundan özüvəhəyatyoldaşıhəmin toyagetməmiş, qardaşıSəfqulununailəsidəatasıgilləsaat 17 radələrindətoyməclisinəgetmişdir. Yorğunolduğuüçünyatmış və təxminənsaat 18:30 radələrindəoyanıb,siqaretçəkməküçünhəyətəçıxmış, bu zaman qarayanız,hündürboylu,təxminən 35-40 yaşlarında, əlindəqaraqovluq olan birkişininhəyətqapısındanbayıraçıxdığını görmüş, həmin kişi onugörən kimi salamvermiş, özü də həmin kişinin onunlaeynihəyətdəyaşayanbibisioğlugildən getdiyini düşünmüş və həyətdəsiqaretçəkib,yenidənevlərinəqayıtmış, saattəxminən 21:30 radələrindəqonşuluqdayaşayanTəbrizlətelefonəlaqəsisaxlayıb həyətdəçayiçməyə dəvət etmiş, az sonra sonuncu onun yanına gəlmiş, birlikdəhəyətdəoturubçayiçibsöhbət etməyə başlamışlar. Təxminən 2 saat sonra valideynləri və qardaşı Səfqulunun ailəsitoydan evlərinə qayıtmış, bundan az sonra özü Təbrizləhəyətəçıxıbküçədəkimağazayasiqaret almağa getmiş, həmin vaxtı qardaşınınhəyatyoldaşıRuhiyyəona zəngedib, onların evindəki mətbəxinpəncərəsiniaçıbaçmadığınısoruşmuş, özü də pəncərəniaçmadığını söyləmiş, Ruhiyyə isə ona evlərindənqızıllarınınoğurlandığını bildirmiş, bunueşidibTəbrizlə birlikdə Ruhiyyəgilə getmiş və qardaşınınevininmətbəxininpəncərəsininaçıq olduğunu, yataqotağındakıpaltarşkafında olanqızılqabındanqızıləşyalarınınoğurlandığını bilmiş, bundan sonra Ruhiyyəyə, evdə olduğumüddətdəkiminsəonların evinəyaxınlaşmasınıgörmədiyini, səs-küy eşitmədiyini demiş, ammahəmin günü saattəxminən 19 radələrindəbirnəfərinhəyətqapısındançıxarkəngördüyünü, həminşəxsinbibisi oğlugildən çıxıbgetdiyini zənnetmişdir. Lakin bundan sonra həyətənçıxan həmin şəxsin qardaşınınevindənoğurluqedən şəxs olduğunu yəqin etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, təxminən iki il olar ki, Bakı şəhəri Memar Əcəmi metrostansiyasının yaxınlığındakı mobil telefonların, notebookların satışı və təmiri mağazasında təmir işləri ilə məşğuldur. Mağaza hər gün saat 11 radələrindən gecə saat 23 radələrindək işləyir. xx xxx 2019-cu il tarixdə mağazada olduğu vaxtı sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi cavan oğlan yanına gəlib, satmaq istədiyi “Acer” markalı notebook kompyuteri olduğunu bildirdikdə, razılaşıb, həmin notebooka baxmış, Xosrovun satmaq istədiyi tünd göy rəngli notebookun ekranını sağa və sola çəkən düymələrindən birinin yerində olmadığını görüb, həmin notebooka 100 manat pul verə biləcəyini söyləmiş, Xosrov əvvəl razılaşmasa da bir neçə dəqiqədən sonra razı olmuş, bundan sonra Xosrovdan şəxsiyyət vəsiqəsini istəmiş, sonuncu da üstündə olmadığını bildirib, şəxsiyyət vəsiqəsinin fotoşəklinin telefonunda olduğunu söyləmiş və “Whatsapp” xidməti vasitəsi ilə ona göndərə biləcəyini bildirdikdə, razılaşdıqdan sonra Xosrov da şəxsiyyət vəsiqəsinin fotoşəklini onun təxminən 10 gün əvvəl satdığı mobil telefona göndərmişdir. Xosrovdan aldığı həmin notebooku təmir edib, elə həmin günü işlədiyi mağazada “Tap.az” internet saytı vasitəsi ilə 200 manata tanımadığı müştəriyə satmışdır. Xosrovdan aldığı notebook kompyuterinin oğurlanmış əmlak olduğunu bilməmiş, Xosrov ona həmin notebookun özünə məxsus olduğunu demişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, təxminən bir il yarım olar ki, atasının Bakı şəhəri, “Moskva” ticarət mərkəzinin yaxınlığında icarəyə götürdüyü kiçik emalatxanada qızıl-zinət əşyalarının təmiri ilə məşğul olur və eyni zamanda qızıl-zinət əşyaları satan şəxslərdən də qızıl əşyaları alıb, əridilməsi üçün qızıl alan şəxslərə satır. Aldığı qızılları emalatxanadakı qızıl və brilyantların alışının aktı kitabında qızıl və brilyant aldığı şəxslərin anket məlumatlarını, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini həmçinin aldığı əşyanın çəkisini, qızıl sahibinə neçə manat pul verməsi barədə qeydiyyat aparıb qızıl əşyası satan şəxsə imza etdirir. Təqsirləndirilən şəxs 2019-cu ilin aprel ayının axırlarından tanıyır. Belə ki, həmin vaxtı tarixini dəqiq xatırlamadığı gündə nahardan sonra iş yerində olduğu vaxtı sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi cavan oğlan onun yanına gəlib satmaq istədiyi 1 ədəd qızıl boyunbağısı və 2 ədəd qızıl üzüyü olduğunu bildirmiş, o da həmin qızıl-əşyalarını alıb baxmış, əyarını ilə çəkisini yoxlayıb, 11 qrama yaxın olduğunu bildikdən sonra qızılların oğurluq olub-olmamasını soruşmuş, Xosrov da qızılların özünə məxsus olduğunu deyib, həyat yoldaşı xəstə olduğuna görə satdığını bildirmişdir. Bundan sonra emalatxanadakı kitabçada qeydiyyat aparmaq üçün Xosrovdan şəxsiyyət vəsiqəsini istəmiş, sonuncu da vəsiqəsinin üstündə olmadığını deyib, ona telefonun “Whats-App” xidməti ilə fotoşəklini göndərəcəyini bildirib, onun telefon nömrələri olan vizit kartını götürmüş, o da Xosrovun bu səmimiyyətinə inanıb, sonuncudan həmin qızılları alıb, ona 405 manat pul vermişdir. Bundan bir neçə gün sonra o, həmin qızılları kütlə şəkilində əridilməsi üçün qızıl alan şəxslərə bir az baha qiymətə satmışdır. 15-20 gün sonra nahar fasiləsindən sonra Xosrov yenə onun yanına gəlmiş və həyat yoldaşı xəstə olduğuna görə müalicəsinə pul lazım olduğu üçün satmaq istədiyi qızıl əşyaları olduğunu söyləyib, cibindən 2 ədəd, biri qırılmış formada olan, digərinin iç hissəsində qız adı həkk olunmuş qızıl uşaq qolbağılarını, 1 ədəd qızıl boyunbağını və 1 ədəd qızıl üzüyü çıxarıb ona vermiş, o da həmin qızılları alıb baxmış, tərəzidə çəkdikdən sonra 8 qramdan artıq olduğunu bilib Xosrova 350 manat pul verib həmin qızılları ondan almış və bir neçə gün sonra kütlə şəkilində əridilməsi üçün qızıl alan şəxslərə bir az baha qiymətə satmışdır. Bundan sonra Xosrov onun yanına gəlməmiş və ona heç bir əşya satmamışdır. Xosrovun ona satdığı qızıl-zinət əşyalarının oğurlanmış əmlak olduğunu bilməmiş, sonuncu həmin qızılların özünə məxsus olduğunu və həyat yoldaşı xəstə olduğuna görə müalicəsinə pul lazım olduğu üçün satmaq istədiyi bildirmişdir. X12 Məhkəməsinin «Andandonskinin-Rusiyaya qarşı» iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin «Saidinin-Fransaya qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X12 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma və məhkəmə mərhələsində şahid qismində şəxslərin verdikləri ifadələri də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2019-cu il tarixli 011- 7589-1219 saylı ekspert rəyindən görünür ki, baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülərək ekspertiza tədqiqatına təqdim edilmiş 12 ədəd yapışqan lent kəsikləri üzərində olan 03 ədəd ovuc və 04 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Həmin 04 ədəd əl-barmaq izi xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol və sağ əllərinin ovuc, sol əlinin isə çeçelə (02 dəfə) barmağının əksləri ilə eynilik təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 011-4110-1219 saylı məktubdan görünür ki, Zərərçəkmiş şəxs4 evindən baş vermiş oğurluq faktı ilə bağlı hadisə yerinin müayinəsi zamanı götürülmüş və DİN-nin KTİ-nə tədqiqat üçün göndərilmiş əl-barmaq izləri DİN-nin KTİnin ADİS-n məlumat bazasında olan şəxslərin əl-barmaq əksləri ilə müqayisə edilərkən həmin izlərdən 04 ədəd əl-barmaq izinin xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc, sağ əlinin ovuc və sol əlinin çeçelə barmağının əksləri ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 evindən oğurlanmış qızıl-zinət əşyalarının 2019-cu iln mart ayına olan Respublikadaxili orta bazar qiyməti nəzəri olaraq ümumilikdə təxminən 1200 manat, Zərərçəkmiş şəxs2 qızının evindən oğurlanmış qızıl-zinət əşyalarının 2019-cu ilin may ayına olan Respublika daxili orta bazar qiyməti nəzəri olaraq ümumilikdə təxminən 1000 manat, Zərərçəkmiş şəxs3 evindən oğurlanmış qızıl-zinət əşyalarının Respublikadaxili orta bazar qiyməti nəzəri olaraq ümumilikdə təxminən 4990 manat, Zərərçəkmiş şəxs4 evindən oğurlanmış 1 ədəd qızıl qolbağının isə Respublikadaxili orta bazar qiyməti nəzəri olaraq 80 manat təşkil edir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs lent üzərinə köçürülmüş 04 ədəd əl-barmaq izi maddi sübut kimi tanınaraq, 1 ədəd zərfdə qablaşdırılmış formada cinayət işinə əlavə edilmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxslərivə şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki,Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələriilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki,məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsBakı şəhər, Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 360 saat ictimai işlər cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli, 2141/7 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər, Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 360 saat ictimai işlər cəzasını çəkməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarında olan Abşeron RİH-nin MKTİİTB 3 saylı MTİS TS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Səlimov X9 rayonu, Xıdalabn şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 8, mənzil 9 ünvanında qeydiyyatsız yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşaqları-xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2008ci il təvəllüdlü X10 və xx.xx.2005-ci il təvəllüdlü X8 var. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran hallarının olmamasını, qanunvericiliyin tələblərini, cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunması qanuni və əsaslı olmaqla cəzanın məqsədlərinə uyğundur. İş materiallarından görününr ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2019cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.4-cü maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə ictimai işlərin səkkiz saatı bərabər tutulur. İstinad edilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 360 saat ictimai işlər cəzası ilə qismən birləşdirilməli, Azərbaycan Respublikası CM-in 47.3-cü maddəsinə əsasən ictimai işləri cəzasının səkkiz saatını bir gün azadlıqdan məhrum etmə cəzası ilə bərabər tutulmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübutlar təqsirləndirilən şəxsin lent üzərinə köçürülmüş 04 ədəd əl-barmaq izi bir ədəd zərfdə qablaşdırılmış formadacinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş 10790 manat maddi ziyanın 580 manatı ödənilmiş, 10210 manatı ödənilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 360 saat ictimai işlər cəzası ilə qismən birləşdirilsin, CM-in 68.1.4-cü maddəsinə əsasən ictimai işləri cəzasının səkkiz saatı bir gün azadlıqdan məhrum etmə cəzası ilə bərabər tutulmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar təqsirləndirilən şəxsin lent üzərinə köçürülmüş 04 ədəd əl-barmaq izi 1 ədəd zərfdə qablaşdırılmış formadacinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-83/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-83/2020
18.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver