Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-83/2021 08.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1980-cı ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsi Həmid Soltanov küçəsi fərdi evdə yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin İnzibati Binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 10 ədəd narkotik tərkibli çətənə bitkisi toxumunu 2020-ci ilin iyun ayının əvvəllərində müvəqqəti yaşadığı Abşeron rayonu Xırdalan şəhəri H. Əliyev prospektində yerləşən “AAAF park” yaşayış kompleksi bina B 8 mənzil 40 ünvanında yerləşən evin eyvanında özü istifadə etmək məqsədi ilə əkmiş və həmin bitki toxumlarından əmələ gəlmiş 10 ədəd çətənə kolunu qanunsuz kultivasiya etməklə yetişdirmiş, xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən “AAAF park” yaşayış kompleksi bina B 8 mənzil 40 ünvanında yerləşən Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı evin eyvanına baxış keçirərkən sonuncuya məxsus, 09 (doqquz) ədəd dipçəklərdə qanunsuz olaraq kultivasiya edilməklə əkib becərdiyi 10 (on) ədəd yaş vəziyyətdə ümumi xalis çəkisi 165,0 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisi aşkar edilərək götürlmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, R. Rza küçəsində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda ailə üzvüləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 3 il olarki, narkorik vasitə hesab olunan qurudulmuş marixuana qəbul etmişdir. Təxminən 1 il bundan qabaq yəni 2019-cu ilin dekabr aylarında o, Abşeron rayonu, Xırdalan şəhəri, R. Rza küçəsi ilə gedərkən bu zaman küçədə açıq vəziyyətdə olan kibrit qutusu görüb həmin qutunu yerdən götürmüşdür. Kibrit qutusunun içərisinə baxarkən görmüşdür ki, çətənə bitkisi toxumudur. O, həmin toxumları götürərək yaşadığı evə gətirmişdir və bir neçə vaxtdan sonra yəni 2020-ci ilin iyun ayında həmin təxminən 10 ədəd toxumları tanışı Fərhada məxsus olan evdə 09 ədəd dipçəklərin içərisinə əkmişdir. Fərhad Gəncə şəhərinə getdiyindən Fərhada məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospektində yerləşən AAAF park yaşayış kompleksi b 8, mənzil 40 ünvanını ona vermişdir ki, evə nəzarət etsin. O, evdə hərdən gedib qalmışdır. Evin açarları ondan başqa heç kimdə olmamışdır. Həmin kolları böyüdüb, məhsulunu yığıb, qurudub sonra özü istifadə etmək üçün əkmişdir. xx xxxx 2020-ci ildə saat təxminən 17 radələrində polis əməkdaşları Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” park yaşayış kompleksi bina 8 mənzil 40 ünvanına gəlib evdə narkotik tərkibli çətənə kolları olması barədə məlumatları olduğunu bildirmişdilər və evə baxış keçirəcəklərini söyləmişdilər. O da polis əməkdaşlarının onun əkib becərdiyi həmin 10 ədəd çətənə kollarını tapacaqlarını bilib, baxış keçirilməsinə razılıq verib ərizə yazmışdır və polis əməkdaşlarını həmin kolları əkdiyi yerə aparmışdır. Bundan sonra həmin polis əməkdaşları vidoçəkilişlə o cümlədən müdafiəçinin iştirakı ilə həmin kolları əkdiyi yerdən çıxarıb tərəzidə çəkib sonra sellofan torbaya qoyub qablaşdırıb götürmüşdülər. Həmin vaxtı bu barədə protokol tərtib olunmuşdur və doğru olduğuna görə o da həmin protokolu imzalamışdır. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mustafayev Nofəl İsrafil oğlu ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə, ev 2, mənzil 32-də yaşayır. 1977-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı İnstitutunun meyvə tərəvəz üzümçülük fakultəsini bitirmişdir, alim aqranom ixtisası almışdır. 2000-ci il tarixdən bu günə kimi “xxxx” MMC-də bağban vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aşkar olunmuş yerə yəni Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti, “AAAF” park yaşayış kompleksi b 8, mənzil 40 ünvanında yerləşən evin eyvanına baxış keçirməyə dəvət etmişlər. Həmin evin həyətinə daxil olduqda evin sahibi olan bir nəfər 25-30 yaşlarında olan kişi onların qarşısına çıxmışdır. Polis əməkdaşları ev sahibi olan Təqsirləndirilən şəxs evinin eyvanına baxış keçirilməsi ilə bağlı bildirdikdə ev sahibi ona məxsus olan olan evinin eyvanına polis əməkdaşlarının baxış keçirməsinə etirazı olmadığını bildirmişdir. Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aşkar olunmuş yerə yəni Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti, AAAF park yaşayış kompleksi b 8, mənzil 40 ünvanında yerləşən Təqsirləndirilən şəxs evinin eyvanına baxmışdır və evin eyvanına baxdıqda orada 09 (doqquz) dibçəkdə əkilmiş birirnin uzunluğu 70 santimetr, 5-nin uzunluğu 40 santimetr, 2-nin uzunluğu 20-santimetr və 1-nin uzunluğu 5 santimetr olan çətənə kolları aşkar edilmişdir. O, ümumilikdə 10 ədəd çətənə bitkisinə bənzər təxminən 05 sm-dən 70 sm uzunluğunda olan kollara bağxaraq müəyyən etmişdir ki, həmin kollara mütamadi su verilərək aqrotexniki qaydada qulluq olunmuşdur. Bir mütəxəssis kimi demişdir ki, “həmin bitki kollara narkotik tərkibli bitki növlərinə aiddir”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu Xırdalan şəhəri H. Əliyev prospekti, “AAAF park” B kompleksi bina 8 mənzil 40 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs təxminən 2 il olarki, tanıyır. Əhməd Kazım ilə birlikdə ev təmiri işləri ilə məşğul olmuşdular. Son zamanlar “Covid 19” xəstəliyi ilə əlaqədar o, 2020-ci ilin təxminən may ayında doğulduğu Gəncə şəhərinə getmişdir. O, Gəncə şəhərinə gedərkən özünə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksi, B kompleksi bina 8, mənzil 40 ünvanında yerləşən evini Əhməd Kazıma vermişdir ki, evinə nəzarət etsin. O, Gəncə şəhərində olarkən xx xxxx 2020-ci il tarixdə polis əməkdaşları ona zəng vuraraq yaşadığı evdə Əhməd Kazımıın dipçəklərdə 10 ədəd çətənə bitkisi əkməsini bildirmişlər. O da bundan xəbərinin olmadığını bildirmişdir. Bundan sonra Abşeron rayonu, Xırdalan şəhərinə gəlmiş sonradan bilmişdir ki, Əhməd Kazım həqiqətən onun evində o, olmadığı vaxt ərzində dipçəklərdə çətənə kolları əkmişdir. Bildirmişdir ki, onun bundan heç bir xəbəri olmamışdır. O cümldən Əhməd Kazım dipçəklərdə çətənə kolları əkməsi ilə bağlı ona heç bir söz deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. xx xxxx 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Rəsulzadə küçəsində yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti, “AAAF” park yaşayış kompleksi b 8, mənzil 40 ünvanında narkotik tərkibli çətənə bitkisi əkib becərməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar o, raportla idarə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra o, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X3, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid4, Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi polis mayoru Şahid5 və Abşeron KTQ-nin baş inspektor-kriminalisti polis baş leytenantı Şahid6 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və əməliyyat qrupuna Abşeron rayonu, Xırdalan şəhəri, “xxxx” MMC-də bağban vəzifəsində işləyən Mustafayev Nofəl İsrafil oğlu mütəxəssis kimi dəvət olunmuşdur. Onlar bir yerdə xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində əməliyyat tədbirləri keçirməyə başlayaraq Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti, “AAAF” park yaşayış kompleksi b 8, mənzil 40 ünvanının həyətinə gəlmişdilər. Həmin evin həyətinə daxil olduqda evin sahibi 25-30 yaşlarında olan kişi onların qarşısına çıxmışdır. Onlar ev sahibi olan Təqsirləndirilən şəxs yaşadığı evinin eyvanına baxış keçirilməsi ilə bağlı bildirdikdə ev sahibi Təqsirləndirilən şəxs ona məxsus olan evin eyvanına polis əməkdaşlarının baxış keçirməsinə etirazı olmadığını bildirmişdir. Sonra onlar Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti, “AAAF park” yaşayış kompleksi b 8, mənzil 40 ünvanında yerləşən fərdi evdə video çəkilişdən istifadə olunaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa və evinə baxış keçirməyə başlamazdan ona təhqiqatçının qərarı ilə Xırdalan şəhər Vəkil Bürosundan təyin olunmuş vəkil Abbas-zadə Rəhim İsak oğlu təqdim olunaraq Təqsirləndirilən şəxs tərəflərindən hüquq və vəzifələri izah olunmuşdur. Sonra isə təklif etmişlər ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti, AAAF park yaşayış kompleksi b 8, mənzil 40 ünvanında yerləşən fərdi evinə baxış keçirilən zaman evin eyvanında 09 (doqquz) ədəd dipçəklərdə əkilmiş birirnin uzunluğu 70 santimetr, 5-nin uzunluğu 40 santimetr, 2-nin uzunluğu 20-santimetr və 1-nin uzunluğu 5 santimetr olan çətənə kolları aşkar edilmişdir. Baxışda mütəxəssis kimi iştirak edən onlara Şahid2 kimi təqdim olunan şəxs bildirmişdir ki, həmin ümumilikdə 10 ədəd kol çətənə bitkisidir, və onlara xüsusi qaydada qulluq olaraq yetişdirilmişdir. Təqsirləndirilən şəxs ümumilikdə 10 ədəd çətənə bitkisinə bənzər təxminən 05 sm-dən 70 sm uzunluğunda olan kolları nə məqsədlə əkib becərməsini soruşduqda Təqsirləndirilən şəxs bildirdi ki, həmin kollar marixuana kollarlarıdır. Təxminən 1 il bundan qabaq yəni 2019-cu ilin dekabr aylarında o, Abşeron rayonu Xırdalan şəhəri R. Rza küçəsi ilə gedərkən içərisində çətənə bitkisi toxumu olan kibrit qutusu tapmışdır. Həmin toxumları götürərək yaşadığı evə gətirmişdir və bir neçə vaxtdan sonra yəni 2020-ci ilin iyun ayında həmin təxminən 10 ədəd toxumları tanışı Fərhadın ona nəzarət etmək üçün verdiyi Abşeron rayonu Xırdalan şəhəri H. Əliyev prospekti, AAAF park yaşayış kompleksi b 8, mənzil 40 ünvanında yerləşən evinin eyvanında Fərhadın xəbəri olmadan 09 ədəd dibçək alaraq həmin dipçəklərin içərisinə əkmişdir. Əhməd Kazımın narkotik vasitə qəbul etməsindən, çətənə bitkisi kolları əkməsindən ev sahibinin və ailə üzvlərinin xəbəri olmamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələr və qanunla dövrüyyəsi qadağan olunan əşya aşkar edilməmişdir. Bundan sonra həmin çətənə kollarını dibçəkdən çıxarılmışdır və sellofan torbada olan çətənə kollarının qurudulmuş yarpaqları sellofan kisənin içərisinə yığılaraq qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilib iştirakçılar və mütəxəssis tərəfindən imzalanmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs da həmin protokola imza atmış, sonra isə təhqiqatçı tərəfindən onun izahatı alınmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin əməkdaşları Şahid4, Şahid5 və Şahid6, Şahid3 ilə eyniməzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 20 iyul 2020ci il tarixli 7/439 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs..” yazıları və imzalar olan bir ədəd qırmızı rəngli sellofan bağlamadakı 10 ədəd yaş vəziyyətdə ümumi çəkisi 165.0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. İş üzrə məhkəmə-narkoloji ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 2145 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Çətənə bitkisi pereparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə Təqsirləndirilən şəxs üzərində yaşadığı evə baxış keçirilən zaman götürülmüş və ekspertizadan sonra 164.8 qram qalmış yaş halda narkotik tərkibli çətənə (kannabis) bitkisi maddi sübut qismində tanınaraq, saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci l tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci tarixdə MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. İŞ üzrə Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və kirayədə yaşadığı evinə baxış keçirilməsi barədə video çəkiliş görüntüləri olan bir ədəd ağ rəngli DVD farmatlı disk iş üzrə maddi sübut kimi tanınaraq və cinayət işinə əlavə edilmişdir. İş üzrə olan 4 №-li MTİİTS-nin nümayəndliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, küçə 18, ev 24-də yaşayır və və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən əynində ağ rəngli üzərində qara rəngli xətləri olan köynək, boz rəngli şalvar geyinmiş ayağında qara rəngli ayaqqabı olan hündürboylu sifəti qarabuğdayı üzü saqqallı olan şəxsin üzərində şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunan hər hansı bir əşya predmet aşkar olunmamışdır. Lakin həmin şəxsin kirayədə yaşadığı evinə baxış keçirilən zaman evin eyvanında 09 ədəd dibçəkdə 10 ədəd birirnin uzunluğu 70 santimetr, 5-nin uzunluğu 40 santimetr, 2-nin uzunluğu 20-santimetr və 1-nin uzunluğu 5 santimetr olan çətənə kolları müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, " həmin kollar marixuana kollarlarıdır bildirmişdir. İz materiallarında olan xx.xx.2020-ci il tarixli mütəxəssis Şahid2 tərəfindən verilən rəydən görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı ünvan 5 ünvanında ona təqdim edilmiş 10 ədəd (1-nin hündürlüyü 70 sm, 5-nin 40 sm, 2-nin 20 sm, 1-nin 5 sm) şətənə bitkilərinin kökləri və yarpaqları narkotik xassəli bitki növü olan şətənə bitkisidir və onlar dibşəkdə əkilərək aqrotexniki qulluq olunmaqla kultivasiya edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmədə, Təqsirləndirilən şəxs cəza təyini zamanı onun cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmədə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, azadlıqdan məhrum etmənin 1 (bir) gününü azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü hesabı ilə hesablamaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, o, Abşeron Rayon Mərkəzi X1 qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalidir. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 164.8 qram narkotik tərkibli şətənə (kannabis) bitkisi məhv edilməlidir. İş üzrə 69 (altmış doqquz) manat 82 (səksən iki) qəpik məhkəmə-fiziki-kimyəvi ekspertizanın xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayon ərazisinin hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Bundan başqa, ibtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş, Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçisi Xırdalan Şəhər Vəkil bürosunun vəkili, müdafiəçi Abbas-zadə Rəhim İsaq oğlunun göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Xırdalan Şəhər Vəkil bürosunun hesablaşma hesabına və məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili, Müdafiəçi göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, azadlıqdan məhrum etmənin 1 (bir) gününü azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü hesabı ilə hesablamaqla, qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayon ərazisinin hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, o, Abşeron Rayon Mərkəzi X1 qeydiyyata alınsın. İş üzrə maddi sübut qalıq çəkisi 164,8 qram qalmış olan narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilsin. İş üzrə 69 (altmış doqquz) manat 82 (səksən iki) qəpik məhkəmə-fiziki-kimyəvi ekspertizanın xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçi Xirdalan Şəhər Vəkil bürosunun vəkili, müdafiəçi Abbas-zadə Rəhim İsaq oğlunun göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Xırdalan Şəhər Vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına, məhkəmə istintaqı zamanı müdafiəçi vəkil Müdafiəçi göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs isə onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-83/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-83/2021
08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver