Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-83/2022 21.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Vəlizadə Kamal Təbib oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs və onun müdafiəçisi və səlahiyyətli nümayəndəsi Bakı şəhəri 21 saylı Vəkil Bürasunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 21 saylı Vəkil Bürasunun vəkili Müdafiəçi2, təcüməçi X4 iştirakları ilə xx.xx.1980-ci ildə Türkiyə Respublikasının Aksaray şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, Xəqani küçəsi, ev 30, mənzil 35-də müvəqqəti qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, ona 12000 manat müqabilində Gürcüstan Respublikasından «Audi» markalı avtomobil gətirəcəyinə yalandan vəd verib aldadaraq inandırmış xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Masazır kəndində 3000 (üç min) ABŞ dollarını ələ keçirib verdiyi vədə əməl etməmiş, niyyətinin davamı olaraq zərərçəkmiş şəxsdə əlavə pul olduğuna əmin olduqdan sonra həmin pulu dələduzluq yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs “Audi” markalı avtomoblin əvəzinə hündür avtomobil, yəni “X11” markalı avtomobil gətirəcəyi adı ilə xx.xx.2019-cu il tarixdə eyni ünvanda 12000 (on iki min) manat məbləğində nəğd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs ümumlikdə 12000 (on iki min ) manat və 3000 (üç min) ABŞ dolları məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, X1 ilə 2019-cu ilin təxminən iyun-iyul aylarında Bakı şəhərində yerləşən «Ramada» oteldə tanış olmuşdur. Elnarə ilə təxminən 15 gün ərzində yaxın intim münasibətləri olmuş, həmin vaxt ərzində o, Elnarəyə kömək kimi təxminən 1500-2000 manat məbləğində pul vermişdir. Elnarə onunla evlənmək istədiyini, hətta onunla Türkiyə Respublikasında da yaşaya biləcəyini bildirdikdə o, ailəli və iki azyaşlı uşağının olduğunu, onunla ailə həyatı qura bilməyəcəyini Elnarəyə bildirmişdir. Bundan sonra Elnarə onu şantaj etməyə başlamış, hətta bir dəfə Elnarə onun Bakı şəhərində yaşadığı evə gəlmiş, onunla mübahisəsi olmuş və bununla bağlı Xətai rayon Polis İdarəsinin 3-cü PB-də araşdırma materialı olmuşdur. O, Zərərçəkmiş şəxs ona avtomobil gətirmək adı ilə pul almamışdır. Zərərçəkmiş şəxs onun barəsində etdiyi şikayət ona qarşı böhtandır. O, Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən evində olsada ondan pul almamışdır. O, Bakı şəhərində avtomobil təmiri ilə məşğul olur, 2020-ci ilin noyabr və dekabr aylarında avtomobil ehtiyat hissələrini gətirmək üçün Gürcüstan Respublikasına getmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2019-cu ilin iyun-iyul aylarında o, Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən «Ramada» otelində işlədiyi vaxtı, Türkiyyə vətəndaşı olan Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuş, sonuncu özünü iş adamı kimi ona təqdim etmişdir. Tosun avtomobil satışı ilə məşğul olduğunu, əgər istəsə ona ucuz qiymətə avtomobil təşkil edə biləcəyini bildirmişdir. Həmin ərəfələrdə o, özünə avtomobil almaq istədiyindən Tosunun bu təklifi onu maraqlandırmışdır. Tosun ona ölkəsində qiyməti 15000 manat olan «Audi» markalı avtomobili Gürcüstan Respublikasından 12000 manata təşkil edə biləcəyini bildirmişdir. O, Tosunun bu təklifi ilə razılaşmış və bundan sonra onu valideynləri ilə tanış etmiş, 2019-cu ilin oktyabr ayının əvvəlində Tosun onun yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən ünvana gəlmişdir. Həmin gün, yəni təxminən xx.xx.2019-cu il tarixdə saat 18 radələrində o, atası Əyyub İsmayılovun, anası Şahid1 və rəfiqəsi İradənin yanında Tosuna 3000 ABŞ dolları vermişdir. O, qalan pulu «Audi» markalı avtomobili Gürcüstan Respublikasından gətirəndən sonra Tosuna verməli idi. 2020-ci ilin noyabr ayının əvvəlində Tosun ona «Audi» markalı avtomobili gətirməli idi, lakin Tosunun dediyinə görə həmin «Audi» markalı avtomobildə problem olduğu üçün avtomobili gətirə bilmədiyni bildirmişdir. Bundan sonra Tosun ona verdiyi 3000 ABŞ dollarından başqa 12000 manat da verərsə Gürcüstan Respublikasından 2009-cu il buraxılışlı «Hunday Santa-Fe» markalı avtomobil gətirə biləcəyini bildirdikdə o, Tosuna inandığı üçün, xx.xx.2019-cu il tarixdə yenidən yaşadığı ünvanda valideynlərinin və rəfiqəsinin iştirakları ilə 12000 manat məbləğində nəğd pulu Tosuna vermiş, Tosun verdiyi pulun müqabilində bir ay ərzində Gürcüsatan Respublikasından 2009-cu il buraxılışlı «Hunday Santa-Fe» markalı avtomobil gətirməli idi. Lakin, Tosun həmin avtomobili də ona vaxtında gətirə bilmədiyindən, o, Tosundan şübhələnməyə başlamış, ondan pulunu istədikdə Tosun ona müxtəlif bəhanələr gətirərək nə onun verdiyi pulu qaytarmış, nədə söz verdiyi avtomobili gətirmişdir. Sonradan maraqlandıqda Tosunun dələduz olduğu, ondan başqa bir neçə nəfəri də aldadıb pulunu alıb qaytarmadığı ona məlum olmuş, bu səbəbdən sürəkli şəkildə pulunu Tosunun istifadəsində olan 055 *** ** ** və 055 *** ** ** saylı mobil nömrələri ilə əlaqə saxlamış, ona verdiyi pulu geri qaytarmağı tələb etdikdə o, pulunu geri qaytarmamışdir. Şikayətçi olmaqla onun cəzalandırılmasını və mülki iddiasının təmin edilməsini xahiş etdi. O, mülki iddia ilə məhkəməyə müraciət edərək göstərdi ki, Güngör Tosun onun etibarından sui- istifadə edərək, ona 12000 manat müqabilində Gürcüstan Respublikasından "Audi" markalı avtomobil gətirəcəyinə yalandan vəd verib aldadaraq inandırmış, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu. Masazır kəndində 5100 Azərbaycan manatının həmin dövr üçün məzənnəsi ilə 3000 ABŞ dollarını və xx.xx.2019-cu il tarixdə eyni ünvandan 12000 manat məbləğində pul vəsaitini ələ keçirərək verdiyi vədini əməl etməyib ona ümumilikdə 17100 manat maddi ziyan vurmuşdur. Ona görədə təqsirləndirilən şəxs Güngör Tosunun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli nəticəsində maddi ziyan vurmasına kifayət qədər əsaslar olduğundan onun mülki iddiaçı qismində tanınmasını və mülki iddianın təmin edilməsi üçün tədbirlər görülməsini, təqsirləndirilən şəxs Güngör Tosundan onun xeyrinə maddi ziyan qismində 17100 manat, özgəsinin pul vəsaitindən faydalanmağa görə 2679 manat, cəmi 19779 (on doqquz min yeddi yüz yetmiş doqquz) manat pul vəsaiti tutulmasının təmin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş və mülki iddiaçı Zərərçəkmiş şəxs maddi ziyan qismində 17100 manat, özgəsinin pul vəsaitindən faydalanmağa görə 2679 manat, cəmi 19779 (on doqquz min yeddi yüz yetmiş doqquz) manat pul vəsaitinin tutulmasına dair iddiasını qəbul etməyərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, əri Əyyub İsmayılovdan boşansa da, Abşeron rayonu, Masazır kəndində əri və qızı Elnarə ilə birlikdə yaşayır. Qızı Elnarə işlədiyi və Bakı şəhəri ərazisində yerləşən «Ramada» otelində Türkiyyə vətəndaşı olan Təqsirləndirilən şəxs adlı şəxslə tanış olanda o, özünü Elnarəyə əvvəl iş adamı kimi təqdim etmişdir. Tosun avtomobil satışı ilə məşğul olduğunu, əgər istəsə qızı üçün ucuz qiymətə avtomobil təşkil edə biləcəyini bildirdikdə onun bu təklifi Elnarənin özünə avtomobil almaq istədiyi üçün maraqlandırmışdır. Tosun Elnarəyə ölkəmizdə qiyməti 15000 manat olan «Audi» markalı avtomobili Gürcüstan Respublikasından 12000 manata təşkil edə biləcəyini bildirdikdə Elnarə onun bu təklifi ilə razılaşmış ona bu təklifi bildirdikdə əri ilə birlikdə həmin şəxslə tanış olmaq istədiyini təklif etmişlər. Təxminən xx.xx.2019-cu il tarixdə Tosun yaşadıqları Abşeron rayonu, Masazır kəndində yerləşən ünvana gəlmiş, həmin gün evdə, ondan, Elnarədən və ərindən başqa Elnarənin rəfiqəsi Elmira adlı qız da olmuşdur. Onlar Tosunla tanış olduqdan sonra onların etibarını qazandığı üçün əri ilə birlikdə Elnarəyə həmin gün Tosuna 3000 ABŞ dolları verməsinə razılıq vermişlər. Qalan pulu isə «Audi» markalı avtomobili Gürcüstan Respublikasından gətirəndən sonra ona verməli idi. 2019-cu ilin noyabr ayının əvvəlində Tosun Elnarəyə «Audi» markalı avtomobili gətirməli idi, lakin Tosunun dediyinə görə həmin «Audi» markalı avtomobildə problem olduğu üçün, avtomobili gətirə bilmədiyni bildirmişdir. Bundan sonra Tosun aldığı 3000 ABŞ dollarından başqa 12000 manat da ona verəcəyi halda, Elnarəyə Gürcüstan Respublikasından 2009-cu il buraxılışlı «Hunday Santa- Fe» markalı avtomobil gətirə biləcəyini bildirdikdə Elnarə Tosuna inandığı üçün təxminən xx.xx.2019-cu il tarixdə yenidən yaşadığı ünvanda onun, əri Əyyub İsmayılovun, qızının rəfiqəsi Elmiranın iştirakı ilə qızıElnarə 12000 manat məbləğində nəğd pulu Tosuna vermişdir. Tosun Elnarənin ona verdiyi pulun müqabilində bir ay ərzində Gürcüsatan Respublikasından 2009-cu il buraxılışlı «Hunday Santa-Fe» markalı avtomobil gətirməli idi. Lakin Tosun həmin avtomobili də Elnarəyə vaxtında gətirə bilmədiyindən, onlar Tosundan şübhələnməyə başlamışlar. Tosun Elnarəyə müxtəlif bəhanələr gətirərək, nə Elnarənin ona verdiyi pulunu qaytarmış, nədə söz verdiyi avtomobili gətirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Rusiya Federesiyasının vətəndaşı olsa da, azərbaycanlıdır, Bakı şəhərində yaşayır, yaxın rəfiqələri onu «İra və ya İradə» deyə çağırırlar. Təxminən beş il əvvəl Zərərçəkmiş şəxs ilə o, Bakı şəhərində tanış olmuş, Elnarə xanımdan həmin ərəfələrdə rəqs dərsi almışdır. Həmin vaxtdan Elnarə xanımla əlaqə saxlamış, onun yaşadığı ünvana tez-tez gedib gəlmişdir. Təxminən 2019-cu ilin sentyabr-oktyabr aylarında, Elnarə xanım özü üçün əvvəllər tanımadığı Türkiyə vətəndaşından «Audi» markalı avtomobil almaq istədiyni ona bildirmişdir. xx.xx.2019-cu il tarixdə saat 18 radələrində rəfiqəsi Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən evində qonaq olduğu zaman əvvəllər tanımadığı, Elnarəyə avtomobil satmaq istəyən Tosun adlı Türkiyə vətəndaşı Elnarəgilə gəlmişdir. Həmin vaxt Elnarə onun və valideynlərinin yanında Tosun adlı şəxsə 3000 ABŞ dolları məbləğində pul vermişdir. Elnarə ilə Tosun qalan yadında qalmayan məbləğdə pulu Tosun «Audi» markalı avtomobili Gürcüstan Respublikasından gətirəndən sonra verilməsi ilə razılaşdılar. Lakin Tosunun dediyinə görə həmin «Audi» markalı avtomobildə problem olduğu üçün, avtomobili gətirə bilmədiyni Elnarəyə bildirmiş, ondan aldığı 3000 ABŞ dollarından başqa 12000 manat da ona verəcəyi halda, Elnarəyə Gürcüstan Respublikasından 2009-cu il buraxılışlı «Hunday Santa-Fe» markalı avtomobil gətirə biləcəyini bildirdikdə Elnarə Tosuna inanıb təxminən xx.xx.2019-cu il tarixdə onun və valideynlərinin yanında 12000 manat məbləğində nəğd pulu Tosuna vermişdir. Tosun Elnarənin ona verdiyi pulun müqabilində bir ay ərzində Gürcüsatan Respublikasından 2009-cu il buraxılışlı «Hunday Santa-Fe» markalı avtomobil gətirməli idi. Lakin Tosun həmin avtomobili də Elnarəyə vaxtında gətirə bilmədiyindən, onlar Tosundan şübhələnməyə başlamışlar. Tosun Elnarəyə müxtəlif bəhanələr gətirərək, nə Elnarənin ona verdiyi pulunu qaytarmış, nədə söz verdiyi avtomobili gətirmişdir. Elnarə xanım dəfələrlə ona zəng etmiş, yaşadığı evə gedərək pulunun tələb etsədə verdiyi pulu ala bilmədiyi üçün polisə şikayət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs müdafiəçisi və səlahiyyətli nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilən Eren Abdulkadir ifadəsində göstərdi ki, o, Türkiyə Respublikası vətəndaşı olmaqla Bakı şəhərində universtetdə ali təhsil alır və təhsil haqqın ödəmək üçün taksilik edir. Təqsirləndirilən şəxs ilə üç il əvvəl tanış olmuş, onun avtomobil alış-satışı ilə məşğul olduğunu bilmiş, onun vasitəsi ilə 3200 manat pul verib “Rover” avtomobili almış, avtomobili öz adına sənədləşdirmək istərkən onun üzərinə həbs qoyulduğunu bilib Təqsirləndirilən şəxs bu məsələni yoluna qoymağı ondan tələb edərkən ona başqa avtomobil gətirəcəyini vəd etmiş, lakin avtomobili gətirib şəhərdə özü istifadə etmişdir. O, təhsil haqqını ödəyə bilmədiyi üçün Təqsirləndirilən şəxs pulunu tələb edərkən onunla Dərnəgül şosesində görüşmüş, o, avtomobildə əyləşmiş sonradan adını bildiyi Elnarə xanımdan 700 manat pul alaraq qalan pulunuda qaytarmaq şərti ilə ona vermişdir. Sonradan Təqsirləndirilən şəxs bir çox adamdan, o cümlədən Elnarə xanımıdanda avtomobil gətirmək adı ilə aldadıb pul aldığı ona məlum olmuşdur. Gürcüstan Respublikasından avtomobil gətirmək adı ilə onlardan aldadıb aldığı pulları almaq üçün hətta Elnarə xanım ilə onun kirayə yaşadığı evə getmiş, lakin onu evdə tapa bilməmişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 4-cü bəndində nəzərdə tutulmuş tövsiyyələrdən görünür ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Şahid2 xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: - xx.xx.2019 çıxış, xx.xx.2019 giriş, xx.xx.2019.çıxış, xx.xx.2019 giriş, xx.xx.2020 çıxış, xx.xx.2020 giriş. Məhkəməyə təqdim olunmuş 03 aprel 2022-ci il tarixli arayışından görünür ki, Maszır Bələdiyyəsinin mövcud olan baza məlumatlarında X3, Zərərçəkmiş şəxs, Şahid1 adına torpaq sahəsi aşkar edilməmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 7 №-li Qərarına əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vazifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 -cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 -cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus 3000 ABŞ dolları və 12000 manat məbləğində pulu ələ keçirməklə ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Həmçinin məhkəmə zamanı müəyyən edildi ki, müstəntiqin cinayət işi başlanmasına dair 17 mart 2021-ci il tarixli qərarında 3000 ABŞ dolları pulun alınması tarixinin xx.xx.2019-cu il tarixdə alınması qeydinə müstəntiqin xx.xx.2021-ci il tarixli sübutların qiymətləndirilməsinə dair qərarında hadisənin xx.xx.2019-cu il tarixdə baş verməsinə dair düzəliş edilərək aydınlıq gətirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməməsi və ifadəsində Zərərçəkmiş şəxs sonuncuya Gürcüstan Respublikasından avtomobil gətirmək adı ilə hər hansı məbləğdə pul almamamış, əksinə 2019-cu ilin iyun-iyul aylarında Zərərçəkmiş şəxs ilə «Ramada» oteldə tanış olduqdan sonra 15 gün ərzində onunla yaxın intim münasibətlə olduğunu və həmin vaxt ərzində Elnarəyə kömək kimi təxminən 1500-2000 manat məbləğində pul verdiyini, Elnarənin onunla evlənmək istədiyini, onun Elnarəyə ailəli və iki azyaşlı övladlarının olduğunu, onunla ailə həyatı qura bilməyəcəyini bildirdikdən sonra Elnarənin onu şantaj etməsi kimi ifadəsi məhkəmə tərəfindən təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş onu müdafiə xarakteri daşıyan qeyri-səmimi ifadə kimi qiymətləndirilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə sorğu edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə, X8 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal onun himayəsində iki azyaşlı uşağının olmasıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08..05.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət onun cəza müddətinə daxil edilməli və cəzaçəkməsinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə mülki iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilən Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi ziyanın və özgəsinin pul vəsaitindən faydalanmağa görə pul tələbinə dair iddia ilə müraciət edərək göstərdi ki, Güngör Tosun onun etibarından sui- istifadə edərək, ona 12000 manat müqabilində Gürcüstan Respublikasından "Audi" markalı avtomobil gətirəcəyinə yalandan vəd verib aldadaraq inandırmış, təxminən xx.xx.2019-cu il tarixdə Abşeron rayonu. Masazır kəndində 5100 Azərbaycan manatının həmin dövr üçün məzənnəsi ilə 3000 ABŞ dollarını və təxminən xx.xx.2019-cu il tarixdə eyni ünvandan 12000 manat məbləğində pul vəsaitini ələ keçirərək verdiyi vədini əməl etməyib ona ümumilikdə 17100 manat maddi ziyan vurmuşdur. Ona görədə təqsirləndirilən şəxs Güngör Tosunun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli nəticəsində maddi ziyan vurmasına kifayət qədər əsaslar olduğundan onun mülki iddiaçı qismində tanınmasını və mülki iddianın təmin edilməsi üçün tədbirlər görülməsini, təqsirləndirilən şəxs Güngör Tosundan onun xeyrinə maddi ziyan qismində 17100 manat, özgəsinin pul vəsaitindən faydalanmağa görə 2679 manat, cəmi 19779 (on doqquz min yeddi yüz yetmiş doqquz) manat pul vəsaiti tutulmasının təmin edilməsini xahiş etdi. Məhkəmə mülki iddianı və təqdim olunan sübutları nəzərdən keçirib müvafiq hüquq normalarına əsaslanıb belə qənaətə gəlir ki, iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın və özgəsinin pul vəsaitindən faydalanmağa görə pul tələbinə dair mülki iddiası qismən təmin edilməlidir. Belə ki, məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs iddianın özgəsinin pul vəsaitindən faydalanmağa görə 2679 manat pul vəsaitinin tələb edilməsini əsaslandıran sübutları məhkəməyə təqdim etmədi. Məhkəmə mülki iddiaları qismən təmin edərkən aşağıdakı hüquq normalarına istinad edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 183.1 və 183.2-ci maddələrinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (AR Mülki Məcəlləsinin 1096.1, 1096.2 və 1097.1-ci maddələri). Beləliklə, məhkəmə mülki iddia tələbləri üzrə belə nəticəyə gəlir ki, iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi ziyanın və özgəsinin pul vəsaitindən faydalanmağa görə pul tələbinə dair mülki iddiası qismən təmin edilməklə təqsirləndirilən şəxs-cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə alınan zaman məzənnəyə uyğun 3000 ABŞ dolları və 12000 manat məbləğində pul vəsaiti - maddi ziyan tutulmalıdır. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Şirvan şəhər İcra və Probarsiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxsn barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılsın. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi ziyanın və özgəsinin pul vəsaitindən faydalanmağa görə pul tələbinə dair mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs-cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə alınan zaman məzənnəyə uyğun 3000 ABŞ dolları və 12000 manat məbləğində maddi ziyan tutulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Şirvan şəhər İcra və Probarsiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-83/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-83/2022
21.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver