Məhkəmə qərarları › İş №1(012)-83/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-83/2025

14.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-83/2025 14.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3 Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə 01 iyul 1984-cü il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, 20-ci mikrorayonda qeydiyyatda olan və yaşamış, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 1(124)- 326/2024 saylı hökmü ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 noyabr 2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs1 Nabatəli oğluna məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin həyətinə, oradan isə fərdi yaşayış evinə qanunsuz daxil olub, oradan hər biri 150 manat dəyərində olmaqla cəmi 300 manat dəyərində 2 ədəd tozsoranı, 1 ədəd 1000 manat dəyərində «İndesit» markalı soyuducunu, 1 ədəd 70 manat dəyərində su süzən daşı, 1 ədəd 150 manat dəyərində elektriklə işləyən radiatoru gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1520 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 noyabr 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu, Fatmayı kəndində yerləşən yeni tikilmiş fərdi yaşayış evinə qanunsuz daxil olub, evin qarajından zərər çəkmiş şəxsin qiymətləndirdiyi 1 ədəd 350 manat dəyərində «Bosch» markalı prefarator, 1 ədəd 750 manat dəyərində «Bosch» markalı prefarator, 1 ədəd 250 manat dəyərində «Bosch» markalı laqonda, hər biri 50 manat olmaqla cəmi 100 manat dəyərində 2 ədəd 50 metrlik uzadıcı, 1 ədəd 150 manat dəyərində drel, hər biri 300 manat olmaqla cəmi 1500 manat dəyərində 5 ədəd ikilaylı alüminium pəncərələr, hər biri 80 manat olmaqla cəmi 2400 manat dəyərində 30 ədəd 70 sm hündürlükdə olan dirəkləri, hər biri 150 manat olmaqla cəmi 1500 manat dəyərində 10 ədəd 2 metr hündürlükdə işıq dirəklərini, 1 ədəd 150 manat dəyərində «Marcus» markalı su motorunu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs5 ümumilikdə xeyli miqdar təşkil edən 7150 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 noyabr 2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Fatmayı kəndində yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq, həyətdən 850 manat dəyərində 2 kub döşəmə taxtasını, 212 manat 50 qəpik dəyərində yarım kub döşəmə altı taxtanı gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1062 manat 50 qəpik məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 dekabr 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs6 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Savalan küçəsində yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin həyətinə, sonra isə həyətdəki tövləyə qanunsuz daxil olub, tövlədən hər biri 250 manat dəyərində olmaqla cəmi 500 manat dəyərində iki baş qoyunları gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 500 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 dekabr 2022-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs7 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni Məhəllədə yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinə pəncərədən keçmə yolu ilə qanunsuz daxil olub, həmin evin yataq otağından içərisində 50 manat pul olan 500 manat dəyərində dəmir seyfi gizli olaraq talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 550 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 dekabr 2022-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olub, həyətdən zərər çəkmiş şəxsin qiymətləndirdiyi hər birinin dəyəri 20 manat olmaqla cəmi 200 manat dəyərində 10 ədəd tikinti üçün istifadə olunan taxtaları, hər cütünün dəyəri 30 manat olmaqla cəmi 360 manat dəyərində 12 cüt tikinti üçün istifadə edilən dəmir məmulatları gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 560 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 31 dekabr 2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs8 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olub, həyətdəki damdan 1 ədəd 780 manat dəyərində «Qod Term» markalı su qızdırıcı kombini və 1 ədəd 45 manat dəyərində elektrik tənzimləyicisini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs8 ümumilikdə 825 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 yanvar 2023-cü il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin giriş qapısının dəstəyini və kilidini sındırmaq yolu ilə qanunsuz olaraq daxil olub, evin yataq otağındakı dolabdan 400 manat nağd pul, həmin otaqda olan iri ölçülü yük çantasından satılması üçün alınmış 500 manat dəyərində qadın və uşaq geyimlərini, mətbəx otağından hər biri 200 manat olmaqla cəmi 400 manat dəyərində 2 ədəd istifadə olunmamış qazan dəstini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 1300 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, hazırda ittiham olunduğu cinayət əməlləri ilə bağlı epizodlar çox olduğundan hadisələri təfərrüatı ilə xatırlaya bilmədiyini, bununla əlaqədar istintaqda verdiyi ifadəsini təstiq etdiyini bildirdi. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, hazırda Sumqayıt şəhəri, 20-ci mikrorayonda yerləşən evdə kirayədə yaşayır. Hazırda Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməyinə dair cinayət işi istintaq olunur, özü narkotik vasitələrin aludəçisi olduğu üçün narkotik vasitələrin istifadəsində əziyyət çəkir. Heç bir yerdə işləmir, azadlıqda olduğu müddətdə də oğurluq edib oğurladığı əşyaları sataraq pul əldə etmişdir. Əldə etdiyi pulları da narkotik vasitələr və ya psixotrop maddələri almağa xərcləmişdir. 20 noyabr 2022-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində gəzib sahibsiz ev axtarmışdır ki, evdən oğurluq edib oğurladığı əşyanı satıb əvəzində narkotik alar. Bu məqsədlə Mehdiabad qəsəbəsində gəzişmiş, bir qədər gəzişdikdən sonra qarşısına fərdi yaşayış evi çıxmış, baxdıqda evin həyətində işıqların yanmadığını görmüş və evdə heç kimin olmadığını başa düşmüşdür. O, evin hasarından həyətə tullanmış, daha sonra isə evin pəncərəsindən evə daxil olmuşdur. Evdə axtarış aparmış və 2 ədəd tozsoran, 1 ədəd soyuducu, 1 ədəd su süzən daş və 1 ədəd radiatoru oğurlamaq qərarına gəlmişdir. O, evin qapısını və darvazanı arxadan açmışdır. Sonra ilk əvvəl soyuducunu belinə qoymaqla evdən bir qədər aralıya aparıb qoymuş, sonra evə qayıdaraq radiator, su süzən daş və tozsoranları soyuducunun yanına daşımışdır. Sonra o, səhər saatlarında yolun kənarına çıxmış və orada bir ədəd yük avtomobili saxlatdırmış və yük avtomobilinin sürücüsü ilə razılaşıb, avtomobili oğurladığı əşyaların yanına sürdürmüşdür. Sonra yük avtomobilinin sürücüsü ilə əşyaları yük maşınına yükləmiş və onları Bakı şəhəri 8 km bazarına aparmışdır. Yük avtomobilinin sürücüsü ondan əşyalar barədə soruşduqda, demişdir ki, əşyalar özünündür, evini satır deyə əşyaları da aparıb satmalıdır. Yük avtomobili 8 km bazarına gəldikdən sonra o, əşyaları orada düşürmüş və həmin gün qeyd olunan əşyaları tanımadığı şəxslərə hazırda xatırlamadığı qiymətlərə satmışdır. Əldə etdiyi pulu isə öz ehtiyaclarına xərcləmişdir. Əşyaları apardığı yük maşınına 35 manat pul vermişdir. Həmçinin oğurluğu tək etmiş, oğurluq edən zaman da heç kim onu görməmişdir. Bundan başqa, 25 noyabr 2022-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Fatmayı kəndi ərazisində gəzib sahibsiz ev axtarmışdır ki, evdən oğurluq edib oğurladığı əşyanı satıb əvəzində narkotik alar. Bu məqsədlə Fatmayı kəndində gəzişmiş, bir qədər gəzişdikdən sonra qarşısına fərdi yaşayış evi çıxmış, baxdıqda evin yeni inşa edilməsini görmüş və başa düşmüşdür ki, evdə yaşayış yoxdur. Qərara gəlmişdir ki, evə daxil olub oğurluq etsin. O, evin həyətinə hasardan tullanıb keçmiş, sonra evin plastikdən olan pəncərəsini güc tətbiq edib açmış və evə daxil olmuş, sonra evdə hər hansı bir əşya tapa bilməyib pilləkənlə evin daxilindən qaraja düşmüş və qarajda çoxlu sayda tikinti materialları və tikintidə istifadə olunan alətlər görmüş və onları oğurlamaq qərarına gəlmişdir. O, səhər saatlarına kimi qarajdan tikintidə istifadə olunan prefarator, laqonda, drel alətlərini, işıq dirəklərini, alüminium pəncərələri daşıyıb evdən bir qədər aralıya yığmışdır. Daha sonra yola çıxaraq yoldan keçən yük avtomobilini saxlatdırıb həmin avtomobili oğurladığı əşyaların yanına aparmışdır. Yük avtomobilinin sürücüsü ondan həmin əşyalar barədə soruşduqda, o, qeyd olunan əşyaların özünə məxsus olduğunu, təzə tikdiyi evdən daşıyıb başqa evinə apardığını demişdir. Yük avtomobilinin sürücüsü də onunla razılaşmış və o, oğurladığı əşyaları avtomobilin yük yerinə yığmışdır. Sonra yük avtomobilini Sumqayıt şəhərinə sürdürmüş və orada oğurladığı əşyaları yaşadığı evin yaxınlığında boşaldıb, sonradan həmin əşyaları səyyar metal alan şəxslərə hazırda xatırlamadığı qiymətə satmışdır. Əldə etdiyi pulu isə öz ehtiyaclarına xərcləmişdir. Oğurluğu tək etmiş, oğurluq edən zaman da heç kim onu görməmişdir. Bundan başqa, 28 noyabr 2022-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Fatmayı kəndi ərazisində gəzib sahibsiz ev axtarmışdır ki, evdən oğurluq edib oğurladığı əşyanı satıb əvəzində narkotik alar. Bu məqsədlə Fatmayi kəndində gəzişmiş, bir qədər gəzişdikdən sonra qarşısına yeni tikilən ev çıxmışdır. Həmin evin hasarından həyətə keçmişdir. Həyətdə çoxlu sayda taxtaların olduğunu görüb həmin taxtaları hissə-hissə yol kənarına daşıyıb aparmışdır. Sonra yoldan keçən yük maşını saxlatdırıb, həmin yük maşını ilə taxtaları Sumqayıt şəhərinə gətirmişdir. Sumqayıt şəhərində taxtaları bazarda tanımadığı şəxsə 100 manat satmışdır. Əldə etdiyi pulu isə öz ehtiyaclarına xərcləmişdir. Taxtaları gətirdiyi yük maşınına həmin taxtaların özünə məxsus olduğunu demiş və yük maşınına 10 manat pul vermişdir. Həmçinin oğurluğu tək etmiş, oğurluq edən zaman da heç kim onu görməmişdir. Bundan başqa, 09 dekabr 2022-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində gəzib sahibsiz ev axtarmışdır ki, evdən oğurluq edib oğurladığı əşyanı satıb əvəzində narkotik alar. Bu məqsədlə Mehdiabad qəsəbəsində gəzişmiş, bir qədər gəzişdikdən sonra qarşısına fərdi yaşayış evi çıxmış, baxdıqda evin həyətində tövlənin olduğunu görmüşdür. Qərara gəlmişdir ki, həmin tövlədən xırdabuynuzlu heyvan oğurlayıb aparıb satsın. O, evin həyətinə hasardan tullanmaqla keçib tövlənin qapısını açmış və orada qoyunların olduğunu görmüşdür. O, qoyunlardan 2 baş qoyunu bir-bir hasardan küçəyə atmış və sonra özü də hasardan küçəyə çıxmış və qoyunları yolun kənarına kimi sürüb aparmışdır. Yolun kənarında o, yük maşını saxlatdırıb həmin yük maşını ilə qoyunları Sumqayıt şəhərinə gətirmiş və Sumqayıt şəhərində qoyunları tanımadığı qəssaba cəmi 280 manata satmışdır. Əldə etdiyi pulu isə öz ehtiyaclarına xərcləmişdir. Qoyunları apardığı yük maşınına həmin qoyunların özünə məxsus olduğunu demiş və yük maşınına 10 manat pul vermişdir. Həmçinin oğurluğu tək etmiş, oğurluq edən zaman da heç kim onu görməmişdir. Bundan başqa, 24 dekabr 2022-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni Məhəllə deyilən ərazidə gəzib sahibsiz ev axtarmışdır ki, evdən oğurluq edib oğurladığı əşyanı satıb əvəzində narkotik alar. Bir qədər gəzişdikdən sonra qarşısına işıqları yanmayan ev çıxmışdır. O, düşünmüşdür ki, ev sahibi evdə yoxdur. Evin həyətinin hasarından aşıb həyətə daxil olmuşdur. Daha sonra evin plastikdən olan pəncərəsini əli ilə zərblə itələyib açmışdır. Daha sonra evin otaqlarını gəzib evdə dəyərli əşya axtarmağa başlamışdır. Evin bütün dağınıq hala salıb axtarış etsə də dəyərli heç bir əşya tapa bilməmişdir. Yataq otağında olan seyf onun diqqətini çəkmişdir. O, həmin seyfi sürüyüb pəncərədən həyətə atmışdır. Ordan da həyətin giriş qapısından sürüyə-sürüyə seyfi küçəyə çıxarmışdır. Seyfi sürüyüb evdən bir neçə yüz metr kənara heç kimin görmədiyi bir yerə aparmışdır. Həmin yerdə bərk dəmir parçası tapıb seyfin qapısını gərərək açmışdır. Həmin seyfdə 50 manat pul və sənədlər vardır. Sənədlərin dəyəri olmadığı üçün onlara dəyməmiş, yalnız 50 manat pulu götürüb oradan uzaqlaşmışdır. Həmin 50 manat pulu da öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 26 dekabr 2022-ci il tarixdə saat 12 radələrində Abşeron rayonu, Məmmədli kəndi ərazisində gəzib sahibsiz ev axtarmışdır ki, evdən oğurluq edib oğurladığı əşyanı satıb əvəzində narkotik alar. Bu məqsədlə Məmmədli kəndində gəzişmiş, bir qədər gəzişdikdən sonra qarşısına hasarı və darvazası olmayan bir yarımtikili çıxmışdır. Həmin yarımtikilinin yanında tikinti üçün istifadə olunan bir neçə ədəd dəmir məmulatları və taxta vardır. O, həmin dəmir və taxtaları bir yerə toplamışdır. Daha sonra yol kənarına çıxmışdır ki, yük taksisi tapıb onları aparıb satmışdır. Bir qədər yol kənarında gözlədikdən sonra dövlət qeydiyyat nişanı yadında qalmayan Qazel markalı avtomobil saxlamışdır. Həmin avtomobilin sürücüsü ilə oğurluq edəcəyi yerə getmişdir. Qazel sürücüsünə fərdi yaşayış evinin, taxta və dəmirlərin ona məxsus olduğunu evin tikintisindən artıq qaldığı üçün satmaq istədiyini demişdir. Daha sonra həmin taxta və dəmirləri Qazelə yükləmişlər. Daha sonra Qazeli Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən köhnə Vüsal şadlıq evinin yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə sürdürmüşdür. Orada metal qəbulu məntəqəsini işlədən Əhməd adlı şəxsə həmin dəmir və taxtaları göstərib ev tikdirdiyini, həmin dəmir və taxtaların da tikintidən artıq qaldığını ona görə də satmaq istədiyini demişdir. Əhmədlə həmin dəmir və taxtaları 80 manata satacaqlarını razılaşmışdır. Əhmədə dəmir və taxtaların oğurluq olduğunu deməmişdir. 80 manat pulu Əhməddən alandan sonra həmin puldan Qazel sürücüsünə 20 manat taksi pulu vermişdir. Yerdə qalan 60 manat pulu da öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin oğurluğu tək etmiş, oğurluq edən zaman da heç kim onu görməmişdir. Bundan başqa, 31 dekabr 2022-ci il tarixdə saat 23 radələrində oğurluq etmək üçün Abşeron rayonu, Məmmədli kəndinə gəlmiş və yeni məhəllədə fərdi yaşayış evində heç kəsin olmadığını görüb hasardan həyətə daxil olmuşdur. Evin sağ hissəsində yerləşən damda kombi və elektrik tənzimləyicisi olduğunu görmüşdür. Həmin kombini və elektrik tənzimləyicisini götürüb aparmışdır. Taksi sifariş edib həmin kombini və elektrik tənzimləyicisini taksiyə qoyub Bakı şəhəri, 3-cü mikrorayon bazarının qarşısına gətirmişdir. Həmin kombini və elektrik tənzmiləyicisini orada tanımadığı bir nəfər şəxsə 100 manata satmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyacı üçün xərcləmişdir. O, həmin evdən oğurluğu tək etmiş və bu barədə heç kimin xəbəri olmamışdır. Su qızdırıcı kombi aparatını və elektrik tənzimləyicisini satan zaman özünə məxsus olduğunu bildirmişdir. Bundan başqa, 07 yanvar 2023-cü il tarixdə saat təxminən 12 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən evlərdən birinə yaxınlaşmışdır. O, ətrafda və həmin evdə heç kimin olmadığına tam əmin olduqdan sonra hasarın üstündən keçməklə evin həyətinə daxil olmuşdur. Bundan sonra o, həmin evin həyətindən götürdüyü dəmir parçası ilə evin giriş qapısının dəstəyini və kilidini sındırmış və qapını açaraq içəri daxil olmuşdur. O, otaqlara nəzər yetirdikdən sonra yataq otağındakı dolabda saxlanılan 400 manat pulu, həmin otaqdakı iri ölçülü yük çantasından xeyli sayda qadın və uşaq geyimlərini, həmçinin mətbəxdən də 2 ədəd istifadə olunmamış qazan dəstini oğurlayıb həmin evdən götürdüyü iri ölçülü sellofan torbaya yığaraq evdən çıxmışdır. Bundan sonra o, oğurladığı həmin əşyaları həmin gün Bakı şəhəri, Sabunçu rayonuna apararaq işlənmiş əşyaların satıldığı bazarda ümumilikdə 80 manata satmış və həmin pulu öz ehtiyaclarına xərcləmişdir. O, həmin evdən oğurluğu tək etmiş və bu barədə heç kimin xəbəri olmamışdır. Sonda təqsirləndirilən şəxs məhkəmə iclasında törətdiyi əməllərdən peşman olmasını, dəymiş zərərdən qaytarmağa imkanı olmasa da, əksər zərərçəkmiş şəxslərin onu bağışlamasını, ağır xəstəlikdən əziyyət çəkməsini, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 11 il müddətdə azadlıqdan məhrum edilməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Nabatəli oğlu məhkəməyə ərizə ünvanlayaraq, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini qeyd edərək, sonuncudan şikayətçi olduğunu bildirmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Nabatəli oğlu iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu Mehdiabad qəsəbəsi Mehdi Hüseynzadə küçəsində yerləşən fərdi yaşayış evi ona məxsusdur, həmin evi Türkiyə Respublikasına getməmişdən əvvəl Sara adlı qadına aylıq 200 manat ödəməklə kirayə vermişlər. O, ailəsi ilə Türkiyə Respublikasında olan zaman evə nəzarət etməyi və evin ödənişini almağı qonşusu Alikə tapşırmışdır. 2022-ci ilin noyabr ayının əvvəllərində Sara ailə üzvləri ilə evdən çıxmışlar, bundan sonra evdə qalan olmamış, o, Alikə evin qıfılını dəyişməyi demiş və sonuncu da evin qıfılını dəyişmişdir. 20 noyabr 2022-ci il tarixdə Alik ona zəng vuraraq evdən oğurluq olduğunu, evdən tozsoran, soyuducu, su qızdırıcısı və su süzən daşın oğurlandığını bildirmişdir. O da Alikdən xahiş etmişdir ki, onun əvəzinə polisə gedərək müraciət etsin. Alik də onun yerinə polisə müraciət etmişdir. Sonradan o, Türkiyə Respublikasından qayıtdıqda müəyyən etmişdir ki, evindən 1 ədəd 1000 manat dəyərində «İndesit» markalı soyuducu, 2 ədəd hər biri 150 manat olan tozsoranlar, 1 ədəd elektriklə işləyən 150 manat dəyərində radiator, 1 ədəd 70 manat dəyərində su süzən daş oğurlanmış, oğurluq nəticəsində ona ümumilikdə 1520 manat maddi ziyan dəymişdir. Alik evindən oğurlanmış əşyaların dəqiq qiymətini bilmədiyi üçün polisdə izahat verən zaman əşyaların qiymətinin 600 manat olduğunu, həmçinin oğurlanmış əşyalardan 1 ədəd tozsoranı qeyd etməmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 məhkəməyə teleqram ünvanlayaraq, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini qeyd edərək, sonuncudan şikayətçi olduğunu bildirmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 24 dekabr 2022-ci il tarixdə saat 17 radələrində arvadı ilə birlikdə Bakı şəhərinə getmişdir. Həmin günü saat təxminən 20 radələrində evə qayıdan zaman evin yataq otağının dağınıq olduğunu görmüşdür. Belə ki, evin otaqlarının dolablarında olan geyim əşyalarının döşəmədə olmuşlar. Bundan başqa evin yataq otağının plastik pəncərəsinin də açıq vəziyyətdə olduğunu görmüşdür. O, dərhal başa düşmüşdür ki, evinə oğru girmişdir. Ona görə də evin otaqlarında axtarış aparmışdır ki, evdən nəyin oğurlanıb oğurlanmamasını dəqiqləşdirsin. Yataq otağına baxan zaman həmin otaqda olan 500 manata aldığı dəmir seyfin yerində olmadığını müəyyən etmişdir. Daha sonra evin digər otaqlarına baxış keçirmiş, lakin əlavə heç nə oğurlanmamışdır. Həmin dəmir seyfdə 50 manat pul və sənədləri olmuşdur. Oğurlanmış sənədlər onun Şabran rayonu, Pirəbədil kəndində yerləşən 4,2 hektar torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən torpaq aktı, Şabran rayonunda yerləşən 38 sot torpaq sahəsinin çıxarışı, Texkomp MMC- yə məxsus möhür, ştamp, VÖEN, nizamnamə və digər sənədlər, arvadı X1 adına olan VÖEN, möhür və digər sənədlər olmuşdur. O, oğurluq olduğunu yəqin etdikdən sonra 102-yə zəng edib oğurluq barədə məlumat vermişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ünvanlayaraq, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini qeyd edərək, sonuncudan şikayətçi olduğunu bildirmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Məmmədli kəndində 0,03 ha torpaq sahəsində bir mərtəbli fərdi yaşayış evi inşa etdirir. Həmin mənzilin hasarı və darvazası yoxdur. Naməlum şəxs və ya şəxslər xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə keçən gcə ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində bir ədədinin dəyəri 20 manat olmaqla ümumi dəyəri 200 manat olan 10 ədəd uzunluğu 6 metr eni 20 sm, qallnlığı 6 sm olan tikinti üçün istifadə olunan taxtanı, bir cütünün dəyəri 30 manat olmaqla ümumi dəyəri 360 manat olan 12 cüt uzunluğu 2 metr olan tikinti üçün istifadə edilən dəmir məmulatını oğurlayaraq, ümumilikdə 560 ziyan vurmuşdur. Hadisənin törədilməsində şübhələndiyi şəxs yoxdur. Ona dəymiş ziyan 560 manatdır. İlk olaraq düzgün hesablamadığı üçün TŞ-də izahat verərkən dəymiş ziyanı 610 manat kimi qeyd etmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə ünvanlayaraq, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini qeyd edərək, sonuncudan şikayətçi olmasını bildirmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Saatlı rayonu, Dədə-Qorqud kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evdə tək yaşayır. Hal-hazırda səyyar qaydada geyim əşyalarının alqı-satqısı ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində işi ilə əlaqədar olaraq yaşadığı evdən çıxıb qapıları kilidləyərək Abşeron rayonu, Novxanı qəsəbəsinə getmişdir. Həmin gün saat 17 radələrində geri evə qayıdan zaman evinin giriş qapısının dəstəyinin və kilidinin sındırılmış vəziyyətdə olduğunu və qapının da açıq olduğunu görmüşdür. O, içəri daxil olub otaqlara nəzər yetirdikdə isə evindəki əşyaların dağınıq vəziyyətdə olduğunu, həmçinin yataq otağındakı dolabda saxladığı 400 manat pulunun, yataq otağında iri ölçülü yük çantasında satmaq üçün saxladığı 500 manat dəyərində olan geyim əşyalarının və satmaq üçün alaraq mətbəxdə saxladığı, hər bir 200 manat dəyərində olan 2 ədəd qazan dəstinin yerində olmadığını görmüşdür. Bundan sonra ona məlum olmuşdur ki, o, evdə olmadığı müddətdə naməlum şəxs və ya şəxslər evinin giriş qapısının dəstəyini və kilidini sındırmaq yolu ilə evə daxil olub yuxarıda sadaladığı əşyalarını oğurlamışlar. Ona görə də o, həmin vaxt DİN-in “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan bir qədər sonra da hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Həmin oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1300 manat ziyan dəymişdir. Belə ki, həmin oğurluq zamanı evindən 400 manat pulu, satmaq üçün aldığı ümumilikdə 500 manat dəyərində olan qadın və uşaq paltarları, həmçinin hər biri 200 manat dəyərində olan 2 ədəd qazan dəsti oğurlanmışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi, ev 6, mənzil 20-də yaşayır. Abşeron rayonu, Məmmədli kəndində fərdi yaşayış evi vardır və həmin evdə yaşamasa da hərdən gedib baş çəkir. xx.xx.2022-ci il tarixdə Məmmədli kəndinə gedib evinə baş çəkmiş və həmin vaxtı hər şey qaydasında olmuşdur. xx.xx.2023-cü il tarixdə yenidən Məmmədli kəndinə gedib evə baş çəkən zaman evin sağında yerləşən damdan “Qold Term” markalı 780 manat dəyərində kombi istilik sisteminin və 45 manat dəyərində olan elektrik tənzimləyicisinin “stalbizator” oğurlandığını aşkar etmiş, bu barədə 102 xidmətinə zəng edib məlumat vermişdir. Oğurluq nəticəsində ona 825 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi, ev 6, mənzil 20-də yaşayır. Abşeron rayonu, Məmmədli kəndində fərdi yaşayış evi vardır və həmin evdə yaşamasa da hərdən gedib baş çəkir. xx.xx.2022-ci il tarixdə Məmmədli kəndinə gedib evinə baş çəkmiş və həmin vaxtı hər şey qaydasında olmuşdur. xx.xx.2023-cü il tarixdə yenidən Məmmədli kəndinə gedib evə baş çəkən zaman evin sağında yerləşən damdan “Qold Term” markalı 780 manat dəyərində kombi istilik sisteminin və 45 manat dəyərində olan elektrik tənzimləyicisinin “stalbizator” oğurlandığını aşkar etmiş, bu barədə 102 xidmətinə zəng edib məlumat vermişdir. Oğurluq nəticəsində ona 825 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o Abşeron rayonu Mehdiabad qəsəbəsi Savalan küçəsində yerləşən fərdi yaşayış evi vardır və həmin evdə yaşayır. Evinin həyətində tövlə vardır və orada xırdabuynuzlu heyvanlar saxlayır. Hər axşam heyvanları tövləyə salır və səhər saatlarında tövlədən buraxır. Sonuncu dəfə 08 dekabr 2022-ci il tarixdə qoyunları tövləyə salmış və yaşadığı evə getmişdir. Növbəti gün, yəni 09 dekabr 2022-ci il tarixdə saat 09 radələrində tövlədəki qoyunları çölə çıxartdıqda, görmüşdür ki, 2 baş qoyun yoxdur. O, gecə saatlarında tövləyə kiminsə daxil olduğunu və qoyunları oğurladığını başa düşüb bu barədə DİN «102» xidmətinə məlumat vermişdir. Tövlənin qapısını gecə kilidlə bağlamır. Oğurlanmış qoyunların hər biri 250 manat dəyərində olmuş və ona ümumilikdə 500 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Fatmayı kəndi, Yeni Yaşayış massivində 0,04 Ha torpaq sahəsi ona məxsusdur. Həmin torpaq sahəsi mişar daşları ilə hasarlanmaqla bir mərtəbəli yarımtikili fərdi yaşayış evi vardır. Hal-hazırda maddi durumu yaxşı olmadığına görə təmir tikinti işləri getmir. Naməlum şəxs və ya şəxslər xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə ona məxsus fərdi yaşayış evinə hasardan qanunsuz daxil olaraq, həyətdə olan 1 kub taxtanın qiyməti 425 manat olmaqla, ümumi dəyəri 850 manat olan 2 kub döşəmə taxtasını və 1 kubun dəyəri 425 manat olmaqla, dəyəri 212 manat 50 qəpik olan yanm kub döşəmə altı taxtanı oğurlayaraq ona ümumulikdə 1062 manat 50 qəpik ziyan vurmuşdur. Hadisənin törədilməsində şübhələndiyi şəxs yoxdur. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki onun Abşeron rayonu Fatmayı kəndində 10 sot torpaq sahəsi vardır. Həyətin ətrafı mişar daşları ilə hasarlanmış, həyətin giriş qapısı iki laylı dəmir darvazadan ibarətdir. Həyətə daxil olarkən sol tərəfdə 2 mərtəbəli və zirzəmisi olan fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evi tikilsə də tam təmir olunmadığı üçün orada faktiki yaşayış yoxdur. Lakin, həmin evin içərisində məişət və təmir əşyaları vardır. Evin giriş qapısı seyf qapı olmaqla, bütün pəncərələr quraşdırılmışdır. Pəncərələrdə dəmir barmaqlıqlar yoxdur. O, şəxsi işləri ilə əlaqədar olaraq təxminən 1 ay ərzində həmin evə gedib nəzarət edə bilməmişdir. Sonuncu dəfə 27 noyabr 2022-ci il tarixdə saat 10 radələrində Fatmayi kəndində yerləşən evinə nəzarət etmək üçün getmişdir. Bu zaman evin giriş qapısının sağ tərəfində yerləşən plastik pəncərənin açıq olduğunu görmüşdür. Dərhal qapıdan evə daxil olub ətrafa baxarkən evin daxilindən zirzəmiyə düşən pilləkənlə aşağı qaraja düşmüşdür. Bu vaxt qarajdan naməlum şəxs və ya şəxslər tərəfindən 1 ədəd 350 manat dəyərində BOSCH markalı perepartor, 1 ədəd 750 manat dəyərində BOSCH markalı pereparatorun, 1 ədəd 250 manat dəyərində BOSCH markalı laqondanı, hər biri 50 manat olmaqla 2 ədəd 100 manat dəyərində 50 metrlik elektrik uzadıcı, 1 ədəd 150 manat dəyərində direl, hər biri 300 manat olmaqla 5 ədəd 1500 manat dəyərində iki taylı aliminium pəncərələri, hər biri 80 manat olmaqla 30 ədəd 2400 manat dəyərində 70 sm hündürlüyündə işıq dirəkləri, hər biri 150 manat olmaqla 10 ədəd 1500 manat dəyərində 2 metr hündürlüyündə işıq dirəklərini, 1 ədəd 150 manat dəyərində markus markalı su matorunun oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 7000 manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, o, MQS şirkətində sürücü işləyir. Qonşuluqda yerləşən Qasımov X4 Respublikasına gedən zaman evinə nəzarət etməyi və evində olan kirayəşindən pulu almağı ona tapşırmışdır. Kirayəşinləri isə ev sahibinin arvadı yerləşdirmişdir. O, kirayəşinləri tanımır, yalnız adlarını bilir, həmin evdə Yaşar adlı kişi, Sara adlı qadın və onların uşaqları yaşayır. Ev sahibinin arvadı Tamillə kirayəşinlərə evin kanalizasiyasını düzəltməyi və evin aylıq pulunu iki ay verməməsini desə də, evdə qalan Yaşar adlı şəxs kanalizasiya sistemini dəyişməmiş, lakin evin 1 aylıq kirayə pulunu, yəni 200 manat pulu ona vermişdir. Buna görə Tamilə həmin kirayəşinlərə evdən çıxmalarını demişdir. Həmin kirayəşinlərdə 2022-ci ilin noyabr ayının 10-13 arası evdən çıxmışlar, lakin ona açar təhvil verməmişlər. Tamilanın xahişi ilə o, evin qıfılını dəyişmişdir. 20 noyabr 2022-ci il tarixdə evin darvazasının açıq olduğunu görüb, içəri daxil olduqda çöl dəmir qapının arxadan açıldığını, evin içəri qapısının da açıq olduğunu görmüş və evə daxil olduqda, evdə olan soyuducunun, su süzən daşın, tozsoranın, su qızdırıcısınm yerində olmadığını görmüşdür. O, bu barədə qonşusu Qasıma məlumat verdikdə, sonuncu onun adından polisə məlumat verməyini bildirmişdir. O da DİN «102» xidmətinə zəng vurub oğurluq olması barədə məlumat vermiş, həmçinin sonradan Mehdiabad polis bölməsində olaraq ərizə və izahat vermişdir. Fikrincə evdən 500-600 manat dəyərində əşya oğurlanmışdır. O, oğurluğun kim tərəfindən edilməsini bilmir, şübhələndiyi şəxs yoxdur. Evdə qalan kirayəşinlər tərəfindən oğurluq olmamışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, onun Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində yerləşən köhnə Vüsal şadlıq evinin yaxınlığında əlvan metal qəbulu məntəqəsi işlədir. 2022-ci ilin dekabr ayının sonları olardı günorta saatlarında özünü ona Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs dövlət qeydiyyat nişanı yadında qalmayan Qazel markalı avtomobil ilə onun işlətdiyi metal qəbulu məntəqəsinə gəlib təxminən dəqiq sayı yadında qalmayan dəmir künclük və taxta gətirib həmin əşyaları özünə məxsus evin tikintisi üçün aldığını və tikintisindən sonra artıq qaldığı üçün satmaq istədiyini demişdir. O, həmin şəxs Təqsirləndirilən şəxs satmaq istədiyi dəmir və taxtaların oğurluq olub olmamasını soruşmuşdur. Şahin isə onu əmin etmişdir ki, həmin dəmir və taxtalar oğurluq olsaydı gündüz vaxtə rahat gətirib sata bilməzdi. Şahinin sözü onun ağlına batmışdır. O, Şahinə bildirmişdir ki, o, metal alışı ilə məşğuldur, ona taxtalar lazım deyil. Şahin isə ona demişdir ki, onsuzda taxtalar həyətinlə qalıb yer tutur, taxtaları dəmirlərin üstündə pay verir. Dəmir künclüklərin sayı təxminən 10-12 ədəd olmuşdur. O, həmin dəmirləri tərəzidə çəkib 80 manata ala biləcəyini demişdir. Şahin də onunla razılaşmışdır. O, Şahinə 80 manat pul verib dəmirləri almış, taxtaları isə üstündə pay vermişdir. Şahin ondan pulu alandan sonra həmin puldan 20 manatını Qazel sürücüsünə verib oradan uzaqlaşmışdır. Həmin gündən bu yana uzun müddət keçdiyi üçün Şahindən aldığı dəmir və taxtalar hazırda onda yoxdur. Ona görə də istintaqa təqdim edə bilmir. Bir daha qeyd etmək istəyir ki, Şahinin ona satdığı dəmir və taxtaların oğurluq olduğunu bilməmişdir. Əks halda həmin dəmir və taxtaları Şahindən almazdı və bu barədə polisə məlumat verərdi. Şahid1 həmçinin göstərmişdir ki, 25 noyabr 2022-ci il tarixdə bir nəfər şəxs işlətdiyi məntəqəyə yaxınlaşaraq 100 metr uzunluğunda elektrik uzadıcı, doğranmış vəziyyətdə alminium pəncərə hissələrini, təxminən 4 metr uzunluğunda kəsilmiş vəziyyətdə işıq dirəklərini, bir ədəd işlək vəziyyətdə olmayan su matorunu və bir ədəd işlək vəziyyətdə olmayan direli satmaq istədiyini bildirmişdir. O, həmin şəxsdən həmin əşyaları kimə məxsus olduğunu soruşduqda həmin şəxs həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. O, həmin əşyaları hesablamış və ona 108 manata ala biləcəyini bildirmişdir. Belə ki, o, bir kiloqram alminiumu 2 manata, bir kiloqram misi 9 manata, bir kiloqram dəmiri 0,40 qəpikdən qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 12 dekabr 2022ci il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin tərkib əlamətləri olduğuna görə fakta görə həmin maddə ilə cinayət işi başlamış və istintaq aparılması üçün icraata qəbul edilmişdir;

2. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 13 dekabr 2022ci il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin tərkib əlamətləri olduğuna görə fakta görə həmin maddə ilə cinayət işi başlamış və istintaq aparılması üçün icraata qəbul edilmişdir;

3. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 13 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır;

4. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 21 dekabr 2022ci il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin tərkib əlamətləri olduğuna görə fakta görə bağlı ********* nömrəli cinayət işi başlamış və istintaq aparılması üçün icraata qəbul edilmişdir;

5. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır;

6. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 27 dekabr 2022ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin tərkib əlamətləri olduğuna görə faktla bağlı cinayət işi başlamış və icraata qəbul edilmişdir;

7. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır;

8. “Cinayət işi üzrə icraatın dayandırılması” barədə 12 yanvar 2023-cü il tarixli qərara əsasən ********* №-li cinayət işi üzrə hadisəni törətmiş naməlum şəxlərin şəxsiyyətini məyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılmışdır;

9. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 13 yanvar 2023cü il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə fakta görə ********* №-li cinayət işi başlamış və istintaq aparılması üçün icraata qəbul edilmişdir;

10. Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 13 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır;

11. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 26 yanvar 2023cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlamış və icraata qəbul edilmişdir;

12. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 28 yanvar 2023cü il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaq davam etdirilmişdir;

13. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 28 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X2 zərərçəkmiş şəxs qismində tanınmışdır;

14. Cinayət işi üzrə icraatın dayandırılması” barədə 13 fevral 2023-cü il tarixli qərara əsasən ********* №-li cinayət işi üzrə hadisəni törətmiş naməlum şəxlərin şəxsiyyətini məyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılmışdır;

15. “Cinayət işi üzrə icraatın dayandırılması” barədə 13 fevral 2023-cü il tarixli qərara əsasən ********* №-li cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır;

16. “Cinayət işi üzrə icraatın dayandırılması” barədə 28 mart 2023-cü il tarixli qərara əsasən ********* №-li cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır;

17. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata götürülməsi haqqında” 07 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməlin hazırda Azərbaycan Respublikası Ədliyyə Nazlirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs tərəfindən törədilməsi məyyən edildiyindən iş üzrə icraat təzələnmiş və iş icraata qəbul edilmişdir;

18. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 04 fevral 2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* №-li cinayət işi başlamış və icraata qəbul edilərək, ibtidai araşdırma aparılmışdır;

19. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 04 fevral 2023cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs8 zərərçəkmiş şəxs qismində tanınmışdır;

20. “Cinayət işi üzrə icraatın dayandırılması” barədə 21 fevral 2023-cü il tarixli qərara əsasən ********* №-li cinayət işi üzrə hadisəni törətmiş naməlum şəxlərin şəxsiyyətini məyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılmışdır;

21. “Cinayət işi üzrə icraatın dayandırılması” barədə 26 fevral 2023-cü il tarixli qərara əsasən ********* №-li cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsi müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılmışdır;

22. “Cinayət işi üzrə icraatın dayandırılması” barədə 27 fevral 2023-cü il tarixli qərara əsasən ********* №-li cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxslər müəyyən edilənək dayandırılmışdır;

23. “Cinayət işi üzrə icraatın dayandırılması” barədə 04 aprel 2023-cü il tarixli qərara əsasən ********* №-li cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilənədək dayandırılmışdır;

24. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata götürülməsi haqqında” 03 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməlin hazırda Azərbaycan Respublikası Ədliyyə Nazlirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs tərəfindən törədilməsi məyyən edildiyindən iş üzrə icraat təzələnmiş və iş icraata qəbul edilmişdir;

25. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata götrülməsi haqqında” 01 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi məyyən edildiyindən iş üzrə icraat təzələnmiş və iş icraata qəbul edilmişdir;

26. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata götrülməsi haqqında” 05 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi məyyən edildiyindən iş üzrə icraat təzələnmiş və iş icraata qəbul edilmişdir;

27. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 07 senrtyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

28. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata götrülməsi haqqında” 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi məyyən edildiyindən iş üzrə icraat təzələnmiş və iş icraata qəbul edilmişdir;

29. “Təqsirləndirilən şəxs qismində cəlb edilmə” haqqında 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

30. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 09 senrtyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

31. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 09 senrtyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

32. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 10 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaq davam etdirilmişdir;

33. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında 10 sentyabr 2023cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi məyyən edildiyindən iş üzrə icraat təzələnmişdir;

34. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 10 senrtyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

35. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 10 senrtyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

36. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi tövsif edilməsi” haqqında 01 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli, ********* nömrəli, ********* nömrəli, ********* nömrəli, ********* nömrəli, ********* nömrəli və ********* nömrəli cinayət işiləri bir icraatda birləşdirilməli və istintaq ********* nömrəsi altında davam etdirilmişdir;

37. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata götrülməsi haqqında” 06 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi məyyən edildiyindən iş üzrə icraat təzələnmiş və iş icraata qəbul edilmişdir;

38. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi” haqqında 06 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli və ********* nömrəli cinayət işiləri bir icraatda birləşdirilməli və istintaq ********* nömrəsi altında davam etdirilmişdir;

39. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 10 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 Nabatəli oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır;

40. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 21 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur;

41. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 21 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

42. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 21 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə qərarın təsvir hissəsində göstərilən və ittihamı təstiq edən təqsirləndirilən şəxsin etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, hadisə yerinə baxış, ifadənin yerində yoxlanılması, digər istintaq hərəkəti protokolları və istintaq zamanı toplanılmış digər sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından həmin cinayət işi üzrə mötəbər sübut kimi qiymətləndirilmişdir.

43. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən yeni məzmunda ittihamlar elan edilmişdir;

44. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, hazzırki iş üzrə tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcının hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu gündən, yəni 12 yanvar 2023-cü il tarixdən hesablanması, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir;

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxslər və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Qeyd olunan Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin törədilməsində ilə təqsirli bilinərək, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş,xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, lakin məhkumluğun ödənilməsi üçün qanunvericilikdə müəyyən olunmuş müddət keçmədən yəni xx.xx.2022-ci il tarixdə ilk oğurluq hadisəsini törədərək, yenidən qəsdən az ağır cinayət törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayəti törədərkən məhkumluğu ödənilməmişdir, bu hal isə öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə cinayət qanunvericliyinin təlbələrini, Ali Məhkəmənin Plenumunun tövsiyyələrini, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməməsini, həmçinin onun əvvəllər törətdiyi cinayət əməli üzrə cəzanı çəkib qurtardıqdan sonra yəni məhkumluq müddətində yenidən qəsdən cinayət törədərək, əməldə cinayətlərin residivinin yaranması halını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Lakin cəza təyin edilərkən digər hallar da nəzərə alınaraq cəza həddi müəyyən edilməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında olan hökmə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu əməlləri barəsində çıxarılmış Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 1(124)-326/2024 saylı hökmü ilə məhkum olunmamışdan əvvəl, yəni 20 noyabr 2022-ci il tarixdə törətdiyinə görə ona hazırkı cinayət işi üzrə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında təyin edilməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs ittiham olunduğu bu cinayət əməli residivin müəyyən edilməsi zamanı nəzərə alına bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 1(124)-326/2024 saylı hökmü ilə təyin edilmiş 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona cinayətlərin məcmusu üzrə təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Qeyd edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli, cəza çəkmə müddətinin əvvəli Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-326/2024 saylı, 29 fevral 2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş 12 yanvar 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 66-cı bəndində müəyyən olunur ki, cinayət prosesində zərər çəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.20-ci maddəsi zərərçəkmiş şəxsin cinayət törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq imkanını hər hansı şərtlə əlaqələndirilməyən hüquq kimi təsbit etmiş, buna müvafiq olaraq da qanunverici cinayət prosesini həyata keçirən orqanların zərərçəkmiş şəxsin həmin hüququndan irəli gələn vəzifələrini müəyyən etmişdir. Belə ki, həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. Bundan başqa qeyd olunan Məcəllənin 132.1.5-ci maddəsinə görə isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış (maddi sübut kimi qiymətləndirilmiş) pul və qiymətli əşyalar məhkəmənin yekun qərarı çıxarılarkən sahiblərinə, mülkiyyətçılərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Odur ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxslərin maddi ziyanın vurulması ilə müşayiət olunan (məsələn, oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, quldurluq, əmlakı qəsdən və yaxud ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və s. bu kimi) cinayət nəticəsində məhrum olunduqları (sübut yetirilmiş cinayətin təsvirində qeyd olunan) pul vəsaitləri və digər əmlakı mülki iddianın verilməsi ilə şərtləndirilmədən cinayət-prosessual restitusiya qaydasında onlara qaytarılmalı, hər hansı səbəbdən həmin əmlakı qaytarmaq mümkün olmadıqda və xüsusi müsadirə tətbiq olunduqda isə, təqsirkarın bu əmlaka bərabər digər əmlakının müsadirə olunması hesabına onlara vurulmuş maddi ziyan ödənilməlidir. Ona görə də, məhkəmə cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyana görə Zərərçəkmiş şəxs1 Nabatəli oğlunun xeyrinə 1520 manat, Zərərçəkmiş şəxs5 xeyrinə 7150 manat, Zərərçəkmiş şəxs2 xeyrinə 1062 manat 50 qəpik, Zərərçəkmiş şəxs6 xeyrinə 500 manat Zərərçəkmiş şəxs7 xeyrinə 550 manat, Zərərçəkmiş şəxs3 xeyrinə 560 manat, Zərərçəkmiş şəxs8 xeyrinə 825 manat və Zərərçəkmiş şəxs4 xeyrinə 1300 manat məbləğində pul vəsaiti tutularaq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə müsadirə edilməli əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hər-hansı əmlakla bağlı xüsusi müsadirənin tətbiq edilməsinin zərurət olmadığı qənaətindədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə göstərdiyi hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi 50 saatın hər iş saatının 6 manatdan, digər 25 saatın hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 575 manat (50 saat x 6 AZN + 25 x 11 AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Cinayət işi üzrə mülki iddia, məhkəmə məsrəfi və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-326/2024 saylı, 29 fevral 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-326/2024 saylı, 29 fevral 2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş 12 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyana görə Zərərçəkmiş şəxs1 Nabatəli oğlunun xeyrinə - 1520 manat, Zərərçəkmiş şəxs5 xeyrinə - 7150 manat, Zərərçəkmiş şəxs2 xeyrinə - 1062 manat 50 qəpik, Zərərçəkmiş şəxs6 xeyrinə -500 manat, Zərərçəkmiş şəxs7 xeyrinə - 550 manat, Zərərçəkmiş şəxs3 xeyrinə - 560 manat, Zərərçəkmiş şəxs8 xeyrinə - 825 manat və Zərərçəkmiş şəxs4 xeyrinə - 1300 manat məbləğində pul vəsaiti tutularaq ödənilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış əşyanın, xüsusi müsadirə edilməli əmlakın, mülki iddianın və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə sərf etdiyi 50 saatın hər iş saatının 6 manatdan, digər 25 saatın hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 575 manat (50 saat x 6 AZN + 25 x 11 AZN) məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar