Məhkəmə qərarları › İş №1(012)-831/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-831/2025

22.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-831/2025 22.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1984-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, ünvan 2nında yaşayan Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yekun protokola əsasən Təqsirləndirilən şəxs 03 aprel 2025-ci il gecə saat 23 radələrində ünvan 2nında qeyri-rəsmi ər-arvad münasibətində olduğu tanışı Zərərçəkmiş şəxs ona başqa qadınla ünsiyyət saxlaması ilə bağlı irad bildirərkən həmin səbəbdən aralarında fikir ayrılığı ilə əlaqədar şəxsi münasibətlər zəmnində yaranmış narazılıq üstündə mübahisə baş verdikdə həmin mübahisə əsnasında həmin ünvanda Zərərçəkmiş şəxs üzərinə hücum edərək qəsdən əl, yumruq zərbələri ilə sonuncunun əl, qol, göz, sifət, baş, sinə və bədənin müxtəlif nahiyələrinə vuraraq, habelə əlləri ilə boğazından tutub sıxaraq Zərərçəkmiş şəxs sol bazu və dirsək nahiyəsinin hərəkət məhdudluğu ilə müşaiyət olunan geniş sahəli qançır və şişkinliyi, sol gözaltı, döş qəfəsinin ön səthinin, sağ və sol said nahiyələrinin qançırları ilə müşahidə olunan dərəcəsinə görə ayrı-ayrılıqda eləcədə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin oktyabr ayında Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş,lakin rəsmi nikaha daxil olmamışdır, yalnız dini kəbin nikahları var. Ailə həyatı qurandan sonra müxtəlif ünvanlarda kirayə yaşamışlar və son bir ildir ki, Xırdalan şəhərində birlikdə kirayə tutduqları evdə yaşayırlar. Birgə yaşadıqları vaxtdan aralarında hər hansı bir ciddi münaqişə və ya mübahisə olmamışdır vəo heç vaxt Aynurəyəəl qaldırmamışdır, lakin təxminən 4-5 gün əvvəl Aynurə heç bir əsaslı səbəb olmadan ona xəyanət etdiyindən şübhələnməyə başlayaraq, tələsik onun mobil telefonunu yoxlamışdır və orada anası ilə yazışdığını görərək başqa bir qadınla sevgili münasibətində olduğunu zənn edərək onunla mübahisə salmağa başlamışdır, lakin onunla hər hansı bir dava-dalaş olmamışdır.03 aprel 2025-ci il tarixdə, saat 23 radələrində Aynurə ilə bir daha həmin mövzuya qayıdaraq ondanbaşqa qadınla münasibətdə olduğunu soruşduqda, o, Aynurəyə yazışdığını bildirmişdir, lakin kiminlə yazışdığını dəqiq deməmişdi, çünkü Aynurə anası X2 iləyaxşı münasibətdə olmadığından onun adını çəkmək istəməmişdir. Bu səbəbə görə Aynurəonun başqa qadınla yazışdığını və münasibət saxladığını başa düşərək onunla mübahisə etməyə başlamışdır. O, da Aynurəyə əsəbiləşərək onu döyməyə başlamış, həmin vaxtı əlləri ilə Aynurənin hər iki qolundan və əllərindən, sifət və sinə nahiyəsindən vuraraq xəsarət yetirmişdi. Sonradan ona məlum olmuşdur ki, Aynurə 04 aprel 2025-ci il tarixdə Abşeron RPİ-nə gələrək ərizə və izahat yazmışdır. Münaqişə ümumilikdə 5-10 dəqiqəərzində davam etmişdir. Baş vermiş münaqişə zamanı Aynurənin hər iki əlindən və qolundan, sol göz və sinə nahiyəsindən xəsarət yetirmişdir.Münaqişə zamanı evlərində kənar şəxslər olmamışdır.Baş vermiş münaqişə zamanı Aynurənin ona heç bir xəsarət yetirmədiyini göstərmişdir. Hazırda barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edərək buna dair yazılı ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2023-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, lakin rəsmi nikaha daxil olmamış, yalnız dini kəbin nikahları var. Ailə həyatı qurandan sonra müxtəlif ünvanlarda kirayə yaşamışlar və son bir ildir ki, Xırdalan şəhərində kirayə yaşayırlar. Birgə yaşadıqları vaxtdan aralarında hər hansı bir ciddi münaqişə və ya mübahisə olmamışdır və o hər hansı bir hüquqmühafizə orqanlarına müraciət etməmişdir, lakin təxminən 4-5 gün əvvəl Anarın ona xəyanət etməsində şübhələndiyindən onun mobil telefonunu yoxlamış və həqiqətən tanımadığı bir qadınla yazışdığını aşkar etmişdir. Bu minvanla 03 aprel 2025-ci il tarixdə, gecə saat 23 radələrində Anarla söhbət edib başqa qadınla münasibətdə olduğunu soruşduqda, Anar ona hər şeyi etiraf edərək başqa qadınla görüşdüyünü etiraf edərək onu döyməyə başlamış, həmin vaxtı əlləri ilə onun hər iki əlindən və qolundan vuraraq xəsarət yetirmişdir, eləcədə yumruq zərbəsi ilə sifətindən, gözündən, sinəsindən və bədəninin müxtəlif nahiyələrindən vurmuş, sonra isə əli ilə onun boğazından tutub sıxaraq buraxmış və ondan aralanmışdır. Buna görədə o, növbəti günü Abşeron RPİ-nə gələrək ərizə ilə müraciət edib izahat yazmışdır. Onların münaqişəsi ümumilikdə 5-10 dəqiqə ərzində davam etmişdir. Baş vermiş münaqişə zamanı hər iki əlindən və qolundan, sol göz və sinə nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən xəsarətlər almışdır. Münaqişə yaşadığı evdə baş vermiş, evdə onlardan başqa kənar şəxslər olmamışdır. Baş vermiş münaqişə zamanı Anara heç bir xəsarət yetirmədiyini göstərmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:  “Məhkəməyədək sadələşdirilmiş icraat işi açılması və icraata qəbul edilməsi barədə” 05 aprel 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat işi açılmış və icraata qəbul edilmişdir.  Azərbaycan Respublikası Səhiyyə Naziliyinin MTE və PA birliyinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 743 № rəydən görünür ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər-sol bazu və dirsək nahiyəsinin hərəkət məhdudluğu ilə müşaiyət olunan geniş sahəli qançır və şişkinliyi, sol gözaltı, döş qəfəsinin ön səthinin, sağ və sol said nahiyələrinin qançırları küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ayrı-ayrılıqda eləcədə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər.  “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 10 aprel 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs HK-1/3700 nömrəli məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 08 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.  Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilir və “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən barəsində olan cinayət işinə xitam verilmısini məhkəmədən xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin elan edilmiş ifadəsi, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur; 128-ci maddəsinə əsasən Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüzmanatadək miqdarda cərimə və yaiki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılmasıvə ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, dövlət ittihamçısını dinləyərək və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alaraq hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 5.1-ci bəndinə görə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar; 6-cı və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir və yuxarıda qeyd edilən amnistiya qərarının 5.1-ci bəndi bu cinayətləri törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəməyə yazılı ərizə təqdim etməklə, təqsirləndirilən şəxs barəsində, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsinə və həmin şəxs barəsində cinayət təqibinə xitam verilməsinə razı olduqlarını və cinayət təqibinə bəraətverici əsaslar olmadan, amnistiya aktı əsasında xitam verilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirmişlər. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (saat) üçün nəzərdə tutulan 330 (üç yüz otuz) manat pul ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar