Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-832/2025 19.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Şikayət vermiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə 25 avqust 1982-cü il tarixdə Lənkəran rayonunun Bəliton kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonunun Günəhir kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Yekun protokola əsasən Təqsirləndirilən şəxs 02 aprel 2025-ci il gecə saat 23 radələrində ünvan 2 ünvanda arvadı Zərərçəkmiş şəxs ona evə gec gəlməsinə görə irad bildirməsi zamanı aralarında ailə daxili münasibətlər zəmnində yaranmış narazılıq üstündə mübahisə baş verdikdə həmin mübahisə əsnasında həmin ünvanda əsəbiləşərək masanın üzərindəki boş şüşə fincanı əlinə götürüb Zərərçəkmiş şəxs üzərinə hücum edərək əlində tutduğu həmin fincanla Zərərçəkmiş şəxs bel, sinə, döş nahiyələrinə qəsdən ardıcıl vurub, daha sonra onun zərbələrindən əlindəki həmin fincanın sınmasına baxmayaraq artıq əl, yumruq zərbələri ilə Zərərçəkmiş şəxs sağ əl, qol və bədəninin müxtəlif nahiyələrinə vuraraq Zərərçəkmiş şəxs döş qəfəsinin arxa səthinin və bel nahiyəsinin dərialtı hematoması, sağ said nahiyəsinin və sağ əlin arxa səthinin sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, ifadəsində göstərdi ki, barəsində şikayət edən Zərərçəkmiş şəxs onun arvadıdır. Fəhminə ilə 2020-ci ildə qurduqları birgə nigahdan bir azyaşlı övladı var. O, 02 aprel 2025-ci il tarixdə, təxminən gecə saat 11 radələrində yaşadığı evə gec gəldiyinə görə arvadı Fəhminlə mübahisəsi baş vermişdir. O, baş vermiş mübahisə zamanı əsəbləşərək, Fəhminə ilk öncə masanın üzərində olan boş şüşə fincanla, daha sonra isə əlləri ilə xəsarət yetirmişdir. O, mübahisədən sonra evin digər otağına kecərək, gedib yatmışdır. Bundan sonra 04 aprel 2025-ci il tarixdə ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs onun barəsində polisə şikayət etmişdir. Baş vermiş mübahisənin ümumilikdə 5-6 dəqiqə davam etdiyini, həmin müddətdə kənar şəxslərin hadisəyə şahid olmamasını, azyaşlı övladının digər otaqda yatmasını və Zərərçəkmiş şəxs tərəfindən ona qarşı müqavimət göstərilmədiyini bildirmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu, cinayət əməli nəticəsində dəymiş ziyanı tam ödəyərək, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, sonuncunun şikayəti və tələbinin olmadığını bildirməklə, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iş üzrə şikayət vermiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun həyat yodaşıdır. Mənsurla rəsmi qurduqları nikahdan bir azyaşlı övladı var. 04 aprel 2025-ci il tarixdə Abşeron rayon Polis İdarəsinə müraciət etməsinin səbəbi əri Mənsurun 02 aprel 2025-ci il tarixdə evə gec gəlməsi olmuşdur. Belə ki, 02 aprel 2025-ci il tarixdə təxminən gecə saat 11 radələrində əri Təqsirləndirilən şəxs evə gec gəldiyi üçün ilk öncə aralarında sözlə mübahisələri yaranmış, daha sonra isə həmin mübahisə masanın üzərində olan evdə istifadə etdikləri bir ədəd boş şüşə fincanı götürüb həmin fincanla onun belindən, sinəsindən vurması, ardınca əl və yumruq zərbələri ilə sağ əlindən, qollarından və bədəninin müxtəlif yerlərindən vuraraq onu döyüb xəsarət yetirməsi ilə sonlanmışdır. Bundan sonra Mənsur digər otaqda yatmış, o isə fincanın sınan qırıntıların evin yaxınlığında olan dəqiq yerini xatırlamadığı məişət tullantıları üçün nəzərdə tutulmuş yeşiyə atmışdır. 04 aprel 2025-ci il tarixədək Mənsurun ondan etdiyi hərəkətə görə üzr istəməməsini gözləsə də, lakin sonuncu barışıq üçün cəhd etmədiyindən o, ilk öncə telefonla DİN-nin “102 “ xidmətinə zəng etmiş, daha sonra isə Abşeron rayon polis idarəsinə gəlib ərizə ilə döyülməyi barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Baş vermiş mübahisə ümumilikdə 5-10 dəqiqə davam etmiş, hadisəyə hadisəyə heç kim şahid olamış, azyaşlı övladı isə digər otaqda yatılı halda olmuşdur. Hazırda Təqsirləndirilən şəxsla arasında barışıq əldə olunduğundan sonuncuya qarşı şikayəti və tələbi olmadığını və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:
1. “Məhkəməyədək sadələşdirilmiş icraat açılması və icraata qəbul edilməsi barədə” 05 aprel 2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat başlanılmış və icraata qəbul olunaraq təhqiqatı aparılmışdır;
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin canlı şəxsin ekspertizasının 05 aprel 2025-ci il tarixli, 746 nömrəli rəyindən görünür ki, • 1995-ci il təvəllüdlü X2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni səthində aşkar olunmuş xəsarətlər – döş qəfəsinin arxa səthinin və bel nahiyəsinin dərialtı hematoması, sağ said nahiyəsinin və sağ əlin arxa səthinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən, müayinədən 3-4 gün əvvəl törənmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər; • Vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərdən döş qəfəsinin arxa səthinin və bel nahiyəsinin dərialtı hematoması qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən şüşə fincan ilə vurulan zərbənin təsiri nəticəsində əmələ gələ bilərdi. Sağ said nahiyəsinin və sağ əlin arxa səthinin sıyrıqlarının əl barmaqlarının dırnaqlarının təsirindən yetirilməsi inkar edilmir; • Vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin xarakterinə və yerləşmə yerlərinə görə belə demək olar ki, həmin xəsarətlərin şəxsin özün tərəfindən yerinə yetirilməsi inandırıcı deyildir;
3. Zərərçəkmiş şəxs qismində tanınma” barədə” 10 aprel 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş” 17 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Muradov X3 rayon məhkəməsinin 30 iyun 2017-ci il tarixli hökmünə əsasən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə nəqliyyat vasitəsi idarəetmə hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli qərarı ilə xx.xx.2017-ci il tarixli qanunu tətbiq edilərək, ona təyin edilmiş cəzalardan azad edilmişdir.
5. “Sübutların qiymətləndirilməsi” haqqında 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs qızının sağlamlığına qəsdən yüngül bədən xəsarəti yetirməsi ilə bağlı barəsində açılmış məhkəməyədək icraat işi qüvvədə saxlanılmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə yekun protokol tərtib edilmiş, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1, 187.1, 221.1 və 221.3-cü maddələrində nəzərdə tutulan, cinayət əməlinin tərkibi olmadığından həmin xüsuslar üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, məhkəməyədək sadələşdirilmiş icraat üzrə toplanmış dindirmə protokolları, ekspert rəyi və digər sənədlər sübut əhəmiyyətli olduğundan sübut növü hesab edilmiş, tərəflərin ailəsində yaşanan münaqişəli münasibətlər nəzərə alınaraq onlar tərəfindən gələcəkdə törədilə biləcək hüquqazidd hərəkətlərin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir;
6. Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edilməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını qeyd edərək, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməmişdir;
7. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, cinayət əməli nəticəsində dəymiş ziyanı tam ödəyərək, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini bildirməklə, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir.
Beləliklə, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxsin və şikayət vermiş şəxsin ifadəsini tədqiq edərək, iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxslə barışması ilə əlaqədar cinayət təqibinə xitam verilməsinə razılığını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxsin zərərçəkmiş şəxslə barışmasını və cinayət təqibinə xitam verilməsi barədə müraciətini, həmçinin ona qarşı irəli sürülmüş ittiham üzrə əvvəllər məsuliyyətə cəb edilməməsini nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4- cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 300.1.7-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimai xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxsin və şikayət vermiş şəxsin ifadəsini tədqiq edərək, iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxslə barışması ilə əlaqədar cinayət təqibinə xitam verilməsinə razılığını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxsin şikayət vermiş şəxslə barışmasını, barəsində başlanılmış məhkəməyədək icraat materialına xitam verilməsi barədə müraciətini, həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəb edilməsini nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə açılmış məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iş üzrə aparılan təhqiqat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxs Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 165 (bir yüz altmış beş) manat məbləğində vəsait müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitinin hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “qətimkan tədbiri” seçilməməsi nəzərə alınsın. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə zamanı 15 (on beş) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 165 (bir yüz altmış beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Abusət Qasımov