Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-833/2025 23.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı ildə Zəngilan rayonu, Məlikli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Zəngilan rayonu, Məlikli kəndində qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evi yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 12 aprel 2025-ci il saat 10 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ona başqa qadınla münasibətdə olmaqla xəyanət etməsi ilə bağlı irad bildirməsi zamanı həmin səbəbdən aralarında ailə daxili münasibətlər zəmnində yaranmış narazılıq üstündə mübahisə baş verdikdə həmin mübahisə əsnasında həmin ünvanda əsəbiləşərək evi tərk etmək istəyən Zərərçəkmiş şəxs qarşısını buna imkan verməmək üçün kəsərək əvvəlcə qəsdən əlləri ilə sonuncunun ağız nahiyəsindən tutub yerə yıxaraq, ardınca yerə yıxdığı Zərərçəkmiş şəxs başından əlləri ilə tutub döşəməyə vuraraq, təpik (ayaq) zərbələri ilə sonuncunun ayaq və bədəninin müxtəlif nahiyələrindən, yumruq və sillə zərbələri ilə isə sifət, baş nahiyələrindən vurub, bununla kifayətlənməyərək özünü toparlayıb yerdən qalxan Zərərçəkmiş şəxs sifət, baş nahiyələrindən əl, sillə zərbələri ilə vurmaqda davam etməklə ağzını yenidən əlləri ilə tutub buraxmaqla Zərərçəkmiş şəxs sol gözün ağlı qişasının qansızması ilə müşaiyət olunan sol göz yarığının daralması ilə nəticələnən sol gözün üst və alt göz qapaqlarının qançır-şişkinliyi, sol dirsək və sol diz nahiyələrinin hərəkət məhdudluğu ilə müşaiyət olunan qançır-şişkinliyi, sağ dirsək, sağ baldır, bel nahiyəsinin sağ yarısının qançırları, sol əlin arxa səthinin, sağ ayağın İ barmağının ön səthinin sıyrıqları ilə müşahidə olunan dərəcəsinə görə ayrı-ayrılıqda eləcədə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş yekun protokol üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə rasmi nigahla X3 ailə həyatı qurmuşdur. xx.xx.2025-ci il tarixdə saat 10 radələrində yaşadığı evdə olan zaman Elnurə ilə aralarında qısqanclıq zəminində mübahisə yaranmış, mübahisə zamanı Elnurə əşyalarını toplayıb evi tərk edəcəyini söyləmiş və onun evdən getməsini istəmədiyi üçün, qarşısını kəsmişdir. Elnurə onu itələyib qapıdan çıxıb gedəcəyini söyləmiş və ucadan qışqırmağa başlamışdır. Elnurənin hərkətlərinə əsəbləşib, onun aqzından tutub yerə yıxmış, Elnurə Əliyeva yerdə olan zaman təpik və yumruq zərbələri ilə onun bədənin müxtəlif hissələrinə zərbələrlə vurmuşdur. Daha sonra Elnurənin ağzından qan gəldiyini görmüş və sakitləşmişdir. Elnurə Əliyevanın halının pis olduğuna görə onun qohumlarının yaşadığı Bakı şəhəri, Binəqədi rayon, Biləcəri qəsəbəsində yerləşən nömrəsiz fərdi tikili evinə aparmışdır. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, onların bu evlilikdən bir azyaşlı övladı var. Onların arasında mütəmadi olaraq mübahisələr olur. Qurban ona xəyanət edərək, başqa qadınla qeyri-rəsmi münasibətdə olmuş, onunla bu münasibətdən bir övladı olduğunu ondan gizləmişdir. Bundan sonra o, Qurbanın mesajlarını tutmuşdur. xx.xx.2025-ci il tarixdə saat 10 radələrində evdə olarkən Qurbanla bu barədə mübahisə etmiş, ondan bunu niyə etməsini soruşmuşdur. Bundan sonra o, evdən əşyalarını götürüb gedəcəyini demiş, Qurban da onun qabağını kəsmişdir. Həmin vaxt evdən çıxıb getmək istəyərkən Qurban buna mane olmuş və qışqırmağa qoymadığı üçün əli ilə ağzından tutub onu yerə yıxmışdır. Yerdə olarkən Qurban onun başını dəfələrlə yerə vurmuş, sonra təpiklə ayaq və bədəninin müxtəlif nahiyələrindən, bundan sonra yumruq və sillə ilə üzündən vurmuşdur. Bu zaman dodağından qan açılmış və partlamışdır. O, halsız vəziyyətə düşmüş, özündən getmişdir. Sonra yenidən özünə gəlmiş və Qurban yenidən onu döyməyə başlamışdır. Yenə onu şillələrlə üzündən vurub, əli ilə ağzını tutmuş ki, qonşular bunu eşitməsin. Ona yalvarmış ki, onu buraxsın. Bundan sonra Qurban onu buraxmış, sonra onu götürüb Biləcəridə yaşayan xalasıgilə aparmışdır. Onun vəziyyəti yaxşı olmadığı üçün “103” xidmətinə zəng etmiş və onu xəstəxanaya apardıqlarını göstərmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası SN-nin “MTE və PAB"-nin Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 813 nömrəli rəyindən görünür ki, Vət. X2 məhkəmə - tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol gözün ağlı qişasının qansızması ilə müşaiyət olunan sol göz yarığının daralması ilə nəticələnən sol gözün üst və alt göz qapaqlarının qançır- şişkinliyi, sol dirsək və sol diz nahiyələrinin hərəkət məhdudluğu ilə müşaiyət olunan qançır-şişkinliyi, sağ dirsək, sağ baldır, bel nahiyəsinin sağ yarısının qançırları, sol əlin arxa səthinin, sağ ayağın İ barmağının ön səthinin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmişdir; törədilmə müddəti qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdilər; dərəcəsinə görə ayrı-ayrılıqda eləcədə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində (həbs nəzərdə tutulmadan) axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron RPİ-in Saray PB-in xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Abşeron rayonu ərazisində saxlanılaraq, Abşeron Rayon Məhkəməsinə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraat təzələnmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən cinayət əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barışdıqları barədə məhkəməyə yazılı müraciət etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunvericiliyin tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində qətimkan tədbiri seçilməmişdir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamış; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı işi üzrə icraata xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-833/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-833/2025
23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver