Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-835/2025 29.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 02 avqust 1991-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni məhəllə, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu Xırdalan şəhəri Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 yanvar 2025-ci il tarixdə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə tanış olduğu, İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən onun göndərdiyi 40 manat müqabilində Bakı şəhəri, Binəqədi rayonu, “20 Yanvar” metrostansiyası yaxınlığında qoyduğu 1 ədəd bükümdə 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş « Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”na daxil edilmiş 1,596 qram çəkidə xeyli miqdarda ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq götürüb əldə edib, Abşeron rayonu, Qobu qəsəbəsinə daşımış və saxlamış, daxil olmuş məlumat əsasında Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə saat 21:55dən saat 22:07-dək yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni Məhəllədə nömrəsiz fərdi yaşayış evində baxış keçirilərkən üzərində “Fashion” yazısı olan pulqabının içərisindən bir ədəd bükümdə çəkisi 1,596 qram olan ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək,istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Həmçinin qeyd etdi ki,ailəli olub, hazırda boşanmışlar, üç azyaşlı uşaqları hazırda atalarının himayəsində Rusiya Federasiyasının Kazan şəhərində yaşayırlar. İstintaq zamanı hamilə olmuşdur, iki ay olarki hamiləliyi pozulmuşdur, hazırda hamilə deyildir, Bakı şəhərində xalasının evində yaşayır, əməlindən peşimandır. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilməsi nəticəsində ona məxsus pulqabıdan psixotrop maddənin aşkar olunması və Abşeron RPİ-nin Qobu polis bölməsinə gətirilməyinə dair ifadə verməklə bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni məhəllə, nömrəsiz fərdi yaşayış evində yaşayır. Evli olmaqla üç övladı vardır və onlardan biri azyaşlıdır. Hal-hazırda isə hamilədir. Təxminən 3 ildir ki, psixotrop maddə aludəçisidir. xx.xx.2025-ci il tarixdə xatırlamadığı İran İslam Respublikasına aid nömrə ilə “Whastapp” ani mesajlaşma proqramı vasitəsilə tanımadığı şəxsdən psxiotrop maddə metamfetamin sifariş vermiş, sifarişi üçün 40 manat pulu evinin yaxınlığında yerləşən marketə quraşdırılmış ödəniş terminalı vasitəsilə xatırlamadığı “m10” hesabına göndərmişdir. Daha sonra ona həmin nömrədən məkan və fotoşəkil göndərilmiş, həmin məkan Bakı şəhəri “20 yanvar” metrostansiyasının yaxınlığında olmuş, o, həmin məkandan bir ədəd bükümdə metamfetamini əldə etmiş, lakin həmin bükümdən istifadə edə bilməmiş, hamilə olduğu üçün ürəyi bulanmışdır. Buna görə də həmin bükümü pulqabıda saxlamış, xx.xx.2025-ci il tarixdə saat 20 radələrində qızı Fidan İsmayılova ona zəng edərək baldızı Şahid3 onlara gəldiyini bildirmiş, o isə həmin vaxt ev üçün Sulutəpə qəsəbəsində yerləşən “Ləziz” restoranından yemək almışdır. Buna görə də evə geri qayıtmış, həmin vaxt Aydan ona evdən narkotik vasitə qoxusu gəldiyini bildirmiş, sonra isə ona öz xoşluğu ilə evdən getməyi bildirmişdir. O, isə sonuncunun bu sözlərini başa düşməmiş, bir müddət sonra isə evə polis əməkdaşları gəlmişlər. Bu zaman anlamışdır ki, Aydan pulqabısında olan metamfetamin bükümü görmüşdür. Polis əməkdaşları evə daxil olan zaman ona Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət daxil olduğunu və onun narkotik vasitə və ya psixotrop maddə saxladığını bildirərək evə baxış həyata keçirəcəklərini bildirmişlər. O da buna razı olmuş, həmçinin ərizə ilə bu razılığını təsdiq etmişdir. Baxış videogörüntü ilə həyata keçirilmiş, baxış zamanı Şahid3 ona məxsus pulqabını polis əməkdaşına təqdim edərək içərisində narkotik vasitə və ya psxiotrop maddəyə bənzər kütlə olduğunu bildirmiş, polis əməkdaşı pulqabının içərisində olan əşyalarla yanaşı ona məxsus metamfetamin bükümünə də baxış keçirmiş, sonra həmin bükümün ona məxsus olub olmadığını srşurmuşdur. O da həmin bükümün ani həyəcanla ona məxsus olmadığını və başqa şəxs tərəfindən ona saxlanılması üçün verildiyini bildirmiş, polis əməkdaşı bundan sonra həmin bükümü qablaşdırmış, o da bunu öz imzası ilə təsdiq etmişdir. Daha sonra isə Abşeron RPİ-nin Qobu polis bölməsinə gətirilmiş, orada ona dövlət hesabına müdafiəçi təyin olunmuş, daha sonra isə şübhəli şəxs qismində tutulsa da, təhqiqatçı hamilə vəziyəti ilə əlaqədar onu tutulmadan azad etmişdir. Göstərmişdir ki, narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olsa da, satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Abşeron rayon Pİ-nin Qobu PB-də polis sahə rəisi kimi xidmət göstərir, rütbəsi polis kapitanıdır. 17 yanvar 2025-ci il tarixdə əməliyyat qrupunda olmuş, həmin tarixdə saat 21:12 radələrində ***-***-**-** saylı GSM mobil nömrədən Şahid3 DİN-nin 102 xidmətinə zəng vurularaq Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan qardaşı arvadı Pərvanə tərəfindən yaşadığı evdə saxlanılan narkotik vasitə tapılması barədə məlumat vermişdir. Daxil olmuş məlumat əsasında qeyd olunan ünvanda olmuş və aşkar edilmiş maddə ilə əlaqədar baxış və götürmə aparılmışdır. Baxışda məlumatı verən Şahid3 da iştirak etmiş, evə baxış zamanı yataq otağında olan kamotun üzərində «Fasion» sözəri yazılmış qara rəngli pul kisəsinə baxış keçirilmişdir. Baxışda iştirak edən Şahid3 bildirmişdir ki, həmin tarixdə qardaşının yaşadığı Qobu qəsəbəsindəki fərdi evə qonaq gəldikdə yataq otağındakı kamotun üzərindən qara rəngli üzərində «Fasion» sözləri yazılmış pulqabının içərisindən narkotik vasitəyə bənzər kütlə aşkar etmişdir. Bundan sonra həmin pulqabıya baxış keçirmiş və onun içərisindən 4 ədəd 1 ABŞ dolları, 5 ədəd 100-lük rus rublu, mobil nömrələr, Umico plastik kartı, marketlərə məxsus iki ədəd bonuks kartı və vizit kartları, həmçinin pulqabının digər gözündən isə gümüşü rəngli bükülü aşkar edilmiş, həmin bükülü açıldıqda içərisində göy rəngli selofon paket aşkar edilmişdir. Həmin paket açıldıqda isə içərisində ağ rəngli kristallik maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin vaxtı bildirmişdir ki, aşkar olunan həmin maddəni ona 2 ay əvvəl tanımadığı qadın saxlaması üçün vermiş, həmin maddədən istifadə etməmişdir. Bundan sonra aşkar edilmiş həmin maddə qablaşdırılmış və üzəri möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, baxışda iştirak edən hər biri həmin protokola imza etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Abşeron RPİ-nin Qobu PB-nə gətirilmiş və hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin edilmiş, daha sonra üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa, təqdim etməsi təklif olunmuş, lakin Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunan əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunan əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra protokol tərtib edilmiş, tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 17 yanvar 2025-ci il tarixdə o və adını sonradan bildiyi X2 əvvəllər tanımadığı, adını sonradan bildiyi Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evinə baxış keçirilməsi prosesində hal şahidi qismində iştirak etmişlər. Belə ki, 17 yanvar 2025-ci il tarixdə axşam radələrində yaşadığım Qobu qəsəbəsində olarkən polis əməkdaşları tərəfindən həmin qəsəbədə yeni məhəllədə yerləşən fərdi evə dəvət edilmiş və həmin evdə keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyi xahiş edilmişdir. O da etiraz etmədən polis əməkdaşları tərəfindən dəvət edildiyi evdə keçiriləcək baxışda hal şahidi qismində iştirak etmiş, evə baxışda ondan başqa digər hal şahidi də iştirak etmişdir. Baxış zamanı yataq otağında olan kamotun üzərindəki üzərində «Fasion» sözəri yazılmış qara rəngli pul kisəsinə baxış keçirilmiş, baxışda iştirak edən adını sonradan bildiyi Şahid3 bildirmişdir ki, həmin tarixdə qardaşının yaşadığı Qobu qəsəbəsindəki fərdi evə qonaq gəldikdə yataq otağındakı kamotun üzərindən qara rəngli üzərində «Fasion» sözləri yazılmış pulqabının içərisindən narkotik vasitəyə bənzər kütlə aşkar etmişdir. Bundan sonra polis əməkdaşları həmin pulqabıya baxış keçirmiş və onun içərisindən 4 ədəd 1 ABŞ dolları, 5 ədəd 100-lük rus rublu, mobil nömrələr, Umico plastik kartı, marketlərə məxsus iki ədəd bonuks kartı və vizit kartları, həmçinin pulqabının digər gözündən isə gümüşü rəngli bükülü aşkar edilmiş, həmin bükülü açıldıqda içərisində göy rəngli selofon paket aşkar edilmişdir. Həmin paket açıldıqda isə içərisində ağ rəngli kristallik maddə aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs həmin vaxtı bildirmişdir ki, aşkar olunan həmin maddəni ona 2 ay əvvəl tanımadığı qadın saxlaması üçün vermiş, həmin maddədən istifadə etməmişdir. Bundan sonra aşkar edilmiş həmin maddə qablaşdırıldı və üzəri möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, baxışda iştirak edən hər birimiz həmin protokola imza etmişlər. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş X2 ifadəsində Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşı arvadıdır. Pərvanə Qobu qəsəbəsində anasının evində yaşayır. 17 yanvar 2025-ci il tarixdə axşam radələrində anasına məxsus Qobu qəsəbəsindəki evə getmişdir. Həmin evdə olarkən qardaşı arvadı Təqsirləndirilən şəxs yataq otağında ona məxsus üzərində «Fasion» sözləri yazılmış pul kisəsinin içərisindən psixotrop maddə olan metamfetamin aşkar etmiş, qardaşı arvadı Pərvanə psixotrop maddə aludəçisi olduğundan aşkar edilmiş maddə ilə bağlı DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Üstündən bir neçə dəqiqə keçmiş polis əməkdaşları evə gəlmiş və aşkar edilmiş maddə ilə əlaqədar baxış və götürmə aparılmışdır. Baxış zamanı yataq otağında olan kamotun üzərindəki üzərində «Fasion» sözəri yazılmış qara rəngli pul kisəsinə baxış keçirilmiş, o, baxışda iştirak etdiyindən bildirmişdir ki, həmin tarixdə qardaşının yaşadığı Qobu qəsəbəsindəki fərdi evə qonaq gəldikdə yataq otağındakı kamotun üzərindən qara rəngli üzərində «Fasion» sözləri yazılmış pulqabının içərisindən narkotik vasitəyə bənzər kütlə aşkar etmişdir. Bundan sonra, polis əməkdaşları həmin pulqabıya baxış keçirmiş və onun içərisindən 4 ədəd 1 ABŞ dolları, 5 ədəd 100-lük rus rublu, mobil nömrələr, Umico plastik kartı, marketlərə məxsus iki ədəd bonuks kartı və vizit kartları, həmçinin pulqabının digər gözündən isə gümüşü rəngli bükülü aşkar edilmiş, həmin bükülü açıldıqda içərisində göy rəngli selofon paket aşkar edilmişdir. Həmin paket açıldıqda isə içərisində ağ rəngli kristallik maddə aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs həmin vaxtı bildirmişdir ki, aşkar olunan həmin maddəni ona 2 ay əvvəl tanımadığı qadın saxlaması üçün vermiş, həmin maddədən istifadə etməmişdir. Bundan sonra aşkar edilmiş həmin maddə qablaşdırılmış və üzəri möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, baxışda iştirak edən hər biri həmin protokola imza etmişlər. İstintaq materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixdə əşyaya baxış keçirilməsi və götürmə haqqında tərtib edilmiş protokolun köçürüldüyü bir ədəd DVD diskinə məhkəmədə baxış zamanı müəyyən edilmişdir ki, 17 yanvar 2025-ci il tarixdə saat 21:12 radələrində ***-***-**-** saylı GSM mobil nömrədən Şahid3 DİN-nin 102 xidmətinə zəng vuraraq Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan qardaşı arvadı Pərvanə tərəfindən yaşadığı evdə saxlanılan narkotik vasitə tapılması barədə verdiyi məlumat əsasında qeyd olunan ünvanda olmuş və aşkar edilmiş maddə ilə əlaqədar baxış və götürmə aparılmışdır. Baxışda məlumatı verən Şahid3 da iştirak etmiş, evə baxış zamanı yataq otağında olan kamotun üzərində «Fasion» sözəri yazılmış qara rəngli pul kisəsinə baxış keçirilmişdir. Baxışda iştirak edən Şahid3 bildirmişdir ki, həmin tarixdə qardaşının yaşadığı Qobu qəsəbəsindəki fərdi evə qonaq gəldikdə yataq otağındakı kamotun üzərindən qara rəngli üzərində «Fasion» sözləri yazılmış pulqabının içərisindən narkotik vasitəyə bənzər kütlə aşkar etmişdir. Bundan sonra həmin pulqabıya baxış keçirmiş və onun içərisindən 4 ədəd 1 ABŞ dolları, 5 ədəd 100-lük rus rublu, mobil nömrələr, Umico plastik kartı, marketlərə məxsus iki ədəd bonuks kartı və vizit kartları, həmçinin pulqabının digər gözündən isə gümüşü rəngli bükülü aşkar edilmiş, həmin bükülü açıldıqda içərisində göy rəngli selofon paket aşkar edilmişdir. Həmin paket açıldıqda isə içərisində ağ rəngli kristallik maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin vaxtı bildirmişdir ki, aşkar olunan həmin maddəni ona 2 ay əvvəl tanımadığı qadın saxlaması üçün vermiş, həmin maddədən istifadə etməmişdir. Bundan sonra aşkar edilmiş həmin maddə qablaşdırılmış və üzəri möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixdə şəxsi axtarış və götürmə haqqında tərtib edilmiş protokolun köçürüldüyü bir ədəd DVD diskinə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Abşeron RPİ-nin Qobu PB-nə gətirilmiş və hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin edilmiş, daha sonra üzərində saat 03:50-dn saat 03:55-dək şəxsi şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa, təqdim etməsi təklif olunmuş, lakin Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunan əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunan əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra protokol tərtib edilmiş, tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İstintaq materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixdə əşyaya baxış keçirilməsi və götürmə haqqında tərtib edilmiş protokolla müəyyən edilmişdir ki, 17 yanvar 2025-ci il tarixdə saat 21:12 radələrində ***-***-**-** saylı GSM mobil nömrədən Şahid3 DİN-nin 102 xidmətinə zəng vuraraq Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan qardaşı arvadı Pərvanə tərəfindən yaşadığı evdə saxlanılan narkotik vasitə tapılması barədə verdiyi məlumat əsasında qeyd olunan ünvanda olmuş və aşkar edilmiş maddə ilə əlaqədar baxış və götürmə aparılmışdır. Baxışda məlumatı verən Şahid3 da iştirak etmiş, evə baxış zamanı yataq otağında olan kamotun üzərində «Fasion» sözəri yazılmış qara rəngli pul kisəsinə baxış keçirilmişdir. Baxışda iştirak edən Şahid3 bildirmişdir ki, həmin tarixdə qardaşının yaşadığı Qobu qəsəbəsindəki fərdi evə qonaq gəldikdə yataq otağındakı kamotun üzərindən qara rəngli üzərində «Fasion» sözləri yazılmış pulqabının içərisindən narkotik vasitəyə bənzər kütlə aşkar etmişdir. Bundan sonra həmin pulqabıya baxış keçirmiş və onun içərisindən 4 ədəd 1 ABŞ dolları, 5 ədəd 100-lük rus rublu, mobil nömrələr, Umico plastik kartı, marketlərə məxsus iki ədəd bonuks kartı və vizit kartları, həmçinin pulqabının digər gözündən isə gümüşü rəngli bükülü aşkar edilmiş, həmin bükülü açıldıqda içərisində göy rəngli selofon paket aşkar edilmişdir. Həmin paket açıldıqda isə içərisində ağ rəngli kristallik maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin vaxtı bildirmişdir ki, aşkar olunan həmin maddəni ona 2 ay əvvəl tanımadığı qadın saxlaması üçün vermiş, həmin maddədən istifadə etməmişdir. Bundan sonra aşkar edilmiş həmin maddə qablaşdırılmış və üzəri möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. İstintaq materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixdə şəxsi axtarış və götürmə haqqında tərtib edilmiş protokolla müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Abşeron RPİ-nin Qobu PB-nə gətirilmiş və hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin edilmiş, daha sonra xx.xx.2025-ci il tarixdə saat 03:50dn saat 03:55-dək üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa, təqdim etməsi təklif olunmuş, lakin Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunan əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunan əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra protokol tərtib edilmiş, tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 6/248/2025 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «…şübhəli şəxs Təqsirləndirilən şəxs..» soyad və imzalar kağız zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 1,596 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1130 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərilərinin habelə narkomanlıq xəstəliyinə düçar olunmuş şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.3-cü bəndinə uytun olaraq, Təqsirləndirilən şəxs hamilə olması ilə əlaqədar olaraqona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Ekspertiza tədqiqatına təqdim olunmuş metamfetaminin təmiz çəkisi 1,596 qram, tədqiqata sərf olunan miqdar 0.05 qram, qalıq 1,546 qram təşkil edir. Odur ki, iş üzrə çəkisi 1,596 qram metamfetamin və 1 ədəd DVD diski iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından qalıq qalmış çəkisi 1,546 qram metamfetamin saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş və 1 ədəd DVD diskinin iş materiallarına əlavə edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs üç azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onu islah etməsi və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halı və cəzasınıağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, barəsində “həbs” qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlnılmalı və cəzasının əvvəli hökmün çıxarıldığı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş,xx.xx.2025ci il tarixdə saxlandığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğundan, hazırda hamilə olmadığından, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi qalıq çəkisi 1,546 qram olan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ona 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 09(doqquz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından həbsə alınsın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlnılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli hökmün çıxarıldığı 29 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxsnna narkomaniyadan məcburi müalicə təyin olunsun, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertizadan sonra qalıq qalan çəkisi 1,546 qram olan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə görə 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-835/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-835/2025
29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver