Məhkəmə qərarları › İş №1(012)-839/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-839/2024

05.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-839/2024 05.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X5 Ənvər qızının sədrliyi, İsmayılov Rüstəm Sadiq oğlunun katibliyi ilə Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zəfər Vəkil Bürosunun Müdafiəçi2 iştirakları ilə xx.xx.1986-cı ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2023-cü ilin noyabr ayının ortalarında Zərərçəkmiş şəxs Bəhman oğluna məxsus kirayə yaşadığı ünvan 4-də olan 5000 manat dəyərində Türkiyə istehsalı olan yataq mebelini və yataq dəstini, 2000 manat dəyərində dəst kimi Türkiyə istehsalı olan 1 ədəd künc divanı, 1 ədəd stol va 6 ədəd stulu, 1 ədəd LG markalı 550 manat dəyərində televizoru, 1 ədəd LG markalı 750 manat dəyərində paltaryuyan maşını, 1 ədəd LG markalı 1000 manat dəyərində soyuducunu, 1 ədəd 1180 manat dəyərində 32-lik kombi sistemini, 4 ədəd hər birinin dəyəri 150 manat olan ümumilikdə 600 manat dəyərində radiatoru gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 11.080 manat məbləğində xeyli miqdarda ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək, öz müdafiəsi üçün heç bir dəlil gətirmədən ifadəsində göstərmişdir ki, 2023-cü ilin aprel ayında özü tək kirayə tutub yaşamaq fikrinə düşmüş, bu məqsədlə Abşeron rayonu, «Abşeron Gənclər şəhərciyi»ndə yerləşən 42 saylı binanın 15 saylı mənzilini kirayələmişdir. Belə ki, Mirzə adlı maklerin vasitəsi ilə həmin mənzili aylıq 400 manat olmaqla kirayələmiş və kirayə yaşadığı müddət ərzində hər ayın sonu kirayə haqqını ödəməli olmuşdur. İlkin ayın 400 manatını va 100 manat makler pulunu isə qabaqcadan ödəmiş, həmin dövrdə Xəzər markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş va həmin avtomobillə taksi fəaliyyati ila məşğul olmuşdur. 2023-cü ilin aprel ayından etibarən hər ay kirayə haqqını ödəmiş va kirayə haqqının ödənilməsində heç bir problem yaranmamışdır. 2023-cü ilin noyabr ayının ortalarında taxminən saat 21 radələrində Quba rayonu ərazisində Xəzər markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobillə avtomobilin toqquşması ilə nəticələnən yol nəqliyyat qəzası törətmiş, hadisədən sonra isə qəza törətdiyi avtomobillərin sahibləri ilə danışıb onlara dəymiş maddi ziyanları ödəməyi öz öhdəsinə götürmüşdür. Özünə məxsus şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsini hadisə törətdiyi Hunday Elantra və Hunday Sonata markalı avtomobillərinin sahiblərinə verib Bakı şəhərinə qayıtmışdır. Onun avtomobillərə vurduğu ziyan təxminən 8500 manat təşkil etmiş, vurduğu maddi ziyanı tapa bilməyəcəyini başa düşüb kirayə yaşadığı mənzilin avadanlıqlarını satmağı qərara almışdır. Bu səbəbdən 2023-cü ilin noyabr ayının ortalarından etibarən evin əşyalarını satmağa başlamışdır. Belə ki, internetdə sosial şəbəkədə işlənmiş ev əşyalarının satışı ilə məşğul olan tanımadığı şəxsin hazırda xatırlamadığı mobil nömrəsini götürmüş və həmin nömrə ilə əlaqə saxlamışdır. Bundan sonra kirayə yaşadığı həmin mənzilə tanımadığı 3 nəfər şəxs gəlmiş və evdəki əşyaları həmin şəxslərlə ümumilikdə 1500 manata razılaşmışdır. Belə ki, kirayə yaşadığı mənzildə olan soyuducunu, kombi aparatını, 4 ədəd radiatoru, künc divanı, qonaq otağı stolunu, 6 ədəd stulu, kondisioneri, paltaryuyan maşını, yataq dəstini həmin sosial şəbəkədən gəlmiş şəxslər hesablayaraq onunla 1500 manata razılaşmışlar. O da həmin məbləğlə razılaşdığı üçün 2 gün ərzində həmin şəxslər mənzildəki əşyaları daşıyıb aparmış və ona da razılaşdığı məbləği ödəmişlər. O, bundan sonra həmin əlda etdiyi məbləği maddi ziyan vurduğu avtomobillərin sahiblərinə ödəmiş, sonra həmin kirayə yaşadığı mənzili tərk edib Bakı şəhərində yerləşən müxtəlif ünvanlarda yaşamağa başlamışdır. Həmin ərəfədə evi kirayə vermiş makler zəng edib görüşmək istəmiş, o, sonuncu ilə görüşdükdə bildirmişdir ki, evin sahibi ondan şikayət etmiş, sonra polis idarəsinə gəlib hadisə ilə bağlı təhqiqat şöbəsində izahat yazmışdır. Göstərmişdir ki, oğurluğu tək törətmiş, ona bu işdə heç kəs köməklik etməmiş və etdiyi oğurluqdan əvvəlcədən kimsənin xəbəri olmamış, həmin əşyaları satdlğı şəxslərin mobil nömrəsini İnternetdən tapmış və işlənmİş əşyalar alan şəxslər kimi onlarla tanış olub əşyaları satmış, hazırda onların əlaqaləri və şəxsiyyətləri barədə hər hansı məlumata malik deyil, həmin şəxslarə əşyaların özünə məxsus olduğunu bildirmiş və malları almazdan əvvəl şəxsiyyət vəsiqəsini ondan istəmişlər, onun mənzildəki əşyaları oğurlayıb satması ilə bağlı malları alan şəxslərin heç bir malumatı olmamışdır. Həmçinin göstərmişdir ki, kirayə yaşadığı həmin mənzildə yataq mebeli va paltaryuyan maşın təzə olmuş, qalan əşyalar isə mənzildə istifadə olunmuş əşyalar olmuş, hamin əşyaları sonradan əvəzində alıb yerinə qoymaq fikrində olmuş, lakin bunu edə bilməmişdir. Əşyaların dəyəri zərərçəkmişin bildirdiyi 11080 manat təşkil edərdi. Hazırda həmin məbləği tamamilə zərərçəkmişə ödəmişdir. Məhkəmədən zərəri ödədiyinə görə onun bağışlanması və ona yüngül cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan və tətqiq edilmiş Zərərçəkmiş şəxs Bəhman oğlu ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanındakı ev oğlu X3 maxsusdur. Oğlu xaricda işladiyi üçün hamin sözügedan manzili etibarnama ila ona havala etmişdir. Həmin evi kiraya vermək qərarına gəlmiş, həmin mənzildə ümumiyyətlə yaşayış olmamışdır. Evi kirayə vermək istədiyini dayısıoğlu Mirzəyə danışmışdır. Bundan sonra Mirza Səfərov, Vüsal Yusif oğlunun evi kirayə tutmaq istədiyini ona bildirmişdir. O da, Mirzəyə evi aylıq 400 manat məbləğində olmaqla kirayəyə verdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə dayısı oğlu Mirzə Səfərov, Vüsal Yusif oğlunu sözügedən mənzilə apararaq mənzil ilə tanış etmişdir. Vüsal həmin evdə ailəsi ilə birlikdə yaşayacağını demiş, bundan sonra Vüsalın istifədasində olan ***-***-**-** saylı mobil nömrə ilə alaqə saxlayaraq onunla kirayə haqqında danışmış və pulu ona məxsus olan hesab kartına atmasını bildirmişdir. Vüsal 3-4 ay vaxtı-vaxtında hesab kartına aylığı, yəni 400 manatı göndərmiş, lakin sonraki aylarda müxtəlif bəhanələr gətirərək kirayə haqqını hissə-hissə versə də, ancaq 500 manat kirayə haqqını və 200 manat kommunal ödənişləri ödəməmişdir. O, evə baxış keçirmək istədikdə Vüsal ona müxtəlif bəhanələr gətirərək burada olmadığını və işi ilə əlaqədar olaraq başqa rayonda olduğunu bildirmiş, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 09 radəlarində qohumu Mirzə, o və sahə rəisi ilə birgə evə baxış keçirməyə getmiş, bu zaman mənzilin qapısını açan zaman mənzildə olan 5000 manat dəyərində Türkiyə istehsalı olan yataq mebeli və yataq dəstinin, 2000 manat dəyərində Türkiyə istehsalı olan 1 ədəd künc divanın, 1 ədəd stol və 6 ədəd stulun, 1 ədəd LG markalı 550 manat dəyərində televizorun, 1 ədəd LG markalı 750 manat dəyərində paltaryuyan maşının, 1 ədəd LG markalı 1000 manat dəyərində soyuducunun, 1 ədəd 1180 manat dəyərində 32lik kombi sisteminin, 4 ədəd hər birinin dəyəri 150 manat olan ümumilikdə 600 manat dəyərinda radiatorun oğurlanmasını aşkar etmiş, bundan sonra baş vermiş hadisə barəsində Abşeron RPİ-na müraciət etmişdir. Baş vermiş hadisə nəticasində ona ümumilikdə 11.080 manat ziyan daymişdir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsin ifadəsini və iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş və onun təqsiri aşağıda göstərilən sübutlarla da təsdiq edilir. İş materiallarından görünür ki, X4 xx.xx.2024-cü il tarixdə Azarbaycan Respublikası CM-nin 177.2.4-cü maddasi ila nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Abşeron RPİ-nin MSY-nə tahvil verilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ila təqsirləndirilən şəxs qismində cəlb edilmiş va ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarı ilə Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu xx.xx.2024-cü il saat 18.00-dan hesablanmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Səfərov X2 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində CM-nin 128-ci maddəsinə həmin Məcəllənin 80-1-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinə əsasən barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan şəxs hesab edilir. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Sadalanan sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə törətdiyi cinayət əməlində təqsiri, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi və işin bütün materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə tövsif edilməli və o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Onun cəzasını ağırlaşdıran hal yoxdur. Cəza məsələsini müzakirə edərək məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs maddənin sanksiyasında nəzərədə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; məhkumun islah olunmasına kömək edən digər vəzifələr. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Beləliklə, məhkəmənin qənaətinə görə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət edilməli, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, onun şəxsiyyətini səciyyələndirən və yuxarıda sadalanan cəzanı yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını əsas götürərək təqsirləndirilən şəxsin həm təqsirli bilindikləri cinayətin ağırlığına, həm də onların şəxsiyyətlərinə uyğun olan qanuni və ədalətli cəza təyin ediməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən müvafiq olaraq Təqsirləndirilən şəxs tutulduğu və ya həbsdə saxlanıldığı 1 ay 29 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, cəmi 3 ay 28 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərlərində qəti cəza saxlanmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət– Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə xüsusi müsadirənin tətbiq edilməsi üçün əsaslar müəyyən olunmadı. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) ay 29 (iyirmi doqquz) gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla hazırki hökmlə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 2 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin, hökm qanuni qüvvəsini alanadək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhər və Abşeron rayon ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar