Məhkəmə qərarları › İş №1(012)-84/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-84/2020

16.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-84/2020 16.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, mülki iddiaçı, zərərçəkmiş şəxsin nümayəndəsi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 1969-cu ildə Naxçıvan MR, Şərur rayonu, Axura kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, azərbaycanlı, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Axura kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Əlisoy X10 Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 471 saylı sərəncamına əsasən Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,10 hektar torpaq sahəsində, razılaşdırılmış eskiz layihə əsasında, 2015-ci ilin 1-ci rübündə təməli qoyulmaqla 6 mərtəbəli, 2 girişli çox mənzilli yaşayış binası tikmiş və həmin tikdiyi binaya görə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini bəyan etməklə vergini 10 rüb üzrə bərabər hissələrlə yəni, 2016-cı ilin 1-ci rübü üzrə 23986,16 manat, 2-ci rübü üzrə 23986,16 manat, 3-cü rübü üzrə 23986,16 manat, 4-cü rübü üzrə 23986,16 manat, 2017-ci ilin 1-ci rübü üzrə 23986,16 manat, 2-ci rübü üzrə 23986,16 manat, 3-cü rübü üzrə 23986,16 manat, 4-cü rübü üzrə 23986,16 manat, 2018-ci ilin 1-ci rübü üzrə 23986,16 manat və 2-ci rübü üzrə 23986,16 manat ödəməli olduğu halda, həmin vergidən cəmi 6712,15 manat məbləğində dövlət büdcəsinə ödəniş etməklə, cəmi 233149,45 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini; həmçinin cari bəyannamə ilə bəyan etdiyi 2016-cı ilin aprel ayı üzrə 8,96 manat, may ayı üzrə 8,96 manat, iyun ayı üzrə 8,96 manat, iyul ayı üzrə 8,96 manat, avqust ayı üzrə 8,96 manat, sentyabr ayı üzrə 8,96 manat, oktyabr ayı üzrə 8,96 manat, noyabr ayı üzrə 8,96 manat cəmi 71,68 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi olmaqla, ümumilikdə külli miqdar təşkil edən 233221,13 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqla Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq, 233221,13 manat məbləğində ziyanın (vergi məbləğinin) mülki cavabdeh Təqsirləndirilən şəxs tutulub, dövlət büdcəsinə ödənilməsi xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2013-cü il tarixdən vergi orqanında qeydiyyata dayanaraq ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsini almış, əsas fəaliyyət növünün yaşayış ve qeyri-yaşayış binalarının tikintisindən ibarətdir. 2014-cü ilin sonlarından sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 471 saylı sərəncamına əsasən Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,10 hektar torpaq sahəsində yaşayış binası tikmişdir. 2015-ci ilin aprel ayından heç bir şəriki olmadan şəxsi vəsaiti hesabına, özünün cəlb etdiyi işçi qüvvəsi ilə Abşeron rayonu, Novxanı kəndində, 6 mərtəbəli, 2 bloklu çoxmənzilli yaşayış binasını tikmiş, çox mənzilli yaşayış binasının 40 mənzilindən ibarət olmuşdur. Lakin maddi çətinlikləri olduğu üçün hazırda binanın işlərini tamamlaya bilmədiyini və bu səbəbdən də, mənzillərin satışnı həyata keçirə bilmədiyini, vergi orqanı tərəfindən ona 2016-cı ilin aprel-noyabr ayları üzrə 71,68 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və kameral vergi yoxlaması ilə 2016-ci ilin 1-ci rübü üzrə 233149,45 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi olmaqla, ümumilikdə külli miqdar təşkil edən 233221,13 manat məbləğində vergilərin hesablanmışdır. Dövlət büdcəsinə ödənilməkdən yayındırılmış məbləğlə qismən razıdır. Tərəfindən vergi orqanına təməlqoyma barədə xx.xx.2015-ci il tarixdə rəsmi olaraq ərizə ilə məlumat vermiş, həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq (MTFSV) mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin ödəyicisi kimi qeydiyyata alınmışdır. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-İVQD nömrəli Qanununun 2-ci maddəsinə əsasən xx.xx.2016-ci il tarixədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxslər vergiləri bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Lakin onun yeni qanun qəbul olunanadək vergi orqanına məlumat vermiş, həmin vaxt qüvvədə olan qanuna görə 2015-ci ilin 3-cü rübünə ona vergi orqanı tərəfindən 70560,0 manat məbləğində MTFSV hesablanmış, həmin vergi məbləğindən cəmi 6712,15 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Sonradan isə heç bir ödəniş etməmişdir. Yeni qanunun qəbulundan sonra isə 30 gün müddətində vergi orqanına rəsmi müraciət etməyərək köhnə qaydada vergiləri ödəmək niyyətində olmuş və bu səbəbdən də seçim etməmiş və hesablanmış vergiləri dövlət büdcəsinə ödəməmiş, maddi imkanı olmadığı üçün tikdiyi binadan mənzilləri satdıqdan sonra vergiləri ödəmək niyyəti olmuşdur. xx.xx.2016-cı il tarixdə vergi orqanı tərəfindən kameral qaydada ona 233149,45 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi hesablanmışdır. Lakin onun (MTFSV) mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi ilə razı olaraq dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergilərin 63847,85 manat hissəsi ilə razıdır. Ona BTFSV ilə hesablamalar aparıldığından o, qeyd edilən hesablamalarla razı olmadığı üçün həmin vergiləri dövlət büdcəsinə ödəməmişdir. Hazırda ƏDV olduğuna və qanunvericilikdə dəyişikliklərə əsasən barəsində başlanmış cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında mülki iddiaçı, zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxxx 2015-ci il tarixli 1384-İVQD nömrəli Qanununu qüvvəyə minənədək, çox mənzilli yaşayış binası tikmiş və həmin tikdiyi binaya görə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini bəyan etməklə vergini hesablayıb 10 (on) rüb üzrə bərabər hissələrlə 23986,16 manat olmaqla ödəməli olduğu halda, həmin vergidən cəmi 6712,15 manat məbləğini dövlət büdcəsinə ödəməklə 233149,45 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini, həmçinin cari bəyannamə ilə bəyan etdiyi 2016-cı ilin aprelnoyabr ayları üzrə 71,68 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi olmaqla, ümumilikdə külli miqdar təşkil edən 233221,13 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Mülki iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Vergilər Nazirliyinin Lokal Gəlirlər Baş İdarəsinin Bəyannamələr idarəsinin əməkdaşı Şahid1 Məhəmməd oğlu ifadəsində göstərmişdir ki, təqribən 2001-ci ildən vergi orqanlarında işləyir. Fərdi sahibkar Təqsirləndirilən şəxs 2016-cı ilin aprel–noyabr ayları üzrə 71,68 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və kameral vergi yoxlaması ilə hesablanmış, 2016-ci ilin 1-ci rübü üzrə 233149,45 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi olmaqla, ümumilikdə 233221,13 manat məbləğində vergilərin yəni, kameral hesablanmış vergilərin vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə onun rəhbəri olduğu şöbə tərəfindən işlənilmişdir. Həmin vergilərin Təmir-tikinti sahəsi üzrə audit idarəsi tərəfindən hesablanmış, araşdırma zamanı vergilərin hesablanmasına əsas Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi olmuşdur. Belə ki, xx xxxxxxx 2015-ci il tarixli 1384-İVQD nömrəli Qanununun 2-ci maddəsinə əsasən xx.xx.2016-ci il tarixədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxslər vergiləri bu qanunla müəyyən edilmiş qaydada ödəməlidir yəni, tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs bu qanun qüvvəyə mindikdən sonrakı 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına öz seçimi barədə yazılı formada məlumat təqdim etməli olmuşdur. Lakin fərdi sahibkar Təqsirləndirilən şəxs 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına (Vergilər Nazirliyinə) öz seçimi barədə yazılı formada məlumat təqdim etməmişdir. Bu səbəbdən də, aparılmış araşdırmanın nəticəsi olaraq xx.xx.2016-cı il tarixli **********141000 nömrəli xidməti məktubla Departamentin Bəyannamələr idarəsinə müraciət olunaraq 2015-ci ilin 2-ci rübü üzrə (MTFSV) mənzil tikintisindən fiziki şəxsin sadələşdirilmiş vergisi üzrə hesablanmış vergi məbləğinin azaldılması və qüvvəyə minmiş yeni qanunvericiliyə əsasən 2016-cı ilin 1-ci rübü üzrə (BTFSV) bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin hesablanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Vergilər Nazirliyinin Vergi X1 Baş İdarəsinin Təşkilat-analitik və X4, Preventiv Tədbirlər şöbəsinin dövlət vergi müfəttişi X9 ifadəsində göstərmişdir ki, cinayət tərkibi yaradan vergi borclarının araşdırılmasının nəticəsinə dair xx xxxxxxx 2018-ci il tarixli aktın onun tərəfindən tərtib olunmuş, həmin akta əsasən fərdi sahibkar Təqsirləndirilən şəxs 2016-cı ilin aprel–noyabr ayları üzrə 71,68 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və kameral vergi yoxlaması ilə hesablanmış, 2016-ci ilin 1-ci rübü üzrə 233149,45 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi olmaqla, ümumilikdə külli miqdar təşkil edən 233221,13 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırılmasının aşkar olunmuşdur. Uçot-baza məlumatına əsasən fərdi sahibkar Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmış, əsas fəaliyyətinin “yaşayış və qeyriyaşayış binalarının tikintisi” fəaliyyətindən ibarət olmuş, bundan başqa araşdırma zamanı fərdi sahibkarın 2015-ci ilin ikinci rübündə Abşeron rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən Novxanı kəndi ərazisində 6 mərtəbəli, 2 bloklu çoxmənzilli yaşayış binasının tikintisinə (təməlqoyma) işlərinə başlamışdır. Bu barədə Vergilər Nazirliyinə yazılı məlumat vermiş, fərdi sahibkara hesablanmış vergilərə əsas Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-İVQD nömrəli Qanununun 2-ci maddəsinə əsasən xx.xx.2016-ci il tarixədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs bu Qanun qüvvəyə mindikdən sonrakı 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına (vergilər nazirliyinə) öz seçimi barədə yazılı formada məlumat təqdim etməli olduğu halda, fərdi sahibkar Təqsirləndirilən şəxs müvafiq məlumat forması üzrə xx.xx.2016-cı il tarixədək müraciət etməmişdir. Qeyd edilənlərin vergi orqanı tərəfindən vergidən yayınma halı kimi qiymətləndirilərək Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixli **********854100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. xx.xx.2016-cı il tarixli **********477700 nömrəli “Vergilərin hesablanması barədə” qərarla 2016-cı ilin 1-ci rübü üçün bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 239.861,52 manat əlavə vergi məbləği hesablanmış, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxxx 2015-ci il tarixli 1384-İVQD nömrəli Qanununun 2-ci maddəsinin tələblərinə əsasən bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs öz seçiminə uyğun vergiləri bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada da ödəyə bilər. Tikinti obyektinin tikintiquraşdırma işlərinə başlamış şəxs bu Qanun qüvvəyə mindikdən sonrakı 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına öz seçimi barədə yazılı formada məlumatı təqdim etməlidir. Bu maddə ilə müəyyən edilmiş müddətdə yazılı formada məlumatı təqdim etməyən şəxsə sadələşdirilmiş verginin bu Qanunla müəyyən edilmiş qaydada hesablanmış, bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə və vergi ödəməyə başlamış şəxs bu Qanunla müəyyən olunan sadələşdirilmiş vergini ödədiyi zaman bu Qanun qüvvəyə mindiyi tarixədək ödənilmiş ƏDV və sadələşdirilmiş verginin nəzərə alınmışdır. Bu halda şəxsin seçdiyi vergitutma metodunu həmin tikinti-quraşdırma işləri başa çatanadək dəyişdirmək hüququ olmamışdır. Bu səbəblərdən də, fərdi sahibkar Təqsirləndirilən şəxs 2016-cı ilin aprel–noyabr ayları üzrə 71,68 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və kameral vergi yoxlaması ilə hesablanmış, 2016-ci ilin 1-ci rübü üzrə 233149,45 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi olmaqla, ümumilikdə külli miqdar təşkil edən 233221,13 manat məbləğində vergilərin hesablanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2000-2011-ci illər ərzində “Behrud” firmasında satış üzrə menecer vəzifəsində işləmişdir. 2011-ci ildən sonra isə Xaçmaz rayonu ərazisində yerləşən şəxsi torpaq sahəsində təsərufat işləri ilə məşğul olur. xx.xx.2014-cü il tarixli ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Novxanı kəndi ərazisində 0,47 sot torpaq sahəsi almış, həmin torpaq sahəsini Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətindən alınmış çıxarışla rəsmiləşdirılmiş, təqribən 2014-cü ilin noyabr-dekabr aylarında ona Təqsirləndirilən şəxs adlı şəxsin zəng edərək onun torpaq sahəsinin yerləşdiyi həmin ərazidə çox mənzilli yaşayış binaların inşaasına başlamaq istədiyini, bununla bağlı həmin ərazidə 8 hektar torpaq sahəsini almaq niyyətində olduğunu bildirdiyinə görə Təqsirləndirilən şəxsla görüşərək ona aid 0,47 sot torpaq sahəsinin İlhama satılması ilə əlaqədar aralarında şifahi razılığa gəlmişlər. Artıq həmin vaxt İlhamın Abşeron rayonu, Novxanı kəndi ərazisində, 6 mərtəbəli, 2 bloklu çoxmənzilli yaşayış binasının inşaasını həyata keçirmək üçün sərəncam aldığı onun torpaq sahəsinin İlhamın tikintisinə başlamaq istədiyi binanın arxa hissəsindən təqribən 100 metr məsafədə yerləşir. Torpaq sahəsinin hər bir sotunu 1.800,0 manat məbləğinə satılmasına razılığa gəlmişlər. Ona məxsus torpaq sahəsinin dəyəri müqabilində İlhamın ona inşa edəcəyi binada 60 kvadrat metirlik və 73 kvadratmetirlik 2 yaşayış mənzili verəcəyini vədd etmiş, bundan sonra şifahi razılaşmaya əsasən heç bir rəsmiləşdirmə aparmadan ona məxsus torpaq sahəsinə aid çıxarışı İlhama vermişdir. Razılaşmaya əsasən bina hazır olan zaman İlham tərəfindən vəd olunmuş mənzillər onun adına, torpaqın çıxarış isə İlhamın adına rəsmiləşdiriləcəyini, bu barədə şifahi razılığa gəlmişlər. Lakin razılaşmadan təqribən iki ilə yaxın bir müddət keçmiş, yəni, təqribən 2016-cı ilin yanvar ayında İlhamın binanı yekunlaşdırıb təhvil verə bilməmişdir. Binada heç bir inşaat işlərinin aparılmadığını görüb, İlhamdan torpaqın çıxarışını geri tətəlb etmiş və İlhama binanı nə zaman təhvil verərsə onda rəsmiləşdirmə apararıq demişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 ifadsində göstərmişdir ki, 1992-ci ilə dək “Azəravtoyol Dövlət Şirkətinin” X8 buldozerçi işləmişdir. Qeyd edilən tarixdən sonra 2-ci qrup əlilliklə təqaüdə çıxaraq hazırda təqaüdçüdür. Təqsirləndirilən şəxs onun bacanaqı X11 qardaşıdır. Təqribən 2015-ci ilin əvvəllərində bacanaqı Əlinin ona qardaşı İlhamın Abşeron rayonu, Novxanı kəndi ərazisində, 6 mərtəbəli, 2 bloklu çoxmənzilli yaşayış binasının inşaasına başlamışdır. Bacanaqı Əlinin ona İlhamın inşa etdiyi binada dəyərini hissə-hissə ödəməklə mənzil almaq təklifini etmiş, həmin təklifə razılıq verərək qeyd edilən şərtlər altında bir otaqlı 60 kvadratmetirlik bir mənzil almaq arzusu olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxsla görüşərək onunla danışıq aparmış, danışıq zamanı İlhamın onlara binanın təməlqoyama işlərinə yeni başladığını, binanı təqribən bir il müddətinə təhvil verəcəyini, bu müddət ərzində ona hissə-hissə hər bir kvadratmetr üçün 450,0 manat olmaqla pul ödəməklə mənzil əldə edə biləcəklərini bildirmişdir. Onlara mənzilləri maya dəyərinə hesablayacaqını, bu barədə şifahi razılığa gəlsələrdə sonradan İlhama ödəniş etməmişlər. Bacanağı Əli ilə binanın tikilməsini gözləmiş, həmin vaxt Əlinin və onun maddi cəhətdən ilkin ödəniş etməyə imkanları olmamışdır. Bir müddət sonra isə İlhamın işlərinin qaydasında getməmiş, binanı tikib təhvil verə bilmədiyini gördükləri üçün bacanaqı Əli ilə həmin binadan mənzil almaq fikirindən daşınmışlar. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçrilmiş əlavə məhkəmə-mühasibat ekspertizasının xx.xx.2019-cu il tarixli, 13822 nömrəli rəyindən görünür ki, fərdi sahibkar Təqsirləndirilən şəxs 2016-cı ilin aprel– noyabr ayları üzrə 71,68 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və kameral vergi yoxlaması ilə hesablanmış, 2016-ci ilin 1-ci rübü üzrə 233149,45 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi olmaqla, ümumilikdə külli miqdar təşkil edən 233221,13 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. İş üzrə keçrilmiş əlavə məhkəmə-mühasibat ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/1449 nömrəli rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə və iş materiallarında olan digər sənəd və məlumatlarda göstərilənlərə əsasən fiziki şəxs Təqsirləndirilən şəxs bina tikintisi fəaliyyəti ilə bağlı sadələşdirilmiş verginin ödəyicisi olması və ya ƏDV-nin ödəyicisi olması məsələsi hüquqi xarakterli məsələ olduğundan məhkəmə tərədindən həll edilməlidir.Yəni Təqsirləndirilən şəxs əlavə dəyər vergisi tutulmasının müəyyən edilməsi hüquqi xarakterli məsələ olduğundan məhkəmə tərəfindən müəyyən edilməli və bundan sonra gəlirin uçotdan gizlədilməsi və gəlir vergisinin (fiziki şəxs olduğundan mənfəət yox gəlir vergisi) düzgün hesablanıb-hesablanmaması müəyyən oluna bilər. Həmçinin bildirilir ki, məhkəmə-mühasibat ekspertizası yoxlama (təftiş, audit) materialları (mühasibat sənədləri) əsasında aparılan tədqiqatdır. Təqdim edilmiş iş materiallarında isə fiziki şəxsin Təqsirləndirilən şəxs fəaliyyəti üzrə ƏDV və gəlir vergisi hesablanması ilə bağlı sənəd(yoxlama aktları, qərarlar və s.), hesabatlar (vergi ödəyicisinin təqdim etdiyi ƏDV və gəlir vergisi bəyannamələri) və mühasibat sənədləri (qaimə faktura, VHF, ödəniş sənədləri, gəlirin əldə olunması ilə bağlı xərc sənədləri (əmək haqqı xərci, enerji xərci, sosial ayırmalar və s) mövcud deyildir. İşmateriallarında şəxsi hesab vərəqəsi mövcuddur ki, həmin şəxsi hesab vərəqəsinin ƏDV və gəlir vergisi ilə bağlı hesablama qrafalarında məbləğ göstərilməmişdir. Göstərilən səbəblədən ekspertiza qarşısında qoyulan suallar üzrə tam, hərtərəfli tədqiqat aparmaq mümkün olmadı. xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2019-cu il tarixdə barəsində başqa yerə getməmək barədə iltizam haqqında qətimkan tədbiri seçilmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxxx 2015-ci il tarixli 1384-İVQD nömrəli Qanununun 2-ci maddəsinin tələblərinə əsasən bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti- quraşdırma işlərinə başlamış şəxs öz seçiminə uyğun vergiləri bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada da ödəyə bilər. Tikinti obyektinin tikintiquraşdırma işlərinə başlamış şəxs bu Qanun qüvvəyə mindikdən sonrakı 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına öz seçimi barədə yazılı formada məlumatı təqdim etməlidir. Bu maddə ilə müəyyən edilmiş müddətdə yazılı formada məlumatı təqdim etməyən şəxsə sadələşdirilmiş vergi bu Qanunla müəyyən edilmiş qaydada hesablanır. Bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə və vergi ödəməyə başlamış şəxs bu Qanunla müəyyən olunan sadələşdirilmiş vergini ödədiyi zaman bu Qanun qüvvəyə mindiyi tarixədək ödənilmiş ƏDV və sadələşdirilmiş vergi nəzərə alınır. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə qəbul edilmiş "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Qanununda bina tikintisi fəaliyyətinin vergiyə cəlb olunması ilə bağlı Vergi Məcəlləsində bəzi dəyişikliklər edilmişdir. Dəyişikliklərdə x xxxxxx 2020-ci il tarixdən etibarən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun ləğv edilməsi və həmin şəxslər tərəfindən vergi öhdəliklərinin vahid metodla - ƏDV və mənfəət vergisinin ödəyicisi kimi yerinə yetirilməsi nəzərdə tutulur. Həmin tarixədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış və sadələşdirilmiş vergitutma metodunu tətbiq edən vergi ödəyicisi tikintiquraşdırma işləri üzrə vergiləri əvvəlki qaydada ödəyir. Tikinti-quraşdırma işlərinə 2019-cu il 1 dekabr tarixindən başlamış vergi ödəyiciləri isə həmin işlər üzrə vergitutma metodunu 2020-ci il 1 yanvar tarixinədək seçmək imkanına malikdirlər. Qanunun 2.2-ci maddəsinə əsasən, tikinti-quraşdırma işlərinə 2019-cu il 1 dekabr tarixindən sonra başlamış vergi ödəyicisi həmin tikinti-quraşdırma işləri üzrə seçdiyi vergitutma metodu barədə məlumat formasını 2020-ci il 1 yanvar tarixinədək qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Əks halda, tikilən binalar üzrə yaranmış vergi öhdəlikləri "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanunla müəyyən olunmuş qaydada, yəni ƏDV və mənfəət (gəlir) vergisi metodu ilə hesablanacaqdır. Təqsirləndirilən şəxsin müraciəti əsasında təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 02 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********770200 saylı məktubundan görünür ki, təqsirləndirilən şəxsin müraciətinə cavab olaraq vergi orqanında olan uçot məlumat bazasına əsasən fizki şəxs kimi qeydiyyatda olan Təqsirləndirilən şəxs (VÖEN: **********) əlavə dəyər vergisi və gəlir vergisi ödəyicisi kimi 2 saylı Ərazi Baş İdarəsində qeydiyyatdadır. Əlavə olaraq bildiririk ki, xx.xx.2020-ci il tarixli **********362700 saylı ərizənizə əsasən hazırda fəaliyyətiniz dayandırıldığından ƏDV və gəlir vergisi mükəlləfiyyətləri müvafiq tarixdən passivləşdirilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs (VÖEN: **********) əlavə dəyər vergisi və gəlir vergisi ödəyicisi kimi 2 saylı Ərazi Baş İdarəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə mülki iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Mülki iddiadan görünür ki, mülki iddiaçı mülki cavabdehdən dövlət büdcəsinə ödənilməkdən yayındırılmış 233221,13 manat məbləğində ziyanın (vergi məbləğinin) ödənilməsini irəli sürmüşdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 354.1-ci maddəsinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın baxılmamış saxlanması əks etdirilir. Məhkəmə qeyd edir ki, mülki cavabdeh Təqsirləndirilən şəxs hazırda təqsiri müəyyən edilmədiyindən verilmiş mülki iddianın müzakirə edilməsinə zərurət yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalı və mülki iddiaçıya gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə ibtidai istintaq zamanı xərclənmiş 250 manat məbləğində pul vəsaiti və məhkəmə istintaqı zamanı xərclənmiş 100 manat məbləğində pul vəsaiti dövlətə aid edilməlidir. İş üzrə maddi subut və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 10-cu, CPM-nin 39.1.11, 40, 41, 43-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia baxılmamış saxlanılsın və mülki iddiaçıya gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə ibtidai istintaq zamanı xərclənmiş 250 manat məbləğində pul vəsaiti və məhkəmə istintaqı zamanı xərclənmiş 100 manat məbləğində pul vəsaiti dövlətə aid edilsin. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar