Məhkəmə qərarları › İş №1(012)-84/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-84/2021

05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-84/2021 05.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs , Təqsirləndirilən şəxs, müdafiəçiləri Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Verdiktum Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, məhkum olunmamış, işsiz, Gəncə şəhəri D.Qorqud küçəsi mənzil 18 ev 20-də qeydiyyatda olan və Abşeron rayonu Xırdalan şəhəri Kristal Abşeron yaşayış kompleksi ev 4 mənzil 75-də yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs gəlini Şahid3 ünvan 1 ünvanında yerləşən 83 nömrəli məktəb-liseyinə direktor vəzifəsinə təyin etdirəcəyinə yalandan vəd verərək aldadıb vahid niyyətlə xx xxxx 2019-cu il tarixdə saat 18 radələrində ünvan 2 ünvanının qarşısında 15000 manat pul, xx xxxx 2019-cu il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində yerləşən Memar Əcəmi metrostansiyasının qarşısında 10000 manat pul, xx xxxx 2019-cu il tarixdə saat 14 radələrində ünvan 3 ünvanının qarşısında 3000 manat pul, xx xxxx 2019-cu il tarixdə saat 20 radələrində ünvan 3 ünvanının qarşısında 1500 manat pul, xx xxxx 2019-cu il tarixdə saat 21 radələrində ünvan 3 ünvanının qarşısında 2000 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 31.500 manat xeyli midarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır, heç bir yerdə işləmir, Şahid2 onun uzaq qohumu olmaqla yanaşı onunla münasibəti normal olmuş, aralarında düşmənçilik və ədavət olmamışdır. Zərərçəkmiş şəxs isə əvvəllər tanımamış, lakin sonradan onun barəsində edilmiş şikayətlə əlaqədar aparılmış araşdırma zamanı tanımışdır. Əvvəllər məhkum olunmamış, hal-hazırda etdiyi əməldən peşman olmaqla Şahid2 tanıdığı üçün sonuncu onun yaşadığı ünvana gələrək onunla müəyyən söhbətlər etmiş, həmçinin Şahid2 2019-cu ilin may ayının axırlarında yaşadığı ünvana gələrək onunla müəyyən söhbətlər etdikdən sonra söhbət əsnasında ona tanışı Zərərçəkmiş şəxs gəlini Bakı şəhəri Binəqədi rayonunda yerləşən 83 saylı orta məktəbdə müəllimə işlədiyini və həmin məktəbə direktor təyin olmaq istədiyini demiş və onlara kömək etməyini xahiş etmişdir. O, sonuncuya “baxaram, əgər təyin etdirə bilsəm” bu barədə onlara məlumat verəcəyini bildirmişdir. Sonradan Mansur onun yaşadığı ünvana gəlmiş, o, Mansurdan Cavanşirin gəlninin 83 saylı orta məktəbə direktor təyin olunub-olunmamasını soruşduqda sonuncu təyin olunmadığını demiş, həmin ərəfələrdə pula ehtiyacı olduğu üçün ona Cavanşirin gəlni olan Rənanı müdir təyin etdirə biləcəyini, bunun üçün 35000 manat pul lazım olduğunu demiş, məqsədi isə Rənanı müdir təyin etdirmək yox həmin pulu ələ keçirmək olmuş, Mansur isə ona inandığı üçün heç nə soruşmayaraq bu barədə Cavanşirlə danışacağını və ona məlumat verəcəyini bildirmişdir. Mansurun Cavanşirlə danışaraq razılaşdıqdan sonra 2019-cu ilin iyun-iyul aylarında hissə-hissə olmaqla ümumilikdə 31500 manat pulu Cavanşirdən alaraq hamısını ona vermişdir. Belə ki, Şahid2 təxminən xx xxxx 2019-cu il tarixd saat 18 radələrində 15000 manat pulu yaşadığı ünvan 2 ünvanının qarşısında Mansur ona vermiş, daha sonra 2019-cu ilin iyul ayının 12-də 10000 manat pulu Cavanşirdən alaraq bir gün sonra saat təxminən 12 radələrində Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon ərazisində yerləşən Memar Əcəmi metrostansiyasının qarşısında ona vermiş, hər iki dəfə pulu verəndə yanlarında heç kim olmamış, sonradan təxminən 2019-cu ilin iyul ayının 18-də Cavanşirdən aldığı 3000 manat pulu 1 gündən sonra yaşadığı ünvan 2 ünvanının qarşısında saat təxminən 14 radələrində ikilikdə ona vermiş, təxminən 2019-cu ilin iyul ayının 22-də göndərdiyi taksi sürücüsü Cavanşirdən aldığı 1500 manat pulu həmin gün saat 20 radələrində yaşadığı ünvan 2 ünvanının qarşısında ona vermiş, təxminən 2-3 gündən sonra 2019-cu ilin iyul ayının 25-də göndərdiyi taksi sürücüsü Cavanşirdən aldığı 2000 manat pulu həmin gün gətirib saat 21 radələrində yaşadığı ünvan 2 ünvanının qarşısında ona vermiş, sonradan 2019-cu ilin avqust ayının ortalarında 83 nömrəli məktəbə müdir təyin oluna bilməyəndən sonra Cavanşir pulunu tələb etdiyi üçün ona yalandan narahat olmasını bildirmiş, lakin Cavanşir israrla pulunu tələb etmişdir. Bu səbəbdən Mansura əgər onda imkan varsa Cavanşirin pulunun müəyyən hissəsini qaytarmasını demiş, onun sözü ilə Mansur avtomobilini sataraq 10000 manat pulunu Zərərçəkmiş şəxs qaytarmış, daha sonra isə o, 3000 manat pulu qaytarmaqla Cavanşirə Vəliyevə ümumilikdə 13000 manat pul ödədikdən sonra sonuncuya cəmi 18500 manat qaytaracağı qalmışdır. Mansurun Cavanşirə verdiyi 10000 manat pul da ona məxsus olmuş, həmin pulu Mansurdan borc kimi almışdır. O, Cavanşir və Mansuru aldadaraq 31500 manat pulu ələ keçirərək öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa Təqsirləndirilən şəxs sualları cavablandıraraq bildirmişdir ki, izahatında 2019-cu ilin iyun-iyul aylarında Zərərçəkmiş şəxs gəlni Şahid3 Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən 83 saylı orta məktəbə direktor düzəltmək adı ilə aldığı 31500 manat puldan 11000 manatını Şahid1 və 20500 manat pulu isə X5 verdiyini məsuliyyətdən yayınmaqdan ötrü onları tanıdığı üçün bu cür göstərmiş və əsil həqiqətdə onlara pul verməmişdir. Hazırda tam səmimi ifadə verərək Zərərçəkmiş şəxs hissə-hissə 2019-cu ilin iyun-iyul ayında aldığı 31500 manat puldan heç kimə heç nə verməyərək öz ehtiyaclarına xərclədiyini bildirmiş və etdiyi əməldən səmimi peşiman olaraq Zərərçəkmiş şəxs aldığım puldan 13000 manatını ödəmiş, yerdə qalan 18500 manat ödənilməmişdir və həmin pulu da Zərərçəkmiş şəxs istintaq gedişatında ödəyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs Şahid2 hissə-hissə 2019-cu ilin iyun-iyul ayları ərzində 31500 manat pul almış və 31500 manat pulu da gətirib ona vermiş, Zərərçəkmiş şəxs ondan şikayət etdikdən sonra görmüş, lakin heç bir zaman Şahid3 görməmiş, iş əsnasında Zərərçəkmiş şəxs Rəna Vəliyev adlı gəlni olduğunu bilmiş, heç bir zaman Mansura Şahid3 müdir təyin olunması üçün kiməsə müraciət edəcəyi, həmin şəxsin vasitəsilə Şahid3 direktor təyin etdirəcəyi, bunun üçün yüksək vəzifədə olan şəxsə müraciət edərək pul verəcəyi barədə heç kimə deməmişdir. Həmçinin Şahid3 ifadəsində göstərdiyi (070) 854-10-72 və (050) ***-**-** mobil nömrələr ona məxsus olmaqla Şahid3 ilə özü danışaraq onu Bakı şəhər Təhsil İdarəsinə çağırmış, məqsədi isə guya iş görməsini onlara yalandan inandırmaq olmuş, Şahid3 mobil telefonuna Bakı şəhəri Təhsil İdarəsindən gələn mesajdan xəbəri olmamışdır. Zərərçəkmiş şəxs yaşadığı ünvana göndərdiyi taksini tanımır, həmin taksini yoldan tutaraq Cavanşirin ev adresini ona verib göndərmiş, taksi sürücüsünə paketin arasında müyyən miqdarda pul veriləcəyini demiş və sürücü Cavanşirdən aldığı bütün pulu gətirib yaşadığı ünvanın qarşısında ona vermişdir. Həmin vaxt taksi sürücüsünün idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanını və mobil telefon nömrəsini götürmüş, lakin sonradan həmin taksi sürücüsü ilə heç bir əlaqəsi olmadığından onun adını, soyadını, mobil nömrəsi və avtomobilinin qeydiyyat nişanını unutmuşdur. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı qismən ödəyərək barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bakı şəhəri Rəsulzadə qəsəbəsi İ.Hacıyev küçəsi ev 6A-da ailəsi ilə birlikdə yaşayır, X9 zavodu ASC-nin sədri vəzifəsində işləyir, ərizəsində göstərdiyi kimi Şahid2 təxminən 1990-cı ildən tanıyır, onunla münasibəti normal olaraq düşmənçiliyi və ədavəti yoxdur və Şahid3 gəlni olmaqla təxminən 2008-ci il tarixdən Bakı şəhəri Binəqədi rayonunda yerləşən 83 nömrəli tam orta məktəbdə azərbaycan dili üzrə müəllimə işləyir. Şahid2la ailəvi münasibəti olduğu üçün o, yaşadığı ünvana dəfələrlə gələrək aralarında müəyyən söhbətlər olmuş, həmin söhbətlər əsasında Şahid2 gəlni Şahid3 Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən 83 saylı orta məktəbə direktor keçirmək istədiyini bilmiş, bu səbəbdən onunla danışıq zamanı ona tanıdığı adam varsa Rənanı direktor keçirmək istədiyini və həmin vaxtı 83 saylı orta məktəbin direktorunun işdən çıxarıldığını Şahid2 demişdir. Təxminən 2019-cu ilin may ayının axırlarında Mansur yaşadığı ünvana gələrək söhbət edib 83 nömrəli məktəbə gəlni Rənanı direktor vəzifəsinə təyin etdirə biləcəyini və həmin zaman Mansur həmin məktəbə direktor təyin olunması üçün 35000 manat pul verməli olduğunu, həmçinin həmin məktəbə direktor təyin etməsi üçün müəyyən yoldaşlara deyəcək və həmin yoldaşlar ona Rənanın pul müqabilində direktor təyin edilməsinə köməklik edəcəyini demiş, bu razılaşmadan sonra Mansura o qədər pul olmadığını, lakin təyin elətdir pulunu verəcəyini demiş, Mansuru tanıdığı üçün onunla münasibəti olduğundan Rənanı kimin vasitəsilə, kimə pulu verəcəyi, direktor təyin etdirən adamın kim olduğunu və iş düzəldən adamın pulu özünə götürəcəyi və kimə verəcəyini soruşmamışdır. Sonradan təxminən 2019-cu ilin iyun ayının ortalarında Mansur yaşadığı ünvana gələrək ilkin olaraq 15000 manat pul verməyini demiş, Mansurla razılaşdığı üçün 2019-cu ilin iyun ayının 15-də saat 18:00 radələrində oğlu Ədalətlə birlikdə ona məxsus olan 15000 manat pulu Şahid2 yaşadığı ünvan 4 ünvanında Mansura vermiş, iş düzələndən sonra pulu verəcəyini desə də Mansur onunla razılaşmayaraq iş düzəldən adamın 15000 manat pul istəyərək pulu ona çatdırmalı olduğunu deyərək pulu kimə verəcəyini nə ona nədə ki, oğluna bildirməmiş və daha sonra təxminən 2019-cu ilin iyul ayının ortalarında Mansur danışaraq iş düzəldən adama 10000 manat pulda vermək lazım olduğunu demişdir. Onunla razıllaşandan sonra təxminən 2019-cu ilin iyul ayının 12-də saat 18:00 radələrində Mansurun böyük oğlu Qəmlonu yaşadığı Bakı şəhəri Rəsulzadə qəsəbəsi İ.Hacıyev küçəsi ev 6A ünvanına gələrək 10000 manat pulu götürmüş, sonradan təxminən 2019-cu ilin iyul ayının 18-də Mansura Bakı şəhəri Bakıxanov qəsəbəsində yerləşən iş yerində 3000 manat pul vermiş, həmin vaxtı yanlarında ikisindən başqa adam olmamış, daha sonra təxminən 2019-cu ilin 22-də saat 18 radələrində Mansurun göndərdiyi taksi sürücüsünə 1500 manat pul vermiş və həmin taksi sürücüsüdə 1500 manat pulu yaşadığı evin qarşısında götürüb aparıb Mansura vermişdir. Sonradan isə Mansur 1500 manat pulu aldığını ona demiş, təxminən 2-3 gündən sonra 2019-cu ilin 25-də saat 18 radələrində yenədə Mansurun göndərdiyi eyni taksi sürücüsünə Mansura catdırması üçün 2000 manat pulu yaşadığı evin qarşısında vermiş, sonradan Mansur həmin pulu da aldığını demiş, 2019-cu ilin avqust ayının ortalarında 83 nömrəli məktəbə müdir təyin olunandan sonra başa düşmüş ki, Mansur onu aldadaraq 31500 manat pulunu alaraq aparıb kiməsə verib və həmin adamda onları aldadaraq pulu ələ keçirmişdir. Mansura zəng edərək həmin məktəbə direktor təyin edildiyini desədə o, həmin direktorun müvəqqəti olaraq təyin edildiyini narahat olmamağını, sentyabr ayında gəlnini həmin məktəbə direktor təyin etdirəcəyini bildirmiş, hadisələr olan vaxt gəlninin istifadəsində olan əl telefonuma mesaj yazılaraq Bakı şəhər Təhsil İdarəsinə gəlməsi bildirilmiş və həmin mesajı görəndən sonra tam arxayın olmuşdur. Həmin vaxtı da gəlni Rəna işlədiyi məktəbə direktor təyin ediləcəyini, bu işin müqabilində Mansura 31500 manat pul verdiyini, iş düzələndən sonra yerdə qalan 3500 manat puluda verəcəyini bilmiş, sentyabr ayı olsada Mansurun verdiyi vəd yerinə yetmədiyi üçün ona zəng edib və görüşərək ona iş düzəlmirsə pulunu qaytarmasını bildirmiş, Mansur isə narahat olmamağını desə də ona inanmadığı üçün pulunu tələb edən zaman Mansur pulu müəyyən şəxsə verdiyini demişdir. Sonradan Mansur özünə məxsus avtomobili sataraq 10000 manat pulunu qaytarmış, daha sonra isə 2019-cu ilin noyabr ayında sənəd yazaraq gəlnini direktor təyin etdirəcəyinə görə pul aldığını, həmin pulun qalanını qısa vaxt ərzində qaytaracağını bildirmiş, sonradan pulu qaytarmadığı üçün ondan pulunu tələb edən zaman aldığı pulları Təqsirləndirilən şəxs verdiyini və Sevdanın bu işi düzəldəcəyini bildirmişdir. O, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis bölməsinə şikayət etmiş, 2019-cu ilin fevral ayında Sevda yenidən 3000 manat pul qaytarmış, daha sonra Sevda ilə Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən Polis bölməsində görüşərək onunla danışmış, polis bölməsinə şikayət etdiyi üçün onunla orada görüşmüş, Sevda Quliyev orada xx xxxxx 2020-ci il tarixdə sənəd yazaraq 31500 manat pulun hamısını Mansur tərəfindən ona verildiyini yerdə qalan 18500 manat pulunun onda olduğunu, qısa vaxt ərzində qaytaracağını bildirmiş, Mansura verdiyi 3150 manat pulun hamısının Təqsirləndirilən şəxs olduğunu və Təqsirləndirilən şəxs aldığı sənədi təqdim etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs sualları cavablandıraraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan aldığı 31500 manat pulu kimə verəcəyi barədə məlumat verməmiş, həmçinin aldığı pulla guya gəlni Rənanı direktor təyin etdirəcəyini bildirmiş, əvvəllər Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyində işləyən və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı cəza çəkmə müəssisəsində cəza çəkən Şahid1, Gədəbəy rayon sakini mərhum X6 hal-hazırda istintaq gedişatı zamanı bu şəxslərin adını eşitdiyini və Təqsirləndirilən şəxs ondan aldığı 31500 manat pulu onlara verməsi barədə ona heç bir zaman deməmişdir. Mansur yaşadığı evində olduğu üçün Rənanın məktəbində direktor yerinin boş olmasını, həmin məktəbə direktor təyin etdirmək lazım olduğu üçün adam axtardığını bilmiş, Mansurda onunla dost olaraq coxdan onu tanıdığı üçün yaxşılıq etmək üçün Rənanı direktor keçirmək olduğunu demiş, sonradan isə Mansur Təqsirləndirilən şəxs ilə danışaraq gəlni Rənanın direktor keçirilməsi üçün 35000 manat istəmiş, lakin Mansura hissə-hissə 31500 manat pul vermiş və həmin pulu da aparıb Sevdaya vermişdir. Mansur heç bir zaman ona Azərbaycan Respublikası Təhsil Nazirliyində nə onun və nədə ki, Sevdanın adamı olduğunu deməmiş, bundan əlavə heç bir zaman Mansur Rənanın işini hansısa bir vəzifəli adamın vasitəsilə düzəldəcəyini və kimin vasitəsilə düzəldəcəyini deməmişdir. Sonda o, Təqsirləndirilən şəxs ona vurmuş olduğu 31.500 (otuz bir min beş yüz) manatdan 13000 (on üç min) manatını ödədiyini, bildirərək, qalan məbləğin onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, ünvan 5 ünvanında ailəsi ilə birlikdə yaşayır, Bakı şəhəri Binəqədi rayonu 83 saylı məktəb-litseydə Azərbaycan dili və Ədəbiyyat müəllimi işləyir, Zərərçəkmiş şəxs onun qaytanatası olmaqla 2019-cu ilin may ayında məktəbdə kollektiv arasında direktor vəzifəsinin boğalacağı barədə söhbət getmiş, 2008-ci ildənhəmin məktəbdə müəllimişlədiyi üçün direktor vəzifəsinə keçməyi düşünmüş və bu səbəbdən böyüyü olan Zərərçəkmiş şəxs deyərək ondan məsləhət alan zaman ona bir böyük kimi gözləyərək imkan olan zaman kömnəklik edəcəyini demişdir. Lakin heç bir yerdə tanışı olmadığı üçün Mansur ailəvi dost kimi yaşadıqları ünvana gələrək orada olan söhbətləri eşidəndən sonra Təhsil Nazirliyində adamı olaraqhəmin adamın kim olması barədə deməmiş, qaynatası Cavanşiri inandıraraq ondan 2019-cu ilin iyun-iyul aylarında 31500 manat pul almış, sonradan istifadəsində olan monbil telefona (050) ***-**-** nömrəsindən zəng gələrək telefonda olan tanımadığı qadın direktorluq kursunun sertifikatının hazır olaraq yaxın vaxtlarda Bakı şəhəri Təhsil İdarəsinə çağırılaraq sertifikatın təqdim olunacağını demiş, bir neçə gündən sonra dəfələrlə həmin nömrəyə zəng etsə də həmin nömrədən cavab verilməmiş, 2019-cu ilin iyun-iyul aylarında dəfələrlə Bakı şəhər Təhsil İdarəsindən qəbul üçün mesajlar gəlmiş və həmin mesajlardan birin də xx.xx.2019-cu il tarixdə 11:00-da qəbul olunacağı göstərilmişdir. Həmin mesajı xx xxxx 2019-cu il tarixdə (070) ***-**-** nömrəsinə göndərmiş, qəbula getməyərək sonradan həmin məktəbə direktor təyin edildiyi üçün Mansurdan 31500 manat pulunu istəyərək pulu kimə verdiyini soruşduğu üçün Zərərçəkmiş şəxs həmin pulu Təqsirləndirilən şəxs verdiyini demiş, pulun müəyyən hissəsi qaytarılsa da 18500 manat qaytarılmayaraq pulun ona məxsus olmayaraq pulun qaytarılmasına köməklik edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı ifadəsi elan edilən şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Mehdiabad qəsəbəsi Cəlil Məmmədquluzadə küçəsində yaşayaraq heç bir yerdə işləmir, Zərərçəkmiş şəxs təxminən 1990-cı ildən tanıyır, onunla münasibəti normal olmuş, düşmənçiliyi və ədavəti yoxdur, belə ki, Vəliyeva X7 Vəliyevin gəlnidir və Bakı şəhəri Binəqədi rayonunda yerləşən 83 nömrəli tam orta məktəbdə azərbaycan dili üzrə müəllim işləyir və Zərərçəkmiş şəxslə ailəvi münasibəti olduğu üçün onun yaşadığı ünvana dəfələrlə gedərək aralarında müəyyən söhbətlər olmuşdur. Həmin söhbətlər əsnasında Cavanşir ona gəlnini 83 saylı məktəbə direktor təyin etdirmək istədiyini demiş, lakin necə və nə cür düzəltməyini deməmiş və Təqsirləndirilən şəxs təxminən 2017-ci ildən tanıyır. Belə ki, Gədəbəy rayonunda satdıqları torpaq olduğu üçün həmin torpağı satan zaman tanış olmuş, Təqsirləndirilən şəxs atasını tanıdığı üçün onların evinə gedib Sevda ilə də münasibəti yaranmış, Sevdanı tanıyaraq onun hörmətli adam olduğunu bilmiş və düşünmüş ki, Sevda Rənanı direktor təyin etdirə bilər. 2019-cu ilin may ayının axırlarında Sevdanın yaşadığı ünvanda olanda ona tanışı Cavanşirin gəlni Rənanı 83 saylı məktəbdə işlədiyi üçün həmin məktəbə direktor təyin etdirmək istədiyini demiş, Sevda isə düşünüb cavab verəcəyini bildirmiş, daha sonra isə Sevda yaşadığı ünvana gedərək orada söhbət əsnasında ona yenidən Cavanşirin gəlni müdir təyin etdirə biləcəyini soruşmuş və Sevda Rənanı direktor təyin etdirəcəyini, Rənanın direktor təyin olunması üçün 35000 manat pul lazım olduğunu demişdir. Həmin vaxt ona 35000 manat pul verirsən Rənanı direktor təyin etdirəcəm, həmin pulda ona qalacağını demiş, ona inanaraq güvəndiyindən, həmçinin Sevdanı nüfuzlu adam bildiyi üçün bu barədə Cavanşirə deyəcəyini bildirmiş, Sevda 35000 manat pul lazım olduğunu dedikdən sonra bu barədə fikirləşib qərar verdikdən sonra nəticəsi barədə ona məlumat verməyini bildirmiş, daha sonra Sevdanın yaşadığı ünvanda olanda təkrarən ondan Rənanın işi ilə bağlı müsbət nəticənin olmadığını soruşduqda Sevda Rənanın işini həll edə bilər bunun üçün 35000 manat pul lazımdır, qərar verdikdən sonra Sevdaya məlumat verməyini bildirmiş və sonradan Cavanşirlə danışaraq qərarlaşdırıb Sevdanın yaşadığı ünvanda olan da ona Cavanşir hissə-hissə 31500 manat pul verə biləcəyini demişdir. Cavanşirdən 2019-cu ilin iyun-iyul ayında hissə-hissə 31500 manat pul alaraq aparıb Sevdaya vermiş, belə ki, təxminən 2019-cu ilin iyun ayının 15-də saat 18:00 radələrində Cavanşir yaşadığı ünvanın qarşısında 15000 manat pulu verdikdən bir gün sonra aparıb saat 18 radələrində Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu Xırdalan şəhəri Kristal Abşeron yaşayış kompleksində ona vermiş, təxminən 2019-cu ilin iyul ayının 12-də saat 18:00 radələrində oğlu adı Elvin olan lakin qohumlar arasında Qəmlo deyilən oğlunu 10000 manat pulu Cavanşir müəllimdən alması üçün onun yaşadığı ünvana göndərmiş, oğlu Elvin Cavanşirin yaşadığı Bakı şəhəri Rəsulzadə qəsəbəsi İ.Hacıyev küçəsi ev 6A ünvanında 10000 manat pulu alaraq gətirib ona verdikdən bir gün sonra saat təxminən 12 radələrində Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon ərazisində yerləşən Memar Əcəmi metrostansiyasının qarşısında Təqsirləndirilən şəxs ikilikdə vermiş, sonradan təxminən 2019-cu ilin iyul ayının 18-də Cavanşirin işlədiyi Bakı şəhəri Bakıxanov qəsəbəsində yerləşən iş yerində 3000 manat pulu alaraq 1 gündən sonra Sevdanın yaşadığı Abşeron rayonu Xırdalan şəhəri Kristal Abşeron yaşayış kompleksinin qarşısında saat təxminən 14 radələrində ikilikdə vermiş, təxminən 2019-cu ilin iyul ayının 22-də saat 18 radələrində Təqsirləndirilən şəxs göndərdiyi taksini Cavanşirdən 1500 manat pul alması üçün göndərmiş, taksi sürücüsü Cavanşirin yaşadığı ünvanın qarşısında 1500 manat pulu alıb həmin gün aparıb saat 20 radələrində Sevdanın yaşadığı ünvanın qarşısında Təqsirləndirilən şəxs vermiş və təxminən 2-3 gündən sonra 2019-cu ilin iyul ayının 25-də saat 18 radələrində Sevdanın göndərdiyi taksi sürücüsünü göndərək 2000 manat pulu Cavanşirin yaşadığı ünvanın qarşısında alaraq həmin gün aparıb saat 21 radələrində Sevdanın yaşadığı ünvanın qarşısında ona vermişdir. Sonradan 2019-cu ilin avqust ayının ortalarında 83 nömrəli məktəbə müdir təyin olunandan sonra Cavnşir ona zəng edərək həmin məktəbə direktor təyin edildiyi üçün pulunu tələb etmiş, Təqsirləndirilən şəxs zəng edərək 83 nömrəli məktəbə direktor təyin edildiyi üçün pulu tələb edərək nəyə görə aldatdığını ondan soruşmuş, Sevda isə narahat olmamağı həmin müdirin müvəqqəti oraya təyin olduğunu demiş, lakin sonradan həmin müdiri oradan çıxarılmadığı üçün Sevdaya aldığı 31500 manat pulu israrla geri tələb etmiş, Sevda isə qısa vaxt ərzində pulu qaytaracağını bildirmiş və onun sözünə inanmayaraq yenidən pulu tələb etmişdir. Lakin Sevda pulu qaytaracağını desədə konkret olaraq Sevdanın onları aldadaraq 31500 manat pulu ələ keçirdiyini bilmiş, Sevda kimin vasitəsilə Rənanı direktor keçirəcəyini deməmiş, Sevda ondan xahiş edərək Cavanşirin ondan şikayətçi olmaması üçün onun əvəzindən Cavanşirə pul tapıb verməyini, həmin pulu qaytaracağını bildirmiş, Sevda ilə ailəvi münasibəti olaraq qohum olduğundan istifadəsində olan 2002-ci il buraxılışlı dizel motorlu ** LP *** dövlət qeydiyyat nişanlı Mercedes benz 220 markalı avtomobilini 11500 manata sataraq 10000 manatını Cavanşir müəllimə vermiş və Cavanşirlə münasibəti olduğu üçün utandığından pulu alaraq Sevdaya verdiyindən avtomobilini sataraq 10000 manat pulu Cavanşirə vermişdir. Cavanşir müəllimdən gəlni Rənanın direktor keçirilməsi üçün aldığı bütün pulları Sevdaya vermiş, həmin puldan ona heç nə çatrmamış, sonradan Cavanşir müəllimə Sevda 3000 manat pul vermiş və hal-hazırda Sevdanın Cavanşirə 31500 manat puldan 18500 manat pul verəcəyi qalmışdır. Bundan başqa o, ifadəsində göstərmişdir ki, Sevdanın əvəzindən Cavanşirə ona görə pul ödəmişdir ki, Sevda ondan xahiş edərək Cavanşirin ondan şikayətçi olmaması üçün onun əvəzindən Cavanşirə pul tapıb verməyini, həmin pulu qaytaracağını bildirmiş, həmin ərəfədə Sevdaya borcu olduğu üçün bundan əlavə onunla ailəvi münasibəti olaraq qohum olduqlarından həmçinin Cavanşirlə münasibəti olduğu üçün utandığından və pulu o alaraq Sevdaya verdiyi üçün avtomobilini sataraq 10000 manat pulu Cavanşirə vermiş və hal-azırda həmin pulla bağlı heç bir şikayəti və tələbim yoxdur. Təqsirləndirilən şəxs izahatında Zərərçəkmiş şəxs alınan 31500 manat pulun 20500 manatını Gədəbəy rayon sakini X5 və 11000 manat pulu isə Şahid1 verdiyini, Əkbər Cəfərovun rəhmətə getdiyi üçün və Şahid1 barəsində Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılan cinayət işi üzrə Bakı Ağır Cinayətlər məhkəməsində hökm çıxaraq cəza çəkdiyi üçün onlardan pulu ala bilmədiyini desədə Əkbər Cəfərov bu hadisələrdən qabaq təxminən 2019-cu ilin aprel-may aylarında rəhmətə getdiyini, həmçinin Şahid1 barəsində Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılan cinayət işi 2019-cu ilin may ayında məhkəmə gedərək həmin iş üzrə şahid kimi dindirildiyindən, Etibar həbs olunaraq cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildiyini, lakin Cavanşirdən pul 2019-cu ilin iyun-iyul aylarında alındığından Sevdanın yalan danışdığını bildirmiş, Şahid1 barəsində 2019-cu ilin may ayında həbs qətimkan tədbiri seçildiyi üçün ona Sevdanın 11000 manat pul verə bilməzdi, həmçinin Əkbərdə Cavanşirdən pul alandan qabaq rəhmətə getdiyi üçün ona da Sevda 20500 manat pul verə bilməzdi, bu səbəbdən pulun Təqsirləndirilən şəxs olduğunu və Sevdanın onu və Cavanşirin etibarından istifadə edərək 31500 manat pulu ələ keçirdiyini bildirmişdir. Zərərçəkmiş şəxs pul alaraq həmin pulu Sevdaya catdıran taksilərin sürücüləri barədə məlumatı yoxdur, Bakı şəhəri Sabuncu rayon Polis İdarəsində izahat verərək Sevdanın Təhsil Nazirliyində adamı olduğunu desə də Sevdanı coxdan tanıyaraq onun nüfuzlu adam olduğunu, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan zaman orada Sevdanın Təhsil Nazirliyində adamı olduğunu bilmiş, həmin adamlar vasitəsilə işə adam götüzdürə bilər, lakin Sevda heç bir zaman ona Təhsil Nazirliyində adamı olduğunu deməmiş, Sevda 31500 manat pulu alan zaman ona həmin pulu kiməsə verib Rənanın işin düzəldəcəyini deməmiş və həmin pulu alaraq narahat olma Rənanın işin şəxsən özünün düzəldəcəyini demişdir. Məhkəmə baxışı zamanı ifadəsi elan edilən şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Mehdiabad qəsəbəsi Cəlil Məmmədquluzadə küçəsində yerləşən fərdi evdə valideynləri ilə birlikdə yaşayır, heç bir yerdə işləmir, Zərərçəkmiş şəxs tanıyır, belə ki, onunla atası Şahid2 dostdular və atası onunla dost olduğu üçün təxminən 2019-cu ilin iyul ayının 12-də ona Cavanşir dayının yaşadığı ünvana gedib ondan 10000 manat pul alacağını və həmin pulu aparıb Təqsirləndirilən şəxs verəcəyini demişdir. Bu səbəbdən həmin gün saat 18:00 radələrində Cavanşir müəllimin yaşadığı ünvana getmiş, Cavanşir dayının yaşadığı Bakı şəhəri Rəsulzadə qəsəbəsi İ.Hacıyev küçəsi ev 6A ünvanında 10000 manat pulu alaraq gətirib atası Mansura vermiş, sonradan həmin pulu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs gəlni Rənanı müdir keçirilməsi üçün aldığını, lakin Rənanı müdir keçirə bilməyərək pulu ələ keçirdiyini bilmiş, atasının danışığından ona məlum olmuşdur ki, Sevda ümumilikdə Cavanşirdən 31500 manat pul almış, həmin pulu isə Cavanşirin gəlini Rənanı müdir keçirilməsi üçün alaraq ələ keçirmiş və bundan əlavə isə heç nə bilməmişdir. Məhkəmə baxışı zamanı ifadəsi elan edilən şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal qəsəbəsi ev 5 mənzil 74-də qeydiyyatda olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2. maddələri ilə istintaq olunmuş ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq xx xxx 2019-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək 2019-cu ilin oktyabr ayında Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum etmə cəzası verilərək hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı cəza çəkmə müəssisəsində cəza çəkir, X8 Əkbər Cəfərovun vasitəsilə tanımış, belə ki, Sevda ilə münasibəti yaranandan sonra Sevda ona 11000 manat pul verməsədə məhkəmədə və Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində qohumu X2 Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu ilə bağlı 2018-ci ilin iyul ayında təşkil etdiyi imtahandan keçirilməyinə köməklik edəcəyi ilə əlaqədar 11000 manat pul verdiyini demiş və bu səbəbdən həbs olunaraq 5 il cəza almışdır. Əkbər Cəfərov isə 2018-ci ilin dekabr ayında rəhmətə getmişdir. Sonradan isə Təqsirləndirilən şəxs görməmiş və onun dediyi 11000 manat puldan başqa pul almamışdır. Bundan başqa Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs izahatında Zərərçəkmiş şəxs gəlini Şahid3 83 saylı orta məktəbə direktor keçirilməsi üçün Şahid2 tərəfindən 2019-cu ilin iyun-iyul aylarında ondan alınmış 31500 manat pulun 11000 manatını ona və 20500 manatını isə Gədəbəy rayon sakini X5 verməyini bildirsə də yalan danışır, belə ki, xx xxx 2019-cu il tarixdə Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs qətimkan tədbirini Bakı İstintaq Təcridxanasında cəkmiş, həmin dövrdə Sevda ona pul verə bilməzdi və bundan əlavə Əkbər Cəfərov 2018-ci ilin dekabr ayında rəhmətə getdiyi üçün ona da pul verə bilməzdi. Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün bu cür izahat vermiş, lakin Əkbər Cəfərov 2018-ci ilin dekabr ayında rəhmətə getdiyi üçün Cavnşir Vəliyevdən 2019-cu ilin iyun-iyul ayında alınmış pulu ona və Şahid1 də tutulduğu üçün ona da pul verə bilməzdi. Birinci dəfə istintaq gedişatında Zərərçəkmiş şəxs adlı və familiyalı şəxs eşidir, həmin şəxsi tanımır, Cavanşir adlı şəxs tanımadığı üçün Təqsirləndirilən şəxs ona məxsus 11000 manat pulu verməmişdir və Təqsirləndirilən şəxs cəzadan yaxa qurtarmaq üçün bu cür izahat vermişdir. Təqsirləndirilən şəxs ifadəsində Cavnşir Vəliyevdən aldığı 31500 manat puldan heç kimə heç nə verməyərək həmin pulu öz ehtiyacları üçün xərclədiyi bildirsə də izahatında nə səbəbdən bu cür yazdığını anlamayaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı 31500 manat puldan 11000 manat pulu ona verməmiş, bu barədə heç bir məlumatım yoxdur, Zərərçəkmiş şəxs adlı şəxsi ilk dəfə istintaq zamanı eşitmiş və həmin şəxsi tanımır və Sevdanın Cavanşirdən nə vaxt pul alması barədə məlumatım yoxdur. Sevda ilkin izahatında ona 11000 manat pul verməsini cəzadan qurtarması üçün yalandan demiş, sonradan öz ifadəsində bildirmişdir ki, pula ehtiyacı olduğu, öz ehtiyacları üçün Zərərçəkmiş şəxs 31500 manat pul aldığını demiş və Əkbər də 2018-ci ildə rəhmətə getdiyi üçün ona da pul verə bilməzdi. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxsə vurduğu ziyanı qismən ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli “təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması ilə bağlı cəza təyin ediləcəyi təqdirdə, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs mülki iddia verməklə Təqsirləndirilən şəxs onun xeyrinə 18500(on səkiz min beş yüz) manat pul tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, mülki idia təmin edilməli, Təqsirləndirilən şəxs Zərərçəkən şəxs Zərərçəkmiş şəxs xeyrinə 18500(on səkiz min beş yüz) manat pul tutulmalıdır. İş üzrə maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və ibtidai istintaq zamanı Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, göstərdiyi 50 saat hüquqi yardıma görə 300 manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlunun üzərinə Abşeron rayonunun hüdudlarını və saat 23:00dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs zərərçəkən şəxs Zərərçəkmiş şəxs xeyrinə 18500 (on səkkiz min beş yüz) manat pul tutulsun. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və ibtidai istintaq zamanı Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, göstərdiyi 50 saat hüquqi yardıma görə 300 manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar