Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-84/2023 30.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, (milki iddiaçı) Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs, (milki cavabdeh) Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi1 iştirakı ilə, xx xxxxxxxx 1989-cu ildə Rusiya Federasiyası Moskva şəhərində anadan olmuş, evli, himayəsində iki azyaşlı uşaqları olan, Ali təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 01 il müddətinə azadlığın məhdudlaşdırılması və 3000 manat cərimə cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddəsi ilə, xx xxxx 1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Sumqayıt şəhəri 8-ci mikrorayon ev 17/29, mənzil 35-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əla keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 "xxxx" QSC tərəfindən Sumqayıt şəhəri 10-cu mikrorayonun ərazisində inşa edilmiş yaşayış kompleksindən sosial güzəştli mənzillər verildiyini və həmin mənzillərdən sonuncunun X13nın adına sənədləşdirib verdirəcəyini yalandan vəd edib aldadaraq, Zərərçəkmiş şəxs2 kürəkəni Şahid1 vasitəsilə 29 iyun 2020-ci il tarixdə, saat 11:40 da **********793089 nömrəli "xxxx" ASC-yə məxsus hesab kartına göndərdiyi 2550 manat, özünün həmin gün saat 20 radələrində Bakı şəhəri Yasamal rayonu Ə.Əhmədov küçəsində yerləşən “Bazarstore” marketində olan ödəmə terminalından göstərilən hüsaba 200 manat pulun, eləcə də cinayət əməlini davam etdirərək "xxxx" QSC tərəfindən Sumqayıt şəhəri park bulvarın ərazisində inşa edilmiş yaşayış kompleksindən sosial güzəştli mənzillər verildiyini və həmin mənzillərdən Zərərçəkmiş şəxs2 oğlu Pərviz Bağırovun adına sənədləşdirib verdirəcəyini yalandan vəd edib aldadaraq. 2020-ci ilin iyun ayının sonunda Sumqayıt şəhəri dəniz kənarı parkda Zərərçəkmiş şəxs2 4000 manat pulunu vahid niyyətlə ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 6750 manat məbləğində olan xeyli ırıiqadarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Sumqayıt şəhəri 11-ci mikrorayonun ərazisində yerləşən “LF” adlanan avtoyuma məntəqəsini göstərib, həmin avtoyuma məntəqəsinin 8500 manata satıldığını və avtoyuma məntəqəsini onun adına sənədləşdirib verəcəyini yalandan vəd edib aldadaraq, 21 yanvar 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi ev 19/8, mənzil 7-də 6050 manat pulunu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqadarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs1 qızma yaşadığı Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi 19/8 saylı evin yanında olan bağ sahəsini 7000 manat rüsum müqabilində onun mülkiyyətinə qeydiyyata alınmasına dair Sumqayıt şəhər İcra Hakimiyyətindən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən müvafiq sənədləri alacağını yalandan vəd edib və bu məqsədlə onunla həmin ünvana gələn Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşı kimi təqdim etdikdən sonra, sonuncu həmin bağ sahəsini addımla ölçərək bağ sahəsini mülkiyyətinə keçirəcəyinə zərərçəkmiş Zərərçəkmiş şəxs1m tam əmin edib aldadaraq, 22 yanvar 2021-ci il tarixdə Xırdalan şəhəri 26-cı məhəllə "xxxx" MTK-ya məxsus 9 saylı evin həyətində 7000 manat pulunu alıb ələ keçirmiş, həmin puldan 4000 manatını qrupun digər üzvü Taleh Aydmlıya verərək, zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqadarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 qızma yaşadığı Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, 19/8 saylı evin yanında olan bağ sahəsini 7000 manat rüsum müqabilində onun mülkiyyətinə qeydiyyata alınmasına dair Sumqayıt şəhər İcra Hakimiyyətindən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən müvafiq sənədləri alacağını və bı məqsədlə onu Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşı kimi təqdim edəndən sonra özü təmin bağ sahəni addımla ölçərək torpaq sahəsinin mülkiyyətinə keçirilməsinə dair miivafıq sənədləşməni etdirəcəyini yalandan vəd edib aldadaraq, 22 yanvar 2021-ci il tarixdə Xırdalan şəhəri 26cı məhəllə "xxxx" MTK-ya məxsus 9 saylı evin həyətində 7000 manat pulu qrupun digər üzvü Təqsirləndirilən şəxs1 alıb ələ keçirmiş, həmin puldan 4000 manat alaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqadarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2003-cii ildən MN-in C.Naxçıvanski adma Hərbi Litseyə daxil olmuş və 2007-ci ildə oranı bitirib H.Əliyev adma Ali Hərbi Məktəbə daxil olmuş və oram da 2011 -ci ildə bitirib zabit kimi hərbi xidmətdə işləməyə başlamışdır. 2020-ci ilin dekabr ayının 26-da ehtiyyatda olan hərbiçidir. Şahid1 2007-cı ilin avqust ayından etibarən tanıyır, onunla birgə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində təhsil almış və Gündüz onun tələbə yoldaşıdır. Münasibətləri hər zaman yaxşı olmuş, ona dair düşmənçilik və ədavət münasibəti olmamışdır. Zərərçəkmiş şəxs2 isə Gündüzün qaynatası kimi tanımışdır. 2019cu ilin dəqiq tarixini xatırlamadığı yay aylarında Kristal Abşeron MTK tərəfindən inşa edilmiş evlərdən hərbiçilərə güzəştli mənzillər verilməsini xatırlamadığı şəxsdən eşitmişdir. O. da fikirləşmişdir ki. həmin mənzillərdən hərbiçilərə satılmasında köməklik etsin və özünə də xeyr qalsın. 2020-ci ilin iyun ayında Gündüzlə Facebook sosial şəbəkəsində söhbətləşən zaman Gündüz ona ev almaq istədiyini bildirmişdir. O, da X2 alması üçün ev təşkil edə biləcəyini demişdir. Gündüz də dərhal onunla razılaşmışdır. Gündüzə 6750 manat ilkin ödəniş və hər ay üçün 252-255 manat ödəməli olacağını demiş. 2-3 gün sonra Gündüz ona zəng edib. 2750 manat pulu “Kapital Bank" bankomatı vasitəsilə onun istifadəsində olan "xxxx" hesab nömrəsinə göndərmişdir. Sonra Giindüz ona zəng edib qaynatası Fizuli ilə görüşməyini, Fizulinin qalan 4000 manat pulu ona verəcəyini bildirmişdir.O, da razılaşıb Fizulu ilə telefon əlaqəsi saxlayıb onunla Sumqayıt şəhəri Dənizkənarı bulvarın “Dörd qardaş” restoranı yaxınlığındakı dairədə görüşmüş və Fizuli ona 4000 manat pul vermişdir.Həmin pulu da götürdükdən sonra Sumqayıt şəıəri ərazisində yerləşən 13-cii mikrorayondakı keçmiş “Qayalı" marketin yerləşdiyi yerin yaxınlığındakı Kapital bank bankomatına yaxınlaşıb kartını daxil etməklə Gündüzün göndərdiyi 2750 manat pulu kartdan çıxartmışdır. Beləliklə, onda artıq 6750 manat pul olmuşdur. Pulu alan günü Fizıılidən oğlu və qızının məhkumluq haqqında, ailə tərkibi və yaşayış yeri barədə arayışları, şəxsiyyət vəsiqələrinin surətlərini də almışdır.Hətta Sumqayıt şəhərində Kristal Abşeron tərəfindən inşa edilmiş binaları da Fizuliyə göstərmişdir ki, həmin binaların olduğunu bildirmişdir. Ondan sonra o, Kristal Abşeron yaşayış kompleksindən hərbiçilərə mənzillərin güzəştlə verilməsini maraqlanmış, lakin oradan ona bildirmişlər ki, hələ yaxın vaxtlarda elə bir lahiyyə yoxdur. Aradan bir neçə gün sonra Fizuli ondan mənzilin açarını istəmiş, o, da Fizıılidən vaxt istəmişdir. Lakin Fizuli yenə onu tələsdirmiş, o, da Fizuliyə və kürəkəni Gündüzə qohumu Rüstəm adlı şəxsin vasitəsi ilə bu işləri həll edəcəyini yalandan bildirmişdir. Hətta bir dəfə də hazırda xatırlamadığı bir şəxsin telefonu ilə də Riisətim adı ilə Fizuli ilə danışıb, mənzil işinin yaxın günlərdə həll olunacağını bildirmişdir. Həmin ərəfələrdə maddi vəziyəti pis olduğuna görə səhəti ilə bağlı Fizulinin pulunu xərcləmişdir.Ona görə də Fizuli onun barəsində Sumqayıt ŞPİ-nin 1-ci PB-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan başqa 29 dekabr 2020-ci il tarixdə dostu Səbuhinin BMV markalı. 99PG611 qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhərində olmuşdur. Həmin gün saat 16 radələrində Sumqayıt şəhərində ”EL” marketin yaxınlığında qırmızı rəngli Kİ A markalı, 99VL120 qeydiyyat nişanlı avtomobildə olan iki nəfər qızlar ona avtomobilin işıqalrını yandırıb söndürmüşlər və o, onlara yaxınlaşıb tanış olmaq üçün salamlaşıb, öz ***-***-**-** nömrəsini demiş, avtomobili idarə edən qız onun nömrəsini telefonuna yazmışdır.Ondan sonra həmin gecə ona ***-***-**-** nömrəsi ilə votçapdan salam yazaraq həmin qız onunla yazışıb danışmağa başlamış və adının Səbinə olduğunu demişdir. 30 dekabr 2020-ci il tarixdə, saat 09 radələrində Sumqayıt şəhərində “Sülh place”nin qarşısında Səbinə ilə təxminən 10 dəqiqəlik görüşüb söhbət etmişdir. Ondan sonra həmin gün saat 17 radələrində Sumqayıt şəhərində “Qala” istirahət mərkəzində görüşmüşlər.Səbinə onun avtomobili ilə həmin istirahət mərkəzinə gedib və orada avtomobildə oturub söhbət edib, dəniz kənarında gəzmişlər. Səminə özü haqqında onunla danışaraq atasının vəfat etdiyini, atasının ona 174000 ABŞ dollarını bankda saxladığını və özü də əvvəllər və imkanlı olduğunu bildirmişdir. Bundan başqa Səbinə onunla ailə qurmaq istədiyini, ev avtomobil lazım olmadığını demişdir. Həmin vaxt o, Səbinəyə evli və bir uşağının olduğunu da demişdir. Ondan sonra Səbinə ilə telefonda danışaraq görüşüb söhbət edirmişlər. 21 yanvar 2021-ci il tarixdə Səbinənin atasının vəfat etməsinin il dönümü olduğu üçün onların evində də olmuşdur. Həmin vaxt Səbinə və onun ailə üzvləri demişlərlər ki, evlərinin yanında olan torpaq sahəsinə sənəd almaq istəyirlər. O. da həmin vaxt tanışı Talehə zəng edib bu barədə demiş və Taleh demişdir ki, onun dayısı deputatdır, torpaq sahəsinə sənəd almaq onun əlində rahat bir işdir. Həmin ərəfələrdə Sumqayıt şəhərində 11 ci mikrorayonda arxa yolda adsız bir avtoyııma məntəqəsi 11000 manata satılırmış. Həmin vaxt o, Səbinə ilə telefonda danışanda Səbinə bu söhbəti eşitmiş və ondan avtoyııma barədə soruşub almaq istədiyini bildirmişdir. Hətta ona bir qədər aşağı qiymətə saldırmağını da tapşırmışdır.O, da Səbinəyə 9500 manat avtoyııma məntəqəsinin satıldığını demiş və Səbinə də razılaşıb demişdir ki. özü ora beh versin.Ondan sonra Səbinə ona demişdir ki, avtoyııma məntəqəsini almaq üçün 6000 manat pul gətirəcək. Həmin günlərdə Səbinə ona 6000 manat pul vermiş, lakin qalan pulu verə bilmədiyi üçün həmin pulu da o. xərcləmişdir. Səbinənin evin yanında olan həyətə sənəd almaq üçün o, gedib Taleh ilə Sumqayıt şəhərində görüşmüş və Taleh ilə birlikdə Səbinənin yaşadığı evin həyətinə gəlmişlər və orada Səbinənin qardaşları da Taleh ilə görüşmüşlər və torpaq sahəsini Talehə də göstərmişdir. Taleh onlara da demişdir ki, torpaq sahəsinə sənəd almağa heç bir problem voxdıır.Ondan sonra o. Səbinə ilə danışmış və 7000 manata torpaq sahəsini sənədləşməsinə razılaşmışlar. Həmin günün səhərisi Səbinə Xırdalan şəhərinə getmiş və o. da öz avtomobili ilə Xırdalan şəhərinə gedib. “Meqastore” mağazasının yaxınlığında 7000 manat pulu Səbinədən alıb Sumqayıt şəhərinə getmiş və Taleh ilə 1-ci mikrorayonun ərazisində Sumqayıt restoranın yaxınlığında görüşüb, 4000 manat pulu Talehə vermişdir. Taleh də demişdir ki, iki həftə müddətində torpaq sahəsinin sənədlərini alacaq. Lakin həmin müddətdən artıq müddət də keçmiş, Taleh heç bir sənəd ala bilməmiş, Talehdən pulu geri istəmiş, lakin Taleh pulu qaytarmamış, hətta Səbinə ondan pulu istəyəndə Taleh Səbinəyə 2000 manat qaytaracağını söz versədə pulu qaytarmamışdır. Belə ki, Səbinə torpağın sənədləşməsinə görə verdiyi pulu ondan istəyəndə birlikdə Talehin evinin qarşısına getmişlər, Taleh evinə getmiş və demişdir ki, gedib evdən 2000 manat pul gətirib Səbinəyə qaytaracayıq. Lakin Taleh gedib, sonra zəng edib demişdir ki, atası çıxa bilmir və pulu da gətirməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Əvvəllər Sumqayıt şəhər Su-kanal idarəsində satış şöbəsində mühəndis işləmişdir. Təqsirləndirilən şəxs1 təxminən bir il olar ki, tanıyır.Belə ki, o, həmin vaxt su idarəsinds işləyirmiş və Elvin də 2-3 gün olmuşdur ki, onunla tanış olmuş və həmin vaxt ondan 150 manat borc almışdır.Həmin vaxt Elvin Xırdalan şəhərində yerləşən Rentacar avtomobili olan “Ford Miistanq” markalı, 90PH611 nömrə nişanlı avtomobili idarə edirmiş. Ondan sonra Elvin onunla münasibət yaradaraq onu avtomobili ilə işə də aparırmış və o, Elvinə hər dəfə benzin pulu da verirmiş. 2021-ci ilin yanvar ayının 18 ya 19-da Elvin ona demişdir ki, yanvar ayının 13-də Səbinə adlı bir qızla 6-cı mikrorayonda yanacaq doldurma məntəqəsində tanış olub. Həmin günlərdə Elvin Səbinəyə gül də almış və onunla birlikdə Səbinənin evinə aparmışlar, lakin o, avtomobildə oturmuşdur. Ondan bir- iki gün sonra Elvin ilə onun idarə etdiyi BMV markalı avtomobillə birlikdə gedib Səbinəni evlərinin yanından avtomobilə mindirib Asan xidmətin yaxınlığında avtomobildən düşürtmtişlər. O, Səbinəni birinci dəfə onda görmüşdür. Ondan sonra isə 26 ya da 27 yanvar 2021-ci il tarixdə Səpinə ona zəng edib demişdir ki. Elvin ondan qızıllarını da alıb və avtoyuma yerini satmaq adı ilə ümumilikdə 13000 manat pul alıb. Bundan başqa da arada xərcləməyə 50 və ya 100 manatlar da verib, lakin məlum olub ki, Elvin onu aldadıb. Belə ki, Səbinə demişdir ki. Elvin ona subay olduğunu deyib, lakin Elvinin evli olduğunu öyrənib. O, da bu barədə Elvindən –soruşanda Elvin demişdir ki, Səbinəyə 11.000 verəcəyi vardır. Həmin günlərdə bir gün axşam tərəfi Elvinlə birlikdə Səbinənin yaşadığı evin həyətinə getmişlər, onlar bağınada girmişlər. Elvin orada demişdir ki, bağa icra hakimiyyətindən adam gətirəcək, bağı Səbinə üçün sənədləşdirəcək. Orada avtomobildə oturub çay içmişlər, sonra oradan çıxıb getmişlər. Yolda avtomobildə Elvin demişdir ki. Səbinəni aldadab avtoyuma ona almaq adı ilə 6000 manat pulunu alıb. O. elvindən bundan sonra Şəbindən ayrılıb- ayrılmayacağını soruşmuş. Elvin demişdir ki, hələ yox. Həmin vaxt Elvin ona təklif etmişdir ki, Səbinənin yanında olanda onu yığacaq və o, İcra hakimiyyətinin əməkdaşı kimi onun a danışsın və desin ki, torpaq sahəsinə görə sənəd alınmalıdır.Hətta Elvin demişdir ki, onun nömrəsini də telefonunda İcra Hakimiyyətinin əməkdaşı kimi qeyd edəcək. Həmin vaxt o. Sumqayıt şəhəri 10-cıı mikrorayonda avtomobildən düşmüş, ondan sonra Elvin onu yığmış, lakin o. Elvinin zəngini açmamışdır.O, Elvinin dediyini etməmiş, Elvin demişdir ki, dəli Natiq adlı şəxslə danışıb ona zəng edib İcra hakimiyyətinin işçisi kimi danışacaq. Ondan sonra dəfələrlə Səbinə ilə danışmış. Səbinə demişdir ki, o, Elvin desin ki, ondan aldığı 13000 manat pulunu gətirib qaytarsın, yoxsa polisə şikayət edəcək. O, bu barədə Elvinə demiş, Elvin demişdir ki, Səbinənin ona pul verməyindən onun evdəkilərinin heç xəbəri yoxdur, Səbinə də ona heç nə sübut edə bilməz.Ondan sonra daha onların işlərindən xəbəri olmamışdır. Qeyd etmişdir ki, Elvin Səbinədən torpaq sahəsinin sənədləşməsinə görə aldığı puldan ona heç nə verməmiş, o, Elvinə qohumu deputat olduğunu və torpaq sahəsinə sənəd alacağını vəd etməmiş, həmin günlərdə Səbinə Elvindən pulunu istəmiş, hətta, Səbinə və Elvin birlikdə olanda Səbinə Elvinə demişdir ki, heç olmasa pulundan 2000 manat qaytarsın, həmin vaxt Elvin ondan 2000 manat borc istəmiş, Elvin hətta Səbinənin yanında yalandan da demişdir ki, guya onun qohumu deputatdır, o, 2000 manat pul tapıb verə biləcək. Lakin bu söhbətdən əvvəl hələ onlar birlikdə görüşməmiş, Elvin ona zəng edib demişdir ki, Səbinə ondan pulunu tələb edir, heç olmasa 2000 manat istəyir, birdən Səbinənin yanında ondan 2000 manat borc istəsə o, pulu olmadığını deyib borc verməsin. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, X13 2017-cı il tarixdə Şahid1lə rəsmi nikaha daxil olmuş və birgə Sumqayıt şəhəri 21-ci mikrorayonda yerləşən Gündüzün atasının qaldığı evdə yaşayırlar. xx.xx.2020-ci il tarixdə kürəkəni Şahid1 istifadəsində olan mobil nömrəyə ********** saylı mobil nömrədən zəng edərək Təqsirləndirilən şəxs1 ilə Ali Hərbi məktəbdə bir yerdə təhsil aldıqlarını və tələbə yoldaşı olduqlarını, Elvinin ona güzəştli sosial mənzil almaqda imkanları olması barədə məlumat verdiyini bildirmişdir.O, məsələ barədə ətraflı məlumat almaq üçün Gündüzə şullar vermiş, Gündüz şullarına müvafiq olaraq Elvinin deməsindən aydın olan məlumatları bildirmişdir. Elvin Gündüzə demişdir ki, Rüstəm adlı qaynı sosial güzəştli mənzillərin verilməsi fondunda işləyir və ilkin ödəniş kımı 4000 manat ödədikdə Rüstəmin köməkliyi ilə onlara 3 otaqlı Sumqayıt şəhər bulvarı ilə iizbəiizdə tikilən yeni binlardan mənzil təşkil edə bilər, həmin mənzil üçün sonradan 25 il müddətinə 301 manat kredit ödəmək şərti ilə olacaq X15 bildirdiyi təklif sərfəli olduğu üçün Gündüzə istənilən pulu verəcəyini Elvinə pulu verməsini demişdir. Gündüz də onunla razılaşmışdır. Həmin gün Cəlilabad rayonu Göytəpə kəndində yerləşən Gündüzün işlədiyi hərbi hissəsinin yaxınlığında Gündüzlə görüşüb, ona 2550 manat pul vermişdir. Gündüz həmin pulu Elvinə göndərəcəkdir. Qalan pulıı Elvinə çatdırması üçün sonradan Gündüzə verəcəkdir. xx.xx.2020-ci il tarixdə, saat 11:40 radələrində Gündüz onun verdiyi 2550 manat pulu milliön ödəmə terminalı vasitəsilə Elvinə məxsus **********793089 hesab nömrəli Kapital Bank kartına göndərmişdir. Həmin tarixdə təxminən saat 20 radələrində Yasamal rayonu Ə.Əhmədov küçəsində yerləşən Bazarstore marketdəki Milliön ödəmə terminalı vasitəsilə 200 manat pulu da Elvinə məxsus **********793089 hesab nömrəli Kapital Bank kartına göndərmişdir. Beləliklə, artıq Elvinə 2750 manat pul vermişdir. Daha sonra oğlu Pərviz Bağırova da güzəştli sosial mənzil almaq qərarına gəlmişdir. Bundan ötrü Gündüzdən Elvinin nömrəsini alıb onunla telefon əlaqəsi saxlayıb görüşməyimizi təkif etmişdir. Elvin onunla razılaşdığı üçün 2020-ci ilin iyun ayının sonlarında Elvinlə Sumqayıt şəhərində yerləşən X16 parkında arvadı Nəzakət Bağırovun iştirakı ilə görüşmüş və görüş zamanı Sumqayıt şəhəri 5-ci mikrorayonla üzbəüz Kristal Abşerona məxsus təmir tikinti işləri gedən binlardan birini göstərən Elvin həmin binanın güzəştli sosial evlər lahiyəsi çərçivəsində inşa edildiyini və güzəştli sosial mənzillərin satışı sahəsində çalışan Rüstəm adlı qaynının vasitəsilə həmin binanın 6-cı mərtəbəsində yerləşən mənzillərdən birini, güzəştli ipoteka ilə almaqda ona köməklik edəcəyini demiş və mənzili almaq üçün öncədən 4000 manat ilkin ödəniş etməli olduğunu, sonradan 25 il müddətinə 301 manat kredit ödəyəcəyini demişdir. Hətta həmin mənzillərin keyfiyyətli olması səbəbindən özünün də oradan mənzil aldığını bildirmişdir.O. Elvinə mənzilinə birgə baxmağı təklif edəndə Elvin mənzili türklərə kirayəyə verdiyini hazırda həmin mənzildə ailə olduğu üçün baxa bilməyəcəyini demişdir. O, da etiraz etməmiş və xx.xx.2020-ci il tarixdə kredit götürüb Elvinə 4000 manat pulu verəcəyini demişdir. Bundan sonra ayrılmışlar və xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri X7 girişində Elvinlə görüşüb və ona 4000 manat pulu sayıb vermiş, Elvin ona 3 gün müddətində eyin açarlarını təqdim edəcəyini bildirmişdir. Evin açarları verilən zaman isə o, birinci ev üçün borclu qaldığı 1250 manat pulu verəcəyini öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixdə o, Elvinlə əlaqə saxlayıb işin niyə yubandığını ondan soruşanda ona 1-2 gün vaxt verməyini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə yenidən Elvinlə əlaqə saxlayanda Elvin ona dayısı oğlunun şəhid olduğunu bununla bağlı başının qarıqışıq olduğunu, 1-2 gün də vaxt verməyini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhərinə gəlib Elvinin yaşadığı Sumqayıt şəhəri Corat qəsəbəsindəki ünvana getmiş və Elvinin anası və atası ilə danışarkən ona məlum olmuşdur ki. Elvinin Rüstəm adlı qaynı yoxdur. Valideyinlərinin deməsinə görə Elvinin 2 qaynı var və onlar da uzun müddətdir ki. Rusiya Federasiyasında yaşayırlar. Valideyinləri ondan 3-4 gün möhlət istəmişlər və o, da 3-4 gün də onlara vaxt vermiş, növbəti dəfə Elvinin yaşadığı evə gedib onunla şəxsən danışmışdır. Elvin ona and aman etmişdir ki, ondan aldığı 6750 manat pulu Rüstəmə vermiş, lakin iş alınmaması səbəbdən pulu Rüstəmdən alıb ona geri verəcəkdir. Uzun müddət keçməsinə baxmayaraq Elvin ondan aldığı pulu qaytarmadığı üçün onun barəsində şikayət etmişdir. Qeyd etmişdir ki, o, Rüstəm adlı şəxsi görməmiş, Elvin yalnız bircə onu demişdir ki, Rüstəm onun qaynıdır. Amma Elvinin anası Rüstəm adlı qohumlarının olmadığını bildirmişdir.Riistəm adlı şəxs Elvinin uydurduğu olmayan biridir. Belə ki, o, Elvindən bir neçə dəfə Rüstəmlə onu göriişdürməsini tələb etsə də, Elvin müxtəlif bəhanələr gətirməklə onu Rüstəmlə görüşdürməkdən boyun qaçırmışdır. 2020- ci ilin avqust ayında ********** saylı mobil nömrədən ona zəng daxil olmuş və danışıq zamanı naməlum şəxs özünü Rüstəm kimi təqdim edib ona tələsməməsini bu işi həll edəcəyini demişdir. O, həmin şəxslə görüşüb söhbət etməyi tələb etsə də, həmin şəxs bəhanələr edərək onunla görüşməkdən boyun qaçırıb danışığı bitirmişdir. Həmin gün bir neçə dəfə həmin nömrəyə zəng etsə də nömrənin sahbi telefona cavab verməmişdir. Növbəti zənginə bir nəfər şəxs cavab vermiş, cavab verən kimi həmin şəxsdən Rüstəmdir? Soruşmuş, lakin həmin şəxs “xeyr Rüstəm deyil səhv düşmüsən Etibardır” demişdir. O. Etibar kimi özünü təqdim edən şəxsə Rüstəm adlı şəxsin dünən bu nömrədən ona zəng etdiyini deyəndə həmin şəxs nömrəsindən zəng edənin Elvin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 cinayət işi məhkəmənin icraatında olduğu müddətdə ona 3.000 manat pul ödəmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 qarşı mülki iddia qaldıraraq, ona maddi zərərin əvəzinə mülki cavabdehdən Təqsirləndirilən şəxs1 6750 manat məbləğində pulun tutulub ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəx qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin yanvar ayının əvvəllərində Sumqayıt şəhərində mərkəzi poçtdan çıxan zaman bir nəfər hərbi geyimdə olan oğlan ona yaxınlaşaraq öz ***- ***-**-** telefon nömrəsini deyərək, ona zəng etməyini və onunla əlaqədar vacib bir məsələ ilə danışmaq istədiyini bildirmişdir.O, da həmin nömrəni yadında saxlamış və həmin şəxsdən aralaşmış, lakin həmin şəxsə zəng etməmişdir. Aradan bir neçə gün sonra təxminən 10 yanvar 2021-ci il tarixdə həmin nömrəyə zəng etmiş və telefonda onunla danışan həmin şəxs onunla tanışlıq mövzusunda danışmışdır. Həmin şəxs adının Elvin olduğunu, özünün subay olduğunu, əlaqələri geniş olduğunu. Hikmət Hacıyevin dostu olduğunu. Nəvai və Yaşmada hərbi i hissədə komandir işlədiyini, onunla tanış olmaq istədiyini və onu istədiyi yerə işə düzəldəcəyini deyərək bu mövzuda danışmışdır. O, da Elvinə inanaraq onunla bir neçə gün telefonla danışmış, ondan sonra idarə etdiyi “KİA rio” markalı avtomobillə Sumqayıt şəhərində bazara gedəndə Elvin görmüş və avtomobilinin olduğunu da bilirmiş. Elvinlə danışıq ərəfəsində hətta həmin şəxs onun yaşadığı evin yerini bildiyini də demişdir.O. Elvindən yaşadığı evin yerini haradan bildiyini soruşanda Elvin onun avtomobilinin evin yanında saxladığını gördüyü üçün evlərinin də yerini bildiyini demişdir. Ondan sonra Elvin yaşadığı məhəlləyə gələrək qardaşı Elnurla tanışlıq yaratmışdır. Həmin günlərdə Elvin ondan 700 manat borc istəmiş və o. da Elvinə 700 manat borc vermişdir.Həmin günlərdə Elvin ona demişdir ki, Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində bir nəfər həbsdə olan qardaşının işi ilə bağlı təcili pul lazım olduğunu görə 30000 manat dəyərində avtoyuma yerini 8500 manata satır. O, da Elvinə inanıb həmin avtoyuma yerinə baxıb almaq istədiyini bildirmişdir. Həmin gün 18 yanvar 2021-ci il tarixdə Elvin və bacısının azyaşlı oğlu Elcan ilə Elvinin idarə etdiyi BMV markalı, 99PJ611 nömrə nişanlı avtomobillə gedərək. 11-ci mikrorayonda Elvin onlara “LF” adında avtoyuma yerini göstərib demişdir ki, satılan həmin avtoyumadır.O, Elcan ilə avtomobildə qalmış, Elvin isə avtoyuma yerində olan oğlana yaxınlaşaraq nəsə danışıb avtomobilə gəlib demişdir ki. avtoyumanı almaq istədiyini həmin şəxsə də bildirib, həmin vaxt o. Elvinin avtoyumaya gedib gəldiyini telefonu ilə video şəklində çəkmişdir. Elvin demişdir ki, pulun müəyyən hissəsini əvvəlcədən, qalan hissəsini isə avtoyuma yerini onun adına sənədləşdirəndən sonra vermək lazımdır.O, da gedib qızıllarını lombarda qoyaraq 5000 manat pul götürmüş və Elvin ilə danışanda ona yaxın günlərdə, yəni 21 yanvar 2021-ci il tarixdə atasının vəfat etməsinin il dönümü olduğunu bildirmişdir.Elvin də ona demişdir ki, atasının il dönümü ilə bağlı evlərinə gələcək. O. Elvinə nə qədər desədə evlərinə gəlmək olmaz, lakin Elvin təkidlə əl çəkməmişdir ki, o. da həmin gün evlərinə gələcək. 21 yanvar 2021-ci il tarixdə Elvin ona demişdir ki. o. da həyətdədir və evlərinə gəlmək istəyir.O. bu barədə anasına demiş və anası da demişdir ki, gəlmək istəyirsə gəlsin. Ondan sonra bir də görmüşlər ki, Elvin qardaşı Elnurla içəri gəldilər. Həmin vaxt qohumları da evdə olmuşlar. Bundan başqa bacıları və digər qardaşı Elşad da evdə olmuşlar. Elvin də onlarla oturaraq onlarla söhbət etmişdir. Elvin söhbət zamanı əlaqələrinin geniş olduğunu, kimsə istəyəndə onu işə düzəltməyi bacardığını, yəni hər sahədə tanışı olduğunu, hətta Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcovla əlaqəsi olduğunu bildirmişdir. Onlar da Elvinə inanınmışlar. Ondan sonra Elvin demişdir ki. anasını Yaşmada hərbi i hissədə işə düzəldib, anası heç işə getmir ancaq gedib imza edərək maaş alır. Həmin vaxt da söhbət zamanı Elvin demişdir ki, Sumqayıt şəhəri 1 1-ci mikrorayon ərazisində bir nəfər həbsdə olan qardaşının işi ilə bağlı təcili pul lazım olduğunu görə 30000 manat dəyərində avtoyuma yerini 8500 manata satır. Ailə üzvləri və evlərində olan qohumlar belə ucuz qiymətə avtoyuma məntəqəsinin satılmasını eşidib, elə orada olan qohumları hərə avtoyuma yerini almaq istəmişlər.O. da Elvinə demişdir ki, avtoyuma yerini özü almaq istəyir. Ondan sonra söhbət zamanı onlar Elvinə demişlər ki, həyətlərində olan bağın sənədi yoxdur, ona sənəd ala biləcək? Elvin demişdir ki, heç bir problem yoxdur, torpaq komitəsindən nümayəndə də gətirəcək və müəyyən pul müqabilində torpaq sahəni adlarına mülkiyyətə dair sənəd alacaq. Həmin günü Elvinə yaşadığı evdə ailə üzvlərinin yanında 6050 manat pul vermiş, Elvin demişdir ki, bir neçə gün ərzində avtoyumanı onun adma sənədlərini də gətirəndən sonra qalan 3450 manatı da onlardan götürəcək. Ondan sonra Elvin demişdir ki, bağı da onun adma 7000 manata sənədləşdirəcək. Onlar da ailə üzvləıi ilə buna razı olmuşlar və həmin gün axşam tərəfi Elvin demişdir ki, o, gedib Torpaq Komitəsindən əməkdaş gətirib bağı ölçdürəcək. Elvin gedib bir nəfər şəxslə, sonradan adını bildiyi Taleh adlı şəxslə gələrək Taleh Torpaq komitəsinin əməkdaşı olduğunu deyərək addımla bağı addımlayaraq ölçmüşdiir. O, həmin vaxt özünə məxsus mobil telefonu səsyazma rejimində Elvindən xəbərsiz onun idarə etdiyi avtomobildə gizlətmişdir. Elvin Taleh ilə bağa baxandan sonra avtomobilinə oturub getmişlər. Elvin demişdir ki, Talehi düşürdüb gələcək. Aradan 10-15 dəqiqə sonra Elvin evlərinə gəlmiş, lakin o, hələ tam pulu toplaya bilmədiyi üçün həmin gün Elvinə torpağın sənədinə görə pul verməmişdir.Həmin vaxt Elvin bir şəxsə zəng etmiş və ona demişdir ki, danışdığı şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşıdır, həmin şəxslə də sənədləşmə ilə bağlı danışmışdır. Həmin vaxt bacısı oğlu gedib Elvinin avtomobilindən telefonu gətirmişdir.O, qohumlarından da borc almış və bunu Elvin özü də bilmiş, 22 yanvar 2021-ci il tarixdə Xırdalan şəhərinə gələrək ‘*Meqa store" mağazasının yaxınlığında kirayədə yaşayan bacısı Firanənin evində olan pullunu və hətta 200 manatdan çox 50 qəpikləri də avtomobilimdə elə Elvinin yanında sayıb 7000 manat da pulu bağı öz adına sənədləşdirilməsi üçün Elvinə vermişdir. Elvin elə həmin BMV markalı avtomobili ilə getmişdir. Ondan sonra da Elvin ilə danışmış və hər dəfə ona avtoyumanın və torpaq sahənin sənədləşməsi işi ilə məşğul olduğunu demişdir.24 yanvar 2021-ci il tarixdə ona ***-***-**-** nömrəsindən zəng edən qadın Elvinin arvadı olduğunu və Elvinin onu aldatdığını, ondan başqa şəxsləri də bu şəkildə aldatdığını Elvinin belə işlərlə məşğul olduğunu demişdir. Ondan sonra o, Elvinin avtomobilinə səs yazılması üçün qoyduğu telefonda olan səsləri dinləmiş və məlum olmuşdur ki, Elvinlə bağı ölçməyə gələn Taleh adlı şəxsin onları aldatdığı məlum olmuşdur. Həmin səsdə də Elvin ilə Taleh aralarında danışaraq Taleh səsini dəyişərək İcra hakimiyyətin n işçisi kimi danışacaqlarını bir-birinə deyirlər.Elvinin onu aldatdığını biləndən sonra ona bu barədə heç nə deməyərək ondan pulunu geri istəmişdir.Elvin ona 700 manat borcunu və 2000 manat ca sənədləıuə ilə bağlı verdiyi puldan qaytarmışdır. Elvin ilə ondan sonra da danışıqlarında ona evlənmək təklif edirmiş, lakin o, Elvinə onunla evlənmək istəmədiyini demişdir. Artıq o. Elvinin necə adam olduğunu və onunla tanış olmaqda da məqsədi pul ələ keçirmək olduğunu bilmişdir. Hətta Elvin 28 yanvar 2021-ci il tarixdə bir tort alaraq evlərinə ona özü elçi kimi gəlmişdir.O, Elvinin evli olduğunu və pulunu aldadarq ələ keçirdiyini bildiyi halda ona bu barədə heç nə bildirıuəşdir ki. ondan pulunu alsın sonra ona bu barədə bildirsin. Həmin vaxt anası da Elvinə onu istəmədiyini demişdir. Lakin Elvin qəsdən anasına yalvarmışdır ki. onu almaq istəyir.O, Elvinlə artıq heç bir mövzuda danışmırmış, ancaq pulunu istəmişdir.O, Elvindən pulunu geri istəmiş, Elvin onunla birlikdə getmiş və Taleh ilə görüşmüşlər, Elvin Talehə demişdir ki, ona təcili pul lazımdır, Taleh də demişdir ki, gedək evlərinə 2000 manat pul verəcək. Onlar Talehin yaşadığı evin həyətində gözləmişlər. Taleh evlərinə getmiş, lakin sonra gəlməyib demişdir ki, atası evdədir, ona görə evdən çıxa bilmir və heç bir pul da gətirməmişdir. Bunlara baxmayaraq Elvin pulunu qaytarmadığı üçün şikayət etmək qərarına gəlmişdir. Hətta Elvinin Kamran adlı dostu da sonralar Elvinin dələduz olduğunu və onu aldatdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı yalnız ona 3.000 manat pul ödəmişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 və Şahid5 Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2007-ci ilin avqust ayından etibarən tanıyır. Elvin ilə birgə Heydər Ə iyev adına Azərbaycan Ali Hərbi məktəbində kurs yoldaşı olmuşdur. Münasibətətləri hər zaman yaxşı olmuş, Elvin ilə düşmənçilik və ədavəti olmamışdır. Fizulu Bağırov isə onun qaynatasıdır. 2017-ci il tarixdə Nuranə Mirzəyeva ilə rəsmi nikaha daxil olmuş, nikahdan sonra Cəlilabad rayonunda yaşamışlar. 24 06.2020-ci il tarixdə təxminən saat 21 radələrində yaşadığı evdə olan zaman kurs yoldaşı Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** saylı mobil nömrəsi ilə onun istifadəsində olan ********** saylı mobil nömrəyə zəng edərək, qaynı Rüstəm adlı şəxsin sosial güzəştli mənzillərin verilməsi fondunda işlədiyini, Bakı və Sumqayıt şəhərlərində yaşayış evləri inşa edən Kristal Abşerondakı evlərin satışa qoyulduğunu, Rüstəmin vasitəsi ilə bir neçə tanışına ipoteka ilə fərdi evlər verildiyini, hazırda Sumqayıt şəhəri Park Bulvarın yaxınlığında və 10-cu mikrorayonun ərazisində yerləşən Kristal Abşerona məxsus evlərdən 2-3- niin qaldığını, istəsə ona da həmin evlərdən birini təşkil edə biləcəyini demişdir. O, Elvindən evlərin neçəyə başa gəldiyini soruşanda. Elvin ilkin ödəniş kimi 4000 manat pul ödəyəcəyini, ödənişdən 2-3 gün sonra ona 122 kv.m sahəsi olan evi təqdim edəcəyini, mərtəbəni özü seçəcəyini, sonrakı 25 il müddətində hər il banka 301 manat pul ödəyəcəyini bildirmişdir. Elvin ona təhvil veriləcək evin proyektini göstərmək məqsədi ilə Kristal Abşerona məxsus hansısa binadakı mənzilin videosunu çəkib atmışdır.O, Elvin ilə razılaşmışdır. Lakin pulu olmadığı üçün növbəti gün telelfon vasitəsilə bu barədə qaynatası Fizulivə məlumat vermiş, Fizuli pulu özü verəcəyini demişdir. xx.xx.2020-ci il tarixdə Cəlilabad rayonu Göytəpə kəndində yerləşən işlədiyi hərbi hissəsinin yaxınlığında qaynatası Fizulu ilə görüşmüş. Fizuli ona 2550 manat pul vermi, xx.xx.2020-ci il tarixdə, saat 11:40 radələrində qaynatasına məxsus 2550 manat pulu milliön ödəmə terminalı vasitəsilə Elvinə məxsus **********793089 hesab nömrəli Kapital Bank kartına göndərmişdir. Həmin tarixdə qaynatası Fizuli də təxminən saat 20 radələrində Yasamal rayonu Ə.Əhmədov küçəsində yerləşən Bazarstore marketdəkı Millön ödəmə terminalı vasitəsilə 200 manat pulu Elvinə məxsus **********793089 hesab nömrəli Kapital Bank kartına göndərmişdir. Beləliklə, artıq Elvinə 2750 manat pul vermişlər. Daha sonra qaynatası öz oğlu Pərviz Bağırova da güzəştli sosial mənzil almaq qərarına gəlmişdir. Bundan ötrü ondan Elvinin nömrəsini alıb onunla telefon əlaqəsi saxlayıb görüşməyi təkif etmişdir. Elvin onunla razılaşdığı üçün 2020-ci ilin iyun ayının sonlarında Sumqayıt şəhərində yerləşən X16 parkında görüşmüşlər. Görüş zamanı Sumqayıt şəhəri 5-ci mikrorayonla üzbəüz Kristal Abşerona məxsus təmir tikinti işləri gedən binlardan birini göstərən Elvin həmin binanın güzəştli sosial evlər lahiyəsi çərçivəsində inşa edildiyini və güzəştli sosial mənzillərin satışı sahəsində çalışan Rüstəm adlı qaynının vasitəsilə həmin binanın 6-cı mərtəbəsində yerləşən mənzillərdən birini, güzəştli ipoteka ilə almaqda ona köməklik edəcəyini demiş və mənzili almaq üçün öncədən 4000 manat ilkin ödəniş etməli olduğunu, sonradan 25 il müddətinə 301 manat kredit ödəyəcəyini bildirmişdir. Hətta həmin mənzillərin keyfiyyətli olması səbəbindən özünün də oradan mənzil aldığını demişdir. Qaynatası Elvinin mənzilinə birgə baxmağı təklif edədnə, Elvin mənzili türklərə kirayəyə verdiyini hazırda həmin mənzildə ailə olduğu üçün baxa bilməyəcəklərini demişdir. Qaynatası Fizuli xx.xx.2020-ci il tarixdə kredit götürüb Elvinə 4000 manat pulu verəcəyini deyib ayrılmışdır. xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri X7 girişində qaynatası Fizuli Elvinlə görüşmüş və Elvinə 4000 manat pulu sayıb vermişdir. Elvin ona 3 gün müddətində evin açarlarını təqdim edəcəyini demişdir. Evin açarları verilən zaman isə qaynatası Fizulu onun üçün aldığı evə dair borclu qaldığı 1250 manat pulu verəcəyini öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixdə o. qaynatası Elvinlə əlaqə saxlayıb işin niyə yubandığını ondan soruşanda ona 1-2 gün vaxt verməyi xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə yenidən Elvinlə əlaqə saxlayanda Elvin dayısı oğlunun şəhid olduğunu bununla bağlı başının qarıqışıq olduğunu, 1-2 giin də vaxt verməyi xahiş etmişdir. 15 07.2020-cı ıl tarixdə qaynatası Fizuli Sumqayıt şəhərinə gedib Elvinin yaşadığı Sumqayıt şəhəri Corat qəsəbəsindəki ünvanında olmuşdur. Elvinin anası Tamam və atası Zakirlə danışarkən məlum olmuşdur ki, Elvinin Rüstəm adlı qaynı yoxdur. Valideyinlərinin deməsinə görə Elvinin 2 qaynı var və onlar da uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayırlar. Valideyinləri qaynatasından 3-4 gün möhlət istəmişdirlər. Fizuli 3-4 gün də onlara vaxt vermişdir. Uzun müddət keçməsinə baxmayaraq Elvin qaynatasının pulunu qaytarmadığı üçün qaynatası şikayət etmişdir. Rüstəm adlı şəxsi görməmiş, anket məlumatları barədə heç nə bilmir, Elvin yalnız bircə onu demişdir ki. Rüstəm onun qaynıdır. Amma anası Rüstəm adlı qohumlarının olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Sumqayıtşəhəri 42-ci məhəllə Çelkovski küçəsində yerləşən avtoyuma məntəqəsini tanışı Sahil ilə şərik işlədir. Həmin avtoyuma məntəqəsində saat 09 radələrində işə başlayırlar, axşam saat təxminən 21 radələrində bağlayırlar. Təqsirləndirilən şəxs1 adlı şəxs də onunla bir yerdə işləyən Sahilin tanışı olduğu üçün Elvin də idarə etdiyi avtomobili işlədiyi avtoyuma məntəqəsinə gətirib onun avtomobilini də yuyurmuşlar. Ondan başqa Təqsirləndirilən şəxs1 ilə heç bir münasibəti olmamışdır.Qeyd etmişdir ki, 2021-ci ilin yanvar ayının ortalarından sonra bir gün axşam tərəfi Elvin qırmızı rəngli “KİA Rio” markalı, 99VE120 nömrə nişanlı avtomobillə avtoyuma məntəqəsinin qarşısına gələrək avtomobildən düşüb ona yaxınlaşıb, onunla bir yerdə işləyən Sahili soruşaraq avtomobilə oturub getmişdir. İşlədiyi avtoyuma məntəqəsi satılmır, avtoyuma məntəqəsinin satılması barədə, həmçinin Elvinin kimdənsə buna görə pul almasından də heç bir söhbəti olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, idarə etdiyi “Opel Zafira” markalı, 99UG503 qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhərindən Masallı və Yardımlı rayonuna sərnişin daşımaqla məşğul olur. 2021-ci ilin yanvar ayının ortalarında Masallı rayonundan Sumqayıt şəhərinə gələndə avtomobilində müştəri olan Təqsirləndirilən şəxs1 adlı şəxslə tanış olmuşdur. Ondan sonra da Elvin onunla münasibət quraraq görüşiirmüşlər. Hətta Elvin Sumqayıt şəhəri bazarın yaxınlığında kirayəyə ev tutmuş və həmin evdə də Elvin ilə 5-6 dəfə qalmışdır. Elvin ilə tanış olandan sonra Elvin bildirmişdir ki. Şəbinə adlı qızla tanış olub.Elvin onun yanında da Şəbinə ilə telefonda danışırmış. 2021-ci ilin yanvar ayının ortalarından sonra Elvin ona demişdir ki, o, avtoyuma yerini alır və Şəbinə ilə bir yerdə işlədəcəklər. Həmin ərəfələrdə Şəbinə onun instqramına pul ilə bağlı sms yazmışdır.O, da Şəbinə ilə yazışaraq nə pul olduğunu soruşmuş. Şəbinə də onda ona demişdir ki, Elvinə 6000 manat pul verib, lakin ala bilmir, lakin nəyə görə verdiyini deməmiş, Elvin onu aldadıb Elvindən pulunu alacaq. Ondan bir neçə gün sonra Şəbinə ona demişdir ki, Elvinə 8000 manat, daha sonra isə demişdir ki, 13000 manat pul vermişdir, pullarını geri almaq istəyir.Səbinə demişdir ki, avtoyuma almaq və bağlarının sənədlərinin alınması üçün Elvinə 13000 manat pul vermişdir, lakin pulu ala bilmir. O, da Səbinəyə demişdir ki, Elvindən borc kimi pul istəsin və bu yolla pulunu Elvindən ala bilər. Həmin ərəfədə o, da Elvin ilə görüşmüş və Elvinin cibində 5000 manat pul görmüş, onda da Səbinədən Elvinə pul verməyini soruşmiiş, Şəbinə demişdir ki, Elvinə pul vermişdir. Ondan sonra o. də Elvindən bu barədə soruşanda Elvin ona Səbinədən 5000 manat aldığını demişdir. O, da Elvinə demişdir ki, Şəbinə pulunu istəyir aparsın onun pulunu qaytarsın.Onun köməkliyi ilə Elvin Səbinəyə 500 manat bir dəfə, 500 manat da bir dəfə, 1000 manat da bir dəfə qaytarmışdır.Ondan sonra Şəbinə qalan pulunu ala bilməmiş və demişdir ki, gedib şikayət edəcək. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 adlı şəxsi təxminən 3 ildir ki, tanıyır. Belə ki, həmin vaxtı o, Miişviq qəsəbəsində olan hansısa hərbii hissədə işləyirmiş, həmin vaxtlardan onunla münasibəti yaranmışdır. Elvin Rentaçardan avtomobil götürüb idarə edirmiş.Xırdalan şəhərində Yaşar adlı tanışı Rentaçar işlədirmiş və Elvin ondan avtomobil götürüb idarə edirmiş. Onun BMV F10 markalı, 99PG611 dövlət qeydiyyat nişanlı avtomobili var. Elvin ondan avtomobilini idarə etməyə istəmiş və o. da arada həmin avtomobili Elvinə idarə etmək üçün vermişdir. 2020-ci ilin təxminən sentyabr ayında Elvin ondan yenə avtomobilini bir müddət idarə etmək üçün istəmişdir. O, da Elvinə demişdir ki, müharibəyə gedib gələndən sonra avtomobilini verəcək sürər. Müharibə qutarandan sonra Elvin gəlmiş və o. özünə məxsus BMV markalı həmin avtomobili Elvinə etibarnamə əsasında idarə etmək üçün vermişdir. 2021-ci ilin təxminən fevral ayının əvvəllərində o, avtomobilini Elvindən geri almışdır.Onun ***-***-**-**, ***-***-**-** nömrələri vardır. 2021-ci ilin yanvar ayında Elvin ona təxminən 1000 manat pul vermiş, o, həmin pulu ondan borc istəmiş, lakin Elvin onun avtomobilini idarə etdiyinə gərə və avtomobilinə ziyan vurduğuna görə həmin pu u Elvinə qaytarmamışdır. 2021-ci ilin fevral ayında Şəbinə adlı qadın ona zəng edərək bildirmişdir ki, Elvinə pul verib və Elvin də ona deyib ki. həmin pulu gətirib ona verib. O. da Səbinəyə telefondt demişdir ki, Elvin gətirib ona heç bir pul verməyib, ancaq avtomobilini idarə etdiyinə görə ona cəmi 1000 manat pul vermişdir.O, Səbinədən Elvinə nə qədər pul verdiyini soruşanda Şəbinə Elvinə 5050 manat pul verdiyini demişdir. Ondan sonra o. Elvinə zəng edib onun adını nəyə görə çəkdiyini demiş, Elvin də demişdir ki, onun adından istifadə etməmişdir. Qeyd etmişdir ki, 2021-ci ilin yanvar ayının ortalarında Elvindən 1000 manat borc istəmiş, həmin ərəfələrdə Elvin onunla telefonla danışaraq, demişdir ki, 6000 manat pul əldə edəcək, ola bilsin elə həmin gecə, ya da səhər həmin 6000 manat pulu əldə edəcək, ona da olan borcunu göndərəcək.Elvin ona hətta telefonda demişdir ki, hansısa adam onu yuxarı vəzifəyə təyin etdirəcək.Sonra Elvin onunla arasında olan pul haqq hesabını deyərək, ona 400, 500, 200, 200, 100 manat verdiyini demişdir. Lakin Elvin pulun məbləğini çox demişdir. Ondan sonra Elvin ilə Şəbinə arasında olan söhbətlərdən xəbəri olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Müdafıə Nazirliyinin 27 fevral 2021-ci il tarixli, 1/664 saylı məktubunda göstərilmişdir ki, ehtiyyatda olan baş leytenant Təqsirləndirilən şəxs1oviç 11,08.2007-ci il tarixdən xx.xx.2011 -ci il tarixədək kursant və xx.xx.2011 -ci il tarixdən xx.xx.2020-ci il tarixədək zabit qismində Azərbaycan ordusunda həqiqi hərbi xidmət keçmişdir. Mtidafıə nazirinin xx.xx.2020-ci il tarixli mtivafıq əmrinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. “Azərbaycan Perpublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli sərəncamına müvafiq olaraq xx.xx.2020-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış və Mtidafıə nazirinin xx.xx.2020-ci il tarixli mtivafıq əmrinə əsasən (səfərbərlikdən tərxisetmə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və sənədləri qeydiyyata alınması tiçtin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış tizrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Bakı Hərbi Məhkəməsinin 22 iyun 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, Cm-nin 67.1-ci maddəsinə əsasən 01 il müddətinə azadlığın məhdudlaşdırılması və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli 21-2/3-6692 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 3000 manat cərimə cəzası Təqsirləndirilən şəxs1 pensiyasina yönəlmiş, ümumilikdə 560 manat tutularaq, Sumqayıt şəhər Probasiya Şöbəsinin depozit hesabına köçürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi xx.xx.2023-cü il tarixə 11 ay 03 gün təşkil edir. Abşeron rayon polis idarəsinin xx.xx.2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsdə saxlama müddətinin uzadılması haqqında verilmiş təqdimat təmin edilməmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş qətimkan tədbirinin tələblərini pozduğuna görə barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Təqsirləndirilən şəxsin polis idarəsinə könüllü gəlməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə könüllü olaraq, Abşeron RPİ-nə gəlmişdir. Cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsindəki cinayət işi üzrə icraat təzələnmiş və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş qətimkan tədbiri ləğv edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş qətimkan tədbirinin tələblərini pozduğuna görə barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanılaraq, MSY-ə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Sənədlərin sürətindən görünür ki, Təqsirləndirilən şəxs1 Qüsursuz xidmətə görə, Hərbi xidmətdə fərqləməyə görə, Vətən müharibəs iştirakçısı, Füzulinin azad olunmasına görə və Cəbrayılın azad olunmasına görə medallarla təltif edilmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Məhkəmə baxışı iclasında bir ədəd SD diskə səs yazıları dinlənilmiş, səslərdə Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olaraq zərərçəkmiş şəxs X6 qarşı dələduzluq etməklərini razılaşdıqları əksini tapmışdır. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə zərərçəkmiş şəxs X4 təqdim etdiyi diskdə olan danışıqlar mühüm sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxslər barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, onlar, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul və ya digər əşya) sahibi olan zərərçəkmiş şəxslər də öz əmlaklarını (pullarını və ya digər əşyalarını) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişlər, təqsirləndirilən şəxsin niyyəti əmlakları (pulları və ya digər əşyaları) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxslərin əmlaklarının (pullarının və ya digər əşyalarının) əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə olar, həmin zərərçəkmiş şəxslərə münasibətdə bu məqsəd və niyyətlərinə çatmışlar. Məhkəmə Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-ci maddəsi ilə irəli sürülmüş ittiham aktında qeyd edilən əməl üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxsin işin faktiki hallarını və təqsirlilik məsələsini mübahisələndirməsinə baxmayaraq, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmək məqsədilə bir neçə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, zərərçəkmiş şəxsə dəymiş ziyanın Təqsirləndirilən şəxs2 tərəfindən ödənilməsinə şərait yaradılaraq, məhkəmə iclasları təxirə salınmışdır. Lakin sonuncu zərərçəkmiş şəxsə törətdiyi cinayət nəticəsində vurulmuş ziyandan heç bir ödəniş etməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, mütəxəssis rəyinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi dələduzluq əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 törətdiyi dələduzluq əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «İnsan Hüquqlarının və X8 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddsinə əsasn onun himayəsində (xx.xx.2014-cü il təv. Eyyub Səfərov və xx.xx.2021-ci il təv. Emil Səfərov) iki azyaşlı uşağının olmasını, Vətən Müharibəsi iştirakçısı olmasını, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmin qərarda izah edilir ki, «CM-nin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalıdır. Beləliklə, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni CM-nin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir». Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə barəbar tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 66.5 və 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması və 3000 manat məbləğində cərimə cəzası ilə qismən birləşdirilməklə, ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 ay 27 gün müddət və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çəkdiyi 27 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təyin edilmiş cərimə cəzası azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə mülki iddianın həlli ilə bağlı məsələlər üzrə qeyd edir ki, Zərərçəkmiş şəxs2 mülki iddiası qismən təmin edilməlidir. Beləki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs1 qarşı mülki iddia qaldıraraq, ona dəymiş maddi ziyanın əvəzinə mülki cavabdeh Təqsirləndirilən şəxs1 6750 manat pulun tutulub ona verilməsi barədə mülki iddia ərizəsi vermişdir. Azərbaycan Respublikası CPM-nin 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmədə mülki cavabdehin hüquqazidd hərəkətləri nəticəsində mülki iddiaçıya 6750 manat məbləğində maddi ziyan vurulması sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarının 69-cu bəndinə əsasən iştirakçılıqla törədilmiş cinayətlər nəticəsində vurulmuş maddi ziyan cinayətin iştirakçılarından Mülki Məcəllənin 1113-cü maddəsinə əsasən müştərək qaydada və yaxud mülki iddiaçının vəsatəti ilə və onun mənafeyi üçün hər bir iştirakçıdan məhkəmə tərəfindən müəyyən edilmiş hissələr (paylar) üzrə tutula bilər. Bir neçə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş mülki iddia (mülki iddialar) təmin edildiyi halda ittiham hökmünün nəticəvi hissəsində hansı hissənin (konkret məbləğin) müştərək, hansı məbləğlərin isə hər bir təqsirləndirilən şəxsdən paylar üzrə, eləcə də hansı mülki iddiaçının xeyrinə tutulması göstərilməlidir. Həmin Qərarın 70-ci bəndinə əsasən birgə maddi ziyanın vurulması ilə əlaqədar olan cinayət işlərində iştirakçılarından biri (bir neçəsi) haqqında cinayət təqibi üzrə icraat ayrılmışsa və yaxud bəzi iştirakçılar haqqında cinayət təqibinə bəraətverici sayılmayan əsaslarla xitam verilmişsə, məhkəmə mülki iddia üzrə maddi ziyanın ödənilməsi vəzifəsini tamamilə barəsində cinayət işinə baxılan təqsirləndirilən şəxsin üzərinə qoyur və eyni zamanda təqsirkara barəsində cinayət təqibinə xitam verilmiş şəxsə qarşı mülki mühakimə icraatı qaydasında maddi ziyanın müştərək qaydada ödənilməsi haqqında iddia qaldırmaq hüququnu izah edir. Ayrılmış icraat üzrə təqsirləndirilən şəxsin (şəxslərin) barəsində cinayət işinə baxıldıqda məhkəmə verilmiş mülki iddia ilə əlaqədar onun (onların) üzərinə vurulmuş maddi ziyanı əvvəlki hökmə əsasən məhkum edilmiş (barəsində mülki iddia həll edilmiş) şəxslə müştərək qaydada ödəmək vəzifəsini qoya bilər. Mülki iddianı müzakirə edən məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyan 3.000 manat məbləğində pul təqsirləndirilən şəxs tərəfindən ödənildiyinə görə mülki cavabdeh Təqsirləndirilən şəxs1 3750 manat məbləğində pul tutulub mülki iddiaçı Zərərçəkmiş şəxs2 verilməli, mülki iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, maddi sübut qismində tanınmış danışıqların əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tam ödənilməmiş, digər zərərçəkmiş şəxs tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüquqları izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X10 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5 və 68.1.1-1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması və ödənilməmiş 2440 manat cərimə cəzası ilə qismən toplansın və Təqsirləndirilən şəxs1 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə və 2440 manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3 və 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 02 ay 27 gün müddət və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çəkdiyi 27 gün müddət azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 10 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin edilmiş 2440 manat cərimə cəzası müstəqil icra edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs1 3.750 manat pul alınaraq, mülki iddiaçı Zərərçəkmiş şəxs2 verilsin. Mülki iddia qalan hissədə rədd edilsin. Digər zərəçəkmiş şəxsə təqsirləndirilən şəxslərə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X10 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-84/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-84/2023
30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver