Məhkəmə qərarları › İş №1(012)-841/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-841/2025

19.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-841/2025 19.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X6 Ənvər qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Şikayətçi Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Qobu qəsəbəsi, X7 küçəsində yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 aprel 2025-ci il saat 14:30 radələrində ailə üzvləri ilə bərabər yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, X7 küçəsində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs onun istədiyi qaydada yemək süfrəsini hazırlamadığına görə irad bildirdikdə həmin səbəbdən ailə münasibətləri zəmnində aralarında yaranmış narazılıqla bağlı mübahisə baş verərkən həmin mübahisə əsnasında həmin ünvanda Zərərçəkmiş şəxs üzərinə hücum edib əvvəlcə əl, yumruq zərbələri ilə sonuncunun sifət, baş nahiyələrinə ardıcıl vurub, ardınca evin həyətindən bir ədəd taxta parçasını (çubuğu) əlinə götürərək geri evin içərisinə qayıdıb həmin ünvanda taxta parçası (çubuq) ilə Zərərçəkmiş şəxs baş, qol, bel və bədəninin müxtəlif nahiyələrinə qəsdən vurmaqda davam edərək Zərərçəkmiş şəxs başın əzilmiş yarası, sağ dirsək və sol bazu nahiyələrinin hərəkət məhdudluğu ilə müşaiyət geniş sahəli qançır və şişkinliyi, üst dodağın selikli qişasının əzilmiş-cırılmış yarası, alm, sol gözaltı və üst dodaq nahiyələrinin sıyrıqları ilə müşahidə olunan dərəcəsinə görə ayrı-ayrılıqda eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, barəsində edilən şikayətlə tanış olmuşdur. O, Zərərçəkmiş şəxs ilə 2003cü ildə ailə həyatı qurmuş, birgə nigahdan iki övladı var. 11 aprel 2025-ci il saat 14:30 radələrində yaşadığı evdə olarkən əyləşib arvadı İlahənin ona günorta yemək verməsini gözləmiş, İlahə əvvəlcə yeməyi gətirib onun qarşısına qoymuş, İlahədən duzu da gətirməsini istəmişdir. İlahə duzu gətirib süfrəyə qoymuş, lakin süfrədə çörək olmadığı üçün ondan çörəyin də gətirilməsini bildirmişdir. İlahənin süfrəni tam qaydada hazırlamadığını görüb əsəbiləşmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış və mübahisə zamanı İlavhənin üzərinə gedərək əvvəlcə əl və yumruq zərbələri ilə onun sifət, baş nahiyələrinə vurmuş, sonra isə evin həyətinə gedib həyətdən ağac parçası götürüb yenidən geri qayıdaraq əlindəki ağac parçası (çubuq) ilə İlahənin başından, qolundan, bel nahiyələrindən bir neçə zərbə vuraraq onu döymüşdür. Bundan sonra İlahədən aralanıb həyətə gedib orada oturaraq sakitləşdiyini göstərmişdir. Zərərçəkmiş şəxs ilə barışmışdır. İş üzrə Zərərçəkmiş şəxs şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun əridir. Dilavərlə 2003-cü ildə ailə həyatı qurmuş, birgə nigahdan iki övladı var. Ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. 11 aprel 2025-ci il saat 14:30 radələrində yaşadığı evdə olarkən əri Dilavər əyləşib günorta yeməyi verməyini gözləmiş, o əvvəlcə yeməyi aparıb süfrəyə qoymuş, bundan sonra Dilavər ondan duz istəmişdir. Daha sonra isə süfrəyə çörək gətirməsini bildirmişdir. Dilavər yeməyi yeyib qurtardıqdan sonra əvvəlcə süfrənin tam hazır olmadığını, nemətləri süfrəyə bir-bir gətirdiyini irad bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış və mübahisə zamanı Dilavər onun üzərinə gələrək əvvəlcə əl və yumruq zərbələri ilə onun sifət, baş nahiyələrinə vuraraq onu döymüş, sonra isə evin həyətinə gedib yenidən geri qayıdaraq əlindəki taxta parçası (çubuq) ilə onun baş, qol, bel nahiyələrinə bir neçə zərbə vuraraq xəsarət yetirmişdir. Bundan sonra Dilavər həmin ağac parçasını evdə sobanın yanına qoyub evdən həyətə getmişdir. O, Dilavərin yenidən həmin ağac parçası ilə onu döyə biləcəyini düşünüb evdəki ağac parçasını götürüb yanan sobanın içərisinə atıb yandırmışdır. Təxminən 2-3 saat keçdikdən sonra evdən çıxıb qonşuluqda yaşayan əmisi oğlu X4 məxsus evə getmiş, həmin vaxt onların evində İldırımın arvadı Şahid olmuşdur. O, Fəxrəndəyəyə əri Dilavər tərəfindən döyülməsini demiş və mobil telefonu olmadığı üçün ondan DİN-nin “102” xidmətinə məlumat verilməsini xahiş etmişdir. Fəxrəndə də, onun sözündən sonra “102” xidmətinə zəng edib məlumat vermişdir. Daha sonra isə o, X10 gəlib Dilavərin onu döydüyü barədə ərizə ilə müraciət edərək barəsində tədbir görülməsini xahiş etmişdir. Mübahisə zamanı yanlarında başqa kənar şəxsin olmadığını, mübahisə zamanı Dilavərə müqavimət göstərmədiyini və onu vurmadğını, mübahisənin təxminən 10 dəqiqə davam etdiyini, mübahisə zamanı səs-ktiy yaranmadığını, şikayət və tələbi onu döyərək xəsarət yetirən əri Dilavərin cinayət məsuliyyətinə cəlb edilməsindən ibarət olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası SN-nin “MTE və PAB"-nin Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 801 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – başın əzilmiş yarası, sağ dirsək və sol bazu nahiyələrinin hərəkət məhdudluğu ilə müşaiyət geniş sahəli qançır və şişkinliyi, üst dodağın selikli qişasının əzilmiş-cırılmış yarası, alın, sol gözaltı və üst dodaq nahiyələrinin sıyrıqları-bərk küt əşya (əşyalar)təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə vəşəraitdə, yəni xx.xx.2025-ci il tarixdə özü-özünə yetirməsi inandırıcı deyildir, dərəcəsinə görə ayrı-ayrılıqda eləcədə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şikayətçi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan şikayət və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır. Nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 6 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 66 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə məhkəmə iclasları zamanı 6 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 66 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar