Məhkəmə qərarları › İş №1(012)-842/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-842/2024

12.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-842/2024 12.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X4 Ənvər qızının sədrliyi, İsmayılov Rüstəm Sadiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1963-cü il tarixdə Goranboy rayonu, Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Sumqayıt şəhəri, yataqxana 7, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 may 2024-cü il saat 15:00 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində alkaqol sərxoşluğu vəziyyətində olarkən mütəmadi olaraq alkaqollu içkilər qəbul etməsinə və bununla bağlı ona şifahi irad bildirən arvadı Şahid ilə mübahisə etməsinə görə ona irad bildirən övladı Zərərçəkmiş şəxs ilə ailədaxili münasibətlər zəmnində aralarında yaranmış narazılıq üstündə mübahisə edərək həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən əli ilə sonuncunun saçından dartaraq boynundan tutub itələmiş , ardınca təpiklə sol ayaq nahiyyələrindən zərbələr vuraraq Zərərçəkmiş şəxs sol diz oynağında hərəkət məhdudluğu ilə müşahidə olunan sol diz oynağı və və sol baldır nahiyyəsinin yuxarı 1/3 –ni əhatə edən iri ölçülü qançır-şişkinliyi, boyun nahiyyəsinin qançırları ilə müşaiyət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılaraq məhkəməyə verilmişdir. Belə ki, məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, onun barəsində şikayət edən Zərərçəkmiş şəxs onun övladıdır. Son zamanlar onun mütəmadi olaraq spirtli içki qəbul etməsi üstündə ailə üzvləri ilə aralarında sözlə mübahisələri baş vermişdir. Sonuncu dəfə 05 may 2024-cü il tarixdə saat 15.00 radələrində yaşadığı evin həyətyanı sahəsində nahar yeməyi yeyərkən spirtli içki qəbul etmiş, bu səbəbdən arvadı Şahid ilə aralarında sözlə mübahisələri yaranmışdır. Mübahisəyə müdaxilə edən qızı Zərərçəkmiş şəxs onun spirtli içki qəbul etməsinə görə sözlə mübahisə etməyə başlamış və bundan sonra əsəbiləşib qızı Ülviyyənin üzərinə gedərək əli ilə saçından tutaraq yolmuş, daha sonra isə kənara itələyib təpiklə sol ayağından vuraraq onu döymüşdür. Aralarında olan mübahisə və dava-dalaşın təxminən 15-20 dəqiqə davam etdiyini, mübahisə vaxtı evdə arvadı və qızından başqa kənar şəxsin olmadığını, həmin vaxt qızı Ülviyyə və arvadı Baharın ona toxunmadığını, vurmadığını və heç bir xəsarət yetirmədiklərini göstərmişdir. Hazırda o, zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir və məhkəmədən işin xitam olunmasını xahiş edir. İfadəsi elan və tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun atasıdır. 05 may 2024-cü il tarixdə yaşadığı evdə olan zaman saat 15.00 radələrində atası Rövşən həyətyanı sahədə anası Şahid ilə sözlə mübahisə etdiyini görüb onlara yaxınlaşmış, atasının spirtli içki qəbul edib sərxoş vəziyyətdə olduğu üçün ona nə səbəbdən spirtli içki içməsini soruşduqda atası onun bu sözündən əsəbiləşib üzərinə gəlmiş və əli ilə saçlarından tutub dataraq sonra isə boynundan tutaraq kənara itələyib təpiklə sol ayağından vurub döyərək xəsarət yetirmişdir. Münaqişənin böyüməməsi üçün oradan uzaqlaşmış və mübahisə başa çatmışdır. Aralarında olan münaqişənin təxminən 15-20 dəqiqə davam etdiyini, mübahisə vaxtı evdə atası və anasından başqa kənar şəxsin olmadığını, həmin vaxt o və anası Bahar atasını vurmadıqlarını və heç bir xəsarət yetirmədiklərini göstərmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq hazırda təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu səbəbdən işin xitam olunmasını xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -Təyin olunmuş məhkəmə-tibbi ekspertizası ilə əlaqədar "MTE və PA ETT Birliyi" X7 Abşeron rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 914 nömrəli rəyindən görünür ki, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə- tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol diz oynağında hərəkət məhdudluğu ilə müşahidə olunan sol diz oynağı və sol baldır nahiyyəsinin yuxarı 1/3-ni əhatə edən iri ölçülü qançır-şişkinliyi, boyun nahiyyəsinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. -Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, hazırki iş üzrə özünü təqsirli bilir və əməlindən peşmandır. O, Zərərçəkmiş şəxs ilə barışmışdır, Odur ki, o, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Buna görə də, zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində sadalanan cinayətlər üzrə ilk dəfə cinayət məsuliyyətinə cəlb olunur və əvvəllər bu əsasla cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməlidir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Bundan başqa, məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) 30 manat məbləğində pul dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icrааtа xitаm verilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 5 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar