Məhkəmə qərarları › İş №1(012)-846/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-846/2023

05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-846/2023 05.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim – Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, məhkəmə iclas katibi –Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində qeyri rəsmi ərarvad münasibətlərində olduğu X3 və valideynləri ilə birlikdə yaşadığı ünvan 2 ünvanında Zərərçəkmiş şəxs həmin ünvana cehizlik əşyalar gətirməməsi və onun valideynlərinə lazımi diqqət göstərməməsi ilə bağlı iradlar bildirərkən sonuncunun bunlara etiraz etməsi səbəbindən aralarında şəxsi münasibətlər zəmnində yaranmış narazılıq üstündə mübahisə edərək həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edib əli ilə Zərərçəkmiş şəxs sifət, baş və bədən nahiyələrinə qəsdən zərbələr vuraraq yerə yıxmaqla sonuncuya sol gözün ağlı qişasına qansızma ilə müşahidə olunan sol gözün üst və alt göz qapaqlarının və sol gözaltıalmacıq nahiyəsinin qançır-şişkinliyi, alın nahiyəsinin, sağ gözün bayır kənarının qançırları sağ yanaq, boyun, sol dız oynağı nahiyələrinin sıyrıqları ilə müşaiyət olunan dərəcəsinə görəümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışında cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 1 ay əvvəl X3 ilə ailə həyatı qursa da, nigahları rəsimləşdirilməmiş, övladı yoxdur. Onlar ünvan 3 ünvanında yaşayırlar. 05 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində yaşadıqları evdə olarkən atası Aslanın səhhətində narahatçılıq yaranması və Xədicənin ona valideyninə baxa bilməyəcəyini bildirdiyi üçün aralarında münaqişə baş vermiş və o əsəbiləşib əli ilə Xədicənin sifət, baş və bədən nahiyyələrinə bir neçə dəfə vuraraq xəsarətlər yetirmişdir. Xədicə həmin zərbələrdən yerə yıxılmışdır. Sonra isə gedib yatmışdır. Həmin hadisənin təxminən 5-6 dəqiqə davam etdiyini, hadisə olarkən hadisənin baş verdiyi otaqda kənar şəxsin olmadığını, valideynlərinin digər otaqda olduğunu, həmin vaxt Xədicənin ona təzyiq göstərmədiyini və onu hər hansı bir formada vurmadığını, sonradan Xədicənin polis idarəsinə onun barəsində şikayət etdiyini eşidib bildiyini göstərmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında şikayət vermiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs ilə 1 ay əvvəl ailə həyatı qursa da, nigahları rəsmiləşdirilməmiş, övladları yoxdur. Belə ki, Təqsirləndirilən şəxs onunla ailə həyatı qurduqdan sonra ona mütəmadi şəkildə cehiz gətirmədiyini demişdir. xx.xx.2023-cü il tarixdə yenidən İsmayıl ona cehiz gətirmədiyini və onu evinə xadimə kimi gətirdiyini bildirməsinə etiraz etdiyi üçün aralarında münaqişə baş vermiş və İsmayıl əli ilə onun sifət, baş və bədən nahiyyələrinə bir neçə dəfə vuraraq müxtəlif xəsarətlər yetirmişdir. Hadisənin yaşadıqları ünvan 2 baş verdiyini, təxminən 5-6 dəqiqə davam etdiyini, həmin zaman hadisənin baş verdiyi otaqda başqa şəxsin olmadığını, digər otaqda qayınana və qayınatasının olduğunu, həmin vaxt onun əri Təqsirləndirilən şəxs xəsarət yetirmədiyini və vurmadığını, mübahisə zamanı ona maddi ziyan dəymədiyini göstərmişdir. Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək cinayət əməli törədən şəxs Təqsirləndirilən şəxs şikayətçi olmadığını, aralarında barışıq olduğunu və buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təhqiqat zamanı şahid qismində dindirilmiş Şahid elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, təxminən 1 ay əvvəl oğlu İsmayılov X2 Xədicə Malik qızı ilə ailə həyatı qurmuş, lakin rəsmi nigahları olmamışdır. Onlar, ünvan 4 ünvanında yerləşən evdə birlikdə yaşayırlar. Evin 1-ci mərtəbəsində əri Aslanla o, 2-ci mərtəbəsində isə oğluyla gəlini yaşayır. Əri Aslan yataq xəstəsi olduğu üçün hadisə baş verən vaxt otaqdan çölə çıxmamış və heç bir səs eşitməmişdir. Sonradan isə Xədicənin oğlu barədə polisə şikayət etdiyini eşitmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 1921 saylı ekspert rəyində qeyd olunmuşdur ki, 1984-cü il təvəllüdlü X1 məhkəmə- tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - sol gözün ağlı qişasına qansızma ilə müşahidə olunan sol gözün üst və alt göz qapaqlarının və sol gözaltı-almacıq nahiyəsinin qançır-şişkinliyi, alın nahiyəsinin, sağ gözün bayır kənarının qançırları sağ yanaq, boyun, sol diz oynağı nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin arayışından görünür ki, cinayət əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cinayət əməli törədən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn şikayət vermiş şəxsin və şahidin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi və məhkəməyədək sadələşdirilmiş icraat işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı, məhkəmə baxışı zamanı müəyyən olundu ki, cinayət əməli törədən şəxs Təqsirləndirilən şəxs ilə şikayət vermiş şəxs X3 arasında barışıq əldə olunması, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmaması hər ikisinin məhkəməyə təqdim etdikləri ərizələri ilə təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, cinayət əməli törədən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki məhkəməyədək sadələşdirilmiş icraat işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, cinayət əməli törədən şəxs Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilməlidir. Məhkəmə belə hesab edir ki, cinayət əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar