Məhkəmə qərarları › İş №1(012)-848/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-848/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-848/2024 08.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X13 Ənvər qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X6 iştirakları ilə xx.xx.1982-ci ildə Xocavənd rayonu, Xnuşinak kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, operator işləyən, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, Xocalı rayonu, Kərkicahan qəsəbəsində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsində kirayədə yaşayan, “polisin nəzarəti altına vermə” qətmkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1984-cü ildə Laçın rayonu, Çıraqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Kamallı ərazi dairəsi, Çıraqlı kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, Həsən Əliyev küçəsi, ev 8-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 2022-ci ilin dekabr ayından etibarən Abşeron rayonu, Masazır kəndində yerləşən Zərərçəkmiş şəxs qızma verilmiş xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəsi, Seriya RX № ******* nömrəli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində **********46 nömrə ilə qeydiyyatdan keçirilmiş 0,0235 ha torpaq sahəsi üzərində qanunla müəyyən olunmuş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına həmin torpaq sahəsinin 0.0091 ha hissəsini tutub həmin torpaq sahəsində özbaşına fərdi yaşayış evi tikərək Zərərçəkmiş şəxs mülkiyyətində olan torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Təqsirləndirilən şəxs2 qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2022-ci ilin dekabr ayından etibarən Abşeron rayonu. Masazır kəndində yerləşən Zərərçəkmiş şəxs verilmiş xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəsi, Seriya RX № ******* nömrəli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində **********46 nömrə ilə qeydiyyatdan keçirilmiş 0,0235 ha torpaq sahəsi üzərində qanunla müəyyən olunmuş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına həmin torpaq sahəsinin 0.0083 ha hissəsini tutub həmin torpaq sahəsində özbaşına fərdi yaşayış evi tikərək Zərərçəkmiş şəxs mülkiyyətində olan torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 1998-ci ildə rəhmətlik atası X1 rayonu Masazır qəsəbəsində tanımadığı şəxsdən 10 sot torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində atası onlar üçün ev tikmiş və 1999-cu ildən orada yaşayırlar. Ailə həyatı qurandan sonra rəhmətlik atası həyətlərinin ayaq tərəfində 1,8 sot torpaq sahəsini ona vermiş, o,həmin torpaq sahəsində 2023-cü ilin mart ayında 60 m2 ev tikmiş, lakin üstü vurulmamışdır. 2023-cü ilin avqust ayında Şahid gəlib bildirmişdir ki, onun ev tikdiyi torpaq sahəsinin bir hissəsi onun anası Zərərçəkmiş şəxs qızma məxsus torpaq sahəsinə düşür və onun həmin evi sökməyini bildirmişdir.O.da Pərvizə demişdir ki, gəl razılığa gələk və Pərviz anasına məxsus olan torpaq sahəsində onun və xalası oğlu Allahyarın tikdiyi evin 70 sm düşdüyü üçün onlardan 11000 manat pul istəmişdir. Onlar razılaşmış və təxminən sentyabr ayının əvəllərində Alahyar Pərvizin kartına 1000 manat pul köçürtmüşdür. Qalan pulu da razılaşmışlar ki. ona xx.xx.2023-cü il tarixdə versin, lakin sonradan məlum olmuşdur ki, onların ev tikdiyi torpaq sahəsi X7 məxsudur. Bundan sonra o,Pərvizi dəfələrlə torpaq sahəsinə dəvət etmişdir ki, Əmlak komitəsində kadastr gələcək torpağı yoxlamaq üçün, lakin Pərviz telefonlara cavab verməyib oraya gəlməmişdir.O, və xalası oğlu məcbur qalıb Pərvizə pul verməmişlər. Evi öz vəsaiti hesabına təxminən 1 ilə yaxındır ki, tikmiş, ustalara evin tikinti materiallarına təxminən 10000 manata yaxın xərci çıxmışdır. Zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 1993-cü ildə Laçın rayonundan qaçqın düşdükdən sonra 1996-cı ildə Masazır qəsəbəsində H.Əliyev küçəsində 6 sot torpaq sahəsi götürüb orada ev tikmişdir. Bütün ailələri bu evdə yaşamış və hazırda da yaşayırılar.Təxminən 1 il bundan əvvəl həyətlərinin 1 sotdan az bir hissəsini özü üçün ayırıb orada 3 otaqlı bir mərtəbəli yaşayış evi tikməyə başlamışdır. Hal-hazırda evin damını vurmuş, suvaq işləri, kommunal xətlər çəkilmişr, lakin tamamlama işləri qalmışdır. Odur ki, bu evdə hələlik yaşayış yoxdur. Ondan başqa digər qonşusu olan və xalası oğlu Təqsirləndirilən şəxs1 də özlərinin həyətlərinən aşağıda, yola tərəf olan hissəsində boş ərazidə fərdi yaşayış evi tikmişdir. Demək olan ki, onun evi ilə Romanın evi divar-divara qonşu və bitişikdir. Təxminən 2 ay bundan əvvəl evlərin qonşuluğunda yaşayan Şahid isə demişdir ki, o, və Təqsirləndirilən şəxs1 evləri tikdikləri torpaq sahəsi ona məxsus olan torpaq sahəsinə aiddir, yəni onun torpağını zəbt etmişlər, odur ki, tikdikləri evi söküb onu torpağını özünə qaytarmalıdırlar. Bununla bağlı aralarında müdaşisə yaranmış və üç tərəfin razılığı və iştrakı ilə kadastr lahiyə mütəxəssisi çağırıb yerləri ölçdürəndə məlumum olmuşdur. Romanın evinin yarısı, onunevinin təxminən 70 m2 sahəsi həqiqətən Pərvizin torpaq sahəsinin üstünə düşür. Bundan sonra Pərviz onlardan zəbtolunduğu torpğa görə 11000 manat pulistəmişdir. Bizrazılaşmış, əvvəlcə 1000 manat ödəmiş, qalan pulu da tezlikdə ödəyəcəklərinə söz vermihlər.Lakin sonradan digər qonşusu olan Elşad ortaya çıxıb demişdir ki, Romanın evinin yerləşdiyi torpağın bir hissəsi də onu torpağına aiddir. Bu məsələni də kadastr mütəxəssisi ilə ölçü apardıq müəyyən etmişlər ki, həqiqətən Romanın ev tikdiyi ərazinin bir yarısı da Elşadın torpağına düşür. Odur ki, bu tərəfdən də Elşad Romandan torpaq iddiası etdiyinə görə Pərvizə zəbt olunmuş torpağına görə cəmi 6000 manat təklif etsələr də Pərviz bu məbləğlə razılaşmamışdır. Hazırda əməlindən peşmançılıq çəkir. Zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında ifadəsi tədqiq və elan edilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, təxminən 8 il bundan öncə öz vəsaiti hesabına 10000 manata adını xatırlamadığı qadından Abşeron rayonu, Masazır qəsəbəsində çıxarışlı 2.35 sot torpaq sahəsi almış və torpağı adma keçirtmişdir. Həmin torpaq sahəsinin dörd bir tərəfi yaşayış evləri ilə əhatə olunmuş, giriş hissəsini daşla hördürmüşdü. Torpaq sahəsini aldıqdan sonra görmüşdür ki, qonşuluqda yaşayan Fatimə Əliyeva onaə məxsus torpaq sahəsinin 50 kv metrini zəbt edərək orada ev tikmişdir. Bundan sonra o, Abşeron rayon məhkəməsinə müraciət etmiş, onun xeyrinə qətnamə çıxarılmışdır.Fatimə apellyasiya məhkəməsinə müraciət etmiş, apellyasiya məhkəməsi də onun xeyrinə qətnamə çıxarmışdır. Bundan sonra X17 məhkəməyə şikayət etmiş, hazırda qərar çıxarılmamışdır. Təxminən 3 ay bundan öncə 2023-cü ilin iyun ayında ona məxsus olan torpaq sahəsinə oğlu Şahid baxmağa gedəndə görmüşdür ki, Təqsirləndirilən şəxs1 özü üçün qanunsuz olaraq 2 mərtəbəli, Təqsirləndirilən şəxs2 isə 1 mərtəbəli fərdi yaşayış evi tikmişdir. Oğlu onlardan tələb etmişdir ki, tikdikləri evləri söksünlər, lakin onlar üstünə hücum çəkərək döyəcəkləri ilə hədələmiş və bildirmişlər ki, torpaq sahəsi onlara məxsusdur. Roman demişdir ki, evi tikmək üçün 17000 manat, Allahyar isə evi tikmək üçün 18200 manat pul xərcləmişdir. Roman oğlundan xahiş etmişdir ki, evi sökmməsin, halallıq olsun, torpağın pulunu versinlər razılaşsınlar, bilməyərək torpağı zəbt etmişlər. Oğlu Romana bildirmiş ki, torpağa 10000 manat pul verib 11000 manat versinlər razılaşsınlar. Təxminən xx.xx.2023cü il tarixdə Allahyar oğlunun bank kart hesabına 1000 manat pul göndərmiş və telefonda Allahyar bildirmiş ki, 10 günə qalan pulu yəni 10000 manatı verəcəkdir. Lakin sonradan eşitmişdir ki, Allahyar və Roman pulu qaytarmaqdan imtina etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs ifadəsinə analoji ifadə verərək onun göstərdiyi xüsustatları bir daha təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların DSövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, № ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0235 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ehtiyat fondu torpaqları kimi Zərərçəkmiş şəxs adına daşınmaz əmalkın dövlət reyestrində 864 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində qeydiyyata alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-96/2020 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışda göstərilən Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0235 ha ölçüdə torpaq sahəsində Təqsirləndirilən şəxs1 və X4 tərəfindən qanunsuz tikilmiş özbaşına tikililər həmin şəxslərin hesabına sökülməsi qət edilmişdir. “Cinayət işinin başlanması və icrrata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsinin tərkib əlamətləri olduğundan faktla bağlı həmin maddə ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqa aparılması üçün icraatına qəbul edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 16:00 dəqiqədə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023cü il tarixli qərardan və bu barədə iltizamdan görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron RPİ-nin MSY-dən azad edilməklə, barəsində “polisin nəzarəti altına vermə qismində” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən xx.xx.2024-cü ildə icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2013-cü il tarixli hökmlə barəsində CM-nin 221.1-ci maddəsilə cinayət işi üzrə təqsirli bilinərək 01 il islah işlərinə məhkum edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 17:30 dəqiqədə Təqsirləndirilən şəxs2 CM-nin 188.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan və bu barədə iltizamdan görünür ki, Təqsirləndirilən şəxs2 Abşeron RPİnin MSY-dən azad edilməklə, barəsində “polisin nəzarəti altına vermə qismində” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən xx.xx.2024-cü ildə icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixli qərarla barəsində Cinayət Məcəlləsinin 178.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə AR CPMnin 39.1.3-cü maddəsinə əsasən işin icraatına xitam verilmişdir. Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Şahid tərəfindən Abşeron Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la barışmış, onlara qarşı irad və tələbi yoxdur. Onun iştirakı olmadan məhkəmədən iclasının keçirilməsini xahiş etmişdir. Notarial qaydada təsdiq olunmuş Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Şahid ərizəsindən görünür ki, Abşeron rayon Polis İdarəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsinə əsasən başladılmış cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 icraatda olan cinayət işi (№ 1(012)-848/2024) ilə əlaqədar olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona məxsus torpaq sahəsinin zəbt olunmuş hissəsini öz hesabına tamailə boşaltdıqlarından həmin şəxslərlə aralarında barışıq yaranmışdır. Qeyd olunan səbəbdən də həmin şəxslərə qarşı hər hansı bir iddia tələbi yoxdur. Odur ki, qanunvericiliyin tələblərini və işin faktiki hallarını nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsinə əsasən başladılmış cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində icraatda olan cinayət işinə xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin göstərilən əməli törətməkdə təqsirli olmaları öz ifadələrindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsilə düzgün tövsif olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyini zamanı etdikləri hərəkətləri etiraf etmələri, etdikləri hərəkətdən səmimi peşmançılıq çəkmələri, zərərçəkmiş şəxslə barışmaları, hər birisinin himayəsində iki azyaşlı övladlarının olması, zərərçəkmiş şəxsin onlardan şikayətçi olmaması cəzalarını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyini zamanı onların cəzalarını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumata əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, zərərçəkmiş şəxslə barışmalarını, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumata əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2006-cı il təvəllüdlü və xx.xx.2007-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs2 xx.xx.2016-cı il təvəllüdlü və xx.xx.2017-ci il təvəllüdlü iki azyaşlı övladlarının olmasını, zərərçəkmiş şəxsin onlardan şikayətçi olmamasını, təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı müddət nəzərə alınaraq, bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı 28 saat dövlət hesabına hüquqi yardım Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 168 manat məbləğində pul, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 28 saat dövlət hesabına hüquqi yardım Abşeron Rayon Vəkil Bürosunun vəkili X9 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 168 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülməlidir. Hökmün icrası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid hissədə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı 28 saat dövlət hesabına hüquqi yardım Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 168 manat məbləğində pul, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 28 saat dövlət hesabına hüquqi yardım Abşeron Rayon Vəkil Bürosunun vəkili X9 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 168 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. Hökmün icrası təqsirləndiilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid hissədə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar