Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-849/2025 26.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Şikayət vermiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, İ.Səfərli küçəsində yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Yekun protokola əsasən Təqsirləndirilən şəxs 13 aprel 2025-ci il gecə saat 23 radələrində yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, İ.Səfərli küçəsində yerləşən fərdi yaşayış evində valideynini ad günü münasibəti ilə təbrik etmək üçün Cəlilabad rayonuna yollanmaq istəyən arvadı Zərərçəkmiş şəxs etiraz etdikdə həmin səbəbdən ailə münasibətləri zəmnində aralarında yaranmış narazılıqla bağlı mübahisə baş verərkən həmin mübahisə əsnasında həmin evin daş hasarla əhatə olunmuş həyətinə çıxan Zərərçəkmiş şəxs qarşısını kəsərək üzərinə hücum edib əvvəlcə qəsdən ayaq (təpik) zərbəsi ilə sonuncunun sinə, döş qəfəs nahiyəsinə vurub, ardınca kifayətlənməyib onun həmin zərbəsindən yerə yıxıldıqdan sonra ayağa qalxan Zərərçəkmiş şəxs boyun nahiyəsindən əli ilə tutaraq qəsdən yerə yıxıb dartıb sürükləməklə Zərərçəkmiş şəxs sağ diz nahiyəsinin ön səthinin hərəkət məhdudluğu ilə müşaiyət olunan geniş sahəli qançırşişkinliyi, sağ və sol diz nahiyələrinin, döş qəfəsinin ön səthinin sıyrıqlarıilə müşahidə olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. İşin halları və dəlilləri: Məhkəməyədək sadələşdirilmiş icraat materialının məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, lakin ifadə verməkdən imtina edərək, istintaqda verdiyi ifdəsini təsdiq etdiyini bildirərək, məhkəmə iclasında elan olunmasını xahiş etdi. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, barəsində şikayət edən şəxs arvadı Zərərçəkmiş şəxsdır. Zərərçəkmiş şəxs ilə 2021-ci il tarixdə ailə həyatı qurmuş, birgə nikahdan 1 azyaşlı övladı var. Aysel ilə aralarında sözlü mübahisələr olsa da, davamlı münaqişələri olmamışdır. xx.xx.2025-ci il tarixdə Aysellə birlikdə Cəlilabad rayonuna getməyə qərar versə də, həmin vaxt gecə saat 23 radələrində evə gəlmiş, Aysel hazırlaşsa da o maddi vəziyyəti ilə bağlı (pulu olmadığı, maaşı almadığı üçün) rayona gedə bilməyəcəyini söyləmiş, bunu görən Aysel əsəbiləşmiş, onunla münaqişə etmişdir. O, Ayselə sakit olmasını bildirmişdir. Lakin olanlardan əsəbiləşən Aysel evdən çıxıb həyətə tərəf qaçmış, həmin vaxt Ayselə evə gəlməsini demişdir. Ayselin evə gəlmək istəmədiyini görüb onun arxasınca qaçaraq yaşadığı evin даш щасарла ящатя олунмуш щяйятиня Ayselə çatmış və ayağı (təpik) ilə Ayselin sinəsindən bir dəfə vurmuşdur. Aysel aldığı zərbənin təsirindən yerə yıxılmışdır. Əsəbləri sakitləşmədiyi üçün yenidən Ayselə tərəf gedib əli ilə boyun nahiyəsindən tutub qəsdən yerə yıxıb dartıb sürüyərək evə tərəf aparmaq istəmişdir. Bu zaman Ayselin dizləri qanamışdır. Daha sonra isə Aysel onun əlindən çıxıb küçəyə tərəf qaçmış və oradan uzaqlaşıb getmişdir. Bundan sonra münaqişələri başa çatmışdır. Artıq Ayselin arxasınca getməyib öz yaşadığı evə daxil olduğunu, baş vermiş mübahisə zamanı yanlarında başqa şəxsin olmadığını, mübahisənin 5-6 dəqiqə davam etdiyini göstərmişdir. Bundan əlavə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq törətdiyi əməldən peşman olduğunu, cinayət əməli nəticəsində dəymiş ziyanı ödəyərək, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini bildirməklə, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulan Təqsirləndirilən şəxs əri olmasını qeyd edərək, onun əleyhinə ifadə verməkdən imtina etdiyini bildirmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, onun şikayət edən şəxs arvadı Zərərçəkmiş şəxsdır. Zərərçəkmiş şəxs ilə 2021-ci il tarixdə ailə həyatı qurmuş, birgə nikahdan 1 azyaşlı övladı var. Aysel ilə aralarında sözlü mübahisələr olsa da, davamlı münaqişələri olmamışdır. xx.xx.2025-ci il tarixdə Aysellə birlikdə Cəlilabad rayonuna getməyə qərar versə də, həmin vaxt gecə saat 23 radələrində evə gəlmiş, Aysel hazırlaşsa da o maddi vəziyyəti ilə bağlı (pulu olmadığı, maaşı almadığı üçün) rayona gedə bilməyəcəyini söyləmiş, bunu görən Aysel əsəbiləşmiş, onunla münaqişə etmişdir. O, Ayselə sakit olmasını bildirmişdir. Lakin olanlardan əsəbiləşən Aysel evdən çıxıb həyətə tərəf qaçmış, həmin vaxt Ayselə evə gəlməsini demişdir. Ayselin evə gəlmək istəmədiyini görüb onun arxasınca qaçaraq yaşadığı evin даш щасарла ящатя олунмуш щяйятиня Ayselə çatmış və ayağı (təpik) ilə Ayselin sinəsindən bir dəfə vurmuşdur. Aysel aldığı zərbənin təsirindən yerə yıxılmışdır. Əsəbləri sakitləşmədiyi üçün yenidən Ayselə tərəf gedib əli ilə boyun nahiyəsindən tutub qəsdən yerə yıxıb dartıb sürüyərək evə tərəf aparmaq istəmişdir. Bu zaman Ayselin dizləri qanamışdır. Daha sonra isə Aysel onun əlindən çıxıb küçəyə tərəf qaçmış və oradan uzaqlaşıb getmişdir. Bundan sonra münaqişələri başa çatmışdır. Artıq Ayselin arxasınca getməyib öz yaşadığı evə daxil olduğunu, baş vermiş mübahisə zamanı yanlarında başqa şəxsin olmadığını, mübahisənin 5-6 dəqiqə davam etdiyini göstərmişdir. Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənilməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşı qızıdır. Aysel Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Ayselin valideyinləri Cəlilabad rayonunda yaşadığı üçün Aysel nəsə nazım olanda onunla əlaqə saxlayıb və onun Xırdalan şəhərində yaşadığı ünvana gəlib gedir. 13 aprel 2025-ci il tarixdə saat 23:30 radələrində Aysel ona zəng edib sonra isə yaşadığı ünvana gəlmişdir. Aysel evə gəldikdən sonra onun dizlərinin qanadığını və yaxşı olmadığını görmüş, ondan nə baş verdiyini soruşduqda Aysel Asif tərəfindən döyüldüyünü bildirmişdir. Aysel özünə məxsus mobil telefonu ilə DİN-nin “102” xidmətinə zəng etmiş, sadəcə həmin vaxt halı pis olduğu üçün o telefonda danışıb Ayselin əri Asif tərəfindən döyülməsi barədə məlumat vermişdir. Bundan başqa onun məlumatının olmadığını göstərmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:
1. “Məhkəməyədək sadələşdirilmiş icraat açılması” barədə 15 aprel 2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat başlanılmış və icraata qəbul olunaraq təhqiqatı aparılmışdır;
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin canlı şəxsin ekspertizasının 17 aprel 2025-ci il tarixli 825 nömrəli rəyindən görünür ki, 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – sağ diz nahiyəsinin ön səthinin hərəkət məhdudluğu ilə müşaiyət olunan geniş sahəli qançır-şişkinliyi, sağ və sol diz nahiyələrinin, döş qəfəsinin ön səthinin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə vəşəraitdə, yəni xx.xx.2025-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər;
3. “Zərərçəkmiş şəxs qismində tanınma” barədə 18 aprel 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 01 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 17 mart 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 338.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə, 200 manat cərimə cəzası tətbiq edilmişdir;
5. “Sübutların qiymətləndirilməsi” haqqında 04 mart 2025-ci il tarixli qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 13,04.2025-ci il tarixdə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurması ilə bağlı barəsində açılmış məhkəməyədək sadələşdirilmiş icraat işi qüvvədə saxlanılmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə yekun protokolu tərtib edilmiş, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, məhkəməyədək sadələşdirilmiş icraat üzrə toplanmış dindirmə protokolları, ekspert rəyi və digər sənədlər sübut əhəmiyyətli olduğundan sübut növü hesab edilməklə, tərəflərin ailəsində yaşanan münaqişəli münasibətlər nəzərə alınaraq onlar tərəfindən gələcəkdə törədilə biləcək hüquqazidd hərəkətlərin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir;
6. Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsinə etiraz etmir.
7. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmasını və sonuncunun ondan şikayətçi olmamasını bildirərək, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etdi.
Beləliklə, aparılmış məhkəmə araşdırması zamanı toplanmış və tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, şikayət vermiş şəxsin istintaq zamanı verdiyi ifadəsinin məhkəmə iclasında elan olunması, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, lakin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4- cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 300.1.7-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxsin və şikayət vermiş şəxsin ifadəsini tədqiq edərək, iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxslə barışması ilə əlaqədar cinayət təqibinə xitam verilməsinə dair razılığını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxsin şikayət vermiş şəxslə barışmasını, barəsində başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsi barədə müraciətini, həmçinin ittiham olunduğu əməl üzrə əvvəllər cinayət məsuliyyətinə cəb edilməsini nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə açılmış məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iş üzrə aparılan təhqiqat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxs Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 10 (on) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi 110 (bir yüz on) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “qətimkan tədbiri” seçilməməsi nəzərə alınsın. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 10 (on) saat iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi 110 (bir yüz on) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir.
Sədrlik edən: Abusət Qasımov