Məhkəmə qərarları › İş №1(012)-85/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-85/2024

22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-85/2024 22.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC şirkətinin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx xxx 1987-ci ildə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Vənənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Vənənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs sürücü işlədiyi "xxxx" MMC-nin Abşeron rayonu, Saray qəsəbəsində yerləşən anbarından 2022-ci ilin noyabr ayının əvvəllərində 4 ədəd, 2022-ci ilin noyabr ayının ortalarında 4 ədəd, 2022-ci ilin dekabr ayının əvvələrində 3 ədəd və 15 dekabr 2022-ci il tarixədək olan müddətdə 1 ədəd, ümumi 12 ədəd olmaqla birinin qiyməti 300 manat olan 300 litr həcmdə 3 ədəd “Uğur” markalı, birinin qiyməti 350 manat olan 400 litr həcmdə 1 ədəd “Uğur” markalı, birinin qiyməti 350 manat olan 400 litr həcmdə 8 ədəd “Juka” markalı soyuducuları gizli talayaraq vahid niyyətlə zərərçəkmiş hüquqi şəxs “AZ- TEX MMC”-yə ümumilikdə 4050 (dörd min əlli) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2022ci il tarixdən AZ-TEX MMC-də sürücü işləmişdir. Belə ki, həmin şirkətə məxsus olan **-JT- *** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomobil ilə şirkətə məxsus olan soyuducuları dondurma mövsümünün sona çatması ilə əlaqdar Bakı şəhəri və Abşeron rayonu ərazilərində icarəyə verilmiş ticarət obyektlərindən götürüb AZ- TEX MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesində yerləşən anbarına aparır. Orada apardığı soyuducular yuyulub-təmizlənir, üzərindəki reklam yazıları silinir, yenidən qablaşdırılır. Bundan sonra O, həmin soyuducuları idarə etdiyi avtomobilə yükləyib AZ- TEX MMC-nin Abşeron rayonu Saray qəsəbəsində yerləşən digər anbarına aparır. Aylıq məvacibi 550 (beş yüz əlli) manat olmuş və ay ərzində maaşı iki dəfəyə verilməli olduğu halda çox vaxt maaşı gecikdirilmiş, o da bir neçə dəfə şirkət rəhbərliyinə uşağının xəstə olduğunu, müalicəsi üçün pul lazım olduğunu deyib maaşını əvvəlcədən ödəmələrini xahiş etsə də nəzərə alınmamışdır. 2022-ci ilin noyabr ayında bir yaşlı qızı X2 xəstələnməsi ilə əlaqədar təcili müalicəsi üçün ona 3000-4000 manat civarında pul lazım olmuşdur. O da maddi ehtiyaclarını ödəmək üçün sürücü işlədiyi AZ-TEX MMC-nin anbarlarına apardığı soyuduculardan satmaq qərarına gəlmişdir. İlk dəfə 2022-ci ilin noyabr ayının ayının əvvəllərində anbar müdirinin köməkçisi işləyən Şahid1 bir ədəd soyuducunu müvəqqəti istifadə etmək adı ilə almış, o da etiraz etməyib 1 (bir) ədəd “Klimasan” markalı 500 litr həcmində olan soyuducunu ona vermişdir. Həmin soyuducunu Abşeron rayonu Masazır qəsəbəsində kirayədə yaşadığı evə aparmışdır. Bundan 3 gün sonra isə Bakı şəhəri ərazisində adlarını və yerləşdikləri ünvanları dəqiq xatrılmadağı mağazlardan götürdüyü 4(dörd) ədəd soyuducunu AZ-TEX MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesində yerləşən anbarına gətirmiş, anbar müdirinin köməkçisi Şahid1 gətirdiyi soyuducuların qaimələrini vermiş, soyuducuları da anbara boşaltmışdır. Həmin vaxt axşam vaxtları olduğu üçün anbardar köməkçisinin yorğun olduğunu və anbarın başqa tərəfində işlədiyini görüb yenidən həmin soyuducuları avtomobilə yükləyib gizlin olaraq kirayədə yaşadığı evə aparmışdır. Bundan sonra 2022-ci ilin noyabr ayının ortalarında müxtəlif mağazalardan bir neçə dəfə soyuducuları götürüb AZ-TEX MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesində yerləşən anbarına gətirmişdir. Həmin vaxt çox sayda soyuducu anbara gəldiyindən o, 4(dörd) ədəd soyuducunun qaiməsini anbar müdirinin köməkçisi Şahid1 vermiş və soyuducuları anbarda düşürdüb Fuada təhvil vermişdir. Bu dəfə də Fuadın anbarın bayır tərəfindən digər soyuducuların yuyub təmizlənməsi ilə məşğul olduğunu görüb yenə də gətirdiyi soyuducları idarə etdiyim avtomobilə yükləyib gizlin olaraq Abşeron rayonu Masazır qəsəbəsində kirayədə yaşadığı evə gətirib saxlamışdır. Bundan sonra isə işlənmiş soyuducuların alqı-satqısı ilə məşğul olan, lakin hal-hazırda mobil telefon nömrəsini və adını xatırlamadığı şəxsə zəng edərək soyuducu satmaq istədiyini demişdir. Həmin şəxs də onu Şahid4 ilə əlaqələndirmişdir. Şahid4 əvvəlcə ona zəng edib hansı markalı soyuducuları satdığını və haradan əldə etdiyini soruşmuşdur. O da özünə aid olan mağazanın fəaliyyətinin dayandırıldığını, buna görə də bir çox əşyalar kimi soyuducuları da satdığını demişdir. Həmin şəxslə kirayədə yaşadığı Abşeron rayonu Masazır qəsəbəsində yerləşən evində görüşmüşdür. Ona soyuducuları göstərmiş və ölçüsünü xatırlamadığı 2 ədəd “Uğur” markalı 3 ədəd “ Juka” markalı soyuducuları Şahid4 1650 (min altı yüz əlli) manata satmışdır. 1 ədəd “Klimsan” və 3 ədəd “Juka” markalı soyuducu isə özündə qalmışdır. Şahid4 “Klimsan” markalı soyuducu almadığını bilib özündə qalan bir ədəd “Klimsan” markalı soyuducunu sata bilmək üçün Tap.az’ internet saytında elan yerləşdirmiş və həmin soyuducunu elan vasitəsi ilə əlaqə saxlayan müştəriyə 2022-ci ilin noyabr ayında 150 (yüz əlli) manata satmışdır. 2022-ci ilin dekabr ayının əvvəllərində də 3(üç) ədəd soyuducunu mağazalardan götürüb yenə AZ-TEX MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesində yerləşən anbarına gətirmiş, bu dəfə anbar müdiri Şahid3 qaimələri və soyuducuları təhvil verib gözləmişdir. Növbəti avtomobil soyuducuları gətirib təhvil verəndə Şahid3 həmin avtomobildən düşürülən soyuducularla məşğul olarkən o, İlhamın başının qarışıq olduğunu görüb 3(üç) ədəd soyuducunu idarə etdiyi avtomobilə yükləyərək Abşeron rayonu Masazır qəsəbəsində kirayədə yaşadığı evə gətirmişdir. Bundan sonra Şahid4 6 ədəd soyuducunu 1750 (min yeddi yüz əlli) manat qarşılığında ondan almış, sonuncu dəfə 10 dekabr 2022-ci il tarixdən 15 dekabr 2022-ci il tarixədək olan müddətdə birlikdə Abşeron rayonu Saray qəsəbəsində yerləşən anbarda soyuducuların reklam yazılarını sildikləri vaxt anbar müdirinin köməkçisi Şahid1 Məmmədxəlifə oğlunun qısa müddətdə anbardan getməsindən istifadə edərək gizlin olaraq anbardan 1 (bir) ədəd soyuducunu götürüb idarə etdiyi **-JT-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomobilə yükləmişdir. İş vaxtı sona çatdıqdan sonra isə özü ilə aparmışdır. Sonuncu dəfə isə həmin ərəfələrdə, yəni 10 dekabr 2022-i il tarixdən 15 dekabr 2022-ci il tarixədək olan müddətdə 1 ədəd soyuducunu Şahid4 250 (iki yüz əlli) manata satmışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində 2022-ci ilin noyabr ayından 15 dekabr 2022-ci il tarixədək olan müddətdə AZ-TEX MMC-yə məxsus olan 12 (on iki) ədəd müxtəlif həcmdə olan, “Uğur” və “Juka” markalı soyuducuları oğurlayıb Şahid4 3650 (üç min altı yüz əlli) manata, anbardar köməkçisi Şahid1 müvəqqəti istifadə etmək üçün aldığı 1 (bir) ədəd “Klimsan” markalı soyuducunu tanımadığı şəxsə 150 (yüz əlli) manata satdığını, həmin soyuducuları oğurlamaqda ona heç kimin köməklik etmədiyini, soyuducuları oğurlayarkən yanında heç kimin olmadığını, oğurluq etməsi barədə heç kimin məlumatı olmadığını, heç kimin ona soyuducuları satmaq üçün icazə vermədiyini, bir yaşlı qızı X2 xəsətəliyi ilə əlaqədar pula ehtiyacı olduğu üçün oğurluq etməyə məcbur olduğunu, belə ki, qızının müalicəsinə 3800 manat pul lazım oldqda başqa cür pul tapa bilmədiyi üçün 3800 manata sata biləcəyi qədər soyuducuları oğurlayıb satdığını, soyuducuları oğurlayarkən onu heç kimin görmədiyini, 1 ədəd “Klimsan” markalı soyuducunu satdığı şəxsə və 12 (on iki) ədəd müxtəlif həcmdə olan, “Uğur’ və “Juka” markalı soyuducuları oğurlayıb satdığı Şahid4 həmin soyuducuların özünə aid olduğunu, ona məxsus olan ticarət obyektinin bağlanması səbəbi ilə satışa çıxarmasını dediyini bildirmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş və onunla barışmışdır. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs “AZ-TEX" MMC şirkətinin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də icraçı direktor vəzifəsində işləyir. Belə ki, "xxxx" MMC-nin fəaliyyət istiamətlərindən biri də dondurma məhsullarının idxalı və satışı, o cümlədən dondurma soyuducuların ölkəyə gətirilməsi və ticarət obyektlərinə icarəyə verilməsindən ibarətdir. "xxxx" MMC-yə məxsus olan soyuducular dondurma mövsümünün sona çatması ilə əlaqdar Bakı şəhəri və Abşeron rayonu ərazilərində icarəyə verilmiş ticarət obyektlərindən şirkətə məxsus olan avtomobillərlə AZ-TEX MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesində yerləşən anbarına gətirilir. Orada soyuducular yuyulub- təmizlənir, üzərindəki reklam yazıları silinir, yenidən qablaşdırılır. Bundan sonra həmin soyuducular Abşeron rayonu Saray qəsəbəsində yerləşən digər anbara aparılıb yığılır. AZ- TEX MMC-nə məxsus olan **-JT-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayında məzuniyyətdən qayıtmalı olduğu halda heç kimə demədən əlaqələri kəsmiş, onunla əlaqə yaratdıqda isə işə gəlməyəcəyini bildirmişdir. Bu səbəbdən də onun hərəkətlərindən şübhələndikləri üçün 28.01,2023-cü il tarixdə AZ-TEX MMC-nə məxsus olan anbarlarda yoxlama aparmışlar. Həmin yoxlama zamanı isə 25(iyirmi beş) ədəd soyuducunun anbarda əskik gəldiyini müəyyən etmişlər. 30.01,2023-cü il tarixdə isə “Tap.az” saytında elanlara baxdıqda şirkətin ölkəyə gətirdiyi “Juka” markalı soyuducuların satışı ilə bağlı elan görmüşdür. Elanda qoyulmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayıb əvvəllər tanımadığı, sonradan adının Şahid4 olduğunu bildiyi şəxslə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Ulduz” metro stansiyası yaxınlığındakı anbarda görüşmüşdür. Həmin anbarda olan soyuduculara baxdıqda isə müəyyən etmişdir ki, satışa qoyulan 4(dörd) ədəd soyuduculardan 1-i “Juka” markalı, 3-ü isə “Uğur” markalıdır. Onun işlədiyi şirkətə məxsus olan 1200 (min iki yüz) ədəd soyuducunun hər biri şifrələnərək siyahıya alındığından o, Şahid4 göstərdiyi soyuduculara baxdıqda isə həmin soyuducuların üzərində olan nömrələrin silinmiş olduğunu görmüş və işlədiyi şirkətə məxsus anbardan oğurlanmış soyuducların həmin yerdə satılmasına əmin olduğu üçün DİN-in 102 xidməti zəng mərkəzi sisteminə zəng edərək məlumat vermişdir. AZ-TEX MMC- nin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesində yerləşən anbarında müşahidə kameraları və mühafizə xidməti olduğu üçün oğurluğun Abşeron rayonu Saray qəsəbəsində yerləşən anbardan baş verdiyini düşünmüşdür. Binəqədi RPİnin 6-cı polis bölməsində aparılan araşdırma zamanı verdiyi izahatda da eyni xüsusatları bildirmişdir. Binəqədi RPİ-nin 6-cı polis bölməsində aparılan araşdırma zamanı izahatı alınmış Şahid4 da həmin soyuduculardan on ikisini Təqsirləndirilən şəxs ona satmasını bildirmişdir. Bundan sonra onun polisə müraciəti əsasında araşdırma aparılaraq cinayət işi başlanılmış, cinayət işinin istintaqı zamanı verilmiş məktub əsasında ilkin olaraq anbarda 25 ədəd soyuducunun yerində olmadığını, həmin soyuducuların maddi dəyərinin 30000 (otuz min) manat olduğunu aşakarlamış və məktuba cavab olaraq 25 soyuducunun oğurlanması ilə əlaqədar şirkətə həmin məbləğdə maddi ziyan dəyməsi barədə məlumat vermişlər. Aparılan istintaq zamanı xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs təsirləndirlən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bundan sonra bir neçə mağazadan şirkətin anbarlarına soyuducuların qaytarılması prosesi davam etdirilərkən müəyyən edilmişdir ki, şirkətin Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını güman etdiyi soyuducuların 12 ədədi, məhz Təqsirləndirilən şəxs səhlənkarlığı nəticəsində mağazalardan gətirilməmişdir. Şirkət tərəfindən oğurlanmış soyuducuların sayında fərq müəyyən edildikdən sonra aparılmış inventarlaşdırma zamanı müəyyən edilmişdir ki, X6 tərəfindən oğurlanmış soyuducuların sayı 25 ədəd deyil, 13 ədəddir. Həmin soyuduclar uzun müddətli istismarda olduğundan, istismar müddətində bir neçə dəfə təmir olunduğundan və həcmcə kiçik soyuducular olduğu üçün şirkətə dəymiş ziyan 4200 (dörd min iki yüz) manat hesablanmışdır. Həmin səbəbdən də ifadəsində göstərilənlərlə əlaqədar yenidən ifadə vermək məqsədi ilə Abşeron RPİ-nin İstintaq Şöbəsinə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində "xxxx" MMCrıirı anbarından 1 ədəd 500 litr həcmdə “Klimsan” markalı; 3 ədəd 300 litr həcmdə və 1 ədəd 400 litr həcmdə olmaqla 4 ədəd ‘‘Uğur” markalı və 8 ədəd 400 litr həcmdə ‘‘Juka” markalı soyuducuların oğurlanması nəticəsində şirkətə 4200 manat məbləğində maddi ziyan dəydiyini, belə ki, hə min soyuducların uzun müddətli istismarda olduğundan, istismar müddətində bir neçə dəfə təmir olunduğundan və həcmcə kiçik soyuducular olduğu üçün şirkətə dəymiş ziyanın 4200 (dörd min iki yüz) manat hesablandığını, şirkətə dəymiş ziyan Təqsirləndirilən şəxs qohumları tərəfindən ödənildiyi üçün hal-hazırda heç bir şikayətlərinin olmadığını bildirmişdir. Şirkətə dəymiş ziyan tam ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid4 ifadəsində göstərmişdir ki, İşlənmiş soyuducuların alqı-satqısı fəaliyyəti ilə də məşğul olur. Belə ki, işlənmiş soyuducuları alıb Bakı şəhəri, Nərimanov rayonu “Volodarski” adlanan ərazidə icarəyə götürdüyü anbara yığır. Həmin yerdən də satışını həyata keçirir. Belə ki, həmin soyuducuları əksər vaxtlarda “Lalafo” və “Tap.az” internet saytlarında satış üçün yerləşdirib müştərilərə təqdim edir. 2022-ci ilin noyabr ayında onlayn satış yerləşdirilmiş internet saytlarının birində soyuducuların satış elanını görmüş, əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin elanda yazılmış, hal-hazırda xatrılmamadığı mobil telefon nömrəsi ilə əlaqə saxlayıb onunla Abşeron rayonu Masazır qəsəbəsində kirayədə yaşadığı evdə görüşmüşdür. Yaqub ona əslən Masallı rayonundan olduğunu, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən həyət evini satdığını, hal-hazirda müvəqqəti kirayədə yaşadığını, yarım fabrikat məhsulların satışı ilə məşğul olmaq üçün çoxsaylı soyuducular aldığını, lakin kommersiya uğursuzluğuna görə həmin biznesi davam etdirə biləmədiyini, həmin səbəbdən də soyuducuları satıb Masallı rayonunda heyvandarlıq təsərrüfatı ilə məşğul olmaq istədiyini demişdir. O da söhbət edərkən Yaqubun ona bildiriklərinə inanmış və növbəti gün yenə Yaqubun kirayədə yaşadığı ünvana gedib ondan 3 ədəd Juka və 2 ədəd Uğur markalı olmaqla cəmi 5 ədəd soyuducuları almışdır. Bundan təxminən bir həftə sonra is ondan 6 ədəd Juka markalı soyuducuları almışdır. Sonuncu dəfə isə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayıb yenə ona 6 ədəd soyuducu sata biləcəyini demiş, O da Yaqubdan cəmi 1 ədəd Uğur markalı soyuducu istəmiş, Təqsirləndirilən şəxs də yük taksisi vasitəsi ilə ona həmin soyuducunu göndərmişdir. Aldığı soyuducular üçün isə Yaquba 3900 manat pul vermiş, bundan sonra Aztex MMC-nin əməkdaşları müştəri qismində onun işlədiyi anbara gəlmişlər. Soyuduculara baxdıqda isə həmin soyuducuların onlara məxsus olduğunu, soyuducular üzərində kodlar yazıldığını, həmin kodların üstünün isə rəngləndiyini bildirib göstərdikləri yerdə həmin kodların üstünü pozub ona da də göstərmişlər. Həmin vaxt da DİN-in 102 ximdətinə zəng edib məlumat vermişlər. Şahid4 həmçinin ifadəsində həmin 12 ədəd soyuduculardan 8 ədədini satdığını, onda qalan 4 ədəd soyuducunun isə araşdırma aparılarkən Binəqədi RPİ-nin əməkdaşları tərəfindən baxış keçirilən zaman protokollaşdırıb aparıldığını, Təqsirləndirilən şəxs ona satdığı soyuducunu oğurluq yolu ilə əldə etməsindən məlumatsız olduğunu, belə ki, Yaqubun ona əslən Masaİİİı rayonundan olduğunu, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən həyət evini satdığını, hal-hazirda müvəqqəti kirayədə yaşadığını, yarım fabrikat məhsulların satışı ilə məşğul olmaq üçün çoxsaylı soyuducular aldığını, lakin kommersiya uğursuzluğuna görə həmin biznesi davam etdirə biləmədiyini, həmin səbəbdən də soyuducuları satıb Masasllı rayonunda heyvandarlıq təsərrüfatı ilə məşğul olmaq istədiyini deməsini, Yaqubla söhbət etdiyi üçün inandığını və həmin soyuducuları aldığını, Təqsirləndirilən şəxs işlədiyi Aztex MMC-nin anbarından oğurladığı soyuducuların sayını bilmədiyini, özü görüşən zaman cəmi 11 ədəd soyuducunu Yaqubun Abşeron rayonu Masazır qəsəbəsində kirayədə yaşadığı evdən pulunu ödəyərək alıb apardığını, sonuncu dəfə Yaqub onunla telefon əlaqəsi saxlayıb cəmi 1 ədəd soyuducu aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, iki yaşlı qızı ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs ilə 2020-ci ilin avqust ayından tanış olmuşlar. Həmin vaxtdan onun adını Elvin kimi bilmiş, həmin ərəfələrdə aralarında yaxın münasibətlər yaranmış və qeyri- rəsmi olaraq ailə münasibətində yaşamışlar. Birgə münasibətlərindən xx.xx.2021-ci il təvəllüdlü qızları X3 dünyaya gəlib. 2022-ci ilin sentyabr ayından isə o, Təqsirləndirilən şəxslə birlikdə kirayədə yaşadıqları Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yerləşən evdən çıxıb İmişli rayonu Qaralar kəndində yaşayan anasının evinə köçmüş və orada yaşamışdır. Abşeron rayonu Masazır qəsəbəsində kirayədə yaşadıqları evi isə Yaqub özü tapıb kirayə tutmuşdur. Şahid2 həmçinin ifadəsində Təqsirləndirilən şəxs ilə birlikdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində kirayədə yaşadıqları müddət ərzində Təqsirləndirilən şəxs tərəfindən evə soyuducu gətirilmədiyini bildirmişdir. Məhmə iclasında ifadəsi elan edimiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2017-ci il tarixdən AZ-TEX MMC-də anbardar köməkçisi işləmişdir. Həmin şirkətə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesində yerləşən; Abşeron rayonu Saray qəsəbəsində yerləşən və Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən anbarlara daxil olan və anbardan çıxarılan əşya və məhsullara nəzarət etmişdir. Təqsirləndirilən şəxs isə AZ-TEX MMC-yə məxsus olan **-JT-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomobil ilə şirkətə məxsus olan soyuducuları dondurma mövsümünün sona çatması ilə əlaqdar Bakı şəhəri və Abşeron rayonu ərazilərində icarəyə verilmiş ticarət obyektlərindən götürüb AZ- TEX MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesində yerləşən anbarına aparırmaqla məşğul olub. Həmin anbara gətirilən soyuducular yuyulubtəmizlənir, üzərindəki reklam yazıları silinir, yenidən qablaşdırılır. Bundan sonra həmin soyuducular Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə yüklənib AZ-TEX MMC-nin Abşeron rayonu Saray qəsəbəsində yerləşən digər anbarına göndərilir. Onun nəzarəti altında anbarlara gətirilən və anbarlardan çıxarılan bütün soyuducuların üzərində olan şifrə ilə yoxlanılır. 28.01,2023-cü il tarixdə Abşeron rayonu Saray qəsəbəsində yerləşən anbar yoxlanılmış, yoxlama zamanı 3 anbarda ümumilikdə 447 (dörd yüz qırx yeddi) ədəd soyuducu yerinə anbarlarda 417 (dörd yüz on yeddi) ədəd soyuducu olmasını, 30 (otuz) ədəd çatışmayan soyuducunu şifrələri ilə yoxladıqda isə həmin soyuduculardan 2-sinin yararsız olduğu üçün siyahıdan çıxarıldığı, 3 ədədi isə anbarda başqa bir yerə qoyulduğu, cəmi 25 ədəd soyuducunun isə anbarlarda olmadığı müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə isə şirkətin icraçı direktoru Zərərçəkmiş şəxs həmin soyuducuların bir neçəsinin “Tap.az” saytında satılması barədə elan verildiyini müəyən etmişdir. Soyuducuları satan Şahid4 ilə əlaqə saxladıqda isə o, soyuducuları AZ-TEX MMC-də sürücü işləyən Təqsirləndirilən şəxs ona satdığını demişdir. Təqsirləndirilən şəxs bu barədə sorşduqda isə sonuncu 2022-ci ilin noyabr ayından 15 dekabr 2023-cü il tarixədək 13 (on üç) ədəd soyuducunu satdığını bildirmişdir. Sonradan həmin soyuduculardan birini müvəqqəti istifadə etmək və qaytarmaq şərti ilə qarşılığında heç bir maddi maraq və ya təmənna güdmədən Təqsirləndirilən şəxs verdiyini xatırlamışdır. Lakin, digər soyuducuların kim tərəfindən və hara aparılmasını isə bilmir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, AZ-TEX MMC-də anbar müdiri vəzifəsində işləyir. Həmin şirkətə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesində yerləşən, həmçinin Abşeron rayonu Saray qəsəbəsində yerləşən və Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən anbarlara daxil olan və anbardan çıxarılan əşya və məhsullara nəzarət edir. Təqsirləndirilən şəxs isə AZ- TEX MMC-yə məxsus olan **-JT-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomobil ilə şirkətə məxsus olan soyuducuları dondurma mövsümünün sona çatması ilə əlaqdar Bakı şəhəri və Abşeron rayonu ərazilərində icarəyə verilmiş ticarət obyektlərindən götürüb AZ-TEX MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesində yerləşən anbarına aparırır. Həmin anbarda gətirdiyi soyuducular yuyulub- təmizlənir, üzərindəki reklam yazıları silinir, yenidən qablaşdırılır. Bundan sonra həmin soyuducular Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə yüklənib AZ-TEX MMC-nin Abşeron rayonu Saray qəsəbəsində yerləşən digər anbarına göndərilir. Onun nəzarəti altında anbarlara gətirilən və anbarlardan çıxarılan bütün soyuducuların üzərində olan şifrə ilə yoxlanılır. 28.01,2023-cü il tarixdə AZ-TEX MMC-nə məxsus olan anbarlarda yoxlama aparılmışdır. Həmin yoxlama zamanı isə 25(iyirmi beş) ədəd soyuducunun anbarda əskik gəldiyi müəyyən edilmişdir. 30.01,2023cü il tarixdə isə şirkətin icraçı Zərərçəkmiş şəxs həmin soyuducuların bir neçəsinin “Tap.az” saytında satılması barədə elan verildiyini müəyən etmişdir. Soyuducuları satan Şahid4 ilə əlaqə saxladıqda isə o, soyuducuları AZ-TEX MMC-də sürücü işləyən Təqsirləndirilən şəxs ona satdığını demişdir. Təqsirləndirilən şəxs bu barədə sorşduqda isə o, 2022-ci ilin noyabr ayından 15 dekabr 2023-cü il tarixədək 13 (on üç) ədəd soyuducunu satdığını bildirmişdir. Bundan sonra AZ-TEX MMC-nin şikayəti əsasında araşdırma aparılaraq cinayət işi başlanılmışdır. Cinayət işinin istintaqı dövründə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs təsirləndirlən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bundan sonra bir neçə mağazadan şirkətin anbarlarına soyuducuların qaytarılması prosesi davam etdirilərkən Təqsirləndirilən şəxs tərəfindən oğurlanması güman edilən soyuducuların 12 ədədi, məhz Təqsirləndirilən şəxs səhlənkarlığı nəticəsində mağazalardan gətirilmədiyi öyrənilmişdir. Oğurlanmış soyuducuların sayında şirkət tərəfindən fərq müəyyən edildikdən sonra aparılmış inventarlaşdırma zamanı X6 tərəfindən oğurlanmış soyuducuların sayının 25 ədəd deyil, 13 ədəd olması müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" MMC-dən Abşeron RPİ-nə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, baş vermiş hadisə nəticəsində dəymiş ziyan Təqsirləndirilən şəxs ailə üzvləri tərətindən tamamilə ödənildiyi üçün Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMCnin anbarlarından soyuducuların oğurlanması faktına görə heç bir şikayət və tələbləri yoxdur. "xxxx" MMC-dən Abşeron RPİ-nə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, aparılan inventarlaşdırma zamanı oğurluq nəticəsində şirkətə 4200 manat maddi ziyan dəyməsi, ələ keçirilən soyuducuların sayının 13 ədəd olduğu müəyyən olmuşdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 may 2023-cü il tarixli 9/3326 nömrəli rəyinə əsasən, "xxxx" MMC-nə məxsus olan 1 ədəd 500 litr həcmdə “Klimsan” markalı; 3 ədəd 300 litr həcmdə və 1 ədəd 400 litr həcmdə olmaqla 4 ədəd “Uğur” markalı və 8 ədəd 400 litr həcmdə “Juka” markalı soyuducuların 2023-cü ilin yanvar-fevral aylarına olan satış qiyməti 4200 manat olduğu göstərilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 13 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Həbs qətimkan tədbirinin seçilməsi barədə qərarın tətbiqinə xitam edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış, 1 ədəd “Juka” markalı və 3 ədəd “Uğur” markalı soyuducu saxlanılması üçün qanuni sahibinə təhvil verilmişdir. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC şirkətinin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notariat ərizədən görünür ki, şirkətə dəymiş ziyan tam ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsinin, ekspert rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən himayəsində (xx.xx.2011-ci il təv. Eltun Əliyev və xx.xx.2016-cı il təv. Əli Əliyev) iki azyaşlı uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməklə aradan qaldırılması, zərərçəkmiş şəxslə barışıq etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzasını yüngülləşdiriən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 ay 27 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut kimi tanınmış 1 ədəd “Juka” markalı və 3 ədəd “Uğur” markalı soyuducu ibtidai istintaq zamanı saxlanılması üçün qanuni sahibinə təhvil verilməsi nəzərə alınmalı, CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Naxçıvan Muxtar Respublikası Ordubad rayon İcra və Probasiya Bölməsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 02 ay 27 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 09 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut 1 ədəd “Juka” markalı və 3 ədəd “Uğur” markalı soyuducu ibtidai istintaq zamanı saxlanılması üçün qanuni sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə 50 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Naxçıvan Muxtar Respublikası Ordubad rayon İcra və Probasiya Bölməsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar