Məhkəmə qərarları › İş №1(012)-85/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-85/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-85/2025 01.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi vəkil Müdafiəçi1 Bədri oğlunun, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi3 iştirakı ilə, xx.xx.1995-ci ildə Yevlax şəhəri, Aran qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, subay, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Seyidbəyli küçəsində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1997-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu ödənilməyən, subay, fərdi əməklə məşğul olan, ünvan 3 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində Zərərçəkmiş şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçməklə, sonra isə evin qarşı tərəf pəncərəsini sıxıb açmaqla birlikdə yaşayış sahəsinə qanunsuz daxil olaraq evin mətbəxindən bir ədədinin qiyməti 7 manat olan 2 ədəd çaydanı, bir ədədinin qiyməti 15 manat olan 4 ədəd tavanı, bir ədədinin qiyməti 15 manat olan 3 ədəd aşsüzəni, bir ədədinin qiyməti 15 manat olan 1 ədəd ləyəni, bir ədədinin qiyməti 100 manat olan 1 ədəd mis məcməyini (padnosu), bir ədədinin qiyməti 15 manat olan 1 ədəd kiçik həcmli qazanı, bir ədədinin qiyməti 15 manat olan 1 ədəd kiçik ölçülü sadə məngənəni, bir ədədinin qiyməti 10 manat olan 1 ədəd su kranını, bir ədədinin qiyməti 2 manat olan 1 ədəd qapı dəstəyini, bir ədədinin qiyməti 0,10 manat olan 1 ədəd sınıq vəziyyətdə açarı, bir ədədinin qiyməti 6 manat olan 1 ədəd su kranını, bir ədədinin qiyməti 4 manat olan 1 ədəd su kranı başlığını və bir ədədinin qiyməti 0,50 manat olan 2 ədəd kiçik ölçülü metal künclüyü gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 287,10 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində Zərərçəkmiş şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçməklə, sonra isə evin qarşı tərəf pəncərəsini sıxıb açmaqla birlikdə yaşayış sahəsinə qanunsuz daxil olaraq evin mətbəxindən bir ədədinin qiyməti 7 manat olan 2 ədəd çaydanı, bir ədədinin qiyməti 15 manat olan 4 ədəd tavanı, bir ədədinin qiyməti 15 manat olan 3 ədəd aşsüzəni, bir ədədinin qiyməti 15 manat olan 1 ədəd ləyəni, bir ədədinin qiyməti 100 manat olan 1 ədəd mis məcməyini (padnosu), bir ədədinin qiyməti 15 manat olan 1 ədəd kiçik həcmli qazanı, bir ədədinin qiyməti 15 manat olan 1 ədəd kiçik ölçülü sadə məngənəni, bir ədədinin qiyməti 10 manat olan 1 ədəd su kranını, bir ədədinin qiyməti 2 manat olan 1 ədəd qapı dəstəyini, bir ədədinin qiyməti 0,10 manat olan 1 ədəd sınıq vəziyyətdə açarı, bir ədədinin qiyməti 6 manat olan 1 ədəd su kranını, bir ədədinin qiyməti 4 manat olan 1 ədəd su kranı başlığını və bir ədədinin qiyməti 0,50 manat olan 2 ədəd kiçik ölçülü metal künclüyü gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 287,10 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Mingəçevir şəhəri, H.Əliyev küçəsi 76/1, mənzil 19-da qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Seyidbəyli küçəsi ev 56-da anası ilə birlikdə yaşayır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə məhkum olunmuşdur. Mahiyyəti üzrə bildirir ki, xx.xx.2023-cü il tarixdə saat 12:45 radələrində təxminən 1 il olar ki, tanıdığı Nurlan adlı şəxslə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kopmpleksində görüşüb söhbət edən zaman Nurlan ona Masazır qəsəbəsində yeni məhəllədə gəzərək münasib bir yerdən oğurluq etməklərini təklif etmişdir. O, son zamanlar heç bir yerdə işləmədiyinə və maddi sıxıntıları olduğuna görə Nurlanın bu təklifi ilə razılaşıb onunla birlikdə oğurluq etmək qərarına gəlmişdir. Bundan təxminən 15-20 dəqiqə sonra onlar bu məqsədlə Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksinin yaxınlığında yerləşən məhəllələrdə piyada hərəkət edərək ətrafa nəzər yetirən zaman 2 mərtəbəli bir evin 2-ci mərtəbəsində tikinti işlərinin tamamlanmadığını görüb həmin evdə yaşayış olmadığını düşünmüşlər. Həmçinin hasardan həyətə baxarkən həyətdə odun sobasının olduğunu görmüşlər. Bundan sonra onlar ətrafa nəzər yetirdikdən sonra o, hasarın üstündən həyətə daxil olmuş və bir neçə dəqiqədən sonra Nurlan da hasarı keçməklə həyətə daxil olmuşdur. Sonra onlar evin 1-ci mərtəbəsində mətbəxin pəncərəsinin açıq vəziyyətdə olduğunu gördükləri üçün evə daxil olmaq qərarına gəlib pəncərədən içəri daxil olmuşlar. Onlar evin bütün otaqlarına nəzər yetirdikdən sonra qiymətli hər hansı bir əşyanın olmadığını görmüşlər. Bundan sonra da Nurlanla qərara gəlmişlər ki, mətbəxdəki aliminium materialdan olan qab-qacaqları oğurlayıb metal qəbulu məntəqələrindən birinə satsınlar. Ona görə də mətbəxdə olan 2 ədəd çayniki, 4 ədəd tavanı, 3 ədəd aşsüzəni, 1 ədəd ləyəni, 1 ədəd məcməyini (padnos), 1 ədəd kiçik həcmli qazanı, 1 ədəd kiçik məngənəni, 1 ədəd su kranını, 1 ədəd qapı dəstəyini, 1 ədəd açarı, 1 ədəd su kranını, 1 ədəd su kranı başlığını və 2 ədəd kiçik metalı mətbəxdəki dolabdan götürdükləri 2 ədəd kisəyə yığaraq hasarı üstündən küçəyə çıxmışlar. Onlar oğurluq etdikləri evdən təxminən 100 metr aralaşdıqdan sonra qəflətən arxadan gələn Post Patrul Xidməti avtomobilinin yanlarında dayandığını görmüşlər. Bu zaman Nurlan əlindəki kisəni yerə ataraq qaçmağa nail olsa da o, əlindəki digər kisəni yerə atmağa və qaçmağa macal tapmadığına görə polis əməkdaşları onu tutmuşlar. Bundan sonra da polis əməkdaşları onu oğurladıqları məişət əşyaları ilə birlikdə Abşeron rayon polis idarəsinə gətirmişlər. Həmin evdə başqa hər hansı bir qitymətli əşya olmadığından onların həmin evə yenidən qayıtmaq niyyətləri olmamışdır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Duz zavodu yolu, massiv-2, ev 2-də qeydiyyatda olmaqla həmin ünvanda tək yaşayır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə məhkum olunmuşdur. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində yaşadığı evdə olarkən tanışı Vüsal adlı şəxs ona zəng etmiş və onlar həmin gün saat 12:45 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kopmpleksində görüşmüşlər. Onlar bir qədər söhbət etdikdən sonra Vüsal Masazır qəsəbəsi, “Qurtuluş- 93” yaşayış kopmpleksinin yaxınlığında həyət evləri yerləşən məhəllədə gəzərək münasib bir yerdən oğurluq etməklərini təklif etmişdir. Qeyd edir ki, o, da son zamanlar heç bir yerdə işləmədiyinə və maddi sıxıntıları olduğuna görə Vüsalın bu təklifi ilə razılaşıb onunla birlikdə oğurluq etmək qərarına gəlmişdir. Bundan təxminən 15-20 dəqiqə sonra onlar bu məqsədlə Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksinin yaxınlığında yerləşən məhəllələrdə piyada hərəkət edərək ətrafa nəzər yetirən zaman 2 mərtəbəli bir evin 2-ci mərtəbəsində tikinti işlərinin tamamlanmadığını görüb həmin evdə yaşayış olmadığını düşünmüşlər. Həmçinin hasardan həyətə baxarkən həyətdə odun sobasının olduğunu görmüşlər. Bundan sonra onlar ətrafa nəzər yetirdikdən sonra Vüsal hasarın üstündən həyətə daxil olmuş və bir neçə dəqiqədən sonra o, da hasarı keçməklə həyətə daxil olmuşdur. Sonra onlar evin 1-ci mərtəbəsində mətbəxin pəncərəsinin açıq vəziyyətdə olduğunu gördükləri üçün evə daxil olmaq qərarına gəlib pəncərədən içəri daxil olmuşlar. Onlar evin bütün otaqlarına nəzər yetirdikdən sonra qiymətli hər hansı bir əşyanın olmadığını görmüşlər. Bundan sonra da Vüsal ilə qərara gəlmişlər ki, mətbəxdəki aliminium materialdan olan qab-qacaqları oğurlayıb apararaq metal qəbulu məntəqələrindən birinə satsınlar. Ona görə də mətbəxdə olan 2 ədəd çayniki, 4 ədəd tavanı, 3 ədəd aşsüzəni, 1 ədəd ləyəni, 1 ədəd məcməyini (padnos), 1 ədəd kiçik həcmli qazanı, 1 ədəd kiçik məngənəni, 1 ədəd su kranını, 1 ədəd qapı dəstəyini, 1 ədəd açarı, 1 ədəd su kranını, 1 ədəd su kranı başlığını və 2 ədəd kiçik metalı mətbəxdəki dolabdan götürdükləri 2 ədəd kisəyə yığaraq hasarı üstündən küçəyə çıxmışlar. Onlar oğurluq etdikləri evdən təxminən 100 metr aralaşdıqdan sonra qəflətən arxadan gələn Post Patrul Xidməti avtomobilinin yanlarında dayandığını görmüşlər. Bu zaman o, çox qorxaraq əlindəki kisəni yerə ataraq qaçmağa nail olsa da Vüsal əlindəki digər kisəni yerə atmağa və qaçmağa macal tapmadığına görə polis əməkdaşları onu tutmuşlar. Bundan sonra da polis əməkdaşları Vüsalı oğurladıqları məişət əşyaları ilə birlikdə Abşeron rayon polis idarəsinə gətirmişlər. Bundan sonrakı günlərdə də Abşeron rayon polis idarəsindən ona zəng olunan kimi o, könüllü olaraq polis idarəsinə gəlib bu barədə ifadəsini vermişdir. Bildirir ki, həmin evdə başqa hər hansı bir qitymətli əşya olmadığından onların həmin evə yenidən qayıtmaq niyyətləri olmamışıdr. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, məhəllə 507-511, ev 10 A, mənzil 17-də qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə ona məxsus 2 mərtəbəli yaşayış evi var. Həmin evinin həyəti mişar daşları ilə hasara alınmışdır və evinin tikinti işləri başa çatsa da təmir işləri tamamlanmadığına görə həmin evində yaşamırlar. Buna baxmayaraq yay aylarında ailə üzvləri ilə birlikdə mütəmadi olaraq həmin evlərinə gedib qalırlar. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində onlar həmin evlərində olmadıqları müddətdə qonşuluqda yaşayan Zaur adlı şəxs onlara zəng edərək evlərinə 2 nəfər şəxsin hasardan daxil olduğunu gördüyünü, bu səbəbdən də DİN-in “102” xidmətinə zəng edərək məlumat verdiyini, hadisə yerinə gələn polis əməkdaşları evlərinə girən oğrulardan birini yaxalasalar da digərinin qaçıb getməsi barədə məlumat vermişdir. Bu səbəbdən də o, həmin evinə gedib baxan zaman həqiqətən də evinin qarşı tərəf pəncərəsinin açıq vəziyyətdə olduğunu, həmçinin mətbəxdə istifadə etdikləri bəzi əşyalarının, yəni 2 ədəd çaynikin, 4 ədəd tavanın, 3 ədəd aşsüzənin, 1 ədəd ləyənin, 1 ədəd məcməyinin (padnos), 1 ədəd kiçik həcmli qazanın, 1 ədəd kiçik məngənənin, 1 ədəd su kranının, 1 ədəd qapı dəstəyinin, 1 ədəd açarın, 1 ədəd su kranının, 1 ədəd su kranı başlığının və 2 ədəd kiçik metalın oğurlanaraq ona təxminən 300-400 manat civarında ziyan vurulduğunu görmüşdür. Bundan sonra da o, Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edərək bu barədə müvafiq tədbir görülməsini xahiş etmişdir. Sonradan isə ona məlum olmuşdur ki, həmin şəxslərdən biri Təqsirləndirilən şəxs1dur. Bildirir ki, evində təmir işləri başa çatmadığına və yaşamadıqlarına görə evində hər hansı bir qiymətli əşya saxlamırdı. Sadəcə olaraq yay aylarında həmin evinə gedən zaman istifadə etmək üçün oğurlanmış həmin mətbəx əşyalarını saxlayırdı. Buna görə də düşünür ki, həmin şəxslər evinə daxil olmazdan əvvəl pəncərədən içəri baxaraq həmin mətbəx əşyalarını gördükləri üçün onları oğurlamaq üçün içəri daxil olmuşlar. xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evindən gizli olaraq talamış əmlakının, yəni 2 ədəd çaydanın, 4 ədəd tavanın, 3 ədəd aşsüzənin, 1 ədəd ləyənin, 1 ədəd mis məcməyinin (padnosun), 1 ədəd kiçik həcmli qazanın, 1 ədəd kiçik ölçülü sadə məngənənin, 1 ədəd su kranının, 1 ədəd qapı dəstəyinin, 1 ədəd sınıq vəziyyətdə açarın, 1 ədəd su kranının, 1 ədəd su kranı başlığının və 2 ədəd kiçik ölçülü metal künclüyün ümumilikdə təxminən 300-400 manat məbləğində olduğunu düşündüyü üçün ərizə və ifadələrində oğurlanmış əmlakının 300-400 manat dəyərində olduğunu, yəni təzə aldığı qiyməti qeyd etmişdir. Hazırda isə ekspertin verdiyi rəydə göstərilmiş qiymətlərlə razıdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Abşeron rayon polis idarəsinin Post Patrul Xidməti bölüyündə polis nəfəri vəzifəsində xidmət edir və rütbəsi polis serjantıdır. 18 iyul 2023-cü il tarixdə polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində, 1 saylı marşrutda 5707 çağırışlı xidməti avtopatrulla xidmətdə olmuşlar. Həmin gün saat təxminən 15 radələrində RPİ-nin Növbətçi Hissəsindən xüsusi rabitə vasitəsilə bir nəfər şəxsin DİN-in “102” xidmətinə zəng edərək iki nəfər şəxsin qonşusunun evinə daxil olaraq oğurluq etmələri və hal-hazırda həmin şəxslərin oğurluq etdikləri evin yaxınlığında piyada hərəkət etdikləri barədə məlumat verdiyi bildirilmişdir. Onlar məlumatı aldıqdan dərhal sonra Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksinin yaxınlığında həyət evlərinin yerləşdiyi məhəlləyə, yəni deyilən küçəyə getmişlər. Həmin vaxt 2 nəfər şəxsin küçə ilə piyada hərəkət etdiklərini, əllərində də 2 ədəd kisədə nə isə apardıqlarını görüb xidməti avtomobillə arxadan onlara yaxınlaşmışlar və dərhal avtomobildən düşərək onları tutmağa çalışmışlar. Bu zaman həmin şəxslərdən biri əlindəki kisəni yerə ataraq qaçmağa nail olsa da onlar o biri şəxsi yaxalamışlar. Bundan sonra da tutduqları həmin şəxsi Abşeron rayon polis idarəsinə gətirərək içərisində mətbəx ləvazimatları olan 2 ədəd kisə ilə birlikdə Növbətçi Hissəsəyə təhvil vermişlər. Növbətçi Huissədə həmin şəxsin xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 olduğu onlara məlum olmuşdur. Bundan sonra da onlar RPİ-nin rəisinə raportla müraciət edərək bu barədə məlumat vermişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksinin yaxınlığında yerləşən nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, 18 iyul 2023-cü il tarixdə saat 14:30 radələrində yaşadığı evin yerləşdiyi küçədə piyada hərəkət edərkən qonşuluğunda yaşayan Nəzakət adlı şəxsin evinin qarşısında tanımadığı bir nəfər şəxsin dayandığını görmüşdür. O, həmin şəxsdən şübhələnərək ondan həmin yerdə dayanmasının səbəbini soruşduqda həmin şəxs də ona işinin olduğunu bildirmişdir. Bundan sonra o, həmin şəxsin oğurluq etmək məqsədilə orada dayandığından şübhələndiyi üçün ondan aralaşdıqdan sonra gizlincə onun nə edəcəyinə fikir verməyə başlamışdır. Həmin şəxs isə onun ona fikir verdiyini görməmişdir. Bir qədər sonra o, həmin şəxsin Nəzakət adlı şəxsin evinin hasarını aşaraq həyətə düşdüyünü gördüyü üçün dərhal DİN-in “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Həmçinin bir qədər sonra da həmin evdən 2 nəfər şəxsin hasardan çıxaraq əllərində olan 2 ədəd kisəyə doldurulmuş əşyalarla birlikdə küçədə piyada hərəkət etdiklərini görmüşdür. Qeyd edir ki, həmin şəxslər oğurluq etdikləri evdən təxminən 100- 150 metr aralaşdıqdan sonra küçə ilə hərəkətdə olduqları zaman görmüşdür ki, polis əməkdaşları xidməti avtomobillə həmin şəxslərə arxadan yaxınlaşmışlar. Bu zaman həmin şəxslər polis əməkdaşlarının avtomobili onların yanında saxladıqlarını görüb qaçmağa çalışsalar da polis əməkdaşları həmin şəxslərdən birini yaxalamışlar. O, biri şəxs isə əlindəki kisəni yerə ataraq qaçıb gedə bilmişdir. Bildirir ki, o, həmin şəxslərin oğurluq üçün həyətə daxil olduqlarını, daha sonra da hasardan küçəyə çıxaraq əllərindəki 2 ədəd kisədə nə isə apardıqlarını görsə də həmin şəxslərin bundan məlumatları olmamışdır. Ona görə də küçədə sərbəst şəkildə piyada hərəkət etməyə başlamışlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin Post patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-əmtəəşünaslıq ekspertizası qərarına əsasən Azərbaycan Respublikası MEM-dən alınmış 26 iyul 2023-cü il tarixli, 3-16-16/2-9/5568/2023 saylı rəyi ilə müəyyən edilmişdir ki, Ekspertiza tədqiqatına təqdim edilmiş malların (zədələnmiş malların zədələnməmişdən əvvəl normal vəziyyətdə) istifadə olunması və yuxarıdakı xüsusiyyətləri nəzərə alınmaqla 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 287,10 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir.

1. Bir ədədinin qiməti 7 manat olan 2 ədəd çaydan - ümumi dəyəri 14 manat

2. Bir ədədinin qiməti 15 manat olan 4 ədəd tava - ümumi dəyəri 60 manat

3. Bir ədədinin qiməti 15 manat olan 3 ədəd aşsüzən - ümumi dəyəri 45 manat

4. Bir ədədinin qiməti 15 manat olan 1 ədəd ləyən - ümumi dəyəri 15 manat

5. Bir ədədinin qiməti 100 manat olan 1 ədəd mis məcməyi (padnos) - ümumi dəyəri 100 manat

6. Bir ədədinin qiməti 15 manat olan 1 ədəd kiçik həcmli qazan - ümumi dəyəri 15 manat

7. Bir ədədinin qiməti 15 manat olan 1 ədəd kiçik ölçülü sadə məngənə ümumi dəyəri 15 manat

8. Bir ədədinin qiməti 10 manat olan 1 ədəd su kranı - ümumi dəyəri 10 manat

9. Bir ədədinin qiməti 2 manat olan 1 ədəd qapı dəstəyi - ümumi dəyəri 2 manat

10. Bir ədədinin qiməti 0,10 manat olan 1 ədəd sınıq vəziyyətdə açar - ümumi dəyəri 0,10 manat

11. Bir ədədinin qiməti 6 manat olan 1 ədəd su kranı - ümumi dəyəri 6 manat

12. Bir ədədinin qiməti 4 manat olan 1 ədəd su kranı başlığı - ümumi dəyəri 4 manat

13. Bir ədədinin qiməti 0,50 manat olan 2 ədəd kiçik ölçülü metal künclük ümumi dəyəri 1 manat Cəmi – 287,10 manat xx.xx.2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində Zərərçəkmiş şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evindən gizli olaraq taladıqları 2 ədəd çaydanı, 4 ədəd tavanı, 3 ədəd aşsüzəni, 1 ədəd ləyəni, 1 ədəd mis məcməyini (padnosu), 1 ədəd kiçik həcmli qazanı, 1 ədəd kiçik ölçülü sadə məngənəni, 1 ədəd su kranını, 1 ədəd qapı dəstəyini, 1 ədəd sınıq vəziyyətdə açarı, 1 ədəd su kranını, 1 ədəd su kranı başlığını və 2 ədəd kiçik ölçülü metal künclüyü Zərərçəkmiş şəxs tanıyaraq həmin məişət əşyalarının xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evindən oğurlanmış məişət əşyaları olduğunu bildirmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il şərti sınaq müddəti ilə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Göyçay Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-in 66.1, 66.3, 66.2-ci maddələrinə əsasən 04 il azadlıqdan məhrum etmə və 4000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən 02 il 06 ay azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci ildə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 27 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş 3000 manat cərimə cəzası dəyişdirilərək barəsində 02 il 05 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixədək cəzasının 07 ay 12 gün hissəsini çəkmiş, cəzasının çəkilməmiş hissəsi 01 il 10 ay 04 gün təşkil edir. Zərərçəkmiş şəxs poçt vasitəsi ilə məhkəməyə teleqram vuraraq, xəstə olduğuna görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini, heç bir şikayəti və tələbi yoxdur. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Abşeron rayon məhkəməsinin 7(012)-2/2023 nömrəli 12.01,2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2, xx.xx.2025-ci il tarixinə cəzasının 01 (bir) il 10 (on) ay 23 (iyirmi üç) gün hissəsini çəkmiş, 06 (altı) ay 23 (iyirmi üç) gün hissəsi çəkilməmiş qalmışdır. Subutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, maddi sübut qismində tanınmış 2 ədəd çaydan, 4 ədəd tava, 3 ədəd aşsüzən, 1 ədəd ləyən, 1 ədəd mis məcməyi (padnos), 1 ədəd kiçik həcmli qazan, 1 ədəd kiçik ölçülü sadə məngənə, 1 ədəd su kranı, 1 ədəd qapı dəstəyi, 1 ədəd sınıq vəziyyətdə açar, 1 ədəd su kranı, 1 ədəd su kranı başlığı, 2 ədəd kiçik ölçülü metal künclük ibtidai istintaq zamanı saxlanması üçün zərərçəkmiş şəxsə qaytarılmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 az ağır cinayət törətməsini, cəzasını yüngülləşdiriən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2 yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-in 18.2.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi yaranır və Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti təqsirləndiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin üçdə ikisindən az ola bilməz Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə barəbar tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 04 ay 19 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; iş üzrə maddi sübut kimi tanınmış 2 ədəd çaydan, 4 ədəd tava, 3 ədəd aşsüzən, 1 ədəd ləyən, 1 ədəd mis məcməyi (padnos), 1 ədəd kiçik həcmli qazan, 1 ədəd kiçik ölçülü sadə məngənə, 1 ədəd su kranı, 1 ədəd qapı dəstəyi, 1 ədəd sınıq vəziyyətdə açar, 1 ədəd su kranı, 1 ədəd su kranı başlığı, 2 ədəd kiçik ölçülü metal künclük ibtidai istintaq zamanı zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxslərdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxslərə məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 Bədri oğluna müvafiq olaraq 330 manat məbləğində pul və 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 275 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Mingəçevir şəhər Probasiya Şöbəsinə, Təqsirləndirilən şəxs2 aid hissədə Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351- 353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq.

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınsın, həbsdə saxlamanın 1 (bir) gününü azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü hesabı ilə hesablamaqla, qəti olaraq üzərində 02 il 03 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3- cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 manat cərimə cəzasının dəyişdirilərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzanın çəkilməmiş qalan 04 ay 19 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, hazırki hökmlə təyin edilmiş 03 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin, Təqsirləndirilən şəxs2 qəti olaraq, 03 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 münasibətdə Migəçevir şəhər Probasiya Şöbəsinə, Təqsirləndirilən şəxs2 münasibətdə isə Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd çaydan, 4 ədəd tava, 3 ədəd aşsüzən, 1 ədəd ləyən, 1 ədəd mis məcməyi (padnos), 1 ədəd kiçik həcmli qazan, 1 ədəd kiçik ölçülü sadə məngənə, 1 ədəd su kranı, 1 ədəd qapı dəstəyi, 1 ədəd sınıq vəziyyətdə açar, 1 ədəd su kranı, 1 ədəd su kranı başlığı, 2 ədəd kiçik ölçülü metal künclük ibtidai istintaq zamanı zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə 50 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxslərə məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 müvafiq olaraq 330 manat məbləğində pul və 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 275 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar