Məhkəmə qərarları › İş №1(012)-850/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-850/2025

18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-850/2025 18.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1979-cu il tarixdə Saatlı rayonu, Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni yaşayış massivi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 aprel 2025-ci il saat 21 radələrində yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs ilə birgə nigahdan olan xx.xx.2017-ci il təvəllüdlü azyaşlı övladları X2 təbii ehtiyacını evin nəzərdə tutulmayan hissəsində ödəməsi zamanı arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış fikir ayrılığı ilə əlaqədar ailə daxili münasibətlər zəmnində baş vermiş narazılıqla bağlı mübahisə edərkən həmin mübahisə əsnasında əsəbiləşib həmini ünvanda Zərərçəkmiş şəxs üzərinə hücum edərək qəsdən əvvəlcə əl, yumruq zərbələri ilə sonuncunun burun, sifət, baş, sinə, döş qəfəsi, bədəninin müxtəlif nahiyələrinə ardıcıl vurub, əlləri ilə Zərərçəkmiş şəxs qollarından tutub sıxmaqla itələyib kürəyini divara vurub, ardınca onun həmin zərbə və hərəkətlərindən yerə yıxılmış Zərərçəkmiş şəxs ayaq və bədəninin müxtəlif nahiyələrinə təpik (ayaq) zərbələri ilə qəsdən vurmaqda davam edərək Zərərçəkmiş şəxs sağ və sol bazu nahiyələrinin, döş qəfəsinin sol yarısının ön səthinin, sağ və sol bud nahiyələrinin, boyunun yuxarı 1/3-nin ön səthinin geniş sahəli qançırları, burun nahiyəsinin sıyrığı ilə müşaiyət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü tam təqsirli bildi, təhqiqatda verdiyi ifadəsini təsdiq etdiyini, ailəsi ilə barışıb birlikdə yaşamaq istədiyini bildirdi. Təhqiqatda cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs şikayəti ilə tanış olmuşdur. Belə ki, o, Gülputadan əvvəl ailəli olmuş, eyni zamanda Gülputa da əvvəllər ailəli olmuş və həmin münasibətdən onun bir azyaşlı övladı var. Gülputa ilə 2016-cı ildə rəsmi olaraq ailə həyatı qurmuş və həmin evlilikdən 2017-ci il təvəllüdlü övladı X3 doğulmuşdur. Gülputanın oğlu autizm xəstəsidir. 18 aprel 2025-ci il tarixdə saat 21 radələrində Qobu qəsəbəsində yaşadığı evdəşam yeməyini yeyərkən azyaşlıövladı Hüseyn təbii ehtiyacınıödəmək üçün sanitar qovşağına (tualet) getmək istədiyini ona demiş, o da yemək yediyi üçün Hüseynə anası Gülputaya müraciət etməsini söyləmişdir. Lakin Hüseyn anası Gülputanın evin qapısının əks tərəfində dayanıb onu tualetə (sanitar qovşağı) buraxmadığını deyib otaqda stulun üzərinə təbii ehtiyacını ödəmişdir. O, bundan sonra Gülputanı çağırıb ona yemək yediyi vaxt nə üçün övladının otaqda stulun üzərinə təbii ehtiyacını ödədiyini iradla bildirmiş və bu səbəbdən aralarında mübahisələri baş vermişdir. Mübahisə zamanı əsəbiləşərək Gülputanın üzərinə gedib əl və yumruq zərbələri ilə qəsdən onun sifətinə, burnuna, başına, sinəsinə vurub hər iki qollarından tutub sıxaraq, daha sonra isətəpiklə hər iki ayaqlarından vuraraq onu döymüşdür. Gülputa aldığı zərbələrin təsirindən yerə yıxılmışdır. Bundan sonra o Gülputadan aralanıb gedib yatmışdır. Baş vermiş hadisəAbşeron rayonu, Qobu qəsəbəsində yaşadığı evin içərisində olduğunu, həmin vaxt evdə azyaşlı övladlarından başqa heç kimin olmadığını, mübahisənin təxminən 4-5 dəqiqə davam etdiyini, mübahisə zamanı Gülputanın onu vurmadığını və heç bir bədən xəsarəti yetirmədiyini göstərmişdir. Əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmadığını qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmədə şikayət verən şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Allahverdidən əvvəl o, evli olmuş və həmin evlilikdən onun bir övladı var. Allahverdi ilə 2016-cı ildə rəsmi olaraq ailə həyatı qurmuş və birgə nigahdan 2017-ci il təvəllüdlü oğlu Hüseyn İbadzadə doğulmuşdur.18 aprel 2025-ci il tarixdə saat 21 radələrində Qobu qəsəbəsində yaşadığı evdə olarkən əri Allahverdiyə yemək hazırladıqdan sonra oğlu Rəsulu yatızdırmaq istəmiş və onu yataq otağına aparmışdır. Həmin vaxt digər azyaşlı övladı Hüseyn İbadzadə onu görüb ayağa qalxaraq otaqdan çıxmaq istəmiş, Hüseynə hara getdiyini soruşanda Hüseyn orada tez şalvarını aşağı çəkib təbii ehtiyacını stulun üzərinə ödəmişdir. Buna görə Hüseynə bu hərəkətinə görə “nə edirsən?” deyəndə, həmin vaxt əri Allahverdi “əcəb edib təbii ehtiyacını stulun üzərinə ödəyir, sənin fiziki və əqli qüsurlu oğlun Rəsul otağı batıra bilir, bu nə üçün etməsin”sözlərini söyləmişdir. Allahverdinin bu sözlərinə öz etirazını bildirdikdə aralarında bu səbəbdən mübahisələri yaranmış və mübahisə zamanı Allahverdi onun üzərinə gələrək əl və yumruq zərbələri ilə qəsdən onun sifətinə, burnuna, başına, sinəsinə vurub hər iki qollarından tutub sıxaraq, daha sonra isə kürəyini divara vurmuşdur. O, aldığı zərbələrin təsirindən yerə yıxılmış, yerdə olan vəziyyətdə də, Allahverdi üzərinə gəlib təpikləayağından vəbədəninin müxtəlif nahiyələrindən vurmağa davam etmişdir. Onun halının pis olduğunu görən Allahverdi ondan aralanıb çıxıb getmiş və münaqişələri başa çatmışdır. Ertəsi gün, o bununla bağlı telefonla DİN-nin “102” xidmətinə zəng edib məlumat vermişdir. Baş vermiş mübahisənin 5-6 dəqiqə davam etdiyini, həmin vaxt yanlarında başqa şəxsin olmadığını, mübahisə zamanıAllahverdini vurmadığını və ona heç bir bədən xəsarəti yetirmədiyini, əri Allahverdi onu döyüb xəsarət yetirdiyi üçün cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etdiyini göstərmişdir. Məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, iş üzrə icaata xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizası ilə əlaqədar "MTE və PA ETT Birliyi" X5 Abşeron rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 891 nömrəli rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – sağ və sol bazu nahiyələrinin, döş qəfəsinin sol yarısının ön səthinin, sağ və sol bud nahiyələrinin, boyunun yuxarı 1/3-nin ön səthinin geniş sahəli qançırları, burun nahiyəsinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə dava-dalaş zamanı yumruq, təpik zərbələri təsirindən əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Araşdırma materiallarına Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü övladları X2 AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin kserosurəti əlavə olunmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə Azərbaycan Respublikası DİN-in BƏSİİnin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal «himayəsində bir azyaşlı uşağının olmasıdır.» Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə əməli törətmiş şəxsə qarşı irəli sürülmüş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şikayət verən şəxsin ifadəsi, ekspertiza rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iş üzrə şikayət verən şəxslə barışmışlar, sonuncunun ona qarşı şikayəti və tələbi yoxdur. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan işin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdaln şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar