Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-851/2025 27.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X7 Ənvər qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Şikayətçi Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmamış, işləməyən, Laçın rayonu, Laçın şəhəri, Alxaslı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan şəhərciyi” yaşayış kompleksinin arxasında yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 aprel 2025-ci il saat 17 radələrində yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan Şəhərciyi” yaşayış kompleksinin arxasında yerləşən fərdi yaşayış evində hələ də bərabər yaşadığı keçmiş arvadı Zərərçəkmiş şəxs qızəna ona vaxtında yemək vermədiyinə görə irad bildirdikdə həmin səbəbdən şəxsi münasibətlər zəmnində aralarında yaranmış narazılıqla bağlı mübahisə baş verərkən həmin mübahisə əsnasında əsəbiləşib həmin ünvanda Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən əl (yumruq) zərbəsi ilə sonuncunun göz nahiyəsindən vuraraq Zərərçəkmiş şəxs sağ alt və üst göz qapaqlarının qançırı, sağ gözün ağlı qişasına qansızma, sağüst göz qapağı nahiyəsinin qaş hissəyə keçən çırılmış yarası ilə müşahidə olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Onun barəsində şikayət edən Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır. Səminədən əvvəl, yəni 1987-ci ildə X3 ilə ailə həyatı qurmuş, ondan 1998-ci ildə rəsmi qaydada boşanmışdır. Həmin evlilikdən 1989-cu il təvəllüdlü bir oğlan övladı var. Səminə ilə isə 2009- cu ildə ailə həyatı qurmuş, birgə nigahdan 2010-cu il təvəllüdlü Fərhad Ağayev doğulmuşdur. Səminə ilə də 2020-ci ildə məhkəmə tərəfindən rəsmi qaydada boşansa, lakin lakin ona məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan Şəhərciyi” yaşayış kompleksinin arxasında yerləşən fərdi yaşayış evində birlikdə yaşayırlar. 27 aprel 2025-ci il tarixdə saat 17 radələrində Səminə ilə birlikdə yaşadığı evdə olarkən ondan yemək hazırlamasımistəmiş, Səminə isəonun dediklərinəəhəmiyyət verməyib evdəöz işləri ilə məşqul olmağa başlamışdır. Buna görə dəSəminənin bu hərəkətindən əsəbiləşib onun üzərinə getmiş vəəli iləonun sağ gözündən bir dəfə vurmuşdur. Sonra isə mübahisələri başa çatmış, gedib yatmışdır. Sonra bilmişdir ki, Səminəonun barəsində polisəşikayət etmişdir. Baş vermiş mübahisənin təxminən 3-5 dəqiqə davam etdiyini, həmin vaxt evdə başqa şəxsin olmadığını, mübahisə zamanısəs-küy yaranmadığını, həmin mübahisə zamanı Zərərçəkmiş şəxs onu vurub hər hansı bir formada bədən xəsarəti yetirmədiyini göstərmişdir. Zərərçəkmiş şəxs ilə barışmışdır. İş üzrə Zərərçəkmiş şəxs şikayət və tələbi yoxdur. Barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla hazırda Abşeron rayonu, “Zəngilan Şəhərciyi” yaşayış kompleksinin arxasında yerləşən fərdi yaşayış evində barəsində şikayət etdiyi keçmiş əri Təqsirləndirilən şəxs Talib oğlu ilə birlikdə yaşayır. 2009-cu ildə Təqsirləndirilən şəxslə ailə həyatı qurmuş və birgə nigahdan bir övladı var. 2020-ci ildə Xosrovdan rəsmi qaydada boşanmış, Xosrovdan boşansa da, ona məxsus olan evdə yaşayır. 27 aprel 2025-ci il tarixdə saat 17 radələrində yaşadığı ünvanda olarkən Xosrov ondan yemək istəmiş, o bir neçə dəqiqə digər işləri ilə məşqul olduğu üçün vaxtında Xosrova yemək verə bilməmişdir. Buna görə də Xosrov əsəbiləşərək onun üzərinə gəlib əli ilə sağ gözündən bir dəfə vuraraq ona xəsarət yetirmişdir. Sonra isə gedib yatmışdır. O, da bununla bağlı telefonla DİN-nin “102” xidmətinə zəng edib Xosrov tərəfindən döyülməyi barədə məlumat vermişdir. Daha sonra isə Abşeron rayon polis idarəsinə gəlib bununla bağlı ərizə ilə müraciət etmişdir. Şikayət və tələbi Xosrovun ona xəsarət yetirdiyi üçün cinayət məsuliyyətinə cəlb olunmasından ibarət olduğunu, baş vermiş mübahisənin təxminən 5-10 dəqiqə davam etdiyini, həmin vaxt evdə başqa kənar şəxsin olmadığını, hadisə zamanı Təqsirləndirilən şəxs hər hansı bir formada müqavimət göstərmədiyini və onu vurub xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası SN-nin “MTE və PAB"-nin Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 947 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər –sağ alt və üst göz qapaqlarının qançırı, sağ gözün ağlı qişasına qansızma, sağ üst göz qapağı nahiyəsinin qaş hissəyə keçən çırılmış yarası-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə dava-dalaş zamanı yumruq zərbəsi təsirindən əmələ gələ bilməsi istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Laçın Rayon Xalq Məhkəməsinin xx.xx.1984-cü il tarixli hökmü ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 83-cü maddəsinin 3-cü hissəsi ilə 03 il müddətinə azadlıqdan məhrum etmə təyin edilmiş, hökmün icrası təxirə salınmış, Laçın Rayon Xalq Məhkəməsinin xx.xx.1985-ci il tarixli hökmü ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 83-cü maddəsinin 3-cü hissəsi ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Orconikidze Rayon Xalq Məhkəməsinin qərarı ilə xx.xx.1987-ci ildə Azərbaycan SSR Cinayət Məcəlləsinin 51-ci maddəsinə əsasən 02 il 02 ay 17 gün vaxtından əvvəl şərti azad olunmuş, Abşeron Rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikaıs Cinayət Məcəlləsinin 143-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 01 il islah işləri cəzasına məhkum edilmiş, Abşeron Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 207-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.1998-ci il tarixli amnistiya haqqında qərarın 1.10-cu maddəsinə əsasən azad olunmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü ildə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2003-cü il tarixli Amniistiya qərarının 2s bəndinə əsasən azad olunmuşdur. Şikayətçi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ilə barışmışdır. Qeyd edilənlərin nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi X4 Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən məhkəmə iclaslarında iştirak etdiyi 07 saata görə 77 (yetmiş yeddi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi X4 Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən məhkəmə iclaslarında iştirak etdiyi 07 saata görə 77 (yetmiş yeddi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X8
Məhkəmə qərarları › İş №1(012)-851/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-851/2025
27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver