Məhkəmə qərarları › İş №1(012)-852/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-852/2025

16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-852/2025 16.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Talib qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi Novruz oğlunun iştirakları ilə, xx.xx.1984-ci ildə Zaqatala rayonu Mamqabinə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, işsiz, Zaqatala rayonu, Üçüncü Tala kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getmmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə xeyli miqdarda özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Talib qızının etibarından suiistifadə etməklə sonuncunun dayandırılmış təqaüdünü bərpa etdirəcəyi barədə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxsnm xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində olan “Million” ödəmə sistemi vasitəsi ilə onun istifadəsində olan 416973*****2034 saylı hesab kartına göndərdiyi 5000 manat, xx.xx.2023-cü il tarixdə həmin ünvandan “Million” elektron ödəmə sistemi vasitəsi ilə istifadəsində olan 416973*****2034 saylı hesab kartına göndərdiyi 1000 manat ümumilikdə 6000 manat pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. 2024-cü ilin sentyabr ayında tanışı Nigar adlı qadın ona “qonşuluğunda Sevda adlı qadın var o, xəstəliyi ilə əlaqədar təqaüd alırdı, hazırda onun təqaüdünü kəsiblər ona təqaüd düzəldə bilərsənmi” deyə soruşduqda, ona tanışlarının olduğu və onların vasitəsi ilə Sevdaya təqaüd düzəldə biləcəyini demişdir. Amma təqaüdün düzəlməsi üçün 6000 manat xərc tələb olunduğunu dedikdə, Nigar “mən Sevda ilə danışıb sənə deyərəm” deməklə cavab vermişdir. X4 razı olduğunu deməklə Sevdanın telefon nömrəsini vermiş və Sevdayla danışıb görüşüb ona sən 6 min manat mənə ver, mən sənin təqaüdünü bərpa etdirəcəyəm dedikdə Sevda razılaşmış və pulu sənin kart hesabına göndərərəm dedikdə ona etraz etməmişdir. Nəticədə Sevdaya kart nömrəsi göndərmiş, Sevdada onun istifadəsində olan 416973******2034 nömrəli kart hesabıma xx.xx.2023-cü il tarixdə 5000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat olmaqla ümümilikdə 6 min manat pul göndərmişdir. Həmin pulun 5500 manatını öz ehtiyaclarına xərcləmiş, 500 manatını isə Nigara verərək, əziyyət çəkmisən buda sənin şirinliyin dedikdə Nigar pulu götürmək isdəməmiş lakin ona təkid edəndən sonra o pulu götürmüşdür. Nigarada pulu verməkdə məqsədi Sevda şikayət edərsə Nigardan xahiş edər ki, onun şikayət etməsinə imkan verməz. Nigarda Sevdaya kömək edəcəyini düşünmüşdür. Faktiki Sevdanın təqaüdünü bərpa etmək üçün heç bir imkanı olmamış və Sevdaya heç bir köməklik göstərməmişdir. Sonradan Sevda təqaüdünün bərpa olunmadığını görüb pulunu geri istəmiş, həmin vaxt Nigar gəlib “niyə sən Sevdaya kömək etmədin axı söz vermişdin ki, ona köməklik edəcəksən” dedikdə köməklik etmək istədiyini lakin alınmadığını Nigara demişdir. Nigar ”əgər alınmırsa onda Sevdanın pulunu geri qaytar dedikdə ona pulu xərclədiyini demişdir. Nigar özündə olan 500 manatı qaytarmış və özüdə 500 manat qaytarmışdır. Nəticədə Sevdaya 5000 manat borclu qalmışdır. Faktiki Sevdanın təqaüdünü bərpa etməyə heç bir imkanım olmayıb, yəni heç yerdə işləmir və ya hər hansı tanışı və ya qohumu yüksək vəzifədə çalışmır, və Sevdaya kömək etmək iktidarında olmamışdır. Törətdiyi əməli səmimi etiraf etdərək, əməlindən peşman olmuş və yaxın günlərdə Sevdanın pulunu qaytaracağına söz vermişdir. Kompyuter vasitəsi ilə sosial yardım düzəldilməsi üçün müəyyən sənədlər toplayıb və kompyuter sistemində otuzdururub və həmin şəxslərdə ona 20 manat zəhmət haqqı verirblər. Lakin xəstəliklə əlaqədar hər hansı təqaüd düzəltməyib və düzəldədə bilmir. Zərərçəkmiş şəxsə 1200 manat pul ödəmişdir. Əməlindən peşmandır, yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Talib qızı ifadəsində göstərmişdir ki, qonşuluqda yaşayan Nigarın vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olduqdan sonra sonuncu ona xəstəliklə bağlı təqaüd diizəltməsinə köməklik göstərməsi müqabilində 6000 manat pul istəmiş və onunla razılaşmışdır. xx.xx.2023-cii il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı Dövlət Universitetinin kolecinin yaxınlığında yerləşən “Araz” marketin içərisində olan “Milliön” aparatı vasitəsilə 5000 manat, xx.xx.2023-cü il tarixdə isə eyni yerdən 1000 manat göndərməyinə baxmayaraq, sonuncu vədinə əməl etməyək onu aldatmış və dələduzluq yolu ilə pulu ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs üç ay ərzində təqaüd düzəldəcəyinə söz vermişdir. Lakin, vədinə əməl etmədiyinə görə Rahiməyə iradını bildirməklə verdiyi pulu geri istəmişdir. Rahimə ilə onu tanış edən qonşusu Şahid 2024-cü ilin sentyabr ayında onun evinə gələrək Rahiməyə verdiyi puldan 500 manatını ona qaytarmışdır. Rəhimə də aldığı 6000 manat puldan 500 manatı 2024-cü ilin sentyabr ayında geri qaytarmışdır. Ümumulikdə ona dəymiş ziyandan 1200 manat pul ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə qonşudur, uzun müdətdir ki, onu tanıyır, onunla münasibətləri normal olmuşdur, onunla hər hansı düşmənçiliyi və ya ədavəti olmamışdır. Söhbət zamanı Sevda ona “mən xəstəliyim ilə əlaqədar təqaüd alıram və həmin xəstəliyimlə əlaqədar təqaüdümü kəsiblər, əgər bir tanışın varsa mənə kömək et” dediyindən ona maraqlanıb deyəcəyini bildirmişdir. Müxtəlif adamalrla maraqlanmış və Rahimə adlı qadının təqaüd məsəllərinə kömək etdiyini eşidib Rahimə ilə görüşüb bu barədə ona dedikdə o, Sevdanın təqaüd məsələsini həll edə biləcəyini dediyindən Sevdanın telefon nömrəsini ona vermiş və onlar zəngləşərək görüşüb öz aralarında həmin təqaüd məsələsinin həlli üçün 6000 manata razılaşmışlar və Sevda Rahiməyə 6000 manat pul vermişdir. Sonradan Rahimə həmin puldan ona 500 manat verdikdə pulu götürməkdən imtina etmiş, lakin Rahimə təkid edərək bunu sənə şirinlik kimi verirəm dedikdən sonra həmin 500 manatı götürmüş lakin xərcləməmişdir. X3 aldadaraq ona təqaüd düzəltmədiyini eşidib Rahimənin yanına gələrək iradını bildirmiş və pulu geri qaytarmasını bildirmiş, Rahimə həmin pulları xərclədiyini demişdir. Rahimənin verdiyi 500 manat pulu Sevdaya qaytarmışdır. Rahimənin Sevdaya kömək edəcəyinə inanınıb Rahimə ilə Sevdanın görüşüb söhbət etməsinə köməklik göstərmiş, lakin Rahimənin Sevdanı aldadacağını bilməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə “X2” MMC-nin 10 iyul Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* saylı cinayət işi üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə o, Azərbaycan Respublikası CM-in 178.1 -ci maddəsilə təqsirli bilinmiş və Azərbaycan Respublikası CM-nin 73-1.1 -ci mddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Şəxsin barəsində axtarış elan edilməsi haqqında 03 yanvar 2025-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfimdən Azərbaycan Respublikası CM-nin 178.2.4-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin o, istintaq orqanından qaçıb gizləndiyi üçün həmin tarixdə barəsində axtarış elan edilmiş və cinayət işinin istintaq icraatı dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirlləri nəticəsində saxlanılaraq Abşeron RPİ-nin MSY-nə təfil verilmişdir Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi dələduzluq əməlləri Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyandan qismən ödəniş etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 01 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır, Azərbaycan Respublikası CPMnin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüquqları izah edilməlidir, məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 01 gün nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 20:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Zərəçəkmiş şəxsə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar