Məhkəmə qərarları › İş №1(012)-853/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-853/2025

18.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-853/2025 18.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X8 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdaıan şəhər Vəkil Bürsunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 noyabr 2023-cü il tarixdə saat 17 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində yerləşən istirahət parkında X3 parkda oturub qızla söhbət edib öpüşməsini səbəb gətirib sonuncu ilə mübahisə edərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özləri və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqində qoymaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edib, heç bir əsaslı səbəb olmadan ictimai yerdə insanların gözü qarşısında ayaq və əl zərbələri ilə Flton Allahverdiyevin baş və sifət nahiyələrindən vuraraq sonuncuya başın sol gicgah və almacıq nahiyələrinin əzilmiş yarası, sıyrığı alt dodağın selikli qişasının əzilmiş yarası kimi hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə qərəzli hərəkətlər,yəni xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bacısı ilə bir sinifdə oxumuş və onu uzun müddətdir tanıyır. xx.xx.2023-cü il tarixdə o, dostu X7 yaşadığı evin yaxınlığında yerləşən parkda gəzən zaman Zərərçəkmiş şəxs Bəvai oğlunu parkda bir qızla oturduğunu görmüşdür. Eltonun qızla parkda oturaraq öpüşdüyünü görmüşdür. Ətrafda ağsaqqal və qadınlar olduğundan Eltonun hərəkətinin yalnış olduğunu düşünüb onu kənara dəvət etmişdir. Elton onlara yaxınlaşmış və o, sonuncu ilə mülayim danışaraq parkda qızla oturaraq öpüşməsinin düzgün olmadığını izah etmişdir. Həmin vaxt parkda o, Rəşid və Elton olmuşlar və onlar parkın mərkəzi hissəsində, ətrafda qadın və uşaqların çoxluq təşkil etdiyi yerdə söhbət etmişlər. Onlar təxminən 3-4 dəqiqə söhbət etmişlər, söhbət zamanı Elton onu itələyərək demiş ki, “siz kimsiz ki, mənə irad bildirirsiniz". Bu zaman o, Eltonun ağız nahiyyəsindən 1 dəfə yumruqla və sonra təpiklə onun başına bir dəfə zərbə vurmuşdur. Mübahisə zamanı Rəşid onları ayırmış və onu tutub kənara çəkmişdir. Mübahisə zamanı Eltonu o, özü tək vurduğunu Rəşid Eltonu vurmadığını və Rəşid sadəcə Eltona qızla oturmasına dair iradını bildirmişdir. Zərərçəkmiş şəxs ilə barışmışdır. Cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı zərərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid və Təqsirləndirilən şəxsı tanıyır, Şahidla Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksindəki 4 saylı orta məktəbdə bir sinifdə oxumuşdur. Təqsirləndirilən şəxs onlarla paralel sinifdə oxumuş, məktəbdə oxuduqları müddətdə Şahidla və Təqsirləndirilən şəxs ilə normal münasibətləri olmuşdur. 07,11,2023-cü ildə saat 17 radələrində adını açıqlamaq istəmədiyi qız hazırlıq yoldaşı ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi. Yeni Bakı yaşayış kompleksinin girişindəki istirahət parkında oturub söhbət edən zaman keçmiş sinif yoldaşı Şahid kənardan onu çağırmışdır. O, oturduğu yerdən qalxıb Rəşidin yanma getmiş, həmin vaxt yanında əyləşmiş qız hazırlıq yoldaşı qalxıb oradan getmişdir. Rəşidin yanında sinif yoldaşı Təqsirləndirilən şəxs da olmuşdur. Təqsirləndirilən şəxs ondan soruşmuş ki, burada nə üçün oturmuşunuz. O. da Təqsirləndirilən şəxs demiş ki. "sən kimsən ki, məndən bunu soruşursan". Təqsirləndirilən şəxs da ona demiş ki, yaxşı edib soruşur, o, da Vüsala demiş ki, “qələt edib soruşursan". Təqsirləndirilən şəxs gözləmədiyi halda ona təpiklə bir dəfə zərbə vurmuş, zərbə onun sol gicgah nahiyyəsinə dəymiş, o, da Vüsalı itələməyə çalışmış, lakin sonuncu onu yumruyq zərbəsi ilə baş və sifət nahiyəsindən bir neçə dəfə vurmuşdur. Dava zamanı Rəşid onları aralamışdır. Mübahisə zamanı o. heç kimi döyməmiş, həmin vaxt oradan keçən bir nəfər tanımadığı motoskletçi ona yaxınlaşıb nə səbəbə görə mübahisə etdiklərini soruşub onları sakitləşdirməyə çalışmışdır. Mübahisədən dərhal sonra o, Azərbaycan Respublikası DİNnin 102-xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisədən sonra o. Azərbaycan Respublikası DİN- nin 102-xidmətinə və Abşeron rayon polis idarəsinə Vüsal, Rəşid və tanımadığı şəxslər tərəfindən döyülməsinin bildirməsinin səbəbi o olmuşdur ki. Vüsal və yanında olan Rəşid mübahisə zamanı oraya gələn şəxslər ona səbəbsiz sataşmışalar, onu Təqsirləndirilən şəxs vurmuş, Rəşid də onun yanında olduğu üçün əsəbi olduğundan o, onlardan da şikayət etmişdir. Lakin onu tək Vüsal ayaq və əl zərbələri vurmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir tələbi olmadığını bildirmişdir. Məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, Zərərçəkmiş şəxslə Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksi ərazisində yerləşən 4 saylı orta məktəbdə bir sinifdə oxumuşdur. Təqsirləndirilən şəxs isə onlarla paralel sinifdə oxumuşdur. 07 noyabr 2023-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs ilə birlikdə Yeni Bakı yaşayış kompleksindəki binanın orta blokundan çıxıb istirahət parkına gedərkən orada bir nəfər cavan oğlanın bir qızla oturacağda oturub bir-birlərini qucaqlayaraq öpüşmələrini görmüşlər. O, qızla oturan oğlanı tanımış, həmin oğlan onunla bir sinifdə oxuyan Zərərçəkmiş şəxs olmuşdur. O, Eltona yaxınlaşıb kənara çağırmışdır. Elton onun sözlərinə görə durub ona tərəf yaxınlaşmışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs onlardan aralı dayanmış, ona görə də Eltona bildirmişdir ki, «sənin hərəkətlərin düzgün hərəkət deyil» və öpüşməyi irad tutmuşdur. Bu zaman Elton ona bildirmişdir ki, «sən kimsən ki. mənə irad tutursan». Ona görə də Vüsal onlara yaxınlaşmış və demişdir ki, bura danışmaq yeri deyil və tona bildirmişdir ki, o, telefon nömrəsini versin sonra zəngləşib görüşərlər. Elton Vüsala iefon nömrəsini verməmiş, sonra Elton hər ikisinə bildirmişdir ki. «siz kimsiniz ki. mənə ıdl tutursuz və qələt edirsiniz». Bundan sonra Vüsal təpiklə Eltonun sol gicgah nahiyəsindən vurmuşdur. Oradan bir nəfər motosikletlə keçərkən onların mübahisə etmələrini görüb ıxmlaşıb bildirmişdir ki, dava etməsinlər. Vüsalla gələn Kamil adlı şəxs oğlana bildirmişdir, onlar dava etmir. Sonra onlar üçü də ayrılmış, Elton isə parkda qalmışdır. Sonradan bilmişdir ki, Elton onlardan polis idarəsinə şikayət etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkib əlamətləri olduğundan faktla bağlı həmin maddə ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 2561 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-başın sol gicgah və almacıq nahiyələrinin əzilmiş yarası, sıyrığı alt dodağın selikli qişasının əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 həftə əvvəl törənmişdirlər, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixinə uyğun gəlir və hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni başqa şəxs (şəxslər) tərəfindən yumruq və təpiklə vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər.

3. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır.

4. “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyindən cinayət işi üzrə icraat o, tutulub istintaqa təqdim olunana kimi dayandırılması qərara alınmışdır.

5. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Abşeron RPİ-yə gətiirilmiş və MSY-yə təhvil verilmişdir.

6. Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraata təzələnmişdir.

7. “Təqsirləndirilən şəxsə ittiham elan etmək” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona qeyd edilən maddədə nəzərdə tutulan ittiham elan edilmişdir.

8. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir.

9. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.

10. “Təqsirləndirilən şəxsin qətimkan tədbirlərinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilməsi və cinayət işinin icraatının dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirlərinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmışdır.

11. “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir.

12. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə qismində” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, iş üzrə təqisrləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, şahid ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və təqsirləndirilən şəxsin əməlinin ifşa edilməsi istiqamətində toplanmış digər materiallar cinayət işi üzrə sübut növü kimi qəbul edilmişdir.

13. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir tələbi yoxdur. Məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

14. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır. Özünü təqsirli bilir. Bəraətverici əsaslar olmadan işə xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Belə ki, həmin əməlin törədilməsi məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, cinayət hadisəsi xx.xx.2023-cü il tarixdə baş vermiş, xx.xx.2024-cü il tarixdə cinayət işi başlanılmış, xx.xx.2024-cü il tarixində cinayət işi üzrə icraat dayandırılmış (CPM 53.1.3), xx.xx.2025-ci il tarixində cinayət işi təzələnmiş, xx.xx.2025-ci il tarixində təqsirləndirilən şəxsin qətimkan tədbirlərinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmış (CPM 53.1.3), xx.xx.2025-ci il tarixində cinayət işi üzrə icraat təzələnmiş, xx.xx.2025-ci il tarixində isə cinayət işi məhkəməyə daxil olmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törədərkən yəni xx.xx.2023-cü il tarixində yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 91-ci maddəsinə əsasən əməlin törədildiyi vaxtdan bir il müddət keçdiyi üçün cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmiş, həmçinin təqsirləndirilən şəxs və müdafiəçi etiraz etmədiyindən, iş üzrə icraata xitam verilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.2-ci maddəsinə görə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 75.1.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. 91-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət məsuliyyətindən və ya cəza çəkməkdən azad edilərkən, bu Məcəllənin 75 və 80-ci maddələrində müəyyən edilmiş müddətlər yarıbayarı azaldılır. Məlum olduğu kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 43.3-cü maddəsinin tələbinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə bağlı cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Belə olan halda, məhkəmə həmin halları nəzərə alaraq və istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutaraq, hesab edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Həmin Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti olmadığı qənaətindədir. İş üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi iclaslarda iştirak etdiyi 08 saata görə 88 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, lakin həmin Məcəllənin 75.1.1 və 91-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi iclaslarda iştirak etdiyi 08 saata görə 88 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, növbəti gün qərar qüvvəyə minir.

X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar