Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-854/2024 29.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Goranboy rayonu Safkürd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan. ünvan 1 ünvanda yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs X7 Faiq qızının 28 fevral 2024-cü il tarixdə sosial şəbəkə vasitəsi ilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşının bank hesabına 30 manat, Günel Nəzərova isə 32 manat ödəməklə cəmi 62 (altmış iki) manat pul göndərdikdən sonra həmin şəxsin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yolun kənarına qoyduğu, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına» (Siyahı İ) daxil olan 1,425 qram çəkidə xeyli miqdarda psixotrop maddə metamfetamini götürüb satış məqsədi olmadan qanunsuz əldə edərək, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, "xxxx" MTK ərazisinə daşıdıqdan sonra, psixotrop maddə metamfetamini ödədikləri pul məbləğinə mütənasib olaraq Nəzərova Günel Faiq qızı ilə aralarında bölüb həmin psixotrop maddə metamfetaminin xeyli miqdarda 01 ədəd şəffaf sellofan bükümdə 0,826 qram çəkidə olan hissəsini özünə götürüb özündə saxlamış, 28 fevral 2024-cü il tarixdə saat 17 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, "xxxx" MTK yaşayış binasının yaxınlığında Abşeron RPİ-nin Cinayət Axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılıb, Abşeron RPİ-nin inzibati binasına gətirildikdən sonra orada həmin gün saat 18:45-dən 18:54-ə kimi üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən həmin 01 ədəd bükümdə xeyli miqdarda 0,826 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində, istintaqa məlum olmayan mənbədən 10 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxil edilən 01 (bir) ədəd kağız bükümdə çəkisi 0,251 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsinə daşımış, xx.xx.2024-cü il tarixdə saat 22:05 radələrində Abşeron rayon Polis idarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən şübhəli bilindiyi üçün Abşeron rayonu. Xırdalan şəhəri, Qalubiyyə küçəsində, Mədəniyyət evinin yaxınlığında saxlanılaraq Abşeron RPİ-yə gətirilib, orada həmin gün saat 23:10-dan 23:20-kimi onun üzərində şəxsi axtarış aparılan zamanı əynində olan açıq cəhrayi rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağız parçasına bükülmüş 0,251 qram çəkidə kustar üsulla hazırlanmış metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olduğunu,hazırda narkotik vasitə qəbul etmədiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, son bir neçə ay ərzində, ayda bir-iki dəfə psixotrop maddə metamfetamindən istifadə etmişdir. X7 Faiq qızı sosial şəbəkədə İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, həmin İran İslam Respublikası vətəndaşının adını, soyadını, ünvanını bilməmişlər, sadəcə Günel həmin şəxslə sosial şəbəkədə yazışmağa başlamışdır. xx.xx.2024-cü il tarixdə Günel həmin şəxsə yazaraq «şüşə» kimi tanınan psixotrop maddə metamfetamin göndərməsini istədikdə razılaşmışlar ki, onun kartına pul atdıqdan sonra o, metamfetamin göndərəcəkdir. O, 30 manat, Günel isə 32 manat pul qoymuş, Günel həmin pulu İran İslam Respublikası vətəndaşının göndərdiyi kart hesabına yükləyəndən sonra həmin şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazində metiamfetaminin qoyulduğu yerin ünvanını göndərmişdir. xx.xx.2024-cii ildə səhər saatlarında Günellə birlikdə gedib göndərilən ünvana qoyulan metamfetamini götürüb Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, "xxxx" MTK yaşayış binasının yaxınlığına gələndən sonra həmin metamfetamini yarı bölmüşlər. Mmetamfetamini sonra özü istifadə etməsi üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi. "xxxx" MTK-nin binasının qarşısında küçədə olan zaman iki nəfər tanımadığı şəxslər özlərini polis əməkdaşı kimi təqdim edib, qanunsuz olaraq narkotik vasitə əldə edib saxlayıb daşımaqda şübhəli olduğunu deyərək onu Abşeron RPİ-nə dəvət etmişlər. Abşeron RPİ-nə gəldikdən sonra Polis İdarəsinin inzibati binasında, xidməti otaqda ona şübəhli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyi barədə qərar elan olunmuş, üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilib saxlanması və gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya, vasitə və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Axtarış keçirilməsində iştirak edən qadın üzərində axtarış aparmış, üzərindən özünün təqdim etdiyi bir büküm metiafetamindən başqa heç nə aşkar olunmamışıdr. Təqdim etdiyi bir büküm metamfetamini tanışı Günelin sosial şəbəkədə yazışıb tanış olduğu İran İslam Respublikası vətəndaşının göndərdiyi kart hesabına Günellə birlikdə 62 manat pul göndərəndən sonra onlara göndərilən yerə, yəni metamfetaminin Bakı şəhəri, Binəqədi rayonu. Biləcəri qəsəbəsində qoyulduğu yerə gedib oradan götürdüklərini bildirmişdir. Təqdim etdiyi bir bükümdə olan metamfetamin polis əməkdaşları tərəfindən götürülərək bir ədəd ağ rəngli boş zərfə qoyulmuş, zərf möhürlənmiş, bu barədə protokol tərtib olunmuşdur. Protokolun məzmunu ilə tanış olaraq möhürlənmiş zərfin üzərini və tərtib olunan protokolu imzalamışdır. Barəsində cinayət işi başlanaraq «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçildikdən sonra sərbəst buraxılmışdır. Bundan başqa xx.xx.2024-cü il tarixdə nahar vaxtı Bakı şəhəri. Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən 10 manata bir büküm metamfetamin alıb sonra özü istifadə etməsi üçün cibində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində, Mədəniyyət evinin yaxınlığında piyada hərəkətdə olan zaman Abşeron rayon Pıolis İdarəsinin PPXB-nin polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək haraya getmək istədiyini və nə işlə məşğul olmasını soruşmuşlar. Polis əməkdaşlarına heç nə deyə bilmədiyi üçün Abşeron rayon Polis İdarəsinə dəvət olunmuşdur. Abşeron RPİ-nin inzibati binasında xidməti otaqda ona şübəhli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyi barədə qərar elan olunmuş, üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilib saxlanması və gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya, vasitə və ya predmet varsa təqdim etməsi təklif olunduqda əynində olan açıq çəhrayı rəngli gödəkçəsinin sağ yan cində öz istifadəsi üçün saxladığı bir büküm metamfetamini çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi metamfetamini xx.xx.2024-cii il tarixdə nahar vaxtı Bakı şəhəri, Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün alıb üzərində saxladığım bildirmişdir. Axtarış keçirilməsində iştirak edən tanımadığı qadın üzərində axtarış aparmış, üzərindən özünün təqdim etdiyi bir büküm metiafetamindən başqa heç nə aşkar olunmamışdır. Təqdim etdiyi bir büküm metamfetamin polis əməkdaşları tərəfindən götürülərək bir ədəd ağ rəngli boş zərfə qoyulmuş, zərf möhürlənərək bu barədə protokol tərtib olunmuşdur. Protokolun məzmunu ilə tanış olaraq möhürlənmiş zərfin üzərini və tərtib olunan protokolu imzalamışdır. Barəsində cinayət işi başlanmış, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək sərbəst buraxılmışdır. Psixotrop maddə qəbul etsə də heç vaxt psixotrop maddənin satışı ilə məşğul olmamışdır, əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, saxlanılarkən, Abşeron RPİ-nə gətirilən zaman və Abşeron RPİ-də olduğu müddətdə ona qarşı hər hansı bir psixi və ya fiziki zor tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Post Patrul Xidməti bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə PPXB-nin polis nəfərləri Şahid3 və Şahid2 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində xidmət apardıqları zaman Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində, Mədəniyyət evinin yaxınlığında bir nəfər cavan qadının özünü şübhəli aparması diqqətlərini çəkmiş, həmin qadına yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin qadının da özünü təqdim etməsini xahiş etmişlər. Qadın özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs nə işlə məşğul olmasını, hara getmək istədiyni soruşanda onun suallara çaşqın cavab verməsi şübhə yaratdığı üçün Abşeron RPİ-nə dəvət edilmişdir. Abşeron RPİ-nin inzibati binasında, xidlməti otaqda Təqsirləndirilən şəxs şəxsiyyəti dəqiqləşdirilərək xx.xx.1992-ci ildə, Goranboy rayonunun Safkürd kəndində anadan olmuş, subay, orta təhsilli, Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət vəsaiti hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılacağı barədə qərar elan olunumş, üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilib saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya, vasitə və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Azada Eminli üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmiş, əynində olan açıq çəhrayı rəngli gödəkçəsinin sağ yan cibindən siqaretin gümüşü rəngli kağızma bükülmüş bir ədəd bükümdə olan ağ rəngli, kristal formalı psixotrop maddə metamfetaminə oxşar kütləni çıxarıb təqdim etmiş və təqdim etdiyi kütlənin psixotrop maddə metamfetamin olduğunu, metamfetamini xx.xx.2024-cü il tarixdə, Binəqədi rayonunda tanımadığı şəxsdən 10 manata aldığını, ağrıları olan zaman özü qəbul etmək üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərindən özünün .təqdim etdiyi bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə oxşar kütlədən başqa heç bir əşya, vasitə və ya predmet aşkar edilməmişdir. Azadə Hminlinin təqdim etdiyi siqaretin gümüşü kağızma büklü halda olan bir ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə götürülmüş, bir ədəd boş zərfə qoyularaq zərf möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolun məzmunu ilə tanış olduqdan sonra möhürlənmiş zərfin üzərini və protokolu imzalamışlar. Məhkəmə baxışında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Post Patrul Xidməti bölüyünün polis nəfərləri Şahid2 və Şahid3 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə Xırdalan şəhərində olduğu zaman polis əməkdaşları tərəfindən Abşeron RPİ-nə dəvət olunmuş, Abşeron RPİ-nin inzibati binasında xidməti otaqda polis əməkdaşları bir nəfər gənc qadını göstərib həmin qadının Təqsirləndirilən şəxs olduğunu, Təqsirləndirilən şəxs polisə şübhəli şəxs qismində dəvət olunduğunu, üzərində şəxsi axtarış keçiriləcəyini bildirib Təqsirləndirilən şəxs üzərində keçiriləcək şəxsi axtarışda iştirak etməsini xahiş etmişlər. Keçiriləcək şəxsi axtarışda iştirak eməyə razı olmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah olunaraq hüquq və vəzifələrinin müdafiə olunması üçün dövlət vəsaiti hesabına müdafiəçi dəvət edilmiş, bundan sonra ona üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılacağı bildirilmiş, üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilib saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya, vasitə və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Azada Eminli əynində olan açıq çəhrayı rəngli gödəkçəsinin sağ yan cibindən siqaretin gümüşü rəngli kağızma bükülmüş bir ədəd bükümdə olan ağ rəngli, kristal formalı kütləni çıxarıb təqdim etmiş, təqdim etdiyi kütlənin psixotrop maddə metamfetamin olduğunu, metamfetamini xx.xx.2024-cü il tarixdə, Binəqədi rayonunda tanımadığı şəxsdən 10 manata aldığını, özü qəbul etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də onun üzərindən özünün tədim etdiyi bir ədəd bükümdə ağ rəngli kristal formalı kütlədən başqa heç bir əşya, vasitə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs tədim etdiyi siqaretin gümüşü kağızma bükülü halda olan bir ədəd bükümdə kütlə götürülmüş, bir ədəd ağ rəngli boş zərfə qoyularaq zərf möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolun məzmunu ilə tanış olduqdan sonra möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkili Şahid5 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, «Təqsirləndirilən şəxs» adlı şəxsin Abşeron rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib saxlayaraq daşıması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuş, məlumatın yoxlanması üçün ondan və Abşeron RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid6 ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə Şahid6la birlikdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, "xxxx" yaşayış kompleksində əməliyyat-axtarış tədbirləri keçirdikləri zaman orada xarici görkəm əlamətlərinə görə əməliyyat məlumatında göstərilən Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və özünü təqdim etməsini istəmişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilib narkotik vasitə və psixotrop maddə əldə edib, saxlayıb gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-nə dəvət etmişlər. Abşeron RPİ-nə gəldikdən sonra RPİ-nin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah olunaraq hüquqlarının müdafiə olunması üçün dövlət vəsaiti hesabına müdafiəçi dəvət olunmuş, üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyi barədə qərar Təqsirləndirilən şəxs elan olunandan sonra ona təklif olunmuş ki, üzərində narkotik vasitə, psixolrop maddə, eəlcə də əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hanmı bir əşya, vasitə və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bir büküm ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmiş ki, təqdim etdiyi kütlə «şüşə» kimi tanınan psixotrop maddə metamfetamindir, metamfetamini öz istifadəsi üçün əldə edib üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, amma onun üzərindən özünün təqdim etdiyi 1 (bir) ədəd sellofan kəsiyi bükümündə olan kütlədən başqa heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofona bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə bir ədəd ağ rəngli boz zərfə qoyularaq zərf möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolun məzmunu ilə tanış olaraq protokolu və möhürlənmiş zərfin üzəri imzalanmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid6 şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkili Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılmışdır. Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi ilə bağlı xx.xx.2024-cü il tarixdən 02 mart 2024-cü il tarixədək və ********* nömrəli cinayət işi ilə bağlı 19 mart 2024-cü il tarixdən 21 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs eyni maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağız parçasına bükülmüş psixotrop maddə metamfetamin aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin psixotrop maddə metamfetamin bükümü götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 6/1615 №-li rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 56” dairəvi möhür əksi olan, “Təqdim edən şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,251 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotı op maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi 0,251 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,201 qram. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cii il tarixli, 6/1250 №-li rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 56” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərində olan kütlə; 4) Eminli “imza” və digər ad soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,826 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi 0,826 qram, tədqiqata sərf edildi 0.050 qram, qalıq 0,776 qram. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə götürülmüş, 1 ədəd zərfdə möhürlənmiş, ümumi qalıq çəkisi 0, 201 qram və 0,776 qram olan psixotrop maddə olan metamfetamin və 1903.2024-cü il tarixdə Abşeron RPİnin xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə baxışında tədqiq olunan və baxış keçirilən 12 mart 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş çəkiliş diskinə baxış keçirilərkən müəyyən edilmişdir ki, Abşeron RPİ-nin inzibati binasında, iş otağında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, onun üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, öz istifadəsi üçün əldə etdiyi 01 ədəd bükümdə ağ rəngli, kristallik formalı psixotrop maddə olan metamfetamini xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonunda tanımadığı şəxsdən 10 manat müqabilində aldığını bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİNnin BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və təyin edilmiş cəzanın məhkumun islah edilməsinə nail olmasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və təyin edilmiş cəzanın məhkumun islah edilməsinə nail olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Goranboy şəhəri, Z.Əliyev küçəsi, ev 4 ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra– CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi ilə bağlı xx.xx.2024-cü il tarixdən 02 mart 2024-cü il tarixədək və ********* nömrəli cinayət işi ilə bağlı 19 mart 2024-cü il tarixdən 21 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından 08 gün çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2024-cii il tarixli, 1560 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, qanunvericiliyin tələblərinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 0,201 və 0,776 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş ********* nömrəli cinayət işi ilə bağlı cəmi 89 (səksən doqquz) manat və ********* nömrəli cinayət işi ilə bağlı cəmi 65 (altmış beş) manat, cəmi 154 (yüz əlli dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin, cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi ilə bağlı xx.xx.2024-cü il tarixdən 02 mart 2024-cü il tarixədək və ********* nömrəli cinayət işi ilə bağlı 19 mart 2024-cü il tarixdən 21 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 08 gün çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Goranboy şəhəri, Z.Əliyev küçəsi, ev 4 ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi cəmi məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş ********* nömrəli cinayət işi ilə bağlı cəmi 89 (səksən doqquz) manat və ********* nömrəli cinayət işi ilə bağlı cəmi 65 (altmış beş) manat, cəmi 154 (yüz əlli dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası səlahiyyətləri daxilində Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-854/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-854/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver