Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-857/2024 24.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi İbrahim oğlunun Şikayət verən şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1977-ci ildə Abşeron rayonu, Hökməli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: Təqsirləndirilən şəxs 24 may 2024-cü il tarixdə saat 20 radələrində Abşeron rayonu Hökməli qəsəbəsi, M.Əliyev küçəsindən keçən dalan yolla piyada evinə gedərkən eyni qəsəbədə yaşayan qohumu Zərərçəkmiş şəxs təsadüfən görüb yaxınlaşaraq sonuncuya əvvəllər onun anası X2 ünvanına təhqiredici sözlər işlətməsinə görə şifahi iradını bildirərkən, Zərərçəkmiş şəxs həmin təhqirləri işlətməsini özünə məxsus dəlillər irəli sürməklə təsdiqlədikdə o, əsəblərini cilovlaya bilməyib şəxsi münasibətlər zəmnində aralarında yaranmış narazılıq üstündə mübahisə etdiyi Zərərçəkmiş şəxs üzərinə hücum edərək qəsdən baş (kəllə) nahiyəsi ilə sonuncunun sifət nahiyəsinə ağrıdıcı zərbə vuraraq həmin zərbədən Zərərçəkmiş şəxs yerə yıxılmasına səbəb olmaqla ona burunun küt travması-burun nahiyəsinin şişkinlik halında qançırı, burun qanaxması, burun arakəsməsinin əyilməsi, burun tənəffüsünün çətinləşməsi ilə alt dodağın selikli qişasının 1 (bir) ədəd, üst damaq nahiyəsinin 1 (bir) ədəd əzilmiş-cırılmış yaraları, sol ayağın bayırtopuq nahiyəsinin hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik halında qançırı ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü ona CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun xalasının əridir. Çingizin bacısı onun vəfat etmiş qardaşı arvadıdır. Qardaşı vəfat etdikdən sonra qardaşı arvadı Gülərlə qardaşından qalan obyektlə bağlı aralarında narazılıq vardır. Çingizdə Gülərlə aralarında narazılığa görə onun arxasınca onun anasını söymüşdür. O, xx.xx.2024-cü il tarixdə saat 20j radələrində Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində piyada şəkildə evə gedən zaman Zərərçəkmiş şəxs ilə qarşılaşmış, ondan niyə anasını söyməsini soruşmuş, Çingiz də ona demişdir ki, “sənin anan mənim anamı, atamı söyüb, mən də sənin ananı söymüşəm”. Həmin zaman aralarında mübahisə yaranmış, mübahisə zamanı o, əsəbiləşərək Çingizin sifətinə bir kəllə zərbəsi vurmuşdur. Çingiz də yerə yıxılmış, o, isə oradan uzaqlaşıb getmişdir. Mübahisə zamanı Çingiz onu vurmamışdır, heç bir xəsarət almamışdır. Həmin hadisə təxminən 2-3 dəqiqə müddətində baş vermişdir, hadisə zamanı orada kənar şəxs olmamışdır. Məhkəməyə ərizə təqdim edərək, özünü təqsirli bildiyini, şikayət verən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını, ondan heç bir şikayəti olmadığını qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şikayət verən şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində piyada evə gedən zaman yol kənarında dayanmış baldızı oğlu Təqsirləndirilən şəxs onu görüb yanına çağırmışdır. O, Rafiqin yanına getmiş, Rafiq niyə onun anasını söydüyünü soruşmuş, o da Rafiqə demişdir ki, “sənin anan mənim anamı söyüb buna görə də mən də yaxşı edib ananı söymüşəm”. Həmin zaman Rafiq qəfildən onun sifət nahiyəsinə bir kəllə zərbə vurmuş, onun burnundan qan gəlmiş, həmin kəllə zərbəsi nəticəsində yerə yıxılmış, yerə yıxılan zaman sol ayağının topuq nahiyəsindən də xəsarət almışdır. Rafiq isə onu vurduqdan sonra oradan uzaqlaşıb getmişdir. Həmin zaman orada kənar şəxs olmamışdır. Həmin hadisə təxiri 2-3 dəqiqə müddətində baş vermişdir. Hadisə zamanı o, Təqsirləndirilən şəxs har hansı xəsarət yetirməmişdir. Məhkəməyə ərizə təqdim edərək əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, hazırda sonuncudan heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icaata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli 1061 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X12 rəyindən görünür ki, 1) 1994-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət -burunun küt travması-burun nahiyəsinin şişkinlik halında qançırı, burun qanaxması, burun arakəsməsinin əyilməsi, burun tənəffüsünün çətinləşməsi ilə alt dodağın selikli qişasının 1 (bir) ədəd, üst damaq nahiyəsinin 1 (bir) ədəd əzilmiş-cırılmış yaraları, sol ayağın bayırtopuq nahiyəsinin hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik halında qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə dava-dalaş zamanı insan bədəninin hissələri ( kəllə ) zərbəsi təsirindən əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2001-ci ildə ACDİÜ Azərbaycan Respublikası Hərbi Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.1 -ci maddəsi ilə 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2001 -ci il tarixli Amnistiya qərarının 3.3-cü maddəsinə əsasən cəzadan azad olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs məhkumluğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83, 83.3 və 83.4-cü maddələrinin tələblərinə əsasən ödənilmiş, yəni məhkumluğu olmayan şəxs hesab olunmuşdur. Abşeron RİHB-nın Hökməli qəsəbə İƏDÜ Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Nəbiyev X4 rayonu, Hökməli qəsəbəsi, R.Rza küçəsi, ev 15 ünvanında yaşayır. Yaşadığı müddət ərzində onun barəsində indiyədək Hökməli qəsəbə İƏDÜ Nümayəndəliyə istər şifahi, istər yazılı surətdə şikayət daxil olmamışdır. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X8 adlı övladları vardır. Şikayət verən şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, şikayət verən şəxs Zərərçəkmiş şəxs ilə barışmış, şikayət verən şəxsin heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şikayət verən şəxsin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs şikayət verən şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iş üzrə şikayət verən şəxs Zərərçəkmiş şəxs ilə barışaraq, Zərərçəkmiş şəxs ona qarşı şikayəti və tələbi yoxdur. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi İbrahim oğlunun təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək əməli törətmiş şəxsTəqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi İbrahim oğluna 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi İbrahim oğluna 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-857/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-857/2024
24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver