Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-857/2025 19.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsində yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli qərarı ilə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumat verib sonuncunun inam və etibarını qazanaraq sonuncuya məxsus avtoqəza nəticəsində zədələnmiş"X3” markalı **-SK-*** qeydiyyat nişanlı avtomobili təmir etdirməyinə dair yalan vəd verib aldadaraq, bu niyyətlə Zərərçəkmiş şəxs Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsi yaxınlığında yerləşən "555” avtoservisin qarşısında xx.xx.2024-cü il tarixdə 1000 manat. 23.11,2024-cü il tarixdə 50 manat, xx.xx.2025-ci il tarixdə 45 manat, xx.xx.2025-ci il tarixdə 30 manat, sonuncunun yaşadığı Abşeron rayonu, Masazır kəndi, D.Qorqud küçəsində yerləşən evdən özünə məxsus "Kapitalbank” ASC-yə aid 4169- 7388-2032-6522 saylı bank kartından ona məxsus 4098- 5844-6006-2019 saylı "xxxx" ASC-yə aid bank kartına göndərdiyi xx.xx.2024-cü il tarixdə 250 manat və 50 manat, 28.11,2025-ci il tarixdə 20 manat və 5 manat, 29.11,2024-cü il tarixdə 70 manat, xx.xx.2024-cü il tarixdə 100 manat və 10 manat, xx.xx.2024-cü il tarixdə 50 manat və 20 manat, xx.xx.2024-cü il tarixdə 50 manat və xx.xx.2024-cü il tarixdə 50 manat pulu vahid niyyətlə cəmi 1800 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsində yaşayır. Subaydır. Bir yetkinlik yaşına çatmayan övladı var. Fərdi əmək fəaliyyəti ilə məşğul olur. Barəsində şikayət edən Zərərçəkmiş şəxs 2024-cü ilin noyabr ayının 20sindən tanıyır. Belə ki, həmin tarixdə saat 03:40 radələrində tanışı Şahid ilə Bakı şəhəri, Babək prospektində olan zaman avtoqəza baş vermişdir. Belə ki, toqquşan avtomobillərdən biri “X3” markalı **-SK-*** qeydiyyat nişanlı avtomobil imiş. Miryusiflə o, kömək məqsədilə həmin avtomobillərə yaxınlaşmışlar. “X3” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxsla söhbət əsnasında ortaq tanışları çıxmışdır. Bu zaman o, Zərərçəkmiş şəxs Neapol dairəsində yerləşən “555” avtoservisin sahibkarının tanışı olduğunu və avtomobili təmir etməyə kömək edə biləcəyini demişdir. Miryusif də onun sözünü təsdiq etmişdir. Zərərçəkmiş şəxs onunla razılaşmış və onlar avtomobili qeyd olunan servisə aparmışlar. O daha sonra Şirməmmədə bu təmir üçün 1500 manat lazım olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə həmin avtoservisin həyətində Zərərçəkmiş şəxs 1000 manat pul almışdır. Miryusif də həmin zaman yanında imiş. Həmçinin qeyd olunan avtoservisin qarşısında Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2024cü il tarixdə 45 manat, xx.xx.2024-cü il tarixdə isə 30 manat pul almışdır Bundan sonra isə Şirməmmədə müxtəlif ehtiyat hissələri lazım olduğunu bildirib hissə-hissə müxtəlif məbləğlərdə pul alırmış. Belə ki, Şirməmməd həmin pulları onun 4098-5844-6006-2019 saylı bank kartına göndərirmiş. Həmin məbləğlərdən sonuncusu xx.xx.2024-cü il tarixdə 50 manat olmuşdur. Ümumilikdə isə o, Zərərçəkmiş şəxs 1800 manat pul almışdır. Lakin həmin pulları təmir üçün xərcləməmişdir. Nəticədə isə Şirməmmədə müxtəlif bəhanələr gətirməli olmuşdur. Buna görə də Şirməmmədin onun barəsində şikayət etdiyini bildirmişdir. Hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. xx.xx.2024-cü il tarixdə saat 03:48 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospektində olan zaman ona məxsus **-SK-*** qeydiyyat nişanlı avtomobil ilə yolnəqliyyat hadisəsi törətmişdir. Nəticədə avtomobilində əziklər əmələ gəlmişdir Bu zaman orada müxtəlif şəxslər kömək etmiş və o, avtomobili yol kənarına çəkə bilmişdir. Həmin şəxslər arasında Təqsirləndirilən şəxs və Şahid da var imiş. Bundan sonra Təqsirləndirilən şəxs ilə ortaq tanışları ortaya çıxmışdır. Həmçinin Miryusif onun həmrayonlusu imiş. Buna görə də onda həmin şəxslərə qarşı inam yaranmışdır. Təqsirləndirilən şəxs söhbət əsnasında ona Neapol dairəsində yerləşən “555” avtoservisin sahibinin oğlu ilə dost olduğunu və avtomobilini orada güzəştli olaraq təmir etdirə biləcəyini bildirmişdir. Bundan sonra onlar avtomobili həmin avtoservisin həyətinə aparmışlar. Həmin günün səhər saatlarında Təqsirləndirilən şəxs ona zəng edərək avtomobilin təmiri üçün 1500 manat pul lazım olduğunu bildirmişdir. Buna görə xx.xx.2024-cü il tarixdə o, Təqsirləndirilən şəxslə qeyd olunan avtoservisin həyətində görüşmüş və orada o, Eminə 1000 manat pul vermmişdir. Qalan məbləği isə hissə-hissə ödəyəcəyini bildirmişdir. Həmçinin qeyd olunan avtoservisin qarşısında 23.11,2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 45 manat və xx.xx.2024-cü il tarixdə 30 manat pulu Təqsirləndirilən şəxs əlbəəl vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda ona zəng edərək ehtiyat hissələri və digər xərclər üçün pul istəməyə başlamışdır. Buna görə o, ona məxsus 4169-7388-2032- 6522 saylı bank kartımdan Təqsirləndirilən şəxs ona göndərdiyi 4098-5844-6006-2019 saylı "xxxx" ASC-yə aid bank kartına xx.xx.2024- cü il tarixdə 250 manat və 50 manat, xx.xx.2025-ci il tarixdə 20 manat və 5 manat, xx.xx.2024-cü il tarixdə 70 manat, 30.11,2024-cü il tarixdə 100 manat və 10 manat, xx.xx.2025-ci il tarixdə 50 manat və 20 manat, xx.xx.2024-cü il tarixdə 50 manat və xx.xx.2024-cü il tarixdə 50 manat göndərmişdir. Sonuncu pulu yaşadığı evdə bank kartından Eminin bank kartına xx.xx.2024-cü il tarixdə 50 manat olmaqla göndərmişdir. Lakin bundan sonra o, avtomobilini təmirdən çıxarmaq üçün avtoservisə gedəndə oranın işçiləri ona heç bir ödəniş edilmədiyini və ehtiyat hissəsi təhvil verilmədiyini bildirmişlər. Bu zaman başa düşmüşdür ki, Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etmişdir. Buna görə də baş vermiş hadisəyə görə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət etmişdir. Bu hadisə nəticəsində ona 1800 manat maddi ziyan dəydiyini bildirmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Şirvan şəhəri, T.İsmayılov küçəsi ev 1 mənzil 59-da qeydiyyatda olmaqla yaşayır. Subaydır. Rəsmi olaraq işləməsə də, fərdi əmək fəaliyyəti iə məşğul olur. Şikayətçi Zərərçəkmiş şəxs 2024-cü ilin noyabr ayının 21dən tanıyır. Belə ki, o, şikayət olunan Təqsirləndirilən şəxslə təxmini 1 ildir ki, dostluq münasibəti olmuşdur. xx.xx.2024-cü il tarixdə gecə 03-04 radələrində idarə etdiyi “Mitshubishi Lancer” markalı **-CF-*** qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Babək prospektində hərəkətdə imiş. Emin də bu zaman yanında imiş. Həmin vaxt "X3” markalı avtomobil yol-nəqliyyat hadisəsi törədərək hərəkətsiz yolda qalmışdır. Həmin avtomobilin yanından keçəndə sürücü onlardan kömək istəmişdir. Bundan sonra da Emin yerə düşərək həmin sürücüyə kömək etmişdir. Bundan sonra Eminlə həmin sürücü tanış çıxmışlar. Həmçinin həmin sürücü də onunla tanış olmuşdur. Bu zaman həmin şəxsin Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Söhbət zamanı Emin Şirməmmədə avtomobilin təmirinə kömək edə biləcəyini və “Neapol” dairəsində "555” avtoservisin sahibinin tanışları olduğunu bildirmişdir. Ancaq o, bu işlə bağlı Şirməmmədə heç bir vəd verməmişdir. Bundan sonrakı proseslərdə də o, Şirməmmədlə münasibət qurmamışdır. X2 əlaqəyə girərək ondan bir neçə dəfə pul almışdır. Onun həmin pullara heç bir qatışacağı olmamışdır. Sadəcə Emin dostu olduğu üçün avtomobilində olmuşdur və ona bir neçə yerə getməyə kömək etmişdir. Onun avtomobil təmiri ilə bağlı Şirməmmədlə heç bir əlaqəsi olmadığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron rayon polis idarəsinin xx.xx.2025-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllə məhkum olunmamışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəməyə gəlmədiyinə görə onun barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” haqqında qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron Rayon Polis İdarəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılaraq Abşeron RPİ-nə gətirilmiş və Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraat təzələnmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini göstərmiş və təqsirləndirilən şəxsin barəsindəki cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 11 iyun 2015-ci il tarixli Qərarının 40-cı bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışaraq ona vurduğu maddi ziyanı ödədiyini nəzərə alıb, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, ona vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut yoxdur, məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi o]luna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344- 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi o]luna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-857/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-857/2025
19.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver