Məhkəmə qərarları › İş №1(012)-86/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-86/2023

06.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-86/2023 06.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiay məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi1 iştirakları ilə xx xxxx 1998-ci ildə Əli-Bayramlı şəhərində rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvəllər məhkum olunmamış, Şirvan şəhəri Xanlar küçəsi ev 17-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cinsi ehtirasını təmin etmək məqsədi ilə 22 yanvar 2022-ci il və 24 yanvar 2022-ci il tarixlərdə Xırdalan şəhəri Heydər Əliyev prospektində kirayədə yaşadığı evdə qarşılıqlı razılıq əsasında öz cinsiyyət üzvünü on altı yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs uşaqlıq yoluna daxil etməklə təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs cinsi ehtirasını təmin etmək məqsədi ilə 24 yanvar 2022-ci il tarixdə Xırdalan şəhəri Heydər Əliyev prospektində kirayədə yaşadığı evdə qarşılıqlı razılıq əsasında öz cinsiyyət üzvünü on altı yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinə daxil edərək sonuncuya qarşı seksual xarakterli hərəkətlər etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Şirvan şəhərində yaşayır, əvvəllər heç bir ruhi əsəb xəstəliyi keçirməmiş və bununla bağlı müalicə olunmamışdır. Zərərçəkmiş şəxs tanıyır, belə ki, Zeynəb ilə təxminən 1 il əvvəl Şirvan şəhəri Nərimanov parkında tanış olmuşdur. Sonradan Zeynəbla arasında sevgi münasibəti yaranmış və onunla tez-tez görüşüb telefon vasitəsi ilə danışmağa başlamışlar. 2022-ci ilin yanvar ayında Zeynəb ona birlikdə qaçmağı və ailə qurmağı təklif etmiş, o, da Zeynəbı sevdiyindən onun təklifini qəbul etmişdir. 17 yanvar 2022-ci il tarixdə, saat 10-11 radələrində Zeynəbla Şirvan şəhəri Salyan dairəsində avtovağzalda görüşmək qərarına gəlmişlər, həmin günü o, qərarlaşdırdıqları qaydada evdən çıxmış və Salyan dairəsinə getmişdir. Ondan bir müddət sonra Zeynəb da ora gəlmiş və onlar birlikdə oradan tanımadığı avtomaşınla Bakı şəhərinə yola düşmüşlər. Bakı şəhərinə çatdıqdan sonra oradan taksi ilə Xırdalan şəhərinə gəlmişlər və həmin vaxt orada kirayə ev tapmış və həmin evdə yaşamağa başlamışlar.Onlar orada qaldıqdan sonra təxminən 5 gün sonra yəni, yanvar ayının 22-də Zeynəbla Xırdalan şəhərində kirayədə qaldığı həmin evdə təbii yola cinsi əlaqədə olmuşlar. Təxminən 2 gün sonra Zeynəbla o, yenə təbii yola cinsi əlaqədə olmuşdur.Qeyd etmişdir ki, Zeynəb onunla öz razılığı əsasında cinsi münasibətdə olmuşdur. Onlar 11 gün Xırdalan şəhərində kirayə tutuduğu evdə qalmışlar. Sonradan o, yaşadığı evi dəyişmək qərarına gəlmiş, lakin başqa ev kirayə tutmağa maddi imkanı da olmamışdır. Ona görə həmin vaxt Zeynəb bildirmişdir ki, o, Şirvan şəhərinə gedir və orada tanıdığı qızın evində qalacaqdır. 29 yanvar 2022-ci il tarixdə Zeynəb Şirvan şəhərinə gedən taksilərdən biri ilə Şirvan şəhərinə getmişdir. Həmin vaxt o, Zeynəba demişdir ki, ev tapandan sonra zəng edər o, da gələcək. Lakin elə olmuşdur ki, o, iş də, ev də tapa bilməmiş və Zeynəb da Şirvan şəhərində qalmışdır. Qeyd etmişdir ki, o, Zeynəbla cinsi əlaqədə olmamışdan əvvəl Zeynəbın 16 yaşının tamam olmadığını bilmişdir, Zeynəb ilə qeyri-təbii yolla da cinsi əlaqədə olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, atası Qanuni nümayəndə 2018-ci il tarixdə ailə üzvləri ilə birlikdə Şirvan şəhərinə gəlmişdir və həmin tarixdən Şirvan şəhərində yaşayırlar, 2008-ci il təvəllüdlü qardaşı X4 vardır. 2021-ci lin oktyabr ayından Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Cırtdan” marketdə işləməyə başlamışdır. Təqsirləndirilən şəxs isə təxminən 1 ilə yaxındır ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxsla Şirvan şəhəri, Nərimanov parkında tanış olmuşdur. Həmin vaxt bir-birilərinə mobil nömrələrini vermişlər və aralarında sevgi münasibəti yaranmış, dəfələrlə Tofiqlə Şirvan şəhərində görüşmüşmülşər, onunla telefonla danışmışlar.O, Tofiqlə olan münasibəti barədə ailəsinə demiş, lakin Tofiqin ailəsinin yaxşı ailə olmadığını ona demişlər və onunla münasibətini kəsməyini bildirmişdir.Lakin o, Tofiqi sevdiyindən onunla danışmağa davam etmişdir. 2022-ci ildə Tofiqlə qərarlaşmışlar ki, qaçaq. Tofiq də ona razılıq verib ona demişdir ki, onun da ailəsi onunla ailə qurmağına razı deyil, buna görə də birlikdə qaçaq. O, da Tofiqlə razılaşmışdır ki, 17 yanvar 2022-ci il tarixdə, saat 10-11 radələrində razılaşdıqları qaydada evdən öz əşyalarını götürüb və ordan Şirvan şəhəri Salyan dairəsi adlanan yerə gəlmişdir. Orada Tofiqlə görüşüb Bakı şəhərinə gedən taksi ilə yola düşmüşlər və Bakı şəhərinə getmişlər. Bakı şəhərinə çatdıqdan sonra oradan taksi ilə Xırdalan şəhərinə gəlmişlər və həmin vaxt orada Tofiq kirayə ev tapmış, onlar həmin evdə yaşamağa başlamışlar.Onlar orada qaldıqdan sonra təxminən 5 gün sonra yəni, yanvar ayının 22də Tofiqlə Xırdalan şəhərində həmin evdə təbii yola cinsi əlaqədə olmuşlar. Təxminən 2-gün sonra, 24 yanvar 2022-ci il tarixdə Tofiqlə yenə təbii və qeyri-təbii yola cinsi əlaqədə olmuşdur.O, Tofiqlə öz razılığı əsasında cinsi əlaqədə olmuşdur. Sonra onlar 10 gün Xırdalan şəhərində kirayə evdə qalmışlar. Həmin müddətdə Tofiq iş axtarsa da, tapa bilməmişdir. Sonra Tofiq ona demişdir ki, Şirvan şəhərinə qayıtsın və tanış qızlardan birinin evinə getsin, o iş tapsın, ona deyəcək, Bakı şəhərinə gələr.O, da Tofiqə inanmış və 29 yanvar 2022-ci il tarixdə Şirvan şəhərinə gələn taksilərdən biri ilə Şirvan şəhərinə gəlmiş və Fatimə adlı rəfiqəsi ilə qabaqcadan danışmış və danışığa əsasən Şirvan şəhərinə gəldikdən sonra Fatimənin evində qalmışdır. Həmin müddət ərzində Tofiq ona iş axtardığı barədə yalan deməyə başlamış, sonra da Tofiq ondan 20 manat pul istəmiş, o, da pulu olmadığını demiş, həmin vaxt Fatimə onun ağladığını görüb və ona 20 manat pul vermişdir ki, Tofiqə göndərsin. Sonrakı gün Tofiq təkrar ondan 25 manat pul istəmişdir ki, ev tapıb, pulu çatmır. O, da Tofiqə demişdir ki, pulu yoxdur. Sonra Tofiq ona bir söz deməmiş, ondan başqa Tofiqlə danışığı və ya görüşü olmamışdır. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs onunla Abşeron rayonu Xırdalan qəsəbəsində kirayə tutduğu evdə cinsi əlaqədə olmuş, Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olmamışdan əvvəl onun hələ 16 yaşının tamam olmadığını bilmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. O, xx xxxxxxxx 2006-cı ildə Şirvan şəhərində anadan olmuşdur. Zərərçəkmiş şəxs 2021-ci lin oktyabr ayından Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Cırtdan” marketdə işləməyə başlamışdır. Baş vermiş hadisədən sonradan məlumatı olmuşdur. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-Tibbi Ekspertizasının 16 fevral 2022-ci il tarixli, 57 saylı yərində göstərilmişdir ki, 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərarın tərviri hissəsində göstərilənləri nəzərə alaraq və qarşıya qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinmişdir; - Zərərçəkmiş şəxs bədən səthində heç bir xəsarət aşkar olunmadı; - Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, müddəti müayinədən iki həftədən artıqdır, dəqiq müddət müəyyən etmək mümkun hesab edilmir. - Zərərçəkmiş şəxs ilə arxa keçəcək vasitəsilə cinsi əlaqədə olunmuş, müddəti müayinədən iki həftədən artıqdır, müayinə olunanın göstərdiyi tarixdə olması inkar olunmur.Arxa keçəcək girəcəyin qıfabənzər genişlənməsi, sfinktorun tonusunun zəifləməsi, şüvari büküşlərin bir qədər hamarlaşması bunu sübüt edən əlamətlərdən hesab olunur. - Hadisədən xeyli müddət keçdiyindən Zərərçəkmiş şəxs cinsiyyət orqanlarında spermatozoidlərin aşkar edilməsi mümkun hesab edilmir. - Zərərçəkmiş şəxs 5 həftəlik hamilə olmasına şübhə var.Həmin xüsussatın dəqiqləşdirilməsi üçün 1 həftədən sonra təkrar ginekoloji müayinə tövsiyə olunur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 02 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, qanuni nümayəndənin, ifadələri, ekspert rəyləri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsin şəxsiyyəti onun törətdiyi cinayətdən ayrıca olaraq, qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxsi xarakterizə edən bu və ya digər mənbədən əldə olunmuş məlumatlar qiymətləndirilərkən nəzərdən qaçırılmamalıdır ki, təqsirkarın törətdiyi cinayət 16 yaşına çatmamış qızın cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə yönəldiyindən, bu cinayətlər təqsirkarın əxlaq və mənəviyyata, sosial dəyərlərə münasibətini aşkarlamaqla onların şəxsiyyətinin qiymətləndirilməsi zamanı diqqətdən qaçırıla bilməz. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilmiş cinayətin ilk dəfə az ağır cinayət olmasını, cəzasının yüngülləşdirən halını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar