Məhkəmə qərarları › İş №1(012)-86/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-86/2024

05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-86/2024 05.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1996-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməyən, Mingəçevir şəhər Vəli Hüseynov küçəsi ev 2/45, mənzil 18-də qeydiyyatda olmaqla, Bakı şəhər Binəqədi rayon Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsi, nömrəsiz fərdi evdə yaşayan və barəsində “ həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Bakı şəhəri Binəqədi rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı1) daxil edilmiş, bir ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,213 qram psixotrop maddə metamfetamini 15 manat müqabilində qanunsuz əldə edib üzərində Abşeron rayonu Saray qəsəbəsinə daşıyaraq saxlamış, 24 fevral 2023-cü il tarixdə saat 22:50-də Abşeron RPİnin Saray PB-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi “Göyyalı” adlı ət dükanının yaxınlığında psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb Abşeron RPİ-nin Saray PB-nə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarnın sağ yan cibindən həmin 0,213 qram çəkidə psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmədi, narkotik vasitənin ona aid olmadığını bildirdi. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 2 ilə yaxındır ki, müxtəlif yerlərdə tanımadığı şəxslərdən psixotrop maddə olan metamfetamin əldə etməklə istifadə edir. xx.xx.2023-cü ildə, saat 22 radələrində Bakı şəhər Binəqədi rayonu ərazisində tanımadığım şəxsdən 15 (on beş) manat qarşılığında 1 (bir) bükümdən ibarət psixotrop maddə metamfetamin almış və həmin gün, saat 22:50 radələrində Abşeron rayon Saray qəsəbəsinə tanışı X6 ilə “Göyyalı” ət dükanının yaxınlığında gəzərkən üç nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib onları Polis Bölməsinə dəvət etmişlər. Bölmənin inzibati binasında hüquq və vəzifələri izah edilməklə dəvət edilmiş vəkilin iştirakı ilə video-çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet olub-olmaması barədə soruşulduqda o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofana bükülmüş psixotrop maddə olan metamfetamini çıxarıb təqdim edərək həmin psixotrop maddəni xx.xx.2023-cü ildə, saat 22 radələrində Bakı şəhəri Binəqədi rayonunda tanımadığı şəxsdən 15 (on beş) manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra həmin bir ədəd bükülü polis əməkdaşı tərəfindən kağız zərfə qablaşdırılaraq üzəri möhürlənmişdir. Sonra bu barədə protokol tərtib olunmuş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray polis bölməsinin sahənin polis nəfəri Şahid2 hadisəni tam təqdiq etmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray polis bölməsinin sahənin polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildə, saat 22:50 radələrində polis nəfəri Şahid2la birlikdə xidmətdə olarkən şəxsiyyətləri onlara sonradan məlum olan Təqsirləndirilən şəxs və X6 özlərini şübhəli apardıqları üçün onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra onların hər ikisini polis bölməinə dəvət etmişlər. Bölmənin inzibati binasında əvvəlcə təhqiqatçı Bəşir Bəşirli və müdafiəçi Pərvanə Hüseynovanın iştirakı ilə video-çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış başlanmazdan əvvəl üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet olub-olmamasi barədə soruşulduqda o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofana bükülmüş maddəni çıxarıb təqdim edərək bildirmişdir ki, həmin maddə psixotrop maddə olan metamfetamindir və həmin psixotrop maddəni xx.xx.2023-cü ildə, saat 22 radələrində Bakı şəhər Binəqədi rayonunda tanımadığı şəxsdən 15 (on beş) manata şəxsi istifadəsi üçün almışdır. Aşkar edilərək götürülmüş həmin psixotrop maddə kağız zərfə qablaşdırılaraq üzəri möhürlənmişdir. Sonra bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-də əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildə, saat 22:50 radələrində bölmənin polis sahə rəisi, polis leytenantı Kamran İsgəndərli və polis nəfəri Şahid2la birlikdə xidmətdə olarkən şəxsiyyətləri onlara sonradan məlum olan Təqsirləndirilən şəxs və X6 özlərini şübhəli apardıqları üçün onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra onların hər ikisini polis bölməinə dəvət etmişlər. Bölmənin inzibati binasında əvvəlcə təhqiqatçı Bəşir Bəşirli və müdafiəçi Pərvanə Hüseynovanın iştirakı ilə video-çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış başlanmazdan əvvəl üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet olub-olmamasi barədə soruşulduqda o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofana bükülmüş maddəni çıxarıb təqdim edərək bildirmişdir ki, həmin maddə psixotrop maddə olan metamfetamindir və həmin psixotrop maddəni xx.xx.2023-cü ildə, saat 22 radələrində Bakı şəhər Binəqədi rayonunda tanımadığı şəxsdən 15 (on beş) manata şəxsi istifadəsi üçün almışdır. Aşkar edilərək götürülmüş həmin psixotrop maddə kağız zərfə qablaşdırılaraq üzəri möhürlənmişdir. Sonra bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 6/1144 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №246” dairəvi möhür əksi və “...Kərimov-imza; dörd-imza, təhqiqatçı: B.Bəşirli-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi - 0,213 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxş tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1211 nömrəli eksprt rəyindən görünür ki, Kərimov X2 və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANiYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarnın sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İstintaq materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin Saray PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim edilmiş bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Abşeron RPİ-nin Saray PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncunun əynində olan göy rəngli cins şalvarnın sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 1 ədəd bükümdə ümumi təmiz çəisi 0,213 qram təşkil edən çəkidə psixotrop maddə olan metamfetamindən ekspertiza keçirildikdən sonra qalıq qalmış 0,163 qram psixotrop maddə iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Yasamal rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci ildə Xəzər rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 18 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. xx.xx.2022-ci ildə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal olaraq müəyyən edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçmiş, işə baxılarkən həmin qətimkan tədbiri məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. Lakin, məhkəmənin 23 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilmiş həbs qətimkan tədbiri seçilmiş, 23 oktyabr 2024-cü il tarixdə tutularaq MSY-ə təhvil verilmişdir.Hazırda həbsdədir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə özünü müdafiə kimi hüquqi qiymət verir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Kərimov X4 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci ildə Xəzər rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 18 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. xx.xx.2022-ci ildə cəza müddəti başa çatmışdır. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab edilir. Belə olan halda, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş sayılır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halın olmamasını və ağırlaşdıran halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı ağırlaşdıran halı, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,163 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron rayon Vəkil Bürosunun vəkili X10 təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Abşeron rayon Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3 maddəsinə əsasən tutulduğu 02 gün müddət təyin edilmiş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 05 ay, 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi 23 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,163 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 92 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı hüquqi xidmət göstərən Abşeron rayon Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar