Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-86/2025 04.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş,məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Yasamal rayonunda, İnşaatşılar metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” daxil edilmiş, bir ədəd şəffaf sellofan bükümdə 0,724 qram çəkidə ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamış və Abşeron rayonu, Xırdalan şəhərinə daşımış, qanunsuz olaraq psixotrop maddə əldə etməkdə, saxlamaqda və daşımaqda şübhəli bilinərək xx.xx.2023cü il tarixdə saat 14 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib, orada həmin gün saat 14.55-dən 15.25-ə kimi üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli, kətan şalvarının sağ yan cibindən həmin bir ədəd şəffaf sellofan bükümdə 0,724 qram çəkidə ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olduğunu, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək,ifadəsində göstərmişdir ki, psixotrop maddə olan metamfetamin istifadəçisidir. 08 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhərində, Yasamal rayonu ərazisində, İnşaatçılar metrostansiyası yaxınlığında tanımadığı bir nəfər şəxslə həmsöhbət olmuş, həmin şəxs ona demişdir ki, əgər «Şüşə», yəni psixotrop maddə metomfetamin istəyirsə ona ucuz qiymətə, bir bükümünü 20 (iyirmi) manata sata bilər. Tanımadığı şəxsə psixotrop maddə metamfetamin almaq istədiyini bildirmiş, həmin şəxs ona demişdir ki , gözləsin, gedib gətirir. Həmin yerdə təxminən 10- 15 dəqiqə gözələmş, tanımadığı şəxs bir neçə dəqiqədən sonra gəlmiş, cibindən bir ədəd selofan büküm çıxarıb açmış, həmin bükümün içərisində olan maddəyə baxdıqda bükümdə psixotrop maddə metamfetamin olmasını görmüşdür. Tanımadığı şəxsdən həmin bir bükmdə olan metamfetamini 20 (iyirmi) manat pul verməklə almış və əynində olan boz rəngli, kətan materialından olan şalvarının sağ yan cibində saxlamışdır ki, bədənində ağrılar olanda qəbul etsin. Əldə etdiyi psixotrop maddəni üstündə saxlayaraq Abşeron rayonu, Xırdalan şəhərinə gəlmiş, həmin günü, yəni 08 sentyabr 2023-cü il tarixdə saat 14 radələrində yaşadığı evinə gedərkən Abşeron rayonu, Xırdalan şəhəri, Nəsimi küçəsində iki nəfər mülkü geyimdə şəxslər ona yaxınlaşıb, özlrini təqdim edərək polis əməkdaşları olduqdarım bildirmiş, ona narkotik maddələrin və ya psixotrop maddələrin qanunsuz olaraq əldə etmə, saxlama və daşımasında şübhəli olduğunu bildirərək onlarla Abşeron RPİ-nə getməyi təklif etmişlər. Polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nə gedərkən ondan narkotik maddə və ya psixotrop maddələrin istifadəçisi olub- olmadığını soruşduqda,etiraf etmişdir ki, psixotrop maddələr qəbul edir. Abşeron RPİ-nin inzibati binasında xidməti otaqların birində, müdafiəçinin iştirakı ilə, video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirməsi qadağan edilmiş hər hansı bir əşya və ya premet olubolmadığı soruşulmuşdur. Üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli kətan şalvarının sağ yan cibindən sellofana bükülmüş l(bir) bükümdən ibarət psixotrop maddə olan metamfetamini stolun üzərinə qoyaraq təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümü açaraq psixotrop maddəyə baxdıqdan sonra ondan sorğu edərkən o, həmin maddənin psixotrop maddə metamfetamin olduğunu, Bakı şəhəri, Yasamsal rayonunda tanımadığı şəxsdən 20 manata özü qəbul etmək üçün aldığını bildirmişdir. Aşkar olunan psixotrop maddə metamfetamin bükümü kağız zərfdə qablaşdırıldıqdan sonra, zərfin üzərinə iştirakçılar və o, imza etmişlər. Bundan sonra polis əməkdaşları protokol tərtib etmiş, protokol oxunandan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir. Abşeron RPİ-nə xx xxxxxx 1984-cü ildə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş, ünvan 2 ünvanında yaşayan və qeydiyyatda olan X4 Abşeron rayonu, Xırdalan şəhəri ərazisində narkotik vasitəni və psixotrop maddələri üzərində saxlamaqla gəzdirməsi, istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olduğundan raportla rəhbərlinyə müraciət etdikdən sonra əməliyyat qrupu yaradıldıı və əməliyyat qrupuna NMQ-nun əməliyyat müvəkkili polis leytenantı Şahid2 da daxil edilmiş və əməliyyat qrupuna rəhbərlik də ona tapşırılmışdır. Daxil olmuş məlumatı yerində yoxlamaq və cinayət törətmiş şəxsi ifaşa etmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə əməliyyat qrupu Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində olarkən Təqsirləndirilən şəxs müşayət etmiş o, özünü şübəli apardığından saxlanılaraq Abşeron RPİ-nin inzibati binasına gətirilmişdir. Abşeron RPİ-nin inzibati binasında xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməzdən əvvəl vəkillə təmin olunmaqla hüquq və vəzifələri izah olunmuş və texniki vasitə kimi videoçəkilişdən istifadə ediləcəyi təhqiqatçı tərəfindən ona bildirmşdir. Bundan sonra videoçəkiliş aparılmaqla Polis İdarəinə gətirilmiş vətəndaş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya, predmet, narkotik vasitə, psixotrop maddə və yaxud saxlanılması qanunla qadağan olunmuş hər hansı bir digər əşya olub-olmadığı soruşulmuş, əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan boz rəngli, kətan şalvarının sağ yan cibindən bir əd şəffaf selofana bükümüş bir bükümdən ibarət olan, psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb təqdim edərək, həmin kütlənin psixotrop maddə metamfetamin olmasını, metamfetaminin özünə məxsu olmasını, həmin metamfetamini 08.09. 2023-cü il tarixdə Bakı şəhəri,Yasamal rayonu ərazisində, İnşaatçılar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 20 (iyirmi) manat pul verməklə aldığını və özü istifadə etmək üçün öz üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair hər hansı bir etrazının olub olmaması soruşulmuş, Təqsirləndirilən şəxs, üzərində şəxsi axtarış aparılmasına dair heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş, başqa hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzrindən aşkar olunan bir ədəd şəffaf sellofana bükülmüş bir bükümün içərisində olan psixotrop maddə metamfetaminə bənzəyən kütlə götürülərək müvafiq qaydada zərfə qoyulmaqla qablaşdırılmış və qablaşdırılmış zərf Azərbaycan Respublikası DİN-nin 56 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən «Canon» markalı aparatla videoçəkiliş aparılmış, daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı psixatorop maddəyə oxşar kütlə aşlca edilib götürülməsinə dair protokol tərtib edilmişdir. Protokol oxunandan sonra bütün iştirakçılar tərəfindən imzalanmış, həmçinin Təqsirləndirilən şəxs da protokola və zərfin üzərinə imza etmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Abşeron RPİ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid2 eyni məzmunlu ifadə verib iş üzrə şahid qismində dindirimlmiş Şahid1 vermiş olduğu ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Təqsirləndirilən şəxs üzərinə 08 sentyabr 2023-cü il tarixdə “şəxsi axtarış və götürülmə keçirilməsi” haqqında protokoldan görünür ki, 08 sentyabr 2023-cü il, saat 14:55 radələrindən saat 15:25 radələrinə qədər şəxsi axtarış keçirilən zaman onun əynindəki boz rəngli kətan şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü aşkar edilmişdir. Həmin bükülünün içərisi açılıb baxıldıqda içərisindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Həmin bükülü təhqiqatçı tərəfindən aşkar edilərək götürülmüşdür. Daha sonra əməkdaşlar tərəfindən üzərinə baxış keçirilmiş hər hansı əşya və predmet tapılmamışdır. Məhkəmə-kimyəvi ekstertizanın 09 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/4800 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bükümdəki təmiz çəkisi - 0, 724 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üslla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatına tədqiq olunmuş psixotrop maddə meğamfetaminin təmiz çəkisi 11,421 qram, tədqiqata sərf olunan miqdar 0,05 qram, ekspertiza tədqiqatından qalıq qalmış metamfetamin çəkisi 0,674 qram təşkil edir. Metamfetamin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "‘Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop madddələrin 1 siyahısına” daxildir. Cinayət işi üzrə alınmış ambulator məcburi- narkoloji tibbi yoxlamanın 30 noyabr 2023-cü il tarixli, 7836 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 04 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün (on bir ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 09 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. Təqsirləndirilən şəxs şərti məhkumluğunun müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, hazırkı cinayət əməlini isə göründüyü kimi 08 sentyabr 2023-cü il tarixdə, yəni məhkumluğu ödənilmədiyi dövrdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş olur. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs bu əməlində çinayətin residivi vardır. İstintaq zamanı Abşeron rayon Pİ-nin TŞ-nin əməkdaşı tərəfindən təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə video çəkiliş görüntülərini əks etdirən bir ədəd DVD formatlı diskə baxış keçirilmişdir. Təqdim olunmuş diskdəki görüntülərdə Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin saxlanmasında və qəbul edilməsində şübhəli olduğunun elan edilməsi, müdafiəçi və polis əməkdaşlarının təqdim edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunması, onun üzərində hər hansı şübhəli əşya və predmet varsa təqdim etməsi barədə təklif olunması, bu zaman onun əynindəki boz rəngli kətan şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etməsi və psixotrop maddə olan həmin metamfetamini Bakı şəhəri,Yasamal rayonu ərazisində 20 (iyirmi) manat pul verib tanımadığı şəxsdən almaqla öz istifadəsi üçün əldə etməsini və üzərində gəzdirməsini bildirməsi öz əksini tapmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 1 ədəd bükümdə ümumi çəkisi 0,724 qram psixotrop maddə olan metamfetamindən ekspertiza keçirildikdən sonra qalıq qalmış 0,674 qram metamfetamin iş üzrə 28 dekabr 2023-cü il tarixdə maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən Abşeron RPİ-nin əməkdaşları tərəfindən çəkilmiş 1 (bir) ədəd disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuşdur. Təqsirləndirilən şəxs 08 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş 10 sentyabr 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, MSY-dən azad edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmış, xx.xx.2023-cü il tarixdə tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Qeyd edilənlərdən göründüyü kimi Təqsirləndirilən şəxs 04 gün tutma tətbiq olunmuşdur. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(124)-706/2024 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və o, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəznı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddəti cəzçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08 mart 2024-cü il tarixdən hesablanması, barədində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli tədbirlər tətbiq olunması və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal cinayətin residivi olmasıdır. CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halın olmamasını, cəzanı ağırlaşdıran halı, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsi onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən onun barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(124)-706/2024 saylı hökmünə əsasən təyin edilmiş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs bu cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 04 gün tutma ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.7-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(124)-706/2024 saylı hökmünə əsasən tutulduğu 08 mart 2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(124)- 706/2024 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsi və hazırda həmin hökmlə azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,674 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etdiyindən ona Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası, onun barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(124)- 706/2024 saylı hökmünə əsasən təyin edilmiş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzası ilə qismən birləşdirilsin, ona qəti olaraq 11 (on bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs bu cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 04 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın, üzərində qəti olaraq 11 (on bir il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 08 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 1(124)-706/2024 saylı hökmünə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan tədqiqatdan sonra qalıq qalmış 0,674 qram metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanılsın. Məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 92 manat məbləğində pul məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-86/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-86/2025
04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver