Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-863/2025 02.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1979-cu ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam " qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qohumu Zərərçəkmiş şəxs vəfat etmiş atası X1 vərəsəsi kimi tanınmasında məhkəmədə köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, bu niyyətlə Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 18:12 dəqiqədə Abşeron rayonu, Novxanı qəsəbəsi, Dəniz yolunda yerləşən “Rahat Market” adlı mağazada quraşdırılmış “MPAY” ödəmə terminalı vasitəsi ilə onun 10010088 nömrəli “Leo” kart hesabına göndərdiyi 4000 manat, xx.xx.2024-cü il tarixdə saat 15:22:28 dəqiqədə ünvan 3 ünvanında yerləşən “Amin Market” adlı mağazada quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 10010088 nömrəli “Leo” kart hesabına göndərdiyi 200 manat, xx.xx.2024-cü il tarixdə saat 16:48 dəqiqədə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qara Qarayev küçəsi, “Qarant” yaşayış kompleksində yerləşən “Şok Market” adlı mağazada quraşdırılmış “MPAY” ödəmə terminalı vasitəsi ilə 10010088 nömrəli “Leo” kart hesabına iki dəfəyə göndərdiyi 1000 manat, ümumilikdə 5200 manat pulu vahid niyyətlə alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini,hazırda zərərçəkmiş şəxsə dəyən ziyanı tam ödədiyi və dövlət büdcəsinə vurulmuş ziyanın 25 % həcmində ödəniş etdiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Rəsmi olara heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs tanıyır, onun uzaq qohumudur.Abdulla ilə münasibətləri hər zaman normal olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Bildirmişdir ki, 2024-cü ilin oktyabr ayında Abdulla və onun qaynatası X4 ona müraciət edərək bildirmişlər ki, “Abdullanı atasının ölümü ilə əlaqədar olaraq məhkəmədə vərəsə kimi tanımaq lazımdır”. O da bunun üçün Abdulladan bu işi həll etməkdən ötrü 5200 manat pul istəmişdir.Bundan sonra Abdulla onunla razılaşmış və ona verdiyi kart hesabına xx.xx.2024-cü il tarixdə 4000 manat, xx.xx.2024cü il tarixdə 200 manat və xx.xx.2024-cü il tarixdə 1000 manat pul göndərmişdir. Bundan sonra o, Abdullanın işini həll edə bilməmiş, Abdullanın ona göndərdiyi pulu da öz şəxsi ehtiyaclarına xərclədiyindən geri qaytara bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Abdulla onun barəsində Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinə oradan da istintaq şöbəsinə şikayət etmişdir. O, Abdullanın ondan şikayət etməsinə inanmadığı üçün Abşeron rayon polis idarəsinin istintaq şöbəsinə gəlməmişdir. Bundan sonra o, Abdulladan aldığı 5200 manat pullu Abdullaya tam şəkildə qaytarmışdır. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Baki şəhəri, ünvan 5 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. X3 onun atasıdır. Atası 2024-cü ilin oktyabr ayında yol qəzasında vəfat etdiyi üçün o da atasının soy adı ilə öz soyadı arasında fərq olduğu üçün qərara gəlmişdir ki, atasının vərəsəsi kimi tanınsın. Atasının bacı qardaşları vərəsi kimi tanınmaq istəmişlər o da buna qarşı çıxmışdır. Buna görə də qaynatası X2 vasitəçiliyi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin vaxtı Əli özünün yüksək rütbəli nazırin qohumu olduğunu və bu işləri həll edə biləcəyini bildirib atasının vərəsəsi kimi tanıtmaq üçün ondan 5200 manat pul istəmişdir. O da xx.xx.2024-cü il tarixdə saat 18:12 dəqiqədə Abşeron rayonu, Novxanı qəsəbəsi, Dəniz yolunda yerləşən “Rahat Market” adlı mağazada quraşdırılmış “MPAY” ödəmə terminalı vasitəsi ilə 10010088 nömrəli “Leo” kart hesabına 4000 manat, bundan sonra xx.xx.2024-cü il tarixdə saat 15:22:28 dəqiqədə ünvan 3 ünvanında yerləşən “Amin Market” adlı mağazada quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 10010088 nömrəli “Leo” kart hesabına 200 manat, xx.xx.2024-cü il tarixdə saat 16:48 dəqiqədə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qara Qarayev küçəsi, “Qarant” Yaşayış kompleksində yerləşən “Şok Market” adlı mağazada quraşdırılmış “MPAY” ödəmə terminalı vasitəsi ilə 10010088 nömrəli “Leo” kart hesabına 1000 manat pulu göndərmişdir. Razılaşmalarına görə Əli onun vərəsəlik işini həll edib məhkəmədən qərar götürməli idi. Lakin buna baxmayaraq Əli pulu aldıqdan sonra heç bir iş görməyib onun pulunuda qaytarmamışdır. Dəfələrlə Əlidən pulunu tələb etsə də lakin Əli pulunu qaytarmayaraq onu aldatmışdır. Ona görə də o, hadisə ilə əlaqədar Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinə şikayət etmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə ailə üzvüləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun kürəkənidir. Kürəkəni Abdullanın atalığının təstiq edilməsi və varislik ilə əlaqədar məhkəməyə müraciət etmək lazım olmuşdur. Bununla əlaqədar o, və əri Ceyhunla bir yerdə qohumları Təqsirləndirilən şəxs müraciət etmişlər. Bundan sonra Əli ilə görüşmüşlər, həmin vaxtı Əli demişdir ki, “5200 manata həmin işi məhkəmədə həll edib vərəsəlik ala bilər”. Bundan sonra Abdullada Əli ilə razılaşmışdır. Abdulla Əlinin göndərdiyi karta hissəhissə olmaqla 5200 manat pul göndərmişdir. Lakin Əli işi həll etməmiş, o cümlədən Abdullanın pulunu ələ keçirmişdir. O, dəfələrlə Əliyə müraciət edib pullarını tələb etsə də Əli Abdullanın pulunu qaytarmamışdır. Bundan sonra Abdulla Əlinin barəsində Abşeron rayon polis idarəsinə ərizə ilə mürcaiət etmişdir. Abdulla ilə Əlinin danışmasında o da orada olmuşdur. Əli həmin vaxtı demişdir ki, “ işi 2-3 ay müddətinə işi həll edəcəkdir”. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hal onun zərərçəkmiş şəxsə dəymiş ziyanın tam odəməsidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəyən 5200 manat ziyanı tam ödəyib, ona qarşı şikayəti yoxdur. Təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək elan olunan ittihamda özünü tam təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışdığını, ona vurduğu ziyanı ödədiyini, həmçinin dövlət nəfinə vurulmuş ziyanın 25%-ni ödədiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici izahatı ilə bərabər, zərərçəkənin izahatı, şahidin ifadəsi, işdə olan sənədlərlə tam sübutdur. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində 5200 manat vurulmuş ziyanın iyirmi beş faizi miqdarını 1300 manat məbləğini dövlət büdcəsinə ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ona görə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin,onu da qeyd edir ki, əvvəlki məhkəmə iclaslarında təqsirləndirilən şəxsin hüquqlarını müdafiəçisi olmuş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 20 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün11 manat hesablanmaqla, müvafiq olaraq 210 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam ” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsn istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 210 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, apelyasiya şikayəti və protesti verilmədiyi halda, qeyd olunan müddətin başa çatdığı vaxtın sonrakı günü qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-863/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-863/2025
02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver