Məhkəmə qərarları › İş №1(012)-867/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-867/2024

30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-867/2024 30.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Şabran rayonu, Aygünlü kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində nömrəsiz fərdi evdə yaşayan, barəsində Abşeron Rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilərək ƏN Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 08 mart 2024-cü il tarixdə saat 11:00 radələrində, Bakı şəhəri, Binəqədi rayonu, “Mərkəz Binəqədi" adlanan ərazidə dayanacaqda istintaqa məlum olmayan şəxsdən 20 manat müqabilində satış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahılarına (İ siyahısı) əsasən xeyli miqdarda 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağızı bükümündə çəkisi 0,271 qram olan ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib Abşeron Rayonu, Mehdiabad qəsəbəsinə daşımış və saxlamış, 09 mart 2024-cü il tarixdə saat 12:20 radələrində X5 əməkdaşları tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsi, “Qarabağ” şadlıq sarayının qarşısında saxlanılmaqla Abşeron rayon polis idarəsinin X5 inzibati binasına gətirilərək, orada həmin gün saat 14:50-dən 15:10-dək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağızı bükümündə çəkisi 0,271 qram olan ağ rəngli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini,ona əməlindən peşiman olmasını nəzərə alaraq yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuşdur. xx.xx.2022- ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxmışdır. Mütəmadi olaraq narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini bildirmişdir. Həbsdən çıxdıqdan sonra, narkotik vasitə və psixotrop maddələrdən əsasən də psixotrop maddə metamfetamindən daha çox istifadə etdiyini bildirmişdir. Psixotrop maddə metamfetamini əsasən folqa adlanan kağız üzərində çəkməklə istifadə etiyini bildirmişdir. 08 mart 2024-cü il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, “Mərkəz Binəqədi” adlanan ərazidə özünə iş axtarmaq üçün gəzirmiş. Bir neçə saat gəzdikən sonra özünə iş tapa bilmədiyindən yaşadığı Mehdiabad qəsəbəsinə geri qayıtmağı qərara almışdır. Mərkəz Binəqədi adlanan ərazidə dayanacaqda oturub avtobus gözləməyə başlamışdır. Bu zaman tanımadığı bir nəfər şəxslə söhbət eləməyə başlamışdır. Həmin şəxslə söhbət edən zaman həmin şəxs Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu demişdir. Təqsirləndirilən şəxs da ona psixotrop maddə metamfetamindən istifadə etdiyini bildirmişdir. Həmin şəxs Təqsirləndirilən şəxs 01 ədəd büküm psixotrop maddə metamfetamini təxminən 20 manat müqabilində sata biləcəyini demişdir. Təqsirləndirilən şəxs də onunla razılaşmışdır. Həmin şəxs Təqsirləndirilən şəxs gözləməsini deyib daha sonra oradan ayrılmış və uzaqlaşaraq getmişdir. Təxminən 15-20 dəqiqə sonra həmin şəxs Təqsirləndirilən şəxs yaxınlaşmış və bir büküm psixotrop maddə metamfetamin vermişdir. Təqsirləndirilən şəxs də onun verdiyi bükümü açaraq içində psixotrop maddə metamfetamin olduğunu görmüşdür və həmin şəxsə 20 manat pul vermişdir. Həmin şəxs oradan ayrılaraq getmişdir. Təqsirləndirilən şəxs də bir neçə dəqiqə orada qaldıqdan sonra iş tapa bilmədiyindən yaşadığı Mehdiabad qəsəbəsinə gəlmişdir. 09 mart 2024-cü il tarixdə səhər saat 12 radələrində siqaret almaq üçün Mehdiabad qəsəbəsi, 28 may küçəsi, “Qarabağ" marketin yaxınlığı ilə gəzirmiş. Həmin zaman cibində xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən aldığı psixotrop maddə metamfetamin də var imiş. Bu zaman iki nəfər mülki geyimli şəxslər Təqsirləndirilən şəxs yaxınlaşmışdırlar. Onlar xidməti vəsiqələrini çıxardıb özlərini təqdim etmişdirlər. Onlar xidməti vəsiqələrini çıxardaraq özlərini təqdim edərək polis əmnəkdaşları olduqlarını bildirmişdilər. Daha sonra həmin şəxslər ona narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu və hal hazırda üzərində qanunsuz olaraq psixotrop maddə metemfetamin olduğunu bildirmişdilər. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs barəsində Əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişdirlər. Təqsirləndirilən şəxs də onlara üzərində qanunsuz olaraq psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək onu Mehdiabad PB-nə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə X7 getmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə aludəçisi olduğunu və hal hazırda üzərində qanunsuz olaraq psixotrop maddə olduğunu bildirir. Daha sonra polis bölməsində ona hüquq və vəzifələrini müdafiə etmək üçün müdafiəçi təqdim edilmişdir. Təqsirləndirilən şəxs də təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Polis bölməsində onun üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi barədə məlumat vermişlər. Təqsirləndirilən şəxs də üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Daha sonra X5 inzibati binasında xidməti otaqlarından birində videoçəkilişlə müdafiəçinin, polis əməkdaşlarının və təhqiqatçının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməyə başlamışdır. Vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilməklə video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olubolmadığı soruşulmuşdur. O, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin ügümüşü rəngli kağızına bükülmüş ağ rəngli, kristal şəkilli spesifik qoxuya malik psixtrop maddə metamfetamin çıxardıb təqdim etmişdir. Təqdim etdiyi siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümə orada olan polis əməkdaşlarının, müdafiəçinin və təhqiqatçının iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. Həmin bükülüdə nə olduğu soruşulmuşdur. O, həmin bükülüdə psixtrop maddə metamfetamin olduğunu demişdir. Həmin psixtrop maddə metamfetamini hardan və nə vaxt aldığı ondan soruşulmuşdur. O isə həmin psixtrop maddə metamfetamin xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Mərkəz Binəqədi adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını və istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərində aşkar edilmiş 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş psixtrop maddə olan metamfetamin götürülərək zərfə qoyulmuş, üzəri möhürlənmiş, axtarış və götürmədə iştirak edən polis əməkdaşları və müdafiəçi tərəfindən, habelə onun tərəfindən imzalanaraq qablaşdırılmışdır. Daha sonra üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, həmin protokol onlara ucadan oxunmuş və imzaları ilə təsdiq etmişlər. O, üzərindən aşkar edilərək götürülmüş psixtrop maddə metamfetamini 08 mart 2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Mərkəz Binəqədi (çentralniy) adlanan ərazidə tanımadığı şəxsdən 20 manat pul müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Ona psixotrop maddə satmış şəxsin adını, mobil telefon nömrəsini və digər heç bir əlaqə vasitəsi haqqında məlumatı olmamışdır. O, üzərində narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün saxlamışdır. O, heç vaxt kiməsə narkotik vasitə və ya psixotrop maddə satmadığını, və heç vaxt belə bir niyyəti olmadığını bildirmişdir. Üzərindən aşkar edilərək götürülmüş psixtrop maddə metamfetamini yalnız şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. O, 09 mart 2024-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində saxlanılan və X2 zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc, zorakılıq tətbiq edilməmiş və psixoloji təsir göstərilməmişdir. 09 mart 2024-cü il tarixdə üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərinə heç bir müdaxilə edilməmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Abşeron Rayon Polis İdarəsinin X5 cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Mehdiabad polis bölməsini cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsindədir. Polis baş leytenantı xüsusi rütbəsindədir. «Təqsirləndirilən şəxs» adlı şəxsin Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində psixotrop maddələri üzərində daşıması, istifadəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və X5 cinayət axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 iştirakı ilə Şahid1 rəhbərliyi ilə 09 mart 2024-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində o və əməliyyat qrupunun rəhbəri Şahid1 tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində “Qarabağ” şadlıq sarayının qarşısında olan zaman orada piyada şəkildə hərəkət edən xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini xidməti vəsiqlərini çıxradıb özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində psixotrop maddə gəzdirməkdə şübhəli olduğunu bildirmişdirlər. Daha sonra barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla onu tanış etdikdən sonra Mehdiabad PB-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs də onlara etiraz etməyib razılaşaraq polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs də təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Təqsirləndirilən şəxs müdafiəçi dəvət edildikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra, şübhəli şəxsin, müdafiəçisinin, həmçinin polis əməkdaşlarının və onun özünün iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsi bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu səmimi şəkildə etiraf etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Ardınca Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaretin qızılı kağızında olan büküm açılmış və oradan ağ rəngli, kristal hissəciklərdən ibarət olan, spesifik iyə malik, psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs də həmin kütlənin psixotrop maddə “Patı” adlanan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddə olan bükümü hardan aldığı soruşulmuşdur.Təqsirləndirilən şəxs də həmin bükümü 08 mart 2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Mərkəz Binəqədi adlanan ərazidə tanımadığı şəxsdən özü istifadə etmək üçün əldə etdiyini və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını demişdir. Taleh Ağayvin üzərindən aşkar edilmiş büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş və sonra təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək götürülmüşdür. Sonra şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilərək ucadan oxunmuş və o, digər iştirakçılarla birlikdə həmin protokolu düzgün hesab etməklə imzalamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükümü 20 manat pul müqabilində Bakı şəhəri, Binəqədi rayonu, Mərkəz Binəqədi adalanan ərazidə dayanacaqda tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını, əvvəllər heç kimə narkotik vasitə və ya psixotrop maddə satmadığını, 09 mart 2024-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində saxlanılan və X2 zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc, zorakılıq tətbiq edilmədiyini və psixoloji təsir göstərilmədiyini, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərinə heç bir müdaxilə edilmədiyini bildirmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində istintaqda dindirilmiş Abşeron RPİ-nin X5 cinayət axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin X5 Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis kapitanı xüsusi rütbəsindədir. 09 mart 2024-cü il tarixdə məxfi mənbədən ona Abşeron rayonu, Mehdiabad qəsəbə ərazi dairəsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hal hazırda üzərində şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün Polis Bölməsinin rəisinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsindən ötrü onun ətrafında müvafiq əməliyyat tədbirlərin keçirilməsi üçün qərar qəbul edilmiş, Polis Bölməsinin rəisi tərəfindən həmin qərar təsdiq edilmişdir. Mehdiabad PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və birgə Abşeron rayonu, Mehdiabad qəsəbəsində 28 may küçəsində “Qarabağ” şadlıq sarayının qarşısında təxminən saat 12 radələrində Təqsirləndirilən şəxs onların tərəfindən müəyyən edilmişdir. Dərhal ona yaxınlaşaraq xidməti vəsiqələrini çıxardaraq özlərini təqdim edərək, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında və üzərində psixotrop maddə metamfetamin olmasında şübhəli olduğunu bildirib, onu X7 dəvət etmişlər. Təqsirləndirilən şəxs də onlarla razılaşmışdır. Polis əməkdaşlarına üzərində qanunsuz olaraq psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs X7 dəvət etmişlər. Təqsirləndirilən şəxs də buna etiraz etməyərək onlarla Polis bölməsinə gəlmişdir. Həmin şəxsi təhqiqatçı Bəhruz Hüseynovun otağına aparmışlar. Orada təhqiqatçı Bəhruz Hüseynovun xidməti otağında Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs ona təklif edilən müdafiəçiyə etiraz etməmişdir. Sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni çıxardıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında sonuncunun təqdim etdiyi 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində ağ rəngli kristalşəkilli, spesifik iyə malik psixotrop maddə metamfetaminə bənzər kütlə zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin “patı" adlanan psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükümü 08 mart 2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, mərkəz Binəqədi(çentralniy) adlanan ərazidə dayanacaqda tanımadığı şəxsdən 20 manat müqabilində əldə etdiyini və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını demişdir. Talehe Ağayevin üzərindən aşkar edilmiş büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş və sonra təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək götürülmüşdür. Sonra şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilərək ucadan oxunmuş və o, digər iştirakçılarla birlikdə həmin protokolu düzgün hesab etməklə imzalamışdır.Bundan başqa Şahid1 ifadəsində şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir büküm psixotrop maddə metamfetamini Bakı şəhəri, Binəqədi rayonu, Mərkəz Binəqədi adlanan ərazidə tanımadığı şəxsdən aldığını əvvəllər heç kimə narkotik vasitə və ya psixotrop maddə satmadığını, 09 mart 2024-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində saxlanılan və X2 zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc, zorakılıq tətbiq edilmədiyini və psixoloji təsir göstərilmədiyini, üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərinə heç bir müdaxilə edilmədiyini bildirmişdir. Şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında 09 mart 2024-cü iltarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində ağ rəngli, psixotrop maddə metamfetamin olan büküm aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertiza üzrə 10 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1407 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir - Tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün № 246” möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” sözləri və imzalar qeyd edilmiş bir ədəd kağız zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,271 qram, olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotropm maddə-metamfetamindir. Metamfetamin- 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. Tədqiqata təqdim olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi - 0,271qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq -0,221 qram. İstintaq materiallarına əlavə edilmiş xx.xx.2024-cü iltarixdə Abşeron RPİ-nin Mehdiabad PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim edilmiş bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Abşeron RPİ-nin Mehdiabad PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncunun əynində olan qara rəngli, cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bülkülmüş içərisində ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər maddə olan büküm aşkar edilərək götürülmüşdür. İş üzrə Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü iltarixli tələbnamədən və hökmün surətindən görünür ki, Ağayev X4 Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 02(iki) il, 06(altı)ay müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla, “həbs” qətimkan tədbiri seçmiş, işə baxılarkən həmin qətimkan tədbiri məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Ağayev X4 Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 02(iki) il, 06 (altı)ay müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab edilir. Belə olan halda, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş sayılır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı ağırlaşdıran halı, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 4004 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs KANNABOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,221 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Xırdalan Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Xırdalan Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi 09 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,221 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 92 (doxsan) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı hüquqi xidmət göstərən Xırdalan Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar