Məhkəmə qərarları › İş №1(012)-868/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-868/2025

11.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-868/2025 11.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük massivində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında, məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs 20 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 01 (bir) ədəd bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (SİYAHİ İ) daxil olan 0,955 qram çəkidə qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivinə daşımış və üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 18:22 radələrində Abşeron RPİ-nin cinayət axtarışı şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivi Onur marketin yaxınlığında saxlanılaraq həmin gün saat 18:22-dən saat 18:25-a kimi üzəri yoxlanılan zaman həmin 0,955 qram çəkidə qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə heroin əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Abşeron Rayon Məhkəməsinin 25 iyul 2025-ci il tarixli qərarı ilə iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 avqust 2025-ci il tarixli, 4/1333 saylı ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş cinayət işinin 125- ci vərəqində olan xx.xx.2025-ci il tarixli ekspert rəyinin təqsirləndirilən şəxsə elan edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 126-cı vərəqində olan xx.xx.2025-cü il tarixli təqsirləndirilən şəxsə və müdafiəçiyə ibtidai istintaqın qurtarması barədə məlumat verilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 127-ci vərəqində olan təqsirləndirilən şəxsi və müdafiəçisini cinayət işinin materialları ilə tanış etmək haqqında protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı vəsatət verərək bildirdi ki, iş materiallarında olan ekspert rəyindən göründüyü kimi ekspertizaya təqdim olunmuş cinayət işinin 125-ci vərəqində olan xx.xx.2025-ci il tarixli ekspert rəyinin təqsirləndirilən şəxsə elan edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 126-cı vərəqində olan xx.xx.2025-cü il tarixli təqsirləndirilən şəxsə və müdafiəçiyə ibtidai istintaqın qurtarması barədə məlumat verilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 127-ci vərəqində olan təqsirləndirilən şəxsi və müdafiəçisini cinayət işinin materialları ilə tanış etmək haqqında protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmamışdır. Belə ki, iş üzrə təqsirləndirilən şəxsin müdafiə hüquqları pozulmuşdur. O cinayət işinin materialları ilə tanış ola bilməmiş, həmçinin təqsirləndirilən şəxs iş üzrə tərtib edilmiş ittiham aktını almamış, qeyd olunan cinayət işinin istintaqı zamanı çoxsaylı prosessual pozuntulara yol verildiyindən, cinayət işinin materiallarının baxılmasına xitam verilməli, o ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 1 ay müddətinə uzadılmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətin təmin olunmasına etiraz etmədi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi vəsatətin cinayət işinin materiallarının baxılmasına xitam verilməsi, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması hissəsinə etiraz etmədi, lakin həbs qətimkan tədbirinin uzadılması hissəsinə etiraz etdi. Bildirdi ki, həbsin uzadılması üçün əsas yoxdur, buna görə də, həbs qətimkan tədbirinin “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısının, digər proses iştirakçılarının rəylərini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, vəsatətdə göstərilən xüsusatlar əsaslıdır və hazırki cinayət işinin materiallarına baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işində olan ekspert rəyindən də görünür ki, ekspertizaya təqdim olunmuş cinayət işinin 125-ci, 126-cı və 127-ci vərəqlərində olan protokollardakı imzalar Təqsirləndirilən şəxs tərəfindən icra olunmamışdır. Nəticədə təqsirləndirilən şəxs məhkəməyədək icraat materialları ilə tanış olmamışdır. Beləliklə, məhkəmə müstəntiq Kənan Yasinli tərəfindən prosessual pozuntuya yol verilməsi, təqsirləndirilən şəxsin hüquqlarının pozulması, ona ekspert rəyinin elan edilməməsi, ibtidai istintaqın qurtarması barədə məlumat verilməməsi və təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə tanış ola bilməməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Göründüyü kimi, Konstitusiya həqiqətin ortaya çıxarılmasını məhkəmə icraatının yönəldiyi son məqsəd və onun fəaliyyətinin əsas meyarı kimi təsbit etmişdir. Cinayət prosesi ictimai maraq kəsb etdiyindən, hakim özünün qulluq mövqeyinə əsasən maddi (obyektiv) həqiqətin aşkar olunması prinsipini bu icraatda rəhbər tutmalıdır. Odur ki, məhkəmə, icraatında olan hər bir iş üzrə həqiqətin tapılması istiqamətində zəruri olan bütün tədbirləri görmək və ya bunu təmin etmək öhdəliyini daşıyır. CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Beləliklə şərh olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-in 318.2-1. Bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. 159.10cu maddəsinə əsasən Bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. Azərbaycan Respublikası CPM-in 159.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı işin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.3-1-ci maddəsində nəzərdə tutulmuş qaydada az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 5 (beş) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. Abşeron Rayon Məhkəməsinin 22 fevral 2025-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmçinin məhkəmə hesab edir ki, cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 (bir) ay olmaqla, xx.xx.2025-ci il tarixədək uzadılmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının xərci - 112 (yüz on iki) manat məbləğində pul dövlət büdcəsinə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299-300, 303 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Dövlət ittihamçısının vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilsin, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri müddəti 1 ay olmaqla, 11 oktyabr 2025-ci il tarixədək uzadılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının xərci - 112 (yüz on iki) manat məbləğində pul dövlət büdcəsinə aid edilsin. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar