Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-87/2024 24.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu Şahvəlli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 24/2-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını etibardan sui-istifadə etməklə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 24/2-də yerləşən yaşadığı evi Zərərçəkmiş şəxs 14000 manata satacağını, evə mülkiyyət hüququ verən çıxarışı Dövlət Reyestr Xidmətindən aldıqdan sonra həmin evi boşaldacağını vəd verib aldadaraq, xx.xx.2015-ci il tarixdən 2016-cı ilin dekabr ayınadək olan müddətdə sonuncudan Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən həmin evində bir neçə dəfəyə olmaqla ümumilikdə 12000 manat pulu alıb, vədinə əməl etməyərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə həmin məbləğdə pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək və vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ittiham aktı ilə razılaşdığını bildirdi. Hazırda özünü təqsirli bilir, müddətin keçməsi ilə bağlı cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, bir neçə il əvvəl məcburu köçkün kimi ailəsi ilə birlikdə Abşeron rayonu Xırdalan şəhərinə gəlib, M.Hüseynzadə küçəsi-37 ünvanında dövlətin verdiyi 2 otaqlı evdə məskunlaşmışdır. 1-ci Qarabağ müharibəsi iştirakçısı və qazisi olmaqla 2-ci qrup əlildir, 10 il olar ki, Maştağa qəsəbəsindəki Ruhi-Əsəb xəstəxanasında dispanser qeydiyyatdadır və mütəmadi olaraq müalicə alır. 2015-ci ilin avqust ayında səhhətində yaranmış problemlə bağlı Xırdalan şəhərində yaşadığı həmin evinin bir otağını satıb müalicəsinə xərcləmək qərarına gəlmişdir. Buna görə Xırdalandakı ev alqı-satqı ofislərində olan maklerlərə xəbər verib, evini alan müştəri tapmalarını xahiş etmişdir. 20 avqust 2015-ci ildə adını xatırlamadığı makler ona zəng edib satmaq istədiyi evə baxmaq istəyən alıcı olduğunu bildirmişdir. Elə həmin günü az sonra sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi kişi oğlu Elgünlə birlikdə həmin maklerlə onun yaşadığı ünvana gəlmişlər. Həmin şəxlər satmaq istədiyi həmin evə baxıb bəyənmiş və almaq qərarına gəlib, ondan həmin evi neçəyə satdığını soruşmuşlar. O da 14000 manata satmaq istədiyini bildirmişdir. Ağaisa ondan evin sənədinin olub-olmadığını soruşmuş, o da evin heç bir sənədinin olmadığını, həmin evi ona məcburi köçkün olduğu üçün müvəqqəti yaşamaq üçün verildiyini bildirmişdir. Ağaisa da heç bir söz deməmiş, onlar Ağaisə və oğlu ilə həmin evi onlara 12000 manata satmağı barədə razılığa gəlmişdir. Həmin vaxtı Ağaisa ilkin ödəniş olaraq pulun 2500 manatını vermək istədiyini, qalanını da hissə-hissə ödəyəcəyini bildirmiş, o da razılaşmışdır. Ağaisa razılaşmaları barədə qəbz yazmış, o və həyat yoldaşı Şahid2 həmin qəbzi imzalamışlar. X5 həyat yoldaşı Gülnarənin yanında ona 2500 manat pul vermiş, həmin vaxtı o, evini xəstəliyinə görə satdığını, yaşamağa başqa yeri olmadığını söyləmiş, Ağaisa da o, yaşamağa yer tapana kimi həmin evdə qalmağı və evin qalan pulunu da 10 gün müddətinə verəcəyini deyib getmişdir. O da aldığı həmin pula “Ford” markalı balaca sərnişin avtobusu alıb icarəyə verib qazanc əldə etmək qərarına gəlmiş, həmin maşını ilkin ödəniş olaraq alsa da, Ağaisa ona satdığı evə görə ona verəcəyi pulu 10 günə vermədiyi üçün Ağaisanın pulu yaxın günlərdə ona çatdıracağı barədə verdiyi vədlərə inanıb, həmin maşını bazarda girov qoyub sələmi ilə pul götürmüş ki, Ağaisa onun pulunu verəndə maşınını girovdan çıxarsın. Lakin Ağaisa həmin ərəfədə poçt vasitəsi ilə və əlbəl ona bir neçə dəfəyə cəmi 2500 manat pul vermişdir. O da həmin pulu sələmi ilə pul götürdüyü adamın faizinə ödəmiş, Ağaisa verdiyi vədinə əməl etmədiyinə, yəni ondan aldığı evin qalan 7000 manatını vermədiyinə görə avtomobilini girov qoyub sələmi ilə pul götürdüyü adam maşını ondan almışdır. Ona verdiyi pulları da səlmin faizinə hesablamışdır. Hər şey əlindən çıxdığına görə o da Ağaisaya zəng edib, onun günahı üzündən pullarının əlindən çıxdığını deyib artıq evi ona satmaq niyyətindən daşındığını bildirmişdir. Bundan sonra Ağaisa oğlu Elgünlə və nəvəsi ilə onun yaşadığı evə gəlib ondan aldığı pulları geri qaytarmağı xahiş etmişdir. O da hissə-hissə qaytaracağını deyib, Kapital bankın Xırdalan şəhərindəki filialından 4000 manat pul götürüb, Elgünə vermişdir. Bundan az sonra Ağaisa yenə ona zəng edib, ona satdığı evə görə ondan 12000 manat pul aldığını və cəmi 4000 manat qaytardığını deyib, ona əlavə 8000 manat da pul qaytarmalı olduğunu söyləmişdir. O da razılaşmayıb sonuncudan cəmi 5000 manat pul aldığını, həmin pulun da 1000 manatını ona evin pulundan deyil, sələmin faizini ödəmək üçün verdiyini dediyini xatırlatmışdır. Ağaisa ona dediyi sözləri danıb, ondan qalan 8000 manat pul tələb etməyə başlamış, o da ona pul verməyəcəyini söyləmiş bundan sonra ondan şikayət etmişdir. Göstərmişdir ki, həmin ev ona məcburi köçkün olduğu üçün verilmiş, o da müalicəsinə xərcləməyə pulu olmadığına görə məcbur qalıb həmin evi satmaq qərarına gəlmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 ifadəsində göstərdi ki, 2015-ci ildə Xırdalan şəhəri ərazisində oğlu Elgünə ev almaq qərarına gəlmişdir. Bu niyyətlə xx.xx.2015-ci ildə oğlu Elgünlə Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən ev alqı-satqı ofisinə getmiş, həmin ofisdə adını xatırlamadığı şəxsə həyət evləri ilə maraqlandığı və həyət evi almaq istədiyini bildirmişdir. Həmin şəxs Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlamış və onun satmaq istədiyi həyət evini almaq istədiklərini bildirmişdir. Həmin vaxt İlham adını bilmədiyi maklerə evdə olduğunu bildirib evə baxa biləcəklərini demişdir. Bundan sonra, makler Təqsirləndirilən şəxs ofisə çağırmış və onlarla birlikdə İlhamın evinə kimi getmişdir. Sonra onları İlhamla birlikdə küçədə qoyub geri qayıtmış, İlham onları Xırdalan şəhəri, M.Rəsulzadə küçəsi 24/2 ünvanında yerləşən satmaq istədiyi evə dəvət etmişdir. O, oğlu Elgünlə birlikdə həmin evə baxmış və bəyəndikləri üçün həmin evi almaq qərarına gəlmişdir. Həmin gün Təqsirləndirilən şəxs ilə sözügedən evi 14000 manata almaq və həmin məbləği hissə-hissə ödəmək barədə razılığa gəlmiş, həmin gün Təqsirləndirilən şəxs oğlu Elgün və onun arvadı Şahid2 iştirakı ilə həmin evdə 2500 manat pul verib, bu barədə hamısının iştirakı ilə kağız üzərində ona 2500 manat pul verməsi ilə bağlı yazı yazmış, İlhamla arvadı Gülnarə həmin yazıları imzalamışdır. İlham Masazır qəsəbəsi ərazisində özünə fərdi yaşayış evi tikdiyini bildirib, 6-7 ay müddətinə tikdirdiyi evin hazır olacağını və köçdükdən sonra yaşadığı evi onlara təhvil verəcəyini bildirmişdir. O, İlhamla razılaşmış və sonuncudan sözügedən evin sənədlərini onlara təqdim etməsini tələb etdikdə o, evin sənədlərini Dövlət Reyestr Xidmətinə olmasını bildirib, yaxın günlərdə çıxarış alıb onlara təqdim edəcəyini söyləmişdir. Bundan sonra onun evin sənədlərini yaxın günlərdə təqdim edəcəyinə inandığı üçün sənəd tələb etməmiş və xx.xx.2015-ci il tarixindən 2016-cı ilin dekabr ayınadək ona hissə-hissə olmaqla cəmi 12000 manat pulu bank, millön ödəmə teriminalı vasitəsilə və onun yaşadığı evdə verməklə ödəmişdir. Evin pulunun çox hissəsini ödədiyinə görə İlhamdan evdən çıxmasını və sözügedən evin çıxarışını tələb etmiş, sonuncu da Masazır qəsəbəsində tikdirdiyi evin hazır olmadığını və Dövlət Reyestr Xidmətindən evin çıxarışının verilməməsini bəhanə gətirərək, ona vaxt verməyi xahiş etmişdir. O, İlhamla razılaşmış və ona evdən çıxması, çıxarışı ona təqdim etməsi üçün vaxt vermişdir. Lakin xeyli vaxt keçməsinə baxmayaraq, İlham evdən çıxmamış və sözügedən evin çıxarışım verməmişdir. O da sonuncunun onu aldatdığını başa düşmüş və ona hissə-hissə verdiyi 12000 manat pulu geri qaytarmasını tələb etmiş, əks halda ondan şikayət edəcəyini söyləmişdir. Bundan sonra tarixini dəqiq xatırlamadığı gündə İlham ona zəng edib aldığı puldan geri qaytarmaq istədiyini söyləmiş, o da oğlu Elgünü onun yaşadığı evə göndərmişdir. İlham 2018-ci il ərzində 2 dəfəyə olmaqla ona 4000 manat pul qaytarmış, lakin sonra pulun qalanını vermədiyinə görə o, 2018-ci ilin dekabr ayının 25-də İlhamdan pulunu almaq üçün Xırdalan şəhərinə onun yaşadığı evə getişdir. Həmin vaxtı İlham pulu olmadığını deyib, yeznəsi Faiqə zəng edib yanma çağırmış, bir neçə dəqiqədən sonra Faiq İlhamgilə onların yanına gəlmiş və İlhama ev almaq üçün verdiyi pulun onda olduğunu deyib, 1 ildən sonra qaytaracağını söyləmiş və ona bir il vaxt verməyi, həmin vaxta kimi də onu narahat etməməyi xahiş etmişdir. O da razılaşmış və bir il ərzində nə İlhamla, nə də Faiqlə əlaqə saxlamayıb gözləmişdir. xx.xx.2019-cu il tarixdə yaşadığı Şamaxı şəhərindən Faiqin 051-629- 62-62 nömrəli mobil telefonuna zəng etmiş, Faiq bir gün sonra Bakı avtovaqzalında görüşməyi təklif etmişdir. O da razılaşıb ertəsi günü Bakı avtovaqzalına gəlib saat təxminən 11 radələrində oradakı çayxanada Faiqlə görüşmüş və onun söz verdiyinə görə pulun dalınca gəldiyini söyləmişdir. Faiq də pulu Şəki rayonundakı quşçuluq fermasına xərclədiyini, fermadakı ördək və qazların da xəstəlikdən tələf olduqlarını söyləmiş və buna görə ona pul verə bilməyəcəyini bildirmişdir. Həmçinin, bu işlə bağlı bir də onu narahat etməməyi xahiş etmişdir. O da pulu İlhama verdiyinə görə onunla danışıb pulunu tələb edib, oradan birbaşa Şamaxıya qayıtmışdır. Bundan sonra yenə İlhamdan pulunu istəməyə başlamış, həmin ərəfələrdə sonuncu ondan vaxt istəyib pulunu qaytaracağını söyləmişdir. O da gözləməyə başlamış, tarixini dəqiq xatırlamadığı gündə oğlu Elgün və nəvəsi Xəzərlə birlikdə növbəti dəfə pulunu istəmək üçün İlhamgilə getmiş, həmin vaxtı da İlham yenə pulu olmadığını deyib ona pul qaytarmamışdır. O, İlhamın evində bununla bağlı mübahisə edərkən nəvəsi Xəzər onların bütün danışığını görüntülü olaraq öz mobil telefonun yaddaşına köçürmüş, bu söhbətdən sonra İlhamın ona ev almaq üçün verdiyi pulun qalan 8000 manatını vermək istəmədiyini yəqin edib, polisə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyan tam olaraq ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi yoxdur. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. 2015-ci ildə Xırdalan şəhəri ərazisində atası Ağaisa ona ev almaq qərarına gəlmişdir. Bu niyyətlə xx.xx.2015-ci ildə atası onunla birlikdə Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən ev alqı-satqı ofisinə getmiş, həmin ofisdə adını xatırlamadığı şəxsə həyət evləri ilə maraqlandığı və həyət evi almaq istədiyini bildirmişdir. Həmin şəxs Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlamış və onun satmaq istədiyi həyət evini almaq istədiklərini bildirmişdir. Həmin vaxt İlham adını bilmədiyi maklerə evdə olduğunu bildirib evə baxa biləcəklərini demişdir. Bundan sonra makler Təqsirləndirilən şəxs ofisə çağırmış və onlarla birlikdə İlhamın evinə kimi getmişdir. Sonra onları İlhamla birlikdə küçədə qoyub geri qayıtmış, İlham onları Xırdalan şəhəri, M.Rəsulzadə küçəsi 24/2 ünvanında yerləşən satmaq istədiyi evə dəvət etmişdir. O, da atası Ağaisa ilə birlikdə həmin evə baxmış və bəyəndikləri üçün həmin evi almaq qərarına gəlmişdir. Həmin gün Təqsirləndirilən şəxs ilə sözügedən evi 14000 manata almaq və həmin məbləği hissəhissə ödəmək barədə razılığa gəlmiş, həmin gün Təqsirləndirilən şəxs arvadı Şahid2 və onun iştirakı ilə həmin evdə 2500 manat pul verib, bu barədə hamısının iştirakı ilə kağız üzərində ona 2500 manat pul verməsi ilə bağlı yazı yazmış, İlhamla arvadı Gülnarə həmin yazıları imzalamışdım İlham Masazır qəsəbəsi ərazisində özünə fərdi yaşayış evi tikdiyini bildirib, 6-7 ay müddətinə tikdirdiyi evin hazır olacağını və köçdükdən sonra yaşadığı evi onlara təhvil verəcəyini bildirmişdir. O, İlhamla razılaşmış və sonuncudan sözügedən evin sənədlərini onlara təqdim etməsini tələb etdikdə o, evin sənədlərini Dövlət Reyestr Xidmətinə olmasını bildirib, yaxın günlərdə çıxarış alıb onlara təqdim edəcəyini söyləmişdir. Bundan sonra onun evin sənədlərini yaxın günlərdə təqdim edəcəyinə inandığı üçün sənəd tələb etməmiş və xx.xx.2015-ci il tarixindən 2016-cı ilin dekabr aymadək ona hissə-hissə olmaqla cəmi 12000 manat pulu bank, millön ödəmə teriminalı vasitəsilə və onun yaşadığı evdə verməklə ödəmişdir. Evin pulunun çox hissəsini ödədiyinə görə İlhamdan evdən çıxmasını və sözügedən evin çıxarışını tələb etmiş, sonuncu da Masazır qəsəbəsində tikdirdiyi evin hazır olmadığını və Dövlət Reyestr Xidmətindən evin çıxarışının verilməməsini bəhanə gətirərək, ona vaxt verməyi xahiş etmişdir. O, İlhamla razılaşmış və ona evdən çıxması, çıxarışı ona təqdim etməsi üçün vaxt vermişdir. Lakin xeyli vaxt keçməsinə baxmayaraq, İlham evdən çıxmamış və sözügedən evin çıxarışını verməmişdir. O da sonuncunun onu aldatdığını başa düşmüş və ona hissə-hissə verdiyi 12000 manat pulu geri qaytarmasını tələb etmiş, əks halda ondan şikayət edəcəyini söyləmişdir. Bundan sonra tarixini dəqiq xatırlamadığı gündə İlham ona zəng edib aldığı puldan geri qaytarmaq istədiyini söyləmiş və atası Ağaisa onu sonuncunun yaşadığı evə göndərmişdir. İlham 2018-ci il ərzində 2 dəfəyə olmaqla atasına 4000 manat pul qaytarmış, lakin sonra pulun qalanını vermədiyinə görə atası 2018-ci ilin dekabr ayının 25-də İlhamdan pulunu almaq üçün Xırdalan şəhərinə onun yaşadığı evə getmişdir. Həmin vaxtı İlham pulu olmadığını deyib, yeznəsi Faiqə zəng edib yanma çağırmış, bir neçə dəqiqədən sonra Faiq İlhamgilə onların yanına gəlmiş və İlhama ev almaq üçün verdiyi pulun onda olduğunu deyib, 1 ildən sonra qaytaracağını atasına söyləmiş və ona bir il vaxt verməyi, həmin vaxta kimi də onu narahat etməməyi atası Ağaisadan xahiş etmişdir. Atası da sonuncu ilə razılaşmış və bir il ərzində nə İlhamla, nə də Faiqlə heç bir əlaqə saxlamayıb gözləmişdir. xx.xx.2019-cu il tarixdə atası Ağaisa yaşadığı Şamaxı şəhərindən Faiqin ***-***-**-** nömrəli mobil telefonuna zəng etmiş, Faiq bir gün sonra Bakı avtovaqzalında görüşməyi təklif etmişdir. Atası da razılaşıb ertəsi günü Bakı avtovaqzalına gəlib saat təxminən 11 radələrində oradakı çayxanada Faiqlə görüşmüş və onun söz verdiyinə görə pulun dalınca gəldiyini söyləmişdir. Faiq də pulu Şəki rayonundakı quşçuluq fermasına xərclədiyini, fermadakı ördək və qazların da xəstəlikdən tələf olduqlarını söyləmiş və buna görə ona pul verə bilməyəcəyini atasına bildirmişdir. Həmçinin bu işlə bağlı bir də onu narahat etməməyi atasından xahiş etmişdir. Atası Ağaisa da pulu İlhama verdiyinə görə onunla danışıb pulunu yenidən tələb etməyə başlamış, oradan birbaşa Şamaxıya qayıtmışdır. Bundan sonra atası yenə İlhamdan pulunu istəməyə başlamış, həmin ərəfələrdə sonuncu ondan vaxt istəyib pulunu qaytaracağını söyləmişdir. O da gözləməyə başlamış, tarixini dəqiq xatırlamadığı gündə atası onunla və Xəzərlə birlikdə növbəti dəfə pulunu istəmək üçün İlhamgilə getmiş, həmin vaxtı da İlham yenə pulu olmadığını deyib ona pul qaytarmamışdır. Həmin vaxtı atası İlhamın evində bununla bağlı mübahisə edərkən Xəzər onların bütün danışığını görüntülü olaraq öz mobil telefonun yaddaşına köçürmüş bundan sonra atası aldanılması ilə bağlı polisə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Malikədər oğlu bildirdi ki, Təqsirləndirilən şəxs onun qaynıdır və aralarında normal münasibət olmuşdur. 2015-ci ilin avqust ayında İlhamın Xırdalan şəhərində yaşadıqları evin bır otağını satıb səhhətində olan problemlərə xərcləmək istədiyini bildirmiş, bundan 2 il sonra İlham həmin evi 2 il əvvəl Ağaisa Şıxəliyevə satdığını, bunun üçün sonuncudan 4500 manat pul aldığını bildirmişdir. O, bunu eşitdikdə narazılığını bildirmiş, bir müddət sonra həmin evi alan Ağaisanın həmin evin pulunun qalan hissəsini vermədiyi üçün aralarında mübahisə yarandığını bilmişdir. Ağaisa İlhamdan verdiyi pulu tələb etdikdə sonuncu ona qaytarmağa pulu olmadığını bildirmiş, Ağaisanın pulunun tələbı ilə bağlı şikayət edəcəyini bilib Ağaisa ilə 2018-ci ilin dekabr ayında telefon əlaqəsi yaradaraq Bakı şəhər avtovağzal kompleksi ərazisində onunla görüşmiış və sonuncudan pulun qaytarılması ilə bağlı müddət verməsini xahiş etmişdir. Sonradan onda olan məlumata görə İlham Ağaisaya aldığı pulun 4000 manatı qaytarmışdır. Göstərmişdir ki, İlhamın Ağaisadan konkret olaraq evini satmasına görə hansı məbləğdə pul aldığını dəqiq bilmir və onun Ağaisa ilə görüşməsinə əsas səbəb sonuncudan pulun qaytarılması ilə bağlı bir il möhlət verməsini xahiş etmişdir. İş üzrə şahid kimi dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, ifadəsində həyat yoldaşı Təqsirləndirilən şəxs dediklərini təsdiq etmiş və isintaqa analoji ifadə vermişdir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluq barədə tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertia Mərkəzi” X8 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 31 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar olunan üzvi şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərdiyi əməli törətdiyi zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olsun. Buna görə də Təqsirləndirilən şəxs oglu törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikas, CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda öz hərəkətlərim dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır, prosessual fəaliyyət qabliyyətlidir. Abşeron rayon İH MKTİİTB 3 saylı MTİİTS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Əhmədov X2 rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, h/evi mənzil 2 ünvanında yaşayır. Yaşadığı müddət ərzində onun barəsində 3 saylı MTİİTS-ə heç bir şikayət ərizəsi daxil olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi zərərçəkmiş şəxsin, şahidlərin, habelə təqsirləndirilən şəxsin özünün ifadəsi və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə törətmiş olduğu cinayətə görə cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə görə az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən, az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmçinin qeyd edilmişdir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Cinayət işinin icraatı ibtidai istintaqının aparıldığı dövrdə Təqsirləndirilən şəxs qismində cəlb olunduqdan sonra 01 mart 2023-cü il tarixdə iş üzrə icraat CPM-nin 53.1.1 maddəsinə əsasən dayandırılmış, 20 may 2023-cü il tarixdə isə icraat təzələnmişdir. Cinayət işinə məhkəmədə baxılarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin istintaqdan və ya məhkəmədən gizlənəməsinə görə cinayət işinin icraatı dayandırılmamışdır. Hazırki ittihamdan görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini xx.xx.2015-ci il tarixdən 2016-cı ilin dekabr ayınadək olan müddətdə törətmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; İşin məhkəmə baxışında müdafiə tərəfi olaraq təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özlərini təqsirli bildiyini və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübutdur, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən onlar cinayət məsuliyyətindən azad edilməli və cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmin Məcəllənin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). İstinad edilən maddələrin tələbləri baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyinə görə, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 44.2.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi üzrə törətdiyi cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar elan olunduğu gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-87/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-87/2024
24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver