Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-871/2025 25.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2yış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20:50 radələrində idarə etdiyi «Opel Astra» markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Mehdiabad qəsəbəsi, Digah - Mehdiabad yolu ilə Digah marketin yaxınlığında hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa real imkanı olduğu halda bu tələblərə əməl etməyərək hərəkətini davam etdirmiş və bu zaman avtomobil yolunu soldan sağa keçən X2nu vuraraq, nəticədə ehtiyyatsızlıqdan onun baş beyin yumşaq qişası altına qansızına, beyin toxumasının əziyi, daxili qanaxma ilə müşayiət olunan sağ ağciyərin və qara ciyərin cırılması, sağ tərəfli körpücük sümüyünün və sağ 1-2-3-4-5-6-7-8-9-10-11-ci qabırğaların yerinidəyişən sınıqları, başın təpə nahiyəsinin sağ yarısının əzilmiş-cırılmış yarası, hər iki diz, hər iki baldır, qarm, alın və burun nahiyələrinin sıyrıqları, sağ və sol qoltuqaltı nahiyədə V qabırğa səviyəsində drenaj boruların yerləri (izləri) xəsarətləri kimi sağlamlığına ağır zərər vurulmasına, həmin xəsarətlərdən müştərək travma, baş beyinin yumşaq qişası altına qansızına, beyin əzilməsi fonunda, daxili qanaxma ilə müşayiət olunan sağ ağciyərin və qara ciyərin cırılması, sağ tərəfli körpücük sümüyünün və sağ 1-2- 3-4-5-6-7-8-9-10-11-ci qabırğaların sınıqları xəsarətlərinə görə ölümünə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, «Opel Astra» markalı, **-DD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir. Həmin nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdən idarə edir. «B» katerqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2024-cü il tarixdə Abşeron rayon Digah qəsəbəsi, Digah marketin yaxınlığında baş vermiş avtonəqliyyat hadisəsi ilə əlaqədar onu deyə bilər ki, həmin tarixdə ona məxsus nəqliyyat vasitəsi ilə manatlıq taksi kimi 3 nəfər kişi və 1 nəfər qadın sərnişini Məmmədli dairəsindən götürərək Digah işıqforu adlanan əraziyədək aparmağa başlamışdır. Hadisə baş verənədək qadın sərnişin və 1 nəfər kişi sərnişin əvvəlcədən enmişlər. O, hərəkətə davam etdikdə saat 20:50 radələrində Digah marketin qarşısından keçərkən ani zaman kəsiyində yolu qarşıda soldan sağa bir nəfər kişinin qaçaraq keçməsini görmüşdür. Həmin şəxsi onun idarə etdiyi nəqliyyat vasitəsinə 5 metr məsafədə qalmış yolun ortasında görmüş, ona dəyməmək üçün əyləcə basmışdır. Lakin maşını saxlaya bilməmiş, həmin şəxsi maşının ön hissəsi ilə vurmuşdur. Zərbənin təsirindən həmin şəxs əvvəlcə mühərrik qapağının ön hissəsinə, sonra isə ön alın şüşəyə dəymiş, sonra maşının ön hissəsinə yerə yıxılmışdır. O, maşından enərək həmin şəxsin yaralı olmasını görmüş, onu öz maşınına əyləşdirmişlər. Maşınmdakı sərnişinlərdən biri hədisə yerindən özü getmiş, digəri isə ona köməklik etmişdir. O, yaralı şəxsi X9 mərkəzinə aparmış, orada müayinə olunduqdan sonra yaralı təcili tibbi yardım maşını ilə kliniki tibbi mərkəzə aparılmışdır. Kliniki tibbi mərkəzdə ona tibbi yardım göstərilməsinə baxmayaraq həmin şəxsin ölməsi xəbərini eşitmişdir. Hadisə anında hava küləksiz və yağmursuz idi, yol örtüyü isə asfalt olmaqla quru olmuşdur. O, piyadanı 5 metr məsafədən görmüşdür. Hadisə baş verən gün, yəni xx.xx.2024- cü il tarixdə heç bir spirtli içki və ya digər vasitə qəbul etməmişdir. Onun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi və avtomobilin texniki pasportu vardır. Hadisə baş verən vaxtı avtomobili təxminən 50-60 km/saat surətlə idarə etmişdir. Hadisədən əvvəl avtomobilində olmuş şəxsləri tanımır, əlaqə nömrələrini də bilmir. Qəsdən bu hadisəni törətməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ilə barışmış, dəymiş ziyanı ödəmişdir. Himayəsində azyaşlı uşaqları vardır. Məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs X3 hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Naxçıvan MR, Şərur rayonu, Axaməd kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Digah yolunda nömrəsiz fərdi yaşayış evində yaşayır. xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı xəsarət alan və həmin tarixdə dünyasını dəyişən mərhum X5 əri idi. Hadisə zamanı yaşadığı evdə olmuş, əri Əfqan yaşadıqları evlə üzbəüz yerləşən Digah marketdə olan ödəmə terminalından işıq kartına pul yükləməyə getmişdir. Evdə olan zaman küçədə olan səs-küyə küçəyə çıxmış və bilmişdir ki, əri Əfqan yolu keçən zaman onu avtomobil vurmuşdur. Sonra həmin avtomobilin sürücüsü ilə birlikdə onu Kliniki tibbi mərkəzə aparmışlar. Həkimlərin tibbi yardımına baxmayaraq səhərə yaxın əri Əfqan yol-nəqliyyat hadisəsi zamanı almış olduğu bədən xəsarətlərindən xəstəxanada ölmüşdür. Həmin günü də mərhum ərini torpağa dəfn etmişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işi başlama və icraata qəbul etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkib əlamətləri olduğundan həmin fakta görə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. 10 yanvar 2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.1 -ci (təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs və ya şəxslər olmadıqda) maddəsinə əsasən dayandırılmışdır. İstintaq zərurəti ilə əlaqədar 30 aprel 2025-ci il tarixli qərarı ilə cinayət işinin icraatı təzələnmiş və istintaq davam etdirilmişdir. 08 may 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ittiham elan edilməklə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 170 №-li meyitin ekspertizası rəyinə əsasən X3 meyitinin məhkəmətibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - baş beyin yumşaq qişası altına qansızma, beyin toxumasının əziyi, daxili qanaxma ilə müşayiət olunan sağ ağciyərin və qara ciyərin cırılması, sağ tərəfli körpücük sümüyünün və sağ 1-2-3-4-5-6-7-8-9-10-11-ci qabırğaların yerinidəyişən sınıqları, başın təpə nahiyəsinin sağ yarısının əzilmiş-cırılmış yarası, hər iki diz, hər iki baldır, qarın, alm və burun nahiyələrinin sıyrıqları, sağ və sol qoltuqaltı nahiyədə V qabırğa səviyəsində drenaj boruların yerləri (izləri) - bu xəsarətlər birlikdə həyatidirlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol- nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər, mərhumun ölümü ilə bir başa səbəbi i əlaqəlidirlər. Həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə yüksək sürətlə hərəkətdə olan avtomaşının Ə.V.Məhərrəmovu vurması nəticəsində əmələ gələ bilmələri mümkündür. X3 ölümünün səbəb - müştərək travma, baş beyinin yumşaq qişası altına qansızına, beyin əzilməsi fonunda, daxili qanaxma ilə müşayiət olunan sağ ağciyərin və qara ciyərin cırılması, sağ tərəfli körpücük sümüyünün və sağ 1-2-3-4-5-6-7-8-9-10-11ci qabırğaların sınıqları olmuşdur. İlkin meyit əlamətləri əsasən demək olar ki, X3 ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (xx.xx.2024-cü il, saat 09:30) təxminən 12-14 saat əvvəl baş vermişdir. X3 meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazolon, 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Azərbaycan Respublikası Əsliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 07.04 2025-ci il tarixli 8/86 №-li rəyi ilə müəyyən edilmişdir ki, «Opel Astra» markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (Aparılmış tədqiqatın dəyəri-85 manat) 21 noyabr 2024-cü il tarixdə hadisə yerinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi Mehdiabad-Digah avtomobil yolunun Digah kəndi ərazisindən keçən hissəsində baş vermişdir. Hadisə baş vermiş avtomobil yolunda hərəkət hissə asfaltbeton olmaqla düz, hərəkət hissə hadisə vaxtı qum olmaqla yol ikitərəfli hərəkət üçün nəzərdə tutulmuşdur. Avtomobil yolunun ümumi eni 8 metrdir, yolda iki hərəkət zolağı var idi ki, hərəkət zolaqlarının hər biri ayrı-ayrılıqda 4 metrdir. Hərəkət zolaqlarından birini digərindən ağ rəngli qırıq-qırıq xətlər ayırır. Yolun hər iki tərəfində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilər vardır. Hadisə yerinə baxış zamanı piyadanın vurulma yeri müəyyən edildi, belə ki, piyada avtomobil yolunun sol tərəfindən mərkəzə tərəf 6,5 metr məsafə vurulmuşdur. Asfalt yolun üzərində piyadanı vurmuş avtomobilə məxsus heç bir tormoz izi müəyyən edilməmişdir. Hadisədən əvvəl piyadanı vurmuş avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə yerinin yaxınlığında olan “Digah” marketə quraşdırılmış müşahidə kamerasından götürülmüş görüntüyə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 20:50 radələrində Abşeron rayonu Digah qəsəbəsi, Digah - Mehdiabad yolu istiqamətində Digah marketin yaxınlığında bir nəfər avtomobil yolunu əks tərəfə keçmək istəyir, sağ tərəfindən gələn avtomobillərin yolu keçməsini gözləyir, həmin avtomobillər yolu keçəndən sonra yolun birinci hərəkət hissəsini adi yerişlə keçir, ikinci hərəkət hissəsinin mərkəzində olan zaman sağ tərəfdən gələn «Opel Astra» markalı onu vurur. Sürücü hadisədən əvvəl piyadanın yolun hərəkət hissəsinə daxil olmasını görmür, yalnız avtomobil piyadaya dəyən zaman piyadanı görür. Piyada yola daxil olduğu andan vurulma yerinə kimi adi qaçışla 6,5 metr məsafə qət edir. Sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunun 20 noyabr 2024-cü il tarixli protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. BDYPİ-dən alınmış 17 dekabr 2024-cü il tarixli 3-13-16/2-215178/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə (xx.xx.2028-ci il tarixədək etibarlı olan) AF 322122 nömrəli B kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iş üzrə şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, məhkəmə-tibb ekspertizasının və məhkəmə-yol-nəqliyyat hadisəsi ekspertizasının rəyləri, hadisə yerinə baxış protokolu, diskə baxış protokolu və digər istintaq hərəkəti protokolları onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından həmin cinayət işi üzrə sübut növü kimi qəbul edilməklə cinayət işinin materiallarına əlavə edilmiş, yol nəqliyyat hadisəsi törətmiş «Opel Astra» markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomaşının iş üzrə maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin hüquqi varisi cinayət işinin materialları ilə tanış olduqdan sonra məhkəməyədək saxlanılması üçün sahibinə qaytarılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-871/2025 saylı qərarından görünür ki, tTəqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair 1(012)-871/2025 saylı cinayət işi üzrə əlavə məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Əsliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2026-cı il tarixli 8/2313-4/1640 №-li rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş “Təqsirləndirilən şəxs - 240271380” adlı videoyazıya görə tədqiqi hissədə göstərilən məsafədə "Opel Astra” markalı ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilin orta sürəti Vopel = 65 km/saat olmuşdur. X2 dayanaraq yenidən hərəkətə başladığı andan hərəkət istiqamətlərini ayıran qırıq-qırıq xəttə çatanadək keçən zaman 2,49 san, piyada dayanaraq yenidən hərəkətə başladığı andan “Opel Astra” markalı avtomobil tərəfindən vurulmasına kimi keçən zaman isə 3,65 san olmuşdur. 1.2. Təqdim olunmuş məlumatlara əsasən Opel Astra markalı, 99DD573 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud şəraitdə 65 km/saat sürətlə hərəkətdə olan Opel Astra markalı avtomobilin dayanma yolu 40,1 metrdir. Videogörüntü ekspertizası yolu ilə müəyyən olunduğu kimi piyada hərəkət hissəsində dayanaraq yenidən hərəkətə başladığı andan vurulana kimi 3,65 san vaxtın keçməsi nəzərə alınmaqla təhlükə yaranan anda Opel Astra markalı avtomobil piyadanın vurulma yerindən 65,9 metr aralı məsafədə olmuşdur. (Aparılmış tədqiqatın dəyəri-200 manat) Zərərçəkmiş şəxs X3 hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, baş vermiş yol nəqliyat hadisəsi zamanı əri X5 vəfat etmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənilmişdir, hal hazırda onlar barışmışlar, onun Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi və ya mülki iddiası yoxdur və gələcəkdə bu barədə heç bir məhkəmə mübahisəsi qaldırmayacaqdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X6 adlı azyaşlı övladları vardır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin Qanunun İ hissəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə (kiçik elektrik nəqliyyat vasitələrinə münasibətdə bu Qanunun 38-1 -ci maddəsinin birinci hissəsinin 3-cü bəndi nəzərə alınmaqla) hərəkət etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. "Yol hərəkəti haqqında” 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının 22-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263, 263-1, 264 və 351 -ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Məhkəmə təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, şəxsiyyətinin digər xüsusiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsi cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi şəraitini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan mıhrum etmə cəzasının təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198-ci maddəsinə əsasən iş üzrə 285 (200+85) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs idarə etdiyi «Opel Astra» markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 24 saata görə 264 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 43, 321.1, 321.2, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinə və Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə 285 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi «Opel Astra» markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 24 saata görə 264 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-871/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-871/2025
25.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver