Məhkəmə qərarları › İş №1(012)-874/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-874/2025

03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-874/2025 03.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Şikayət verən şəxs Zərərçəkmiş şəxs, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1988-ci il Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 may 2025-ci il saat 10 radələrində yaşadığı ünvan 3 ünvanında arvadı Zərərçəkmiş şəxs ona adından istifadə etməklə müxtəlif məbləğdə kredit və borca götürdüyü pul, habelə əmlakın ödənişini etməməsi ilə bağlı irad bildirdikdə həmin səbəbdən aralarında ailə məişət zəmnində yaranmış narazılıqla əlaqədar mübahisə baş verərkən həmin mübahisə əsnasında həmin ünvanda Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən əl, yumruq zərbələri ilə sonuncunun alın, sifət, baş nahiyələrindən, ayaq (təpik) zərbəsi ilə sol ayağından vurub, əli ilə Zərərçəkmiş şəxs sağ əlindən tutub sıxaraq, ardınca əl, yumruq zərbələri ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə vuraraq Zərərçəkmiş şəxs sol alın-təpə nahiyəsinin hematoması (dərialtına qansızması), sol diz oynağının və sağəlin İİ barmağının dırnaq falanqasının hissəvi qopması hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyi, sol baldır nahiyəsinin sıyrığı ilə müşahidə olunan dərəcəsinə görəsağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Onun barəsində şikayət edən Zərərçəkmiş şəxs onun arvadıdır. Zərərçəkmiş şəxs ilə 2019-cu ildə ailə həyatı qurmuş və birgə nigahdan övladı yoxdur. Əvvəllər Günel ilə münasibətləri normal olsa da, sonradan borcu olması ilə əlaqədar münasibətləri korlanmışdır. xx.xx.2025-ci il tarixdə, saat 10 radələrində yaşadığı evdə olan zaman Günelin onun adından istifadə etməklə müxtəlif məbləğdə kredit və borca götürdüyü pul, habelə əmlakı ödəməməsi ilə bağlı narazılıqla əlaqədar mübahisə yaranmış və həmin mübahisə zamanı Günel ona sözlə iradını bildirdikdə, o da əsəbiləşərək yumruq zərbələri ilə Günelin başından, alnından, təpiklə sol ayağından vurub, sonra isə əli ilə onun sağ əlindən tutub sıxıb buraxmış, ardınca əl və yumruq zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət yetirmişdir. Sonra Günel evdən çıxıb getmiş və bu barədə “102” xidmətinə zəng edib məlumat verdiyini göstərmişdir. Əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Ağdaş rayonu, Mürsəl kəndində qeydiyyatda olmaqla hazırda ünvan 2 ünvanında yaşayır. O, 2000-ci ildə X2 ilə ailə həyatı qurmuş və həmin nigahdan 3 övladı var. 2010-cu ildə Ələkbər Abdullayevdən rəsmi qaydada boşanmışdır. Bundan sonra X5 ilə 2019-cu ildə ailə həyatı qurmuş və birgə nigahdan övladı yoxdur. Əvvəllər Elnurla münasibətləri normal olsa da, sonradan münasibətləri korlanmışdır. xx.xx.2025-ci il tarixdə, saat 10 radələrində yaşadığı evdə olan zaman Elnurun onun adından istifadə etməklə müxtəlif məbləğdə kredit və borca götürdüyü pul, habelə əmlakı ödəməməsi ilə bağlı narazılıqla əlaqədar mübahisə yaranmış və həmin mübahisə zamanı Elnur ünvanına nalayiq ifadələr işlətdiyi üçün o da Elnura iradını bildirdikdə, Elnur əsəbiləşərək üzərinə gəlmiş və yumruqla onun başından, alnından, ayaq (təpik) zərbəsi ilə onun sol ayağından vurub, sonra isə əli ilə sağəlindən tutub sıxaraq buraxmş, ardınca əl və yumruq zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət yetirmişdir. O, da bununla bağlı DİN-nin “102” xidmətinə zəng edib məlumat vermiş, daha sonra isə Abşeron RPİ-nə ərizə ilə müraciət edərək əri X3 barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Baş vermiş münaqişənin 5-10 dəqiqə davam etdiyini, həmin vaxt evdə kənar şəxsin olmadığını, mübahisə zamanı Elnura qarşı hər hansı bir fiziki zor tətbiq etmədiyini göstərmişdir. Məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, iş üzrə icaata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizası ilə əlaqədar "MTE və PA ETT Birliyi" X6 Abşeron rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 1026 nömrəli rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – sol alın-təpə nahiyəsinin hematoması (dərialtına qansızması), sol diz oynağının və sağəlin İİ barmağının dırnaq falanqasının hissəvi qopması hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyi, sol baldır nahiyəsinin sıyrığı bərk küt əşya(əşyalar) təsirindən törənmişdir, qərardaqeyd olunan müddətdə vəşəraitdə, yəni xx.xx.2025-ci il tarixdə dava-dalaşnəticəsindəəmələ gələ bilərdilər, dərəcəsinə görəsağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Belə ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 31 iyul 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.2, 331.3 və 128-ci maddələri ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Masallı rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə 11 (on bir) ay 06 (altı) gün vaxtından əvvəl şərti azad edilmişdir. Beləliklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş, yəni məhkumluğu olmayan şəxs hesab olunmuşdur. Şikayət verən şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də, məhkəmədən barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə əməli törətmiş şəxsə qarşı irəli sürülmüş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən əməlin törədilməsi o.nun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şikayət verən şəxsin ifadəsi, ekspertiza rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iş üzrə şikayət verən şəxs Zərərçəkmiş şəxs ilə barışmışlar, sonuncunun ona qarşı şikayəti və tələbi yoxdur. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan işin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar