Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-878/2025 18.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Bayraməli oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Masallı rayonu, Mahmudavar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Mahmudavar kəndində qeydiyyatda olmaqla həmin kəndə yaşamış, barəsində Abşeron rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Bayraməli oğluna işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə biləbilə həqiqətə uyğun olmayan yalan məlumat verib sonuncunun inam və etibarını qazanaraq ona Koreya Respublikasından 13000 manat müqabilində “Hundai İ30” markalı avtomobil gətirəcəyini vəd verib aldadaraq, bu niyyətlə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Səbayıl rayonu, Badamdar qəsəbəsində Zərərçəkmiş şəxs 4000 manat, sonuncunun xx.xx.2024-cü il tarixdə saat 23:04:30 dəqiqədə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Milli öN” terminalı vasitəsi ilə onun 416973*******7520 kart hesabına göndərdiyi 5000 manat, xx.xx.2024-cü il tarixdə saat 14:50:32 dəqiqədə Masallı rayonu, Türkoba kəndində yerləşən “MilliÖn” terminalı vasitəsi ilə 4098 5844 9110 9441 nömrəli Leo kart hesabına göndərdiyi 2000 manat, xx.xx.2024-cü il tarixdə saat 10:44:02 dəqiqədə Masallı rayonu, Türkoba kəndində yerləşən “MilliÖn” terminalı vasitəsi ilə 4098 5844 9110 9441 nömrəli Leo kart hesabına göndərdiyi 500 manat, xx.xx.2024-cü il tarixdə saat 20:15:14 dəqiqəqədə Masallı rayonu, Türkoba kəndində yerləşən “MilliÖn” terminalı vasitəsi ilə 4098 5844 9110 9441 nömrəli Leo kart hesabına göndərdiyi 1000 manat, xx.xx.2024-cü il tarixdə saat 08:42:36 dəqiqədə Masallı rayonu, Türkoba kəndində yerləşən “MilliÖn” terminalı vasitəsi ilə 4098 5844 9110 9441 nömrəli Leo kart hesabına göndərdiyi 500 manat, xx.xx.2024-cü il tarixdə saat 21:05 dəqiqədə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən “Təzə” bazarın yaxınlığında telefonunda olan “Birkart” vasitəsi ilə 5522 0993 6666 8499 seriyalı kart hesabına 5522 0993 6666 8499 nömrəli Leo kart hesabına göndərdiyi 100 manat ümumilikdə 13100 manat pulunu vahid niyyətlə alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs Bayraməli oğluna xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Masallı rayonu, Mahmudavar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamışdır. Zərərçəkmiş şəxs Bayraməli oğlunu 2023cü ilin yanvar ayından tanıyır, Allahverən Masallı rayonu, Miyənki kəndində yaşayır və taksi fəaliyyəti ilə məşğul olur. Allahverənlə əvvəllər münasibətləri yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 2024-cü ilin avqust ayının ortalarında Zərərçəkmiş şəxs Bayraməli oğlu ilə görüşüb söhbət edən zaman o, Allahverənə yalandan demişdir ki, “Koreya Respublikasından “Hundai İ30” markalı avtomobillər gətirib Bakı şəhərində satıram, istəyirsən sənin üçün 13000 manata gətirim”. Allahverən ona inanıb razılaşdıqdan sonra demişdir ki, “mənim üçün də 13000 manata Koreya Respublikasından “Hundai İ30” markalı avtomobil gətir”. O da Allahverənə demişdir ki, “sən pulunu ver mən sənin üçün maşın təşkil edərəm”. O, Allahverənlə razılaşıb ayrılmışdır. İlkin olaraq xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Səbayıl rayonu, Badamdar qəsəbəsində Allahverənlə görüşüb ondan 4000 manat pul almışdır. Sonra Allahverən ona verdiyi 416973*******7520 “Bir kart”, 5522 0993 6666 8499 nömrəli və 4098 5844 9110 9441 nömrəli Leo kart hesablarıma hissə-hissə olmaqla ümumilikdə 9100 manat pul göndərmişdir. O da həmin pulları kartdan çıxarıb öz şəxsi ehtiyaxlarına xərcləmişdir. Bundan sonra Zərərçəkmiş şəxs dəfələrlə onunla əlaqə saxladıqda Allahverənə müxtəlif bəhanələr gətirərək aldığı pulu geri qaytarmaqdan yayınmışdır. Onun Zərərçəkmiş şəxs 13100 manat pulu almaqda məqsədi Allahverənə Koreya Respublikasından “Hundai İ30” markalı avtomobil gətirmək olmamış, Zərərçəkmiş şəxs məxsus pulu alıb ələ keçirmək olmuşdur. Hazırda zərər çəkmiş şəxsə vurmuş zərəri ödəmiş, onunla barışmışdır.Dövlət büdcəsinə ziyanın 25%-i ödənilmişdir. Odur ki, iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Bayraməli oğlu ifadəsində bildirdi ki, o, Masallı rayonu, Miyənki kəndində qeydiyyatda olmaqla həmin kəndə yaşayır. Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayından tanıyır, Masallı rayonunda Mahmudavar kəndində yaşamışdır. Dinarla Bakı-Masallı taksi fəaliyyəti ilə məşğul olan zaman tanış olmuş, Dinarla əvvəllər münasibətləri yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Təqsirləndirilən şəxs ilə 2024-cü ilin avqust ayında aralarında olan söhbət zamanı Dinar ona demişdir ki, “Koreya Respublikasından Hunday İ30 markalı avtomobillər gətirib Bakı şəhərində satıram. İstəyirsən sənin üçün 13000 manata gətirim”. Dinar ona demişdir ki, maşınları Əli adlı şəxsin vasitəsi ilə gətirib satır. O da Dinarla razılaşmış və Dinara demişdir ki, “mənim üçün də 13000 manata Koreya Respublikasından Hunday İ30 markalı avtomobil gətirsin”. İlkin olaraq xx.xx.2024cü il tarixdə Bakı şəhəri, Səbayıl rayonu, Badamdar qəsəbəsində Dinarla görüşüb ona 4000 manat pul vermişdir. Sonrakı pulları Dinarın ona verdiyi xx.xx.2024-cü il tarixdə kart hesabına Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Milli öN” terminalı vasitəsi 5000 manat, xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Türkoba kəndində yerləşən “MilliÖn” terminalı vasitəsi ilə 2000 manat, xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Türkoba kəndində yerləşən “MilliÖn” terminalı vasitəsi ilə 500 manat, xx.xx.2024cü il tarixdə Masallı rayonu, Türkoba kəndində yerləşən “MilliÖn” terminalı vasitəsi ilə 1000 manat, xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Türkoba kəndində yerləşən “MilliÖn” terminalı vasitəsi ilə 500 manat, sonuncu pulu isə 100 manat pulu isə xx.xx.2024-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən “Təzə” bazarın yaxınlığında olan zaman mobil telefonundakı “Birkart” tədbiqi vasitəsi ilə Dinarın ona verdiyi 5522 0993 6666 8499 seriyalı kart hesabına göndərmişdir. Bundan sonra Dinar onu aldadaraq verdiyi vədə əməl etməmiş və onun pulunu geri qaytarmayaraq ona ümumilikdə 13100 (on üç min yüz) manat ziyan vurmuşdur. Həmin ziyanla bağlı məhkəməyə mülki iddia ilə müraciət etmişdir. Lakin hazırda ona dəymiş zərər ödənildiyi və təqsirləndirilən şəxslə barışdığı üçün mülki iddiadan imtina etdiyini bildirdi. Zərərçəkmiş şəxs Bayraməli oğlu tərəfindən məhkəməyə ünvanlanmış 11 sentyabr 2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir,onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs Bayraməli oğlu onun atasıdır. Atası Allahverən taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2024-cü ilin avqust ayında atası ilə söhbət edən zaman atası ona demişdir ki, “Dinar adlı şəxslə tanış olmuş söhbət zamanı Dinar adlı şəxs ona Koreya Respublikasından “Hunday İ30” markalı avtomobillər gətirib Bakı şəhərində satdığını istədiyi anda onun üçün 13000 manata gətirəcəyini bildirmişdir”. Söhbət zamanı atası Allahverən ona demişdir ki, “Dinarla Koreya Respublikasından “Hunday İ30” markalı avtomobili gətirməsini 13000 manata razılaşmışdır”. O, bununla bağlı atasına bir söz deməmişdir. Bundan sonra atası Allahverən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Səbayıl rayonu, Badamdar qəsəbəsində Dinarla görüşüb ona 4000 manat pul vermişdir. Sonrakı pulları Dinarın atasına verdiyi xx.xx.2024-cü il tarixdə kart hesabına onun yanında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Milli öN” terminalı vasitəsi 5000 manat, xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Türkoba kəndində yerləşən “MilliÖn” terminalı vasitəsi ilə 2000 manat, xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Türkoba kəndində yerləşən “MilliÖn” terminalı vasitəsi ilə 500 manat, xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Türkoba kəndində yerləşən “MilliÖn” terminalı vasitəsi ilə 1000 manat, xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Türkoba kəndində yerləşən “MilliÖn” terminalı vasitəsi ilə 500 manat, sonuncu pulu isə 100 manat pulu isə xx.xx.2024-cü il tarixdə atasının telefonunda olan “Birkart” tədbiqi vasitəsi ilə Dinarın atama verdiyi 5522 0993 6666 8499 seriyalı kart hesabma göndərmişdir. Bundan sonra Dinar atasını aldadaraq verdiyi vədə əməl etməmiş və atasının pulunu geri qaytarmayaraq ümumilikdə 13100 (on üç min yüz) manat ziyan vurmaqla atasına qarşı dələduzluq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 12 fevral 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. “İttiham elan üçün şəxsin barəsində axtarış elan edilıməsi və tutulması haqqında” 20 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, həmin tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərara əsasən ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. “Axtarışda olan şəxsin tutulması haqqında” 07 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” 07 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilmişdir. “Zərərçəkmiş şəxs kimi tanımaq barədə” 13 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs Bayraməli oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 19 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişvə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Abşeron Rayon Məhkəməsinin 4(012)-122/2025 saylı, 08 mart 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay 20 gün müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20 fevral 2025-ci il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 12 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər istintaq materialları sübut növü kimi qiymətləndirilmişdir. Zərərçəkmiş şəxs Bayraməli oğlu tərəfindən məhkəməyə təqdim edilmiş 11 sentyabr 2025-ci il tarixli ərizədən və notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi və mənəvi ziyan tam şəkildə ödənilmişdir və ondan şikayət və tələbi yoxdur,onunla barışmışdır Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 18 sentyabr 2025-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsə vurulmuş ziyan onun tərəfindən ödənilmiş və zərərçəkmiş şəxslə barışmışdır. Qeyd olunanları nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. 17.09.2025-ci il tarixli, 26150 və 16169 saylı ödəniş qəbzlərinə əsasən Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında – 3274+6 manat olmaqla, cəmi 3280 manat məbləğində dövlət büdcəsinə ödəniş edilmişdir; Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıb ona dəymiş zərəri ödədiyindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir.Ziyan məbləği ödənildiyi üçün mülki iddia üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4,39.1.6-39.1.11, 40.3 və 40.4-cümaddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir.“Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkilli Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 275 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunsun və o, məhkəmə zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkilli Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 275 (iki yüz yetmiş beş) manat pul ödənilsin. Mülki iddia üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-878/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-878/2025
18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver