Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-88/2023 07.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 04 radələrində Abşeron rayonu Xırdalan şəhəri Gənclər şəhərciyində yerləşən “Oba” marketin qarşısında əvəllər tanımadığı X4 ilə aralarında baş vermiş mübahisədən istifadə edərək yumruqla sonuncunun sifət nahiyəsinə bir dəfə zərbə endirib ona sol gözün bayır kənarının qançırı ilə nəticələnən sağlamlığına zərər vurmayan xəsarət yetirərək sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib arxa cibində olan pul qabını çıxararaq, pul qabının içərisindən Zərərçəkmiş şəxs 1200 manat və ekvivalentlə 340 manat təşkil edən 200 ABŞ dollarını götürüb açıq talayıb pul qabını hadisə yerində atıb ordan uzaqlaşmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1540 manat ziyan vuraraq soyğunçuluq cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat təxminən 23 radələrində yaşadığı evdən çıxaraq Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Gəncələr şəhərciyinə gəlmişdir. Orada tanışı Şahid2 ilə görüşmüş, onunla bir az gəzdikdən sonra Fidanla görüşüb bir az həyətdə gəzib söhbət etmişlər. Bundan sonra Fidanla söhbət etməyə başlamış, bu zaman təxminən saat 03 radələrində Fidanın bacısı Ləmangilin yanında avtomobil dayandığını görmüşdür. Həmin vaxtı Fidan ona ‘"kimsə orada bacısı Ləmana söz atır” demiş və ondan kömək istəmişdir. O da dərhal həmin şəxslərin yanma yaxınlaşmış, bu zaman görmüşdür ki, sonradan adının Emin kimi bildiyi şəxs qızlarla söhbət edir. O da sonunculara ona yaxınlaşmış və “qızları nəyə görə narahat edirsən” demiş və Emindən yaşı barədə maraqlanmışdır. Emin də ona 36 yaşının olduğunu bildirmiş, belə olduqda sonuncuya “söhbət etdiyin qızların 19 yaşı var” demiş, bundan sonra aralarında sözlə mübahisə baş vermişdir. Bu zaman Emin onlara nə kimi istəklərinin olub-olmadığı barədə maraqlanmış, onlar isə heç bir istəklərinin olmadığını bildirsələr də, Emin uOba” marketə gedib su alaraq qayıtmış və ona bir dəd Bonaqua” suyu vermişdir. Bundan sonra Eminin içkili vəziyyətdə onu aşagılamaya başlamış, o da bundan əsəbləşib bu zaman Eminin sifət nahiyyəsinə bir dəfə yumruq ilə vurmuş və zərbədən sonuncu yerə yıxılmışdır. Belə olduqda o, Eminin yıxılmasını görüb onun arxa cibində olan pul qabısmı götürmüş və qaçmağa başlamışdır. Ondan əvvəl isə Məhəmməd qaçıb getmiş, o bir qədər qarşıda pul qabından 423 manat və 4 ABŞ dolları pulu götürüb pul qabını arxasınca gələn Fidana vermişdir. Həmin pulları götürdükdən sonra oradan qaçaraq çıxıb evə getmiş, pulları isə həmin günün səhəri, yəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında xərcləmişdir. Göstərmişdir ki, həmin pulların hamısını özünə götürmüş, Məhəmmədə isə hər hansı miqdarda pul verməmiş, sonuncunun pul qabının talanmasından xəbəri olmamış, həmin hadisəni tək törətmişdir. Emini yumruqla vurmasına səbəb sonuncunun onunla məzələnməsi kimi hərəkətlər etməsi olmuş, sonuncunun bu kimi hərəkətəlrini qızlar da görmüş və o, içkili olduğu üçün özünə sığışdıra bilmədiyi üçün yumruq ilə vurmuş, lakin Emin yıxıldıqdan sonra arxa cibində pul qabı olduğu üçün onu götürüb qaçmış, pul qabında 423 manat və 4 ABŞ dolları pul olmuş və həmin pulları da götürmüşdür. Təqsirləndirilən şəxs sonda etdiyi əməldən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı qismən ödəyərək, onunla barışıq əldə etməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 04 radələrində Bakı şəhərindən Abşeron rayonu Gənclər şəhərciyinə gəlmiş, həmin vaxtı binanın yanında dayanmış iki nəfərə «Salam» vermiş, sonuncular da onun «Salam»ını almış, sonra onlarla söhbət etməyə başlamışdır. Həmin şəxslərə nə ürəklərinin istəməsini demiş, bu zaman sonuncular su istədiklərini bildirmişlər. O da «Oba» marketdən su alaraq gətirib vermiş, onlarla söhbət edən zaman sonunculardan biri ona demişdir ki, «biz Müşfiq uşaqlarıyıq», bu zaman o da demişdir ki, «siz neçə nəfərsiz», aralarında bununla əlaqədar mübahisə baş vermiş, mübahisə zamanı onlardan biri sonradan adının Maqa kimi deyilən şəxsin yanında olan şəxs onun baş nahiyyəsinə bir dəfə yumruq vuraraq arxa cibində olan pul qabımı götürüb içərsində olan 200 ABŞ dolları və 1200 manat pulu götürüb qaçıb çıxıb getmişlər. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında qanuni nümayəndəsi X2 iştirakı ilə şahid qismində Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışıdır və onunla münasibətləri həmişə normal olmuşdur. 27 iyul 2022-ci il tarixdə saat təxminən 23 radələrində Rəfi ilə Abşeron rayonu Müşfıqbad qəsəbəsində görüşüb Abşeron rayonu Xırdalan şəhəri Gənclər şəhərciyində yaşayan tanışları Fidan və Ləman ilə görüşməyə getmiş, həmin vaxtı Ləman ilə o, Fidan ilə isə Rəfi görüşməli olmuşlar. Oraya çatdıqdan sonra qızlarla görüşüb söhbət edib gəzişməyə başlamışlar. Bundan sonra təxminən saat 05 radələrində kənarda dayanmış, bu zaman görmüşdür ki, Ləman və qonşuları olan qızların yanında sonradan adının Emin kimi bildiyi şəxs öz avtomobili ilə dayanmışdır. Həmin vaxtı onların yanma yaxınlaşanda Emin «Salam» verərək onlara nəsə almaq istədiyini demiş, bundan sonra Rəfi ilə Fidan kənarda olduqları üçün sonuncularda onlara yaxınlaşmışlar. Bu anda Emin ilə Rəfi arasında sözlə mübahisə baş vermiş, Rəfi Eminə «nəyə görə qızların yanında dayanıb onlara nəsə təklif etmisən» demiş, Emində içkili olduğu üçün Rəfi ilə məzələnməyə başlamışdır. Belə ki, Emin Rəfiyə «sənin yaşayışın yaşayış deyil» demiş, belə olduqda sonuncuların arasında bu zəmində mübahisə baş vermiş, mübahisə zamanı Emin Rəfini kənara çəkib onunla mübahisə etmək istəyərkən bu anda Rəfi əsəbləşib Eminin sifətindən bir dəfə yumruq ilə vurmuş, onun vurmasını görüb oradan qaçaraq çıxıb getmişdir. Onun arxasınca isə Rəfinin qaçmasını görmüş, oradan qaçaraq birbaşa yaşadığı evə getmişdir. 02 avqust 2022-ci il tarixdə onu Abşeron rayon polis idarəsinin əməkdaşları saxlayıb idarəyə dəvət etmiş, orada məlum olmuşdur ki, həmin vaxtı Rəfi Eminin cibindən pul qabını götürüb qaçmışdır. Göstərmişdir ki, Rəfinin Emini yumruqla vurmasından sonra oradan qaçıb getmiş, Rəfinin pulu götürməsini görməmiş, sonradan ona məlum olmuşdur ki, Rəfi pul qabından 422 manat pul və 4 ABŞ dolları götürmüşdür. O bundan sonra Rəfiyə öz etirazını bildirmiş, həmin puldan Rəfi ona hər hansı miqdarda verməmiş, ümumiyyətlə Rəfinin bu kimi hərəkətlərindən xəbərsiz olmuşdur. Hadisə zamanı Rəfi Emini yumruq ilə vurduğu üçün qorxub oradan qaçıb getmiş ki, polislər gəlib onları tutarlar. Hadisə vaxtı orada Emin, Rəfi, o, Ləman və Fidan o, cümlədən bir nəfərdə adını bilmədiyi qız olmuş, hadisə vaxtı Emini vurmamış, Rəfinin vurmasını görmüş, lakin Eminin cibindən pul qabısını və pulunu götürməmiş, Rəfinin deməsinə görə həmin pul qabının içərisindən pulu da özü götürmüş, onun bu kimi hadisədə hər hansı formada iştirakçılığı olmamışdır. Məhkəmə istintaqında Şahid3 elan edilmiş ifadəsində göstərilmişdir ki, 28 iyul 2022ci il tarixdə saat təxminən 04 radələrində rəfiqəsi Ləman ilə birlikdə Abşeron Gənclər şəhərciyində yerləşən Oba marketin qarşısında avtomobilə söykənib söhbət etmişlər. Bu zaman sonradan adını bildiyi Emin özünə məxsus avtomobili onların yanında saxladıb demişdir ki, «siz mənim qonşularımısız» və onlara demişdir ki, «mənim burada evim var, sizə ürəyiniz nə istəsə alaram». Bu zaman onlar da «biz Sizi tanımırıq sürün gedin» demişlər. Həmin vaxtı aralarında olan bu söz-söhbətə adını Maqa kimi bildiyi şəxs, yanında bir oğlan və Fidan onlara yaxınlaşmış, Maqa və yanındakı oğlan Eminə irad bildirmişlər ki, nəyə görə onların yanında maşınını saxlayıb onlarla tanış olmaq istəyir. Bundan sonra Emin içkili vəziyyətdə marketə gedib oradan su alaraq çıxıb onlara gətirmiş, Maqa və yanındakı oğlan yenədə Eminə irad tutarkən onların aralarınnda bununla əlaqədar mübahisə baş vermiş, mübahisə zamanı Maqanın yanında olan oğlan Eminə bir dəfə zərbə endirərək arxa cibindən pul qapısını götürüb qaçmış, onun arxasınca isə Maqa qaçmışdır. Bundan sonra Fidan da onların dalınca qaçmış, bundan sonra Maqanın yanında olan oğlan pul qabını yerə ataraq qaçmış. Emin də pul qabını götürüb polisə zəng vurmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 28 iyul 2022-ci il tarixdə saat təxminən 04 radələrində rəfiqəsi Ləman ilə birlikdə Abşeron Gənclər şəhərciyində yerləşən Oba marketin qarşısında avtomobilə söykənib söhbət etmişlər. Bu zaman sonradan adını bildiyi Emin onların yanında özünə məxsus avtomobili saxlayıb onlara «siz mənim qonşularımsız» demiş və bildirmişdir ki, «mənim burada evim var sizə ürəyiniz nə istəsə alaram». Bu zaman o da sonuncuya «biz Sizi tanımırıq sürün gedin» demiş, bu zaman onların arasında olan bu söz söhbətə adını Maqa kimi bildiyi şəxs və yanında bir oğlan və Fidan onlara yaxınlaşmış, Maqa və yanındakı oğlan Eminə irad bildirmişlər ki, nəyə görə onların yanında maşınını saxlayıb onunla tanış olmaq istəyir. Bundan sonra Emin içkili vəziyyətdə marketə gedib oradan su alaraq onlara gətirmiş, Maqa və yanındakı oğlan yenədə Eminə irad tutarkən onların arasında bununla əlaqədar mübahisə baş vermiş, mübahisə zamanı Maqanın yanında olan oğlan Eminə bir dəfə zərbə endirərək arxa cibindən pul qapısını götürüb qaçmışlar. Onunun arxasınca isə Maqa qaçmış, sonra Fidan da onların dalınca qaçmışdır. Bundan sonra Maqanın yanında olan oğlan pul qabını yerə ataraq qaçmış, Emin də pul qabını götürüb polisə zəng vurmuşdur. Məhkəmə istintaqında qanuni nümayəndəsi X3 iştirakı ilə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Maqa adlı şəxsi təxminən 1 ilə yaxındır ki, tanıyır, belə ki, Maqa demək olarki, onun təşkil etdiyi turlarda onunla birlikdə rayonlara gedib gəlir. 28 iyul 2022-ci il tarixdə saat təxminən 04 radələrində həyətdə olarkən Maqa ilə rastlaşmış, həmin vaxtı Maqanın yanında bir nəfər tanımadığı şəxs də var idi. Onlar həyətdə olarkən bacısı Ləman və rəfiqəsi Ləmanın yanında bir nəfər şəxsin olduğunu görüb Maqa ilə birlikdə onlara yaxınlaşmış, onlara yaxınşalarkən Ləman demişdir ki, Emin adlı şəxs onların yanında avtomobili saxladıb onlarla tanış olmaq istəmişdir. Maqa və yanındakı oğlanda Eminə irad bildirmişlər ki, nəyə görə Ləmangilin yanında maşınını saxlayıb onunla tanış olmaq istəmişdir. Bundan sonra Emin içkili vəziyyətdə marketə gedib oradan su alaraq onlara gətirmiş, Maqa və yanındakı oğlan yenədə Eminə irad tutarkən onların arasında bununla əlaqədar mübahisə baş vermiş, mübahisə zamanı Maqanın yanında olan oğlan Eminə bir dəfə zərbə endirərək arxa cibindən pul qapısını götürüb qaçmışdır. Onun arxasınca isə Maqa qaçmış, bundan sonra o da sonuncuların arxasınca qaçmış ki, dalaşsalar ayırsın. Bundan sonra Maqanın yanında olan oğlan pul qabını yerə ataraq qaçıb getmiş, Emin də pul qabını götürüb polisə zəng vurmuşdur Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işi materiallarında olan İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 06 avqust 2022-ci il tarixli 1689 saylı rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol gözün bayır kənarının qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə insan bədəninin hissəsinin (əl, əl barmaqları və sair) təsirindən əmələ gələ bilmələri mümkündür və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəx Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 180.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu zərərin əvəzini ödəməklə onunla barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işi materiallarından görünür ki, 02 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli qərarı ilə əvvəli 02 avqust 2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli tutulduğu 02 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edildiyindən, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin tutma altında və həbsdə saxlanılma müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzasının əvvəli tutulduğu 02 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-88/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-88/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver