Məhkəmə qərarları › İş №1(012)-88/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-88/2025

29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-88/2025 29.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində doğulan, Аzərbаycаn Rеspubliкаsının vətəndаşı, orta təhsilli, məhkumluğu ödənilməyən, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 2A ünvanında yerləşən mağazaya müştəri kimi gələrək üzük, sırğa, qolbaq və boyunbağıdan ibarət qızıl dəstini bəyənib sifariş verərək həmin qızıl dəstini 09 aprel 2023cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində Zərərçəkmiş şəxs1 ailə üzvlərinə göstərib pulunu gətirəcəyi adı ilə yalan vəd verib aldadaraq qızıl dəstini əldə etdikdən sonra binaya daxil olmuş, sonra isə Zərərçəkmiş şəxs1 zəng vurub 8-ci mərtəbəyə qalxıb pulu götürməsini bildirib sonuncunun liftlə qalxmasını görüb mobil telefonunu söndürüb uzaqlaşaraq Zərərçəkmiş şəxs1 məxsus 2270 manat dəyərində 26,56 qram çəkidə, 585 əyarlı üzük, sırğa, qolbaq və boyunbağıdan ibarət qızıl dəstini ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 2270 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 08 may 2023-cü il tarixdə X3 adına olan ***-***-**-** mobil nömrəsi ilə qızıl satışı barədə elan yerləşdirmiş Zərərçəkmiş şəxs2 istifadəsində olan ***- ***-**-** mobil nömrəsinə zəng vuraraq satışa qoyduğu 3050 manat dəyərində qızıl qolbağı almaq istədiyini bildirib həmin qızıl qolbağını Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində 28 saylı binanın qarşısına gətirməsini bildirmiş, sonuncu isə tanışı Şahid3 vasitəsilə həmin qızıl qolbağını göstərilən ünvana göndərmiş, Təqsirləndirilən şəxs özünü DYP əməkdaşı X2 təqdim edərək sonuncuya məxsus xidməti vəsiqənin kserosurətindən hazırlanmış vəsiqəni Şahid3 verib qızıl qolbağını rəisin arvadına göstərib pulunu gətirmək adı ilə aldadaraq qızıl qolbağını ələ keçirib Zərərçəkmiş şəxs2 3050 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Əflan ona Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 2A ünvanında yerləşən mağazadan qızıl alqı-satqısı ilə məşğul olduğunu bildirmiş, Əflan lazım olan zaman onunla telefonla əlaqə saxlamış, onu istədiyi ünvanlara aparıb gətirmişdir. 07 aprel 2023-cü il tarixdə Əflan idarə etdiyi avtomobildə sərnişin kimi olan zaman ona bir nəfər qızıl satan tanışından qızıl götürmək istədiyini, həmin şəxsdən qızıl götürmək üçün ona köməklik etməyini xahiş etmiş, Əflan ona bir nəfər tanışına onu qohumu kimi təqdim edərək həmin şəxsdən qızıl dəsti alacağını, özünün həmin qızıl dəstin pulunu ödəyəcəyini, qızıl götürməkdə köməklik etdiyi üçün ona da pul verəcəyini bildirmiş, Əflanla aralarında olan yoldaşlıq münasibətinə görə razılıq vermiş, 09 aprel 2023-cü il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrostansiyasının yaxınlığında manatlıq müştəri gözləyən zaman tanışı Şahid1 ilə rastlaşmış, Elmar da yaşadığı ünvana getmək istədiyi üçün onu da müştəri kimi götürmüş, həmin vaxt Əflan onunla əlaqə saxlayaraq qızıl satan tanışından qızıl götürmək istədiyini, razılaşdıqları kimi onunla birlikdə getməyini, qızıl götürmək istəyən şəxsə onu xalası oğlu kimi təqdim edərək qızıl götürüb pulunu özünün ödəyəcəyini bildirmiş, Elmarla birlikdə idarə etdiyi “Toyota Ares” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 2A ünvanında yerləşən mağazasına gələrək Əflanla görüşmüş, orada Əflan onu bir nəfər qızıl satan şəxsə xalası oğlu kimi təqdim edərək qızıl dəsti götürmüş, bundan sonra Elmarla birlikdə oradan çıxaraq avtomobilə əyləşib Xırdalan şəhərinə getmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 üzdən görməsə də, onunla telefon əlaqəsi saxlayaraq qızıl sifariş vermiş, 08 may 2023-cü il tarixdə sosial şbəkələrdə onlayn qaydada qızıl alqı-satqısı ilə maraqlanan zaman orada yerləşdirilmiş, elanlardan biri onun diqqətini cəlb etmiş, buna görə də elanda yerləşdirilmiş ***-***-**-** mobil nömərəyə istifadə etdiyi ***-***-**-** saylı mobil nömrənin “Whatsapp” proqramına zəng edərək satışa qoyulmuş 3050 manat dəyərində 585 əyarlı qızıl qolbağı almaq istədiyini bildirmiş, həmin vaxt onunla telefonda danışan şəxs özünü ona Murad kimi təqdim etmiş, Murada qızıl qolbağı nisyə olaraq pulunu hbissə-hissə ödəmək şərti ilə ona atmasını xahiş etmiş, Murad da onunla razılaşmış, qızıl qolbağını ona nisyə sata biləcəyini bildirmişdir. Ondan qızıl qolbağı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən AAAF park yaşayış kompleksinə göndərməsini istəmiş, Murad da ona qızıl bilərziyi kuryer vasitəsilə göndərəcəyini bildirmiş, nömrəni kuryerə verməyini xahiş etmişdir. Bundan bir qədər sonra istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** mpbil nömrəsindən adını sonradan İbrahim olduğunu öyrəndiyi şəxs zəng vurmuş və həmin şəxslə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF park” yaşayış kompleksində 28 saylı binanın qarşısında görüşüb bir ədəd qızıl qolbağı ondan qəbul edərək çıxıb getmişdir. Sonradan Murada söz verdiyi pulu ödəyə bilmədiyi üçün onun barəsində polisə məlumat verdiyini öyrənmişdir. X6 məxsus polis vəsiqəsinin surətini təqdim etməmiş, Muradla aralarında olan razılığa əsasən qızıl qolbağını 3050 manata nisyə olaraq almış, həmin qolbağın pulunu verə bilmədiyi üçün Murad onun barəsində şikayət etmişdir. Zərərçəkmiş şəxs1 təqribən 4 ay müddətində tanımış, onunla aralarında əvvəllər hər hansı ədavət və qərəzli münasibət olmamışdır.Əflanın dediklərinin yalan olduğunu, ondan heç bir qızıl dəsti almadığını, Əflanın qızıl dəstini almaq üçün onu tanışına xalası oğlu kimi təqdim edərək qızıl dəstini özü üçün götürmüşdür. ***-***-**-** saylı mobil nömrəni istifadə etməmiş, mobil nömrənin kimə məxsus olmağını bilməmiş, ***-***-**-** saylı mobil nömrəni istifadə etmişdir. Zərərçəkmiş şəxs1 qızıl dəsti götürməkdə ona köməklik göstərdiyinə baxmayaraq vəd etdiyi pul mükafatını ona verməmiş, Əflandan heç bir qızıl dəsti almamış, ona qarşı heç bir dələduzluq etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi olaraq Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 2A ünvanında yerləşən mağazanı icarəyə götürüb qızıl alqı-satqısı ilə məşğul olur. 09 aprel 2023-cü il tarixdə saat 17:40 radələrində işlədiyi qızıl mağazasında olan zaman iki nəfər kişi cinsindən olan şəxs mağazaya gələrək ondan qızıl dəsti ilə maraqlanmış, həmin şəxslərdən birinin başında idman papağı olmuş, həmin şəxs özünü X9 İdarəsinin əməkdaşı kimi təqdim edərək yanında olan şəxsin qardaşı olduğunu, qardaşı üçün toy edəcəklərini, buna görə də qızıl dəsti ilə maraqlandığını bildirmiş, həmin şəxsin üzündə çapıq olmuş, bir ayağını isə yeriyən zaman çəkmiş, yəni axsamışdır. Onlara inanmış, mağazada vitrində olan üzük, sırğa, qolbaq və boyunbağıdan ibarət olan 585 əyarlı 2270 manat dəyərində qızıl dəstini onlara göstərmişdir. Həmin şəxs qızıl dəstini bəyənmiş və pulu hazır edərək ona məlumat verəcəyini bildirmişdir. Bundan təqribən 40 dəqiqə sonra həmin şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə ***-***- **-** saylı mobil nömrədən zəng vuraraq pulu hazır etdiyini və sifarış verdiyi qızıl dəstini ünvanda ona təhvil verməyini xahiş etmiş, ona inandığı üçün razılaşmış, qızıl dəstini götürüb işlədiyi mağazadan çıxaraq həmin şəxsin istəyi üzrə Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsinə gətirərək onunla görüşmüş, Həmin şəxs onunla görüşə tək gəlmiş, qızıl dəstini ailə üzvlərinə göstərəcəyini bildirib qızıl dəstini ona verməyini istəmişdir. Ona inanaraq qızıl dəstini həmin şəxsə vermişdir. Bundan sonra həmin şəxs qızıl dəstini ailə üzvlərinə göstərib gətirəcəyi adı ilə binanın blokuna daxil olmuş, özü isə binanın qarşısında dayanıb onu gözləməyə başlamışdır. Bundan təqribən 3 dəqiqə sonra həmin şəxs yenidən onunla telefon əlaqəsi saxlayaraq qızıl dəstinin bağlanan hissəsində qırıq olduğunu bildirərək yuxarı qalxmağını xahiş etmiş, həmin şəxsə inandığı üçün bloka daxil olaraq liftlə binanın yuxarı mərtəbəsinə qalxsa da, həmin şəxsi tapa bilməmişdir. Buna görə də həmin şəxsin onunla əlaqə saxladığı mobil nömrəyə zəng vursa da, telefon sönülü olduğu üçün onunla əlaqə saxlaya bilməmişdir. Bundan sonra pilləkənlə binanın yuxarı mərtəbəsindən aşağıya doğru düşsə də, həmin şəxsi tapa bilməmişdir. Həmin şəxsin onun etibarından sui-sitfadə edərək 2270 manat 26,56 qram çəkidə qızıl dəstini ailəsinə göstərəcəyi adı ilə aldadaraq ələ keçirmiş, Buna görə də Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə gedərək hadisə barədə ərizə ilə müraciət etmişdir. Həmin hadisə nəticəsində ona ümumilikdə 2270 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi qaydada sosial şəbəkələrdə onlayn şəkildə qızıl alqı-satqısı ilə məşğul olmuşdur. Həmçinin “Whatsapp” ani mesajlaşma proqramının statusunda da satdığı qızıl əşyalarını paylaşaraq qiymətlərini də göstərmişdir. 08 may 2023-cü il tarixdə istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrənin “Whatsapp” ani mesajlaşma proqramına zəng edərək satışa qoyduğu 3050 manat dəyərində 585 əyarlı qızıl qolbağı almaq istədiyini bildirmiş, həmin şəxs qızılların Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF park” yaşayış kompleksinə göndərilməsini istəmiş, buna görə də tanışı Şahid3 qızıl qolbağı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF park” yaşayış kompleksinə aparıb 3050 manat pulu almağından ötrü göndərmişdir. İbrahimə müştərinin onunla əlaqə saxladığı ***-***-**- ** saylı mobil nömrəsini Abşeron rayonu, “AAAF park” yaşayış kompleksinə gedib həmin mobil nömrə ilə əlaqə saxlamağından ötrü vermişdir. Təqribən saat 15 radələrində həmin müştəri, özünü Vüsal kimi təqdim edən şəxs ona zəng vurub qızılı rəisin arvadına verib pulu alıb qayıdacağını bildirmiş, İbrahimə zəng vuraraq müştəridən vəsiqəsini alıb qızılı verməyini istəmişdir. İbrahim isə polis vəsiqəsini aldığını bildirmişdir. Təqribən 5 dəqiqə sonra İbrahim ona zəng vuraraq müştərinin ona 10-cu mərtəbəyə qalxıb pulu götürməsini demiş, İbrahimə qalxıb pulu götürməyi tapşırmışdır. Təqribən 5 dəqiqə sonra İbrahim ona zəng edərək həmin şəxsə çatmadığını bildirmiş, həmin şəxsin onları aldatdığını başa düşmüşdür. İbrahim həmin müştərinin ona X4 polis vəsiqəsinin surətinin laminasiya edilmiş formada təqdim etdiyini bildirmiş, həmin şəxsin etibardan sui-istifadə edərək qızılı rəisin arvadına göstərəcəyi adı ilə aldadıb 3050 manat pulunu ələ keçirdiyini anlamışdır. Buna görə də Abşeron rayon Polis İdarəsinə baş vermiş cinayət hadisəsi barədə məlumat vermişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən “Avans kredit” təşkilatında əməliyyatçı kimi işləyir. Zərərçəkmiş şəxs2 bir müddət olar ki, tanıyır. Murad onun kürəkəni ilə dostluq edir. 08 may 2023-cü il tarixdə saat 13 radələrində Murad ona zəng vurub Bakı şəhəri, Nərimanov rayonu, Gənclik metrosunun yanındakı qızıl mağazasının yanına gəlməyini, onda olan qızıl qolbağını müştəriyə aparmağını xahiş etmiş, Muradın xahişi ilə Bakı şəhəri, Nərimanov rayonu, Gənclik metrostansiyasının yanındakı qızıl mağazasına gedərək onunla görüşmüş, Murad ona bir ədəd qızıl qolbağı ***-***-**-** saylı mobil nömrəni verərək müştərinin əlaqə nömrəsi olduğunu və həmin müştərinin adının Vüsal olduğunu bildirmişdir. Həmin qızıl qolbağını Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF park” yaşayış kompleksinə aparıb müştəriyə çatdırmağı və müştəridən 3050 manat pul almağı tapşırmışdır. Bundan sonra 20 yanvar metrostansiyasının yanından avtobusla Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF park” yaşayış kompleksinin qarşısına getmişdir. Orada Muradın ona verdiyi müştəriyə məxsus ***-***-**-** saylı mobil nömrəyə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vuraraq hara gəlməli olduğunu soruşmuş, həmin şəxs ona 28 saylı binanın qarşısına gəlməyini bildirmiş, buna görə də Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF park” yaşayış kompleksinə daxil olub 28 saylı binanın qarşısına çatdıqdan sonra binanın qarşısında gözlədiyini bildirmişdir. Təqribən 2-3 dəqiqə sonra bir nəfər orta yaşlı qarayanız, başında qara rəngli idman kepkası olan kişi cinsindən olan şəxs ona yaxınlaşaraq adının Vüsal olduğunu bildirmiş, qızılı ona göstərmiş, həmin şəxs isə rəisinin sürücüsü olduğunu və qızılı rəisin arvadına göstərmək üçün 10-cu mərtəbəyə qalxıb gələcəyini bildirmişdir. Qızılı ona verə bilməyəcəyini, rəisin arvadının gəlib burda baxmağını və ya yuxarı qalxaraq özünün qızılı rəisin arvadına göstərə biləcəyini demişdir. Həmin şəxs isə rəisin arvadının həyətə düşməyəcəyini və yuxarı qalxmağa ehtiyac olmadığını bildirmişdir. Murada zəng edərək Vüsal adlı şəxsin qızıl qolbağını aparıb evdə göstərmək istədiyini və ona qızılı vermədiyini demiş, Murad həmin şəxslə mobil telefonla danışdıqdan sonra həmin şəxsin sənədi verib qızıl qolbağını aparıb göstərə biləcəyini demişdir. Bundan sonra həmin şəxs şalvarının arxa cibindən polis vəsiqəsini çıxararaq ona vermişdir. Vəsiqənin Vüsala məxsus olduğunu görmüş, Muradın sözüilə qızılı ona verib həyətdə gözləməyini tapşırmışdır. Vüsal adlı şəxs isə qızıl qolbağını alıb bloka girmişdir. Təqribən 4 dəqiqə sonra Vüsal kimi özünü təqdim edən şəxs ona zəng vurub 10-cu mərtəbəyə qalxmağını və pulu götürməyini bildirmiş, Murada zəng vurub bu barədə ona demiş, Murad ona qalxıb pulu götürməyini bildirmiş, Liftlə 10-cu mərtəbəyə qalxmış və dəhlizdə Vüsala zəng vurmuşdur. Lakin telefon sönülü olduğu üçün zəng çatmamış, 10-cu mərtəbədə yaşayış olmadığı məlum olmuşdur. Murada bu barədə bildirmiş və dərhal aşağı enərək Vüsalı axtarsa da, onu tapa bilməmişdir. Onun nömrəsinə dəfələrlə zəng vursa da, telefonu bağlı olmuş, bundan sonra Murada həmin şəxsin onları aldatdığını bildirmiş, Zərərçəkmiş şəxs2 onun yanına gəlmiş, birlikdə Abşeron rayon Polis İdarəsinə getmiş, Murad orada baş verənlərlə bağlı ərizə yazmışdır. Məlum olmuşdur ki, təqdim edilən vəsiqənin əsli deyil, kserosurəti olduğu məlum olmuş, açıq-aşkar adi gözlə baxdıqda həmin vəsiqənin əsli olmadığı müşahidə olunmuş, sadəcə olaraq vəsiqələrdən anlayışı olmadığına görə aldanmışdır. Daha sonra Murada qarşı dələduzluq edən şəxsin Təqsirləndirilən şəxs olduğu müşahidə olunmuşdur. Əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onunla aralarında hər hansı ədavət və qərəzli münasibət olmamışdır. Həmin şəxs təqribən 175 sm boylu, qarayanız, orta bədən quruluşlu şəxs olmuş və başında qara rəngli kepka olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əmək fəaliyyəti ilə məşğul olur. Etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cobalt” markalı, **- PZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti göstərir, təqribən 7 ay bundan əvvəl Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində taksi fəaliyyəti göstərərkən idarə etdiyi avtomobilə müştəri qismində əyləşən adını sonradan bildiyim Seyran adlı şəxs ona taksi lazım olanda onunla əlaqə saxlamaqdan ötrü mobil nömrəsini götürmüş, bundan sonra Seyran bir neçə dəfə ona zəng vuraraq taksi kimi xidmətindən istifadə etmişdir. 09 aprel 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrostansiyasının yaxınlığında olduğu zaman Abşeron rayonu, Xırdalan şəhərinə yaşadığı ünvana getmək üçün manatlıq taksi gözləmiş, bu an Seyranı görmüş, Seyran manatlıq müştəri yığarkən onun istifadəsində olan “Toyota Ares” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, avtomobilə əyləşdikdən sonra Seyran ondan işi olduğuna görə “Gənclik” metrostansiyası istiqamətinə getməyini xahiş etmiş və daha sonra onu evə aparacağını demişdir. Onunla razılaşmış, bundan sonra Seyranın idarə etdiyi avtomobillə Seyranla birlikdə “Gənclik” metrostansiyasının yaxınlığına getmiş, ikisi də avtomobildən düşmüş, Nərimanov rayonu, Atatürk prospektində yerləşən adını xatırlamadığı qızıl dükanına Seyran daxil olmuş, özü isə içəri daxil olmamış, dükanın qarşısında gözləmişdir. Seyranın qızıl dükanının içərisində tanımadığı bir nəfər şəxslə söhbət etdiyini görmüş, lakin onların nə barədə danışdığını eşitməmişdir. Qızıl dükanında Seyran və satıcıdan başqa heç kim olmamışdır. Seyranın satıcıdan nə isə götürdüyünə fikir verməmişdir. Təqribən 15 dəqiqədən sonra Seyran gəlmiş və ikisi də avtomobilə əyləşmişdir. Seyranın əlində heç nə olmamış, daha sonra Seyran onu Abşeron rayonu, Xırdalan şəhərində yaşadığı ünvanda düşürtmüş və çıxıb getmişdir. 07 may 2023-cü il tarixdə saat 23 radələrində Seyran ***-***-**-** saylı mobil nömrədən istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə zəng vuraraq harada olduğunu soruşmuş və ona evdə olduğunu bildirmişdir. Az müddət keçdikdən sonra Seyran yaşadığı ünvanı tanıdığına görə yaşadığı evə gəlmiş, Seyran qalmağa yerinin olmadığını bildirərək yaşadığı ünvanda qalmağına icazə verməyini ondan xahiş etmişdir. Buna etiraz etməmişdir. Seyran ertəsi gün yuxudan oyanıb səhər yeməyi yeyərkən ona qızıl almaq istədiyini və internetdə qızıl satan şəxs varsa tapmaqda ona köməklik göstərməyini xahiş etdiyini bildirmişdir. “İnstagram” sosial şəbəkəsində qızıl satılan səhifələrə daxil olaraq həmin səhifəni skrin edərək “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə atmış, Seyran çölə çıxaraq həmin qızıl satan şəxslə mobil telefon vasitəsilə danışmış, həmin gün saat 14 radələrində Seyranla birlikdə evdən çıxanda onu AAAF Park yaşayış kompleksinə aparmağını xahiş etmiş, Seyranı qeyd edilən yerə aparmışdır. Seyran ona onu gözləməyini xahiş etmişdir. Təqribən 20 dəqiqə Seyranı gözləmiş, bundan sonra Seyran gələrək idarə etdiyi avtomobilə əyləşmiş və təcili Sumqayıt şəhərinə getməyimi ondan xahiş etmişdir. Seyranla birlikdə Sumqayıt şəhərinə getmiş, Seyranın əlində qızıl qolbaq olduğunu görmüşdür. Seyran Sumqayıt şəhərində “Karvan” Ticarət Mərkəzinin yaxınlığında saxlamağımı bildirmiş, birlikdə avtomobildən düşmüşdür. Seyran ticarət mərkəzində olan qızıl dükanına yaxınlaşıb orada işləyən şəxslə söhbət etmiş, özü isə onu çöldə gözləmişdir. Təqribən 10 dəqiqə sonra Seyran dükandan çıxıb ona 30 manat taksi pulu verərək çıxıb gedə biləcəyini demiş və bundan sonra oradan uzaqlaşmışdır. Bundan sonra onun Seyranla heç bir əlaqəsi olmamışdır. 09 may 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində olduğu zaman 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb Abşeron rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, 1 gün əvvəl Abşeron rayonu, Xırdalan şəhərində onun idarə etdiyi avtomobillə gəlib qızıl aldığını və qızıl aldığı şəxsi aldadıb avtomobillə çıxıb getdiyini bildirmişdir. Həmin şəxsin adının Seyran olduğunu və onu müştəri kimi tanıdığını bildirmiş, Seyran ona 30 manat taksi pulu vermişdir. Seyranın dələduzluq əməlindən onun xəbəri olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Fəraqət oğlu ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Sumqayıt şəhərində yerləşən “Karvan” Ticarət Mərkəzinin yaxınlığında yerləşən köşkdə qızıl alqı-satqısı ilə məşğul olur, 08 may 2023-cü il tarixdə saat 16 radələrində bir nəfər orta yaşlı kişi cinsindən olan şəxs işlədiyi köşkə yaxınlaşaraq özündə olan bir ədəd qadın üçün qızıl qolbağını təqdim edib həmin qızılı satmaq istədiyini bildirmiş, həmin qızılı yoxlamışdır. Həmin qızılın şəkisinə görə 2400 manat ala biləcəyini demiş, həmin şəxs isə həmin qızılı 6 ay bundan əvvəl 3050 manata aldığını bildirərək digər köşkə yaxınlaşmışdır. Təqribən 20 dəqiqə sonra həmin şəxs təkrar işlədiyi köşkə yaxınlaşaraq “səndən çox pul verən yoxdur, bir az artır” dedikdən sonra 2405 manat pul verə biləcəyini bildirmişdir. Həmin şəxs deyilən qiymətə razılaşmış, şəxsiyyət vəsiqəsini təqdim etmiş, həmin şəxsin şəxsiyyət vəsiqəsinin fotoşəklini çəkmiş, həmin şəxsdən qızılın oğurluq olub-olmadığını soruşduqda həmin şəxs qızılın oğurluq olmadığına onu əmin etmişdir. Aldığı qolbaq 585 əyarlı, çəkisi isə 38,5 qram olmuşdur. Qızılı tanımadığı müştəriyə 2420 manata satmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şübhəli şəxsi tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, 08 fevral 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin tələblərini pozduğuna görə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron RPİ tərəfindən daxil olan məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə Nizami Rayon Məhkəməsinin hökmünə əsasən 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hal-hazırda Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 14 Saylı cəzaçəkmə müəssisəsində davam etdirir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü qismən təqsirli bilməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmış, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” 28 sentyabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirli bilindiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmin qərarda izah edilir ki, «…CM-nin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalıdır. ... Beləliklə, ... şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni CM-nin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. ...Cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir». Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 03 ay ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmaqla azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınmalı və hazırkı iş üzrə barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilməmiş, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, onlar, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən zərərçəkmiş şəxslər mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, onlara bu hüquqları izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut yoxdur; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 03 ay azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron rayon polis idarəsində həbsdə saxlanıldığı 03 ay müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanması nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar