Məhkəmə qərarları › İş №1(012)-882/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-882/2024

09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-882/2024 09.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Kərimova Firuzə Şahin qızının sədrliyi Məhkəmə iclasının katibi: Qarayev Cavid Nazim oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin yuridiksiyasında olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2000-cı ildə İran İslam Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Qubadlı rayonu, Xələc kəndində qeydiyyatda olan, Abşeron rayonu ST-Sumqayıt Məcburi köçkünlər yaşayış kompleksi ev 6 mənzil 22 yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 15 radələrində radələrində Abşeron rayon İcra Hakimiyyətinin balansında olan ünvan 1 ünvanında yerləşən yaşayış olmayan mənzilə pəncərədən keçmə yolu qanunsuz daxil olaraq, həmin mənzildən 01 ədəd 350 manat dəyərində qaz sobasını gizli olaraq talayıb zərərçəkmiş Abşeron rayon İcra Hakimiyyətinə 350 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Abşeron rayon İcra Hakimiyyətinin balansında olan ünvan 2 ünvanında yerləşən yaşayış olmayan mənzilə pəncərədən keçmə yolu qanunsuz daxil olaraq, həmin mənzildən 01 ədəd 350 manat dəyərində qaz sobasını gizli olaraq talayıb zərərçəkmiş Abşeron rayon İcra Hakimiyyətinə 350 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Abşeron rayonu İcra Hakimiyyətinə məxsus Abşeron rayonu, St.Sumqayıtşəhərciyi, bina 57, mənzil 13-də yerləşən evə pəncərədən daxil olaraq 350 manat dəyərində 1 ədəd qaz sobasını gizli olaraq talayıb zərərçəkmiş Abşeron rayon İcra Hakimiyyətinə 350 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 23 radələrində ünvan 8, mənzil 14-də yerləşən evə qapıdan daxil olaraq 350 manat dəyərində 1 ədəd qaz sobasını gizli olaraq talayıb zərərçəkmiş Abşeron rayon İcra Hakimiyyətinə 350 manat maddi ziyan vurmaqla oğurluq etmişdir Bundan başqa o, təkrarən, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Abşeron rayon icra hakimiyyətinin balansında olan ünvan 3 ünvanında yerləşən evə qapıdan qanunsuz daxil olaraq həmin evdən 01 ədəd 350 manat dəyərində olan qaz sobasını gizli olaraq talayıb zərərçəkmiş Abşeron RİH-nə həmin məbləğdə ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Abşeron rayon icra hakimiyyətinin balansında olan ünvan 4 ünvanında yerləşən evə pəncərədən qanunsuz daxil olaraq həmin evdən 01 ədəd 350 manat dəyərində olan qaz sobasını gizli olaraq talayıb zərərçəkmiş Abşeron RİH-nə həmin məbləğdə ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Abşeron rayon icra hakimiyyətinin balansında olan Abşeron rayonu ST.Sumqayıt şəhərciyi, bina 56, mənzil 37-nin qapısını açmaq yolu ilə qanunsuz daxil olaraq 350 manat dəyərindəki 1 ədəd qaz sobasını gizli olaraq talayıb zərərçəkmiş Abşeron RİH-nə həmin məbləğdə ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Abşeron rayonu, Stansiya Sumqayıt şəhərciyində yerləşən Abşeron rayonu İcra hakimiyyətinin balansında olan 56 saylı binanın 31 nömrəli mənzilinin qapısını açma yolu ilə qanunsuz daxil olaraq mətbəxdən 350 manat dəyərində 1 ədəd qaz sobasını oğurlayaraq zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talam məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Abşeron rayonu Stansiya Sumqayıt şəhərciyində yerləşən Abşeron rayonu İcra hakimiyyətinin balansında olan 56 saylı binanın 31 nömrəli mənzilinin qapısını açma yolu ilə qanunsuz daxil olaraq mətbəxdəki 350 manat dəyərində 1 ədəd qaz sobasını oğurlayaraq zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 04:00 radələrində ünvan 5 ünvanında yerləşən Abşeron rayon İcra Hakimiyyətinin balansında olan mənzilin giriş qapısının kilidini qıraraq qanunsuz olaraq mənzilə daxil olub mətbəxdən 01 ədəd 350 manat dəyərində qaz sobasını gizli olaraq talayıb Abşeron rayon İcra Hkimiyyətinə ümumilikdə 350 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 02:00 radələrində ünvan 7 ünvanında yerləşən Abşeron rayon İcra Hakimiyyətinin balansında olan mənzilin giriş qapısının kilidini qıraraq qanunsuz olaraq mənzilə daxil olub mətbəxdən 01 ədəd 350 manat dəyərində qaz sobasını gizli olaraq talayıb Abşeron rayon İcra Hkimiyyətinə ümumilikdə 350 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 27 mart 2024-cü il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil edilmiş 01 ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 0,481 qram olan xeyli miqdarda küstar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manat müqabilində əldə edib Abşeron rayonu, Stansiya Sumqayıt qəsəbəsinə daşımış və üzərində saxlamış, 27 mart 2024-cü il tarixdə saat 22 radələrində Abşeron RPİ-nin X14 əməkdaşları tərəfindən Abşeron rayonu, Stansiya Sumqayıt qəsəbəsində yerləşən məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış kompleksinin qarşısında küçədə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinib saxlanılaraq, Abşeron RPİ-nin X14 inzibati binasına gətirilib, orada həmin gün saat 22:21-dən saat 22:31-dək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən həmin 0,481 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi vəziyyətinin pis olmasıyla əlaqədar olaraq oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində oğurluq etmək məqsədi ilə Abşeron rayon İcra Hakimiyyətinin balansında olan Abşeron rayonu, st. Sumqayıt şəhərciyi, bina 56, ünvanına gəlmiş, həmin binada yaşayış olmamasından istifadə edərək həmin binanın 41 saylı mənzilinin qapısının özüylə gətirdiyi alətlə açaraq mənzilə daxil olmuş, mənzildəki mətbəxdə 01 ədəd qaz sobasını, oğurlayıb həmin mənzildən çıxarmış, bir qədər kənar aparmışdır. Sonra sifariş etdiyi tanımadığı taksi ilə oğurladığı üç göz qazla işləyən, bir gözü isə elektriklə işləyən qaz sobasını Sumqayıt şəhərində yerləşən Əşya Bazarına aparmış, tanımadığım şəxs 100 manat satmış, əldə etdiyi pulu öz təlabatı üçün xərcləmişdir. Qaz sobasını satdığı şəxsə sobanıın özünə məxsus olmasını maddi vəziyyətiylə bağlı satdığını bildirmişdir. Bundan başqa oğurluq etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Abşeron rayon İcra Hakimiyyətinin balansında olan Abşeron rayonu, st. Sumqayıt şəhərciyi, 56, saylı binaya gəlmişdir. Həmin binada yaşayış olmadığı üçün ətrafda heç kim olmamış, onu heç kimin görmədiyinə tam əmin olduqdan sonra həmin binanın 35 saylı mənzilinin qapısını özüylə gətirdiyi alətlə açıb mənzilə daxil olmuşdur. Mənzilin mətbəxindən 1 ədəd qaz sobasını, oğurlayıb kənara çıxarmış, növbəti gün həmin qaz sobasını sifariş etdiyi tanımadığı taksi ilə Sumqayıt şəhərində yerləşən Əşya Bazarına aparmış, bazarada sobanı tanımadığım şəxsə 100 manata satmışdır. Əldə etdiyi pulu öz təlabatı üçün xərcləmişdir. Bundan sonra oğurluq etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 20 radələrində ünvan 8 ünvanına gəlmişdir. Həmin binada yaşayış olmadığı üçün ətrafda heç kim olmamış, onu heç kimin görmədiyinə tam əmin olduqdan sonra həmin binanın 13 saylı mənzilinin qapısını açaraq mənzilə daxil olmuş, mənzilin mətbəxindən 1 ədəd qaz sobasını, oğurlayıb kənara çıxarmışdır. Növəti gün həmin qaz sobasını sifariş etdiyi tanımadığı taksi ilə Bakı şəhərində yerləşn 3-cü mikrorayon bazarına aparmış, bazarada sobanı tanımadığı şəxsə 100 manata satmış, əldə etdiyi pulu öz təlabatı üçün xərcləmişdir. Daha sonra oğurluq etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 23 radələrində ünvan 8 ünvanına gəlmişdir. Həmin binada yaşayış olmadığından ətrafında heç kim olmamışdır. Onu hər hansı bir şəxsin görmədiyinə əmin olduqdan sonra binanın 14 saylı mənzilin qapısını açma yolu ilə mənzilə daxil olmuş, mətbəxdən üç göz qazla işləyən, bir gözü isə elektriklə işləyən bir ədəd qaz sobasını oğurlayıb aparmışdır. Həmin qaz sobasınıda Bakı şəhərində yerləşən 3-cü mikrorayon bazarına apardım, qaz sobasını tanımadığı şəxs 130 manat satmış, əldə etdiyi pulu öz təlabatı üçün xərcləmişdir. Bundan başqa oğurluq etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Abşeron rayon icra hakimiyyətinin balansında olan Abşeron rayonu, Stansiya Sumqayıt şəhərciyi, bina 56 ünvanına gəlmişdir. Binada yaşayış olmadığından ətrafda heç kim olmamışdır. Onu heç kimin görmədiyinə əmin olduqdan sonra həmi binanın 33 saylı mənzilinə qapını açma yolu ilə daxil olaraq mətbəxdən üç gözü qazla, bir gözü isə elektriklə işləyən 01 ədəd qaz sobasını oğurlayıb aparmış, kənarada gizlətmişdir. Bundan sonra oöurluq etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Abşeron rayon icra hakimiyyətinin balansında olan Abşeron rayonu, Stansiya Sumqayıt şəhərciyi, bina 57 ünvanına gəlmişdir. Ətrafda heç kimin olmadığından istifadə edərək həmin binanın 17 saylı mənzilinin qapısının kilidini sındıraraq qapını açmış içəri daxil olmuşdur. Mənzilin mətbəxindən üç gözü qazla, bir gözü isə elektriklə işləyən 01 ədəd qaz sobasını oğurlayıb aparmışdır. Əvəl oğurlayıb gizlətdiyi və sonuncu oğurladığı qaz sobalarını yaxınlıqdan keçən avtomaşınla metal qəbulu ilə məşqul olan tanımadığı şəxsə iki ədəd qaz sobasını 150 manata satmış, əldə etdiyi pulu öz təlabatı üçün xərcləmişdir. Bundan başqa oğurluq etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Abşeron rayon icra hakimiyyətinin balansında olan ünvan 9 ünvanına gəlmişdir. Ətrafda heç kimin olmadığından istifadə edərək həmin binanın 37 saylı mənzilinin qapısını açma yolu ilə mənzilə daxil olmuş, mənzilin mətbəxindən üç gözü qazla, bir gözü isə elektriklə işləyən 1 ədəd qaz sobasını oğurlayıb aparmışdır. Növbəti gün həmin qaz sobasını Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən Bit bazarında tanımadığı şəxs 125 manat satmış, əldə etdiyi pulu öz təlabatı üçün xərcləmişdir. Daha sonra oğurluq etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Abşeron rayonu, ərazisində yerləşən Abşeron rayonu İcra Hakimiyyətinin balansında olan 56 saylı binaya gəlmişdir. Ətrafda heç kimin olmadığından istifadə edərək həmin binanın 31 nömrəli mənzilinin qapısını açma yolu ilə mənzilə daxil olmuş, mətbəxdən üç gözü qazla, bir gözü isə elektriklə işləyən 1 ədəd qaz sobasını oğurlayıb aparmışdır. Oğurladığı qaz sobasını Sumqayıt şəhərinə aparıb orada tanımadığı şəxsə 100 manata satmış, əldə etdiyi pulu öz təlabatı üçün xərcləmişdir. Bundan başqa oğurluq etmk niyəti ilə xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Abşeron rayonu, Stansiya Sumqayıt şəhərciyində yerləşən Abşeron rayonu İcra hakimiyyətinin balansında olan 56 saylı binaya gəlmişdir. Ətrafda heç kimin olmadığından istifadə edərək həmin binanın 31 nömrəli mənziliin qapısı açma yolu ilə evə daxil olmuş, mənzilin mətbəxindən üç gözü qazla, bir gözü isə elektriklə işləyən 1 ədəd qaz sobasını oğurlayıb aparmışdır. Həmin qaz sobasınıda Sabunçu rayonu ərazisində yerləşən Bit bazarında tanımadığı şəxsə 110 manat satmışdır. Bundan sonra oğurluq etmək nityyəti xx.xx.2024-cü il tarixdə saat 04:00 radələrində ünvan 10 ünvanına gəlmişdir. Ətrafda heç kimin olmadığından istifadə edərək həmin binanın 38 saylı mənzilinin giriş qapısının kilidini qıraraq mənzilə daxil olub mətbəxdən üç gözü qazla, bir gözü isə elektriklə işləyən 01 ədəd qaz sobasını oğurlayıb aparmışdır. Həmin qaz sobasını Bakı şəhərində yerləşən 3-cü mikrorayon bazarında tanımadığım şəxs 100 manat satmış, əldə etdiyi pulu öz təlabatı üçün xərcləmişdir. Bundan başqa oğurluq etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 02:00 radələrində ünvan 11 ünvanına gəlmişdir. Əfrafda heç kimin olmadığından istifadə edərək həmin binanın 16 saylı mənzilinə giriş qapısının kilidini qıraraq mənzilə daxil olmuş, mətbəxdən üç gözü qazla, bir gözü isə elektriklə işləyən 01 ədəd qaz sobasını oğurlayıb aparmışdır. Həmin qaz sobasınıda əşya bazarında tanımadığı şəxsə 100 manata satmış, əldə etdiyi qazancı öz təlabatı üçün xərcləmişdir. Təxminən 1 il olar ki, narkotik vasitə hesab olunan heroindən istifadə edir. xx.xx.2024-cü il tarixdə narkotik vasitə hesab olunan heroin almaq qərarına gəlmiş, bu məqsədlə də həmin gün tanımadığı şəxsdən 10 manata 01 büküm narkotik vasitə heroin almış, şalvarının cibinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə Abşeron rayonu ST-Sumqayıt qəsəbəsində yerləşən məcburi köçkünlər üçün nəzərdə tutulan binanın həyətində gəlmiş, bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini Abşeron rayon polis idarəsinin X14 əməkdaşları kimi təqdim edərək onu Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinə dəvət etmişdirlər. İşin nə yerdə olduğunu bildiyi üçün üzərində olan heroini kənara ata bilməmişdir. Polis bölməsində ona narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduğunu ona görə də üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, sonra isə vəkilinin iştirakı ilə videoçəkliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən hər hansı bir qadağan olunmuş əşya olub-olmamasını soruşulmuş, o da əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 bükümdə heroni çıxarıb təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçrilmiş, lkin üzərindən hər hansı bir əşya aşkar edilməmişdir. Qeyd edir ki, ilk iclasda ona işgənə və təzyiq edildiyini bildirsə də, nəzərə çatdırmaq istəyir ki, əslində belə bir hal olmamışdır və aşkar edilmiş narkotik vasitə onun özünə məxsusdur. Odur ki, ona ittiham elan edilmiş əməlləri etiraf edir, əməlindən peşmandır. Oğurluq nəticəsində dəymiş ziyanlığı tam olaraq ödəmişdir,zərərçəkmiş şəxsin nümayəndəsinin ondan hər hansı şikayət və tələbi yoxdur, odur ki, daha öncə məhkum olunmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi X3 ifadəsində bildirdi ki, Abşeron Rayon İcra Hakimiyyətinin nəzdində olan Şəfəq MTİİTŞ-də mühəndis işləyir, həmin ərazi Abşeron rayonu Stansı Sumqayıt adlanan yerdədir, qəsəbə yeni inşa edilmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında naməlum şəxs(lər)-in həmin qəsəbədə yerləşən lakin yaşayış olmayan ev 56, mənzil 37 ünvanının qapısını sındırma yolu ilə mənzilə daxil olaraq oradan 350 manat dəyərində 01 ədəd mətbəx qaz sobası oğurlaması ona məlum olmuşdur. Bundan sonra bu barədə rəhbərliyə məlumat vermiş, rəhbəliyin göstərişi ilə yaşayış olmayan binalara baxış keçirilmişdir. xx.xx.2024-cü il tarixdə binalar baxış keçiriləkən naməlum şəxsin müxtəlif vaxlarda ev 57, mənzil 16, ev 56, mənzil 38, ev 57, mənzil 13, ev 57 mənzil 14, ev 56 mənzil 31, ev 56 mənzil 32, ev 56 mənzil 33, ev 57 mənzil 17, ev 56 mənzil 35, ev 56 mənzil 41 ünvanlarına qanunsuz daxil olaraq həmin mənzillərin mətbəxində quraşdırılmış hər birinin qiyməti 350 manat olan mətbəx qaz sobalarını oğurlamasını aşkar etmişdir. Ona görə də xx.xx.2024-cü il tarixdə bu barədə Qobu PB-nə ərizə ilə müraciət edilmişdir. Daha sonra məlum olmuşdur ki, oğurluq Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Qeyd edir ki, dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur.Odur ki, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid3 şahid qismində dindirilərkən, ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs adlı şəxsin Abşeron rayonu, Stansiya Sumqayıt məcburi köçkün şəhərciyi ərazisində qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi ilə əldə edərək daşıması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron RPİ-nin Qobu PB-nin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə tərəfindən 2024-cü ilin mart ayında əməliyyat qrupu təşkil edilmişdir. 27 mart 2024-cü il tarixdə axşam saatlarında o və əməliyyat qrupunun rəhbəri Şahid2 Abşeron rayonu, Stansiya Sumqayıt məcburi kökçün şəhərciyi ərazisində olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq ona özlərini təqdim edib onun şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra ona üzərində narkotik maddə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-nin Qobu PB-na dəvət etmişlər, Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq onlala birlikdə polis bölməsinə getmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuş, müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olundu ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs 01 ədəd səffav sellofana bükülmüş içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlə olan bükümü masanın üzərinə qoyaraq bükümdəki kütlənin narkotik vasitə heroin olduğunu, həmin heroini tanımadığı şəxsdən 10 manata əldə edərək üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş bir büküm maddə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid Abşeron Qobu PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Abşeron RPİ-nin Qobu PB-nin sahənin polis nəfəri X4 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin yanvar ayının ortalarında evdə qaz sobası olmadığı üçün Sumqayıt şəhərində yerləşən əşya bazarına getmişdir. Əşya bazarında tanımadığım bir şəxsin qaz sobası satdığını görmüş, həmin şəxsə yaxınlaşaraq qaz sobasını 100 manata alıb evinə gətirmişdir. Hal- hazırda da, həmin qaz sobası evindədir. Təqsirləndirilən şəxs tanımır, sonra qaz sobası aldığı adam həmin şəxs olmasını bilmişdir. O, həmin qaz sobasının oğurluq olduğunu bilməmiş, əgər bilsəymiş, qaz sobasını almazmış. Qaz sobasını aldığı şəxsdən sobanın oğurluq olub-olmadığını soruşmuş, həmin şəxs isə oğurluq olmadığını, qaz sobasının özünə məxsus olmasını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs təhqiqatçı Tuncay Tağıyev tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur- - ********* saylı cinayət işi 28 mart 2024-cü il tarixdə tərəfimdən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanılaraq icraata qəbul edilmişdir - xx.xx.2024-cü il tarixli qərarımla cinayət işi üzrə əməl Azərbaycan Respublikası CMnin 177.2.3 və 234.1-ci maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 234.1-ci madələrinə tövsif edilmişdir - xx.xx.2024-cü il tarixli qərarımla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir - Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır Barəsində olan CMin 177.2.3-cü maddəsi ilə olan cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmişdir. - Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında 27 mart 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroin aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin narkotik vasitə heroin bükümü götürülmüşdür - Məhkəmə kimyəvi ekspertizasının 28 mart 2024-cü il tarixli, 6/1686 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir- Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-nin zərflər üçün № 245 möhür əksi olan “ vət. Təqsirləndirilən şəxs üzərindən ...” və. s soyadlar, imzalar olan bir ədəd zərfin içərisidin bir ədəd bükümdə təmiz çəkisi 0,481 qram maddə kütləsi küstar üsulla hazırlanmış narkotik vasitə heroindir - Məhkəmə-narkoloji ekspertizasının 18 may 2024-cü il tarixli, 3445 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarınn qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 iyun 2024-cü il tarixli, 3-16-16/2-9/4026/2024 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 01 ədəd ağ rəngli, üzərində “Simfer” yazısı olan 3 gözü qazla, 1 gözü isə elektriklə işləyən mətbəx qaz sobası, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 170,00 manat müəyyən edilir. - Təqsirləndirilən şəxs oğuluq yolu ilə ələkeçirib satdığı və sonradan istintaqa tədim edilmiş 170 manat dəyərində 01 ədəd ağ rəngli, üzərində “Simfer” yazısı olan 3 gözü qazla, 1 gözü isə elektriklə işləyən mətbəx qaz sobası cinayət iş üzrə maddi sübut kimi tanınmış və saxlanmaları üçün sahibinə təhvil verimişdir. - Abşeron rayon məhkəməsinin hakimi Vaqif Həsənovun xx.xx.2024-cü il tarixli 4(012)- 288/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir - Abşeron rayon məhkəməsinin hakimi Vaqif Həsənovun xx.xx.2024-cü il tarixli 4(012)- 503/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan 15 gün müddətinə uzadılmışdır. - 30 mart 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxshüseyn oğlunun üzərindən götürülmüş, 0,481 qram çəkidə narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmalı və qalıq çəkisi 0,431 qram narkotik vasitə heroin saxlanması üçün Abşeron RPİ-in maddi sübutların saxlanma otağına təhvil verilmişdir. - Azərbaycan Respublikası Baş Prokurorluğunun Abşeron Rayon Məhkəməsinin sorğusuna cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində aparılmış araşdırmalar nəticəsində Abşeron Rayon X14 əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verməsi öz təsdiqini tapmadığından (təqsirləndirilən şəxsin bədən səthində xəsarətin olmamasına dair məhkəmə tibb ekspertizasının rəyi və sair) xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının CPM-in 39.1.1-ci maddəsin əsasən cinayət işinin başlanması rədd edilmişdir. - Bakı İstintaq Təcridxanasının Abşeron Rayon Məhkəməsinin sorğusuna cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş, ilkin tibbi müayinələrdən keçirilərək adına tibbi kitabça açılmışdır. Müayinə zamanı hər iki saidin ön səthində köhnə çapıqlar müşahidə olunmuşdur. Sorğu zamanı zədə almadığını bildirmişdir. Tibbi müayinələrə cəlb olunmuş, müayinələrin nəticəsi olaraq praktiki sağlam diaqnozu qoyulmuşdur. Şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Abşeron RPİnin əməkdaşları tərəfindən Abşeron rayonu, Stansiya Sumqayıt məcburi köçkün şəhərciyi ərazisində saxlanılmış və Abşeron rayon polis idarəsinin X14 inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli selofana bükülmüş narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Videogörüntüyə baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan digər hər hansı xüsusat, o cümlədən istintaq üçün əhəmiyyət kəsb edən başqa hal qeydə alınmadı. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini, əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, onun özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, onun özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu hüdudlarından kənara çıxmamaq Abşeron rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Stansiya Sumqayıt məcburi köçkünlər yaşayış kompleksi ev 6, mənzil 22-də yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o dərhal məhkəmə iclas zalından azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan 8 ay 12 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanıb, cəmi 1 il 4 ay 24 gün ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3445 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,431 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd ağ rəngli, üzərində “Simfer” yazısı olan 3 gözü qazla, 1 gözü isə elektriklə işləyən mətbəx qaz sobasının sahibinə qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 115 (bir yüz on beş) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 40 saat üçün nəzərdə tutulan 240 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək, barəsində 02 (iki) il 06(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək, barəsində 02 (iki) il 03(üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il 06(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən, xx.xx.2024-cü il tarixədək 08 (səkkiz) ay 12(on iki) gün -həbsdə saxlama müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutularaq, cəmi 1(bir) il 4 (dörd)ay 24(iyirmi dörd) gün ona hazırki hökmlə təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 03 (üç) il 01 (bir) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu hüdudlarından kənara çıxmamaq Abşeron rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00dək yaşadığı Abşeron rayonu, Stansiya Sumqayıt məcburi köçkünlər yaşayış kompleksi ev 6, mənzil 22-də yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan ləğv edilsin və o dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Abşeron rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.431 qram olan narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş Abşeron Rayon İcra Hakimiyyətinin nəzdində olan Şəfəq MTİİTŞ-ə məxsus “01 ədəd ağ rəngli, üzərində “Simfer” yazısı olan 3 gözü qazla, 1 gözü isə elektriklə işləyən mətbəx qaz sobası sahibinə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 115 (bir yüz on beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (bir iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar