Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-885/2025 02.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Beyləqan rayonu, Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, satıcı işləyən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Nadir Şah küçəsində nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs təşkil etdiyi lotereya oyununa qoşulmağı təklif edib hər gün 30 manat ödəməklə 2024-cü ilin avqust ayının əvvəlində növbəsi çatacağı və yığılan məbləğin sonuncuya veriləcəyinə dair yalan vəd verməklə əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək niyyəti ilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözü gedən işləri müvəffəqiyyətlə icra edə biləcəyinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, Zərərçəkmiş şəxs da ona inanıb razılaşdıqdan sonra 2024-cü ilin iyun ayından avqust ayınadək olan müddət ərzində onun verdiyi kart hesabına hər gün 30 manat olmaqla 70 gün müddətində ümumilikdə göndərdiyi 2100 manat pulu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ərizə ilə müraciət edərək, iş üzrə özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs ilə barışdığını, ona vurulmuş ziyanı tam ödədiyini bildirərək cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində gəstərmişdir ki, uşaq vaxtlarından onun adını hər kəs Ayşən kimi bilir. Zərərçəkmiş şəxs əvvəllər tanıdığı Fəxriyyənin vasitəsilə tanımışdır. O, link vasitəsilə lotereya oyunları təşkil edir. Həmin iki şəxs bir neçə dəfə onun təşkil etdiyi oyunlarda iştirak etmişlər. 2024-cü ilin iyun ayında təşkil olunmuş oyunda da onlar iştirak etmişdir. Oyunun şərtlərinə görə hər kəs hər gün 30 manat pul ödəməliymiş. Bəsti Fəxriyyənin tanışı olduğu üçün o gündəlik gödərilən pulları Fəxriyyənin kart hesabına göndərirmiş. Ödənişləri bir neçə dəfə onun və istifadəsində olan X1 məsus olan kart hesabına da göndərilmişdir. Bəsti sentyabr ayında 2700 manat pul götürməli olduğu halda Bəstinin növbəsi çatdıqda oyun dağılmış və oyunda iştirak edən şəxslər pulu ödəmədiyi üçün o, onun həmin vaxtadək ödədiyi 1400 manat pulu geri qaytara bilməmişdir. O, suallara cavab verərkən X1 məxsus olan 5239 1517 3460 3171 nömrəli plastik kartı onun istifadə etdiyini, Şahid Zərərçəkmiş şəxs tərəfindən göndərilən 1400 manat pulu ona göndərdiyni, lotereya oyununda iştirak edən digər şəxslərin, yəni ödənişləri etməyən şəxslərin anket məlumatlarını və ya mobil nömrələrini bilmədiyini bildirmişdir. Məhkəmə hazırlıq islasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsində bildirmişdir ki, o, Ayşən adlı qadını oğlunun sinif yoldaşının anası Fəxriyyə adlı qadın vasitəsilə tanımışdır. 2024-cü ilin iyun ayında Ayşən adlı şəxs lotereya oyunları təşkil etməsini deyib onu da qoşulmağa dəvət etmişdir. Ayşən vəd vermişdir ki, onun bildirdiyi hesaba gündəlik 30 manat pul göndərdikdən sonra 2024-cü ilin avqust ayının əvvəllərində ona verdiyi 2400 manat pulu növbəsi çatdığı üçün ona verəcək. O da Ayşənə inanmış və 2024-cü ilin iyun ayından avqust ayınadək olan müddətdə Ayşənin və Fəxriyyənin kart hesablarına ümumilikdə 2100 manat pul göndərmişdir. Fəxriyyə də ona göndərilən pulu Ayşənin kart hesabına göndərdiyini demişdir. Ayşən və Fəxriyyə ilə olan yazışmaları silindiyi üçün onların kart hesabının nömrələrini tam xatırlamır. O, bir neçə dəfə gündəlik ödənişləri ödəmə terminalı vasitəsilə göndərdiyi üçün həmin ödənişlərə dair qəbzləri saxlamadığını bildirmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyanın tam ödənildiyini, ona qarşı şıkayəti tələbi olmadığını bildirib,icrata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması onun özünün ifadəsi, zərərçəkənin ifadəsi və işdə olan sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ona görə də məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmmək haqqında iltizam” qətimkan tədbiri xitram olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, cəmi 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri-mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, cəmi 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-885/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-885/2025
02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver