Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-887/2025 07.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi: Zərərçəkmiş şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1990-cı ildə Qusar rayonu, Çiləgir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Qusar rayonu, Çiləgir kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsi, Çiçək yaşayış massivi, 3-cü döngədə yerləşən nömrəsiz fərdi evdə kirayədə yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2025-ci il tarixdə saat 01 radələrində "xxxx" MMC-nin Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi 584-də yerləşən 6 saylı filialının giriş qapısının yan tərəf pəncərəsini sındırmaqla içəri qanunsuz daxil olaraq marketdən hər biri 10,3 manat dəyərində olan 02 ədəd “Çerkezova İmperiya” markalı Kolbasanı (20.6 manat), hər biri 4 manat dəyərində olan 20 qutu “Winston” markalı siqaretləri (80 manat), hər biri 16 manat dəyərində olan 10 ədəd “Ekonika” markalı araqları (160 manat), hər biri 23 manat dəyərində olan 05 ədəd “Kərə Yağları”nı (115 manat), hər biri 1,5 manat dəyərində olan 10 ədəd “Bizon” markalı enerji içkisini (15 manat), hər biri 3,69 manat dəyərində olan 20 ədəd “Maslava” markalı duru yağları (73,80 manat), hər biri 2,50 manat dəyərində olan 20 ədəd “Alpen Cold” markalı pletka şokoladları (50 manat), hər biri 1 manat dəyərində olan 20 ədəd “Full” markalı soyuq çayları (20 manat), hər biri 2,80 manat dəyərində olan 20 ədəd “Çudo Vkusa” markalı şirniyyatları (42 manat) və hər biri 1,50 manat dəyərində olan 20 ədəd “Snicers” markalı şokoladları (30 manat), ümumilikdə 606,4 manat dəyərində olan spirtli içkiləri, enerji içkilərini və qida məhsullarını gizli olaraq talayıb "xxxx" MMC-yə həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, ifadəsində göstərdi ki, son zamanlar heç bir yerdə işləmədiyinə və maddi sıxıntıları olduğuna, həmçinin kirayədə yaşadığı evin kirə pulunu verə bilmədiyinə görə marketlərin birindən oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə o, 05 yanvar 2025-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Masazır qəsəbəsinə gedərək oğurluq etməyi üçün münasib yer axtarmağa başlamışdır. O, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən "xxxx" marketdə heç kimin olmadığını və marketin giriş qapısının yan tərəfində yerləşən plastik materialdan olan pəncərəsinin şüşəsini sındırmaqla içəri daxil olmağın mümkün olduğunu gördükdə o, ilk öncə marketin arxa tərəfinə keçərək elektrik naqilini marketdə siqnalizasiya sistemi olarsa işə düşməməsi üçün özü ilə gətirdiyi kəlbətinlə kəsmişdir. Bundan sonra isə marketin giriş qapısının yan tərəfində yerləşən pəncərəsini vurub sındıraraq, içəri daxil olmuş, lakin marketin içərisinə daxil olduqdan sonra siqnalizasiya sistemi işə düşmüş və o, qorxaraq marketdən heç bir şey oğurlamadan dərhal olduğu yerdən qaçıb uzaqlaşmışdır. Sonda törətdiyi əməldən peşman olduğunu, cinayət əməlini törətməyə cəhd etdiyini və "xxxx" MMC-yə məxsus mağazadan oğurluq etmədiyini və himayəsində azyaşlı uşaqlarının olmasını bildirməklə, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxsin hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, 2024-cü ilin fevral ayından etibarən Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən 6 saylı "xxxx" marketdə müdir işləyir. 04 yanvar 2025-ci il tarixdə saat 23 radələrində hər zaman olduğu kimi marketi bağlayıb evə getmiş, 05 yanvar 2025-ci il tarixdə saat 01:59-da yaşadığı evdə olduğu zaman marketdə quraşdırılmış siqnalizasiya sisteminin işə düşməsi barədə mobil telefonuna bildiriş gəlmiş, lakin bundan əvvəlki vaxtlarda bir neçə dəfə həmin siqnalizasiya sistemi adi bir şeyə görə işə düşdüyünə görə bu dəfə də hər hansı bir ciddi hadisənin baş vermədiyini güman etmişdir. Ertəsi gün, yəni, 05 yanvar 2025-ci il tarixdə saat 07 radələrində o, marketə işə gələn zaman marketin giriş qapısının yan tərəfində yerləşən pəncərəsinin sındırıldığını görmüş, həmin vaxt DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan bir qədər sonra da hadisə yerinə polis əməkdaşları gəlikdə içəridəki vitrinlərdə olan bəzi məhsulların dağınıq vəziyyətdə olduğunu görmüşlər. Bundan sonra isə o, araşdırdıqda marketdən təxminən 600 manat dəyərində olan spirtli içkilərin, enerji içkilərinin və qida məhsullarının oğurlandığı ona məlum olmuşdur. Bundan sonra da o, ərizə ilə müraciət edərək həmin şəxsin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Həmçinin bundan sonrakı vaxtlarda da tam dəqiqləşdirdikdə marketin vitrinlərində olan hər biri 10,3 manat dəyərində olan 02 ədəd “Çerkezova İmperiya” markalı Kolbasanın (20.6 manat), hər biri 4 manat dəyərində olan 20 qutu “Winston” markalı siqaretlərin (80 manat), hər biri 16 manat dəyərində olan 10 ədəd “Ekonika” markalı araqların (160 manat), hər biri 23 manat dəyərində olan 05 ədəd “Kərə Yağları”nın (115 manat), hər biri 1,5 manat dəyərində olan 10 ədəd “Bizon” markalı enerji içkisinin (15 manat), hər biri 3,69 manat dəyərində olan 20 ədəd “Maslava” markalı duru yağların (73,80 manat), hər biri 2,50 manat dəyərində olan 20 ədəd “Alpen Cold” markalı pletka şokoladların (50 manat), hər biri 1 manat dəyərində olan 20 ədəd “Full” markalı soyuq çayların (20 manat), hər biri 2,80 manat dəyərində olan 20 ədəd “Çudo Vkusa” markalı şirniyyatların (42 manat) və hər biri 1,50 manat dəyərində olan 20 ədəd “Snicers” markalı şokoladların (30 manat), ümumilikdə 606,4 manat dəyərində olan spirtli içkilərin, enerji içkilərinin və qida məhsullarının oğurlanaraq "xxxx" MMC-yə həmin məbləğdə ziyan vurulduğu ona məlum olmuşdur. Bir daha qeyd edir ki, həmin şəxs marketdən oğurluq etməzdən əvvəl marketin müşahidə kameralarının marketin arxa hissəsində çəkilmiş naqilini kəsdikdən sonra oğurluq etmişdir.Sonda zərərin ödənilmədiyini bildirərək, ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dəvət olunaraq, dindirilmiş Şahid1 şahid qismində dindirilərək, istintaqda verdiyi ifadəni təsdiq edərək göstərdi ki, o, hal-hazırda "xxxx" market MMC-nin Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən 6 saylı filialında satıcı-kassir işləyir. xx.xx.2025-ci il tarixdə saat 07-də iş yoldaşı Şahid2 ilə birlikdə marketə işə gəldikləri zaman marketin giriş qapısının yan tərəfində yerləşən pəncərəsinin sındırıldığını görmüş, dərhal marketin müdiri X3 zəng edərək bu barədə məlumat vermişlər. Bir neçə dəqiqədən sonra Əsmər xanım marketin qarşısına gəlmiş və həqiqətən də marketin giriş qapısının yan tərəf pəncərəsinin sındırıldığını gördüyü üçün həmin vaxt DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan bir qədər sonra da hadisə yerinə polis əməkdaşları gəlmişlər və onlar birlikdə içəri daxil olub baxdıqda vitrinlərdə olan bəzi məhsulların dağınıq vəziyyətdə olduğunu görmüşlər. Bundan sonra isə onlar araşdırdıqda marketdən təxminən 600 manat dəyərində olan spirtli içkilərin, enerji içkilərinin və qida məhsullarının oğurlandığı məlum olmuşdur. Həmçinin bundan sonrakı vaxtlarda da tam dəqiqləşdirdikdə marketin vitrinlərində olan hər biri 10,3 manat dəyərində olan 02 ədəd “Çerkezova İmperiya” markalı Kolbasanın (20.6 manat), hər biri 4 manat dəyərində olan 20 qutu “Winston” markalı siqaretlərin (80 manat), hər biri 16 manat dəyərində olan 10 ədəd “Ekonika” markalı araqların (160 manat), hər biri 23 manat dəyərində olan 05 ədəd “Kərə Yağları”nın (115 manat), hər biri 1,5 manat dəyərində olan 10 ədəd “Bizon” markalı enerji içkisinin (15 manat), hər biri 3,69 manat dəyərində olan 20 ədəd “Maslava” markalı duru yağların (73,80 manat), hər biri 2,50 manat dəyərində olan 20 ədəd “Alpen Cold” markalı pletka şokoladların (50 manat), hər biri 1 manat dəyərində olan 20 ədəd “Full” markalı soyuq çayların (20 manat), hər biri 2,80 manat dəyərində olan 20 ədəd “Çudo Vkusa” markalı şirniyyatların (42 manat) və hər biri 1,50 manat dəyərində olan 20 ədəd “Snicers” markalı şokoladların (30 manat), ümumilikdə 606,4 manat dəyərində olan spirtli içkilərin, enerji içkilərinin və qida məhsullarının oğurlanaraq "xxxx" MMC-yə həmin məbləğdə ziyan vurulduğu onlara məlum olmuşdur. Məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı onlar tərəfindən heç bir təzyiq və təsir olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 15 fevral 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 25027020 nömrəli cinayət işi başlanmışdır;
2. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 15 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC zərərçəkmiş şəxs qismində tanınmışdır;
3. “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 25 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur;
4. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 27 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmaqla təqdim edilmişdir;
5. Abşeron Rayon Məhkəməsinin 4(012)-102/2025 saylı, 27 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməkdən imtina olunmuş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir;
6. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 27 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir;
7. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 27 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 21 fevral 2017-ci il tarixli qətnaməsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 11 aprel 2017-ci il tarixli qərarı ilə dəyişdirilib, 400 saat ictimai işlər cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi tətbiq edilərək, cəzası çəkilmiş hesab olunaraq, məhkəmə zalından azad edilmişdir;
8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Krimnalistik Tədqiqatlar İdarəsinin 23 may 2025-ci il tarixli rəyinə əsasən 05,01,2025-ci il tarixdə, ünvan 1 ünvanında yerləşən vətəndaş Zərərçəkmiş şəxs işlədiyi ’'Oba" marketdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 06 ədəd kağız parçasının üzərinə yapışdırılmış 06 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərində olan 03 ədəd əl barmaq və 02 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır, tədqiqata təqdim edilmiş vətəndaş Təqsirləndirilən şəxs adına çıxarılmış əl-barmaq və ovuc əksləri (daktiloskopik xəritə) müqayisəli tədqiqat üçün yararlıdır, şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 03 ədədinin xx.xx.1990-cı ildə Qusar rayonunda anadan olmuş Təqsirləndirilən şəxs. Əziz oğlunun sağ əlinin ovucu (02 dəfə) və böyük barmağı ilə eynilik müəyyən edilmişdir, şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl barmaq izi ADİS-in məlumat bankında olan şəxslərin, o cümlədən Təqsirləndirilən şəxs əl barmaq əksləri ilə müqayisə edilmişdir, müqayisəli tədqiqat nəticəsində eynilik müəyyən edilməmişdir;
9. Sübutların qiymətləndirilməsi haqqında” 23 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmaqla, istintaq zamanı alınmış təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, ekspert rəyi, üzləşdirmə protokolu, ifadənin yerində yoxlanılması protokolu və diger istintaq sənədləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir;
10. Zərərçəkmiş şəxs X6 tərəfindən məhkəməyə təqdim edilmiş 18 noyabr 2024-cü il tarixli, ərizədən görünür ki, X1 tərəfindən ona dəymiş ziyanın ödənildiyindən sonuncuya qarşı heç bir şikayət və tələbinin yoxdur;
11. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 16 may 2017-ci il təvəllüdlü X9, 19 iyun 2019-cu il təvəllüdlü X4, 27 iyun 2021-ci il təvəllüdlü X7 və 12 fevral 2023-cü il tarixli X8 adlı övladları vardır.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir (20-ci bənd); oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir (21-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Məhkəmədə müəyyən edilir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 05 yanvar 2025-ci il tarixdə saat 01 radələrində "xxxx" MMC-nin Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi 584-də yerləşən 6 saylı filialının giriş qapısının yan tərəf pəncərəsini sındırmaqla içəri qanunsuz daxil olaraq marketdən hər biri 10,3 manat dəyərində olan 02 ədəd “Çerkezova İmperiya” markalı Kolbasanı (20.6 manat), hər biri 4 manat dəyərində olan 20 qutu “Winston” markalı siqaretləri (80 manat), hər biri 16 manat dəyərində olan 10 ədəd “Ekonika” markalı araqları (160 manat), hər biri 23 manat dəyərində olan 05 ədəd “Kərə Yağları”nı (115 manat), hər biri 1,5 manat dəyərində olan 10 ədəd “Bizon” markalı enerji içkisini (15 manat), hər biri 3,69 manat dəyərində olan 20 ədəd “Maslava” markalı duru yağları (73,80 manat), hər biri 2,50 manat dəyərində olan 20 ədəd “Alpen Cold” markalı pletka şokoladları (50 manat), hər biri 1 manat dəyərində olan 20 ədəd “Full” markalı soyuq çayları (20 manat), hər biri 2,80 manat dəyərində olan 20 ədəd “Çudo Vkusa” markalı şirniyyatları (42 manat) və hər biri 1,50 manat dəyərində olan 20 ədəd “Snicers” markalı şokoladları (30 manat), ümumilikdə 606,4 manat dəyərində olan spirtli içkiləri, enerji içkilərini və qida məhsullarını talayaraq zərər çəkmiş hüquqi şəxs MMC-yə ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs 05 yanvar 2025-ci il tarixdə gecə radələrində "xxxx" MMC-yə məxsus mağazaya qanunsuz daxil olmuş və özgəyə məxsus spirtli içkiləri, enerji içkiləri və qida məhsulları talamağa cəhd etsədə, lakin sonuncu tərəfindən həmin əməlin başa çatdırılmadığını, həmin zaman siqnalizasiya sisteminin işə düşməsini və həmin əməlin yalnız cəhd olaraq qiymətləndirilməsi ilə əlaqədar verdiyi ifadəyə inandırıcı yanaşmayaraq hesab edir ki, o, məsuliyyətdən yayınmaq məqsədi güdür. Bu cinayətin törədilməsi həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqında onun özü tərəfindən inkar olunsa da, zərərçəkmiş şəxs və şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi, ifadələrin yerində yoxlanması haqqında protokollar və digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Beləliklə məhkəmə, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özü tərəfindən inkar olunsa da , mənbəyi, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, həmçinin iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində 03 azyaşlı övladlarının olması əməlində cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməməsini və ya buna cəhd etməməsini, həmçinin ailəli olmaqla himayəsində 03 azyaşlı və 01 yetkinlik yaşına çatmayan övladlarının olmasını əməlində yüngülləşdirici hal olaraq qiymətləndirilməsini o cümlədən əməlində ağırlaşdırıcı halların müəyyən edilməməsini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növünün təyin edilməsini ədalətli hesab edir. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, saat 20:00dan növbəti gün, saat 07:00-dək yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsi, Çiçək yaşayış massivi, 3-cü döngədə yerləşən nömrəsiz fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutularaq şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla, ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 66-cı bəndində müəyyən olunur ki, cinayət prosesində zərər çəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.20-ci maddəsi zərərçəkmiş şəxsin cinayət törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq imkanını hər hansı şərtlə əlaqələndirilməyən hüquq kimi təsbit etmiş, buna müvafiq olaraq da qanunverici cinayət prosesini həyata keçirən orqanların zərərçəkmiş şəxsin həmin hüququndan irəli gələn vəzifələrini müəyyən etmişdir. Belə ki, həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. Bundan başqa qeyd olunan Məcəllənin 132.1.5-ci maddəsinə görə isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış (maddi sübut kimi qiymətləndirilmiş) pul və qiymətli əşyalar məhkəmənin yekun qərarı çıxarılarkən sahiblərinə, mülkiyyətçılərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Odur ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxslərin maddi ziyanın vurulması ilə müşayiət olunan (məsələn, oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, quldurluq, əmlakı qəsdən və yaxud ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və s. bu kimi) cinayət nəticəsində məhrum olunduqları (sübut yetirilmiş cinayətin təsvirində qeyd olunan) pul vəsaitləri və digər əmlakı mülki iddianın verilməsi ilə şərtləndirilmədən cinayət-prosessual restitusiya qaydasında onlara qaytarılmalı, hər hansı səbəbdən həmin əmlakı qaytarmaq mümkün olmadıqda və xüsusi müsadirə tətbiq olunduqda isə, təqsirkarın bu əmlaka bərabər digər əmlakının müsadirə olunması hesabına onlara vurulmuş maddi ziyan ödənilməlidir. Ona görə də, məhkəmə cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyana görə "xxxx" MMCnin xeyrinə 606,40 manat məbləğində pul vəsaiti tutularaq, ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti olmadığı qənaətindədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 165 (bir yüz altmış beş) manat məbləğində vəsait müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X5 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitinin hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, saat 20:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsi, Çiçək yaşayış massivi, 3-cü döngədə yerləşən nömrəsiz fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin və cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyana görə "xxxx" MMC-nin xeyrinə 606,40 manat məbləğində pul vəsaiti tutularaq ödənilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış əşyanın, xüsusi müsadirə edilməli əmlakın, mülki iddianın və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Abusət Qasımov