Məhkəmə qərarları › İş №1(012)-889/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-889/2024

24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-889/2024 24.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1999-cu ildə Masallı rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməkli, əvvəllər məhkum olunmamış, Masallı şəhəri, H.Səmədov küçəsi ev 62-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron -1” yaşayış kompleksi ev 42, mənzil 26-da kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin mart ayı ərzində kirayə yaşadığı Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron -1” yaşayış kompleksi ev 42, mənzil 26-dan 800 manat dəyərində kondisioneri, 650 manat dəyərində masa dəstini, 700 manat dəyərində divanı, 1250 manat dəyərində kombini, 1700 manat dəyərində soyuducunu, 600 manat dəyərində mətbəx masasını, 300 manat dəyərində masanı, 2000 manat dəyərində mətbəx mebelini, 550 manat dəyərində qaz sobasını, 250 manat dəyərində aspiratoru, 650 manat dəyərində paltaryuyan maşını, 250 manat dəyərində sanitar qovşağı alətlərini, 700 manat dəyərində 2 ədəd yataq dəstini, 1000 manat dəyərində yataq otağı dolabını və aksesuarlarını, 150 manat dəyərində 2 ədəd radiatoru və 300 manat dəyərində ayaqqabı rəfini vahid niyyətlə gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 11850 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2023-cü ilin noyabr ayının 4-də kirayə qalmaq üçün ev alqı-satqısı ilə məşğul olan Şahid adlı şəxsə müraciət etmişdir. Aydın ona Kristal Abşeron yaşayış kompleksində kirayə ev olduğunu, həmin evi bir ayılığını 400 manata verə biləcəyını bıldırmiş, o da Aydına etiraz etməyərək razılaşdır. Aydın evin sahibi olan Ehramdan həmin evin açarını götürmüş, birlikdə mən Kristal ünvan 1 ünvanına gəlmişlər. O, evi bəyənərək evin və liftin açarını Aydından 400 manat verərək təhvil götürmüş, orada yaşamışdır. 2024-cü ilin mart ayının əvvəllərində keçmiş həyət yoldaşı xərçəng xəstəsi olduğu və sürdüyü avtomobilə borclu qaldığı üçün pula ehtiyacı olmuşdur. Ona görə də məcbur qalıb evdəki əşyaları İnstoqram və Tap.az saytına yerləşdirərək satışa qoymuşdur. İlk olaraq evin paltaryuyanı ilə soyuducusunu hər birini 200 manata İnstoqram vasitəsilə tanımadığı şəxslərə satmışdır. Bundan sonra evdən kombi, divan, komndisioneri, yataq dəstini, mətbəx mebelini, qaz sobasını, aspiratoru, ayaqqabı dolabını, evin stol-stullarını radiatoru internet vasitəsilə satışa qoyaraq tanımadığı şəxslərə satmışdır. Sonuncu mart və aprel aylarının kirayə pulunu ödəyə bilmədiyi üçün Aydın və evin sahibi ondan xəbərsiz evə gələrək evdə olan əşyaların yerində olmadığını aşkar edib bu barədə polisə müraciət etmişdirlər. O, evdəki paltaryuyanı, soyuducunu, kombi, divan, komndisioneri, yataq dəstinı, mətbəx mebelini, qaz sobasını, aspiratoru, ayaqqabı dolabını, evin stol-stullarını, radiatoru tanımadığım şəxslərə satmaqla ümumilikdə 1500 manat gəlir əldə etmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ziyanı tam olaraq ödədiyini, ona qarşı şikayət və tələbi olmadığını, məhkəmə iclaslarının onun iştirakı olmadan davam edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanı ona məxsusdur. xx.xx.2023-cü il tarixdə sözügedən mənzili kirayə verməsi üçün ev alqı-satqısı ilə məşğul olan Aydın adlı şəxsə müraciət etmiş, Aydında ona normal bir ailənin evi kirayə götürmək istədiyini demişdir. O, razılaşmış, sonra isə Aydına həmin şəxslə müqavilə bağlamasını xahiş etmiş, Aydın da Rüstəm adlı şəxslə müqavilə bağladığını ona bildirmişdir. O, əvvəlcədən Rüstəm adlı şəxsi hər hansı bir formada görməmiş, sadəcə olaraq Rüstəmlə mobil telefonla danışmışdır. Evini kirayə verməmişdən əvvəl evini Aydına təhvil vermiş, məsul şəxsi kimi Aydını tanımışdır. Rüstəm adlı şəxs 3 aylıq kirayə pulunu gecikdirdikdən sonra Aydınının istifadə etdiyi mobil nömrəyə zəng etmiş, Ona kirayəçinin pulu vermədiyini təkrar olaraq dedikdə Aydın ona narahat olmamasını pulun hamsını özü alıb verəcəyini demişdir. O da Aydına kirayişinin pulu verməyəcəyi halda onların əşyalarını satacağını demişdir. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Aydınla birlikdə özünə məxsus olan həmin ünvana getmişdir. Özündəki digər açarla qapını açıb mənzilə daxil olmuş, həmin vaxt mənzilin qonaq otağından 800 manat dəyərində kandsaner, 650 manat dəyərində stol-stul, 700 manat dəyərində divan, eyvandan 1250 manat dəyərində kombi aparatı, mətbəxdən 1700 manat dəyərində soyuducu, 600 manat dəyərində mətbəx stolu, 300 manat dəyəridə stol, 2000 manat dəyərində mətbəx mebeli, 550 manat dəyərində qaz sobası, 250 manat dəyərində aspirator, 650 manat dəyərində paltaryuyan maşın, 250 manat dəyərində sanitar qovşağı alətləri yataq otağından 700 manat dəyərində 02 ədəd yataq dəsti, 1000 manat dəyərində yataq otağında dolab və aksesuarlar, 150 manat dəyərində 02 ədəd radiator,300 manat dəyərində ayaqqabı rəfinin yerində olamdığını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 11850 manat məbləğdə maddi ziyan dəymişdir. Rüstəmlə telefon əlaqəsi saxlanılsada istifadəsində olan mobil telefona zəng çatmadığından onunla əlaqə saxlamaq mümkün olmamışdır. Bundan sonra əşylarının Rüstəm adlı şəxs tərəfindən oğurlanmasını başa düşmüş, ona görə də Abşeron RPİ-nə ərizə ilə müraciət edərək hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, 2023-cü ilin noyabr ayında Gülxar adlı alqı-satqı ilə məşğul olan şəxsin vasitəsilə tanıdığı şəxs ona yaxınlaşaraq kirayə ev axtardınığını demiş, O da Abşeron rayon Xırdalan şəhəri "Kristal- Abşeron-1” yaşayış kompleksi bina 42-də olan mənzili göstərərək Ehram adlı şəxs tərəfindən kirayə verildiyini bildirmişdir. Sonradan adı ona məlum olan Rüstəm adlı şəxs adını bilmədiyi anası ilə birlikdə evə baxdıqdan sonra həmin evi kirayə götürmək qərarına gəlmişlər. O, Rüstəmlə anasını ev sahibi Ehramla görüşdürmüş, Rüstəm və Ehram öz aralarında razılaşmışlar. Təxminən 3 ay əvvəl ev sahibi Ehram ona istifadə etdiyi mobil telefon nömrəsinə zəng edərək kirayəçinin evin pulun 3 ayını vermədiyini demişdir. Hətta Ehram əsəbi olduğu üçün ona evin qapısını sındıracağınıda demişdir. O da Ehrama səbirli olmasını bu barədə hüquq mühafizə orqanlarına məlumat verməsini bildirmişdir. Sonra ev yiyəsi ilə birlikdə sözügedən evə getmişlər. Mənzilə baxış keçirilərkən 10.000 manatlıq əşyalarının yerində olmadığını aşkar etmişlər. Ev sahibi ona “kirayəçini sən tapmısan pulunu sən verəcəksən” sözlərin deyərək ona irad bildirmişdir. O da Ehrama “mənə nə aidiyyatı var mən məsuliyyət daşımıram” sözlərini demişdir. Bundan sonra o, Abşeron RPİnə ərizə ilə müraciət edərək Rüstəm adlı şəxsin Ehram adlı şəxsin evindən oğurluq etməsi barədə məlumat vermişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi zərərçəkmiş şəxsin ifadəsi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi cinayət üzrə özünü təqsirli bilməsini nəzərə alır. Təqsirləndirilən şəxs zərərçəkmişin şikayətçi olmaması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,cəzanı yüngülləşdirənh halı və cəzanı ağırlaşdıran halların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildikdə təmin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarix saat 22.55də şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-326/2024 saylı qərarına əsasən həbsdə saxlanılma müddətinin əvvəli 12 aprel 2024-cü il tarixdən hesablanmaqla barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir.Məhkəmə tərəfindən həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki,Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 08 ay 12 gün müddət bir gün iki günə bərabər hesablanmaqla 01 (bir) il 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, köhnə bazar ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclas zalında həbsdən azad dilməlidir. Cəzanı Təqsirləndirilən şəxs yaşadığı yer üzrə, yəni Sumqayıt şəhər Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda, yəni Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü və 68.1.1-2 maddələrinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 08 ay 12 gün müddət bir gün iki günə bərabər hesablanmaqla 01 (bir) il 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın, üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, köhnə bazar ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal azad edilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 210 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar