Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-891/2023 17.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1995-ci il tarixdə Biləsuvar rayonu, Əliabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Biləsuvar rayonu, Əliabad kəndində qeydiyyatda olan, Abşeron rayonu, Məmmədli kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialları üzrə işə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 15 sentyabr 2023-cü il tarixdə saat 08 radələrində yaşadığı ünvan 1 ünvanda qeyri-rəsmi ər-arvad münasibətində olduğu X3 atası Zərərçəkmiş şəxs ilə dərman almaq üçün sonuncunun verdiyi pulun miqdarının az olması ilə bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış narazılıq üstündə mübahisə edərək, həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən sonuncunun sinə, yaxa nahiyələrindən əli ilə güc verərək arxaya itələyib ardınca onun sifət, baş nahiyələrindən sillə, yumruqla ardıcıl zərbələr vuraraq, Zərərçəkmiş şəxs başın, alın nahiyəsinin sol hissəsinin bir ədəd, sol gicgah nahiyəsinin bir ədəd hematomaları, başın ənsə nahiyəsinin əzilmiş-cırılmış yara ilə müşayiət olunan bir ədəd hematoması, alt dodağın selikli qişasının əzilmiş-cırılmış yarası ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qayınatasıdır. Belə ki, Əhmədağanın qızı Elmira ilə kəbini olsa da, rəsmi nikahları yoxdur. Elmira ilə ailə qurduqdan sonra Abşeron rayon Məmmədli kəndi, H.Əliyev küçəsində yerləşən qayınatası Əhmədağanın evində yaşayırlar. Azyaşlı oğlu İbrahimli Peyman yolxucu xəstəliyə yoluxuğu üçün arvadı Elmira azyaşlı övladıyla birlikdə Bakı şəhəri, Nizami rayonunda 7 nömrəli xəstəxanada yatıb müalicə alır. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində Abşeron rayonu, Məmmədli kəndi, H.Əliyev ünvanında qayınatasıgildə olarkən həyat yoldaşı Elmira və azyaşlı övladı Peymanı görmək üçün xəstəxanaya gedəcəyini deyib qayınatası Əhmədağadan ona həkimin yazdığı resepdəki dərmanları almağı üçün pul verməsini bildirmişdir. Lakin qayınatası Əhmədağa ona pul verməyərək acıqlı şəkildə “sən get pulu valideyinlərindən al” dediyi üçün əsəbləşmiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Həmin mübahisə zamanı qayınatası Əhmədağa üzərinə hücüm çəkən zaman o, Əhmədağanın yaxasından tutub itələmiş və onun sifət nahiyəsinə qəsdən bir dəfə sillə zərbəsi vurmuşdur. Qaynatası Əhmədağa ilə aralarında olan hadisə Əhmədağanın evində təxminən 5-6 dəqiqə davam etmişdir. Hazırda törətdiyi əməldən səmimi olaraq peşmandır, zərərçəkmiş şəxsdən üzr istəmiş və zərərçəkmiş şəxslə baışmışdır. Məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışdığını və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kürəkənidir, yəni qızının əridir. Mirəli qızı Elmira ilə ailəlidir. Onlar ailə qurduqdan bir müddət sonra Abşeron rayonu, Məmmədli kəndi, H.Əliyev küçəsində yerləşən ona məxsus evdə onunla birlikdə yaşayırlar. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində yaşadığı evdə olan zaman kürəkəni Mirəli xəstəxanada yatan qızı Elmira və azyaşlı nəvəsi Peymanın yanına gedəcəyini deyərək ondan pul istəmişdir. Mirəliyə 10 manat pul vermiş, lakin Mirəli ondan 20 manat pul istəmişdir. Pulu olmadığı üçün ona 20 manat verə bilməmişdir. Buna görə də Mirəli onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Mirəli onun üzərinə hücüm edərək boğazından tutub onu kənara itələmiş və sonra qəsdən yumruqla sifət nahiyəsinə vuraraq onu döymüşdür. Hazırda əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə ərizə təqdim edərək əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və hazırda ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icaata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş iş üzrə Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarirxdə hadisə barədə DİN-in 102 xidmətinə məlumatı özü vermişdir. Belə ki, Zərərçəkmiş şəxs onun atası, Təqsirləndirilən şəxs isə onun bacısının əridir. Bacısı Elmira və həyat yoldaşı Mirəli ilə ailə qurduqdan bir müddət sonra Məhəmmədli kəndində atasının evində onlarla birlikdə yaşayırlar. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində yaşadığı evdə olan zaman Mirəlinin yaşadığı evdə atası ilə mübahisə etdiyini, atasının üzərinə hücüm edərək onun boğazından tutub kənara itələdiyini və atasının sifət nahiyyəsinə qəsdən yumruq zərbəsi vurduğunu görmüşdür. Bu zaman dərhal telefonla DİN-in “102” xidmətinə zəng vurub məlumat vermişdir. Bundan sonra Mirəli polisin gəldiyini eşidən kimi qaçıb getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, 1996 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 rəyindən görünür ki, 1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə- tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər-başın, alın nahiyəsinin sol hissəsinin bir ədəd, sol gicgah nahiyəsinin bir ədəd hematomaları, başın ənsə nahiyəsinin əzilmiş-cırılmış yara ilə müşayiət olunan bir ədəd hematoması, alt dodağın selikli qişasının əzilmiş-cırılmış yarası-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə dava-dalaş zamanı yumruq təpik zərbələri təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. xx.xx.2019-cu il tarixdə Biləsuvar rayon Pİ-nin xx.xx.2019-cu il tarixli qərarı ilə onun barəsində CM-nin 128-ci maddəsi üzrə işə CPM-nin 39.1.11-ci maddəsinə əsasən işin icraatına xitam verilmişdir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Təqsirləndirilən şəxs bir dəfə cinayət məsuliyyətindən azad edildiyi üçün hal-hazırkı iş üzrə iş üzrə icraata xitam verilə bilməz. Abşeron rayon İHB-nın Məmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Abşeron rayon İHB-nın Məmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü bir azyaşlı uşağı var. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Ona görə də, məhkəmədən barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə əməli törətmiş şəxsə qarşı irəli sürülmüş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə şikayət verən şəxs Zərərçəkmiş şəxs barışsalar da, əməli törədəm şəxsin CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə məhkəmə hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZEMİS çıxarışdan görünür ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü Peyman adlı bir azyaşlı uşağı var. Məhkəmə cinayət əməlini törətmiş şəxs X4 himayəsində bir azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslə barışmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın onun islah olunmasına yönəlməsini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 40, 44.1 və 45.1-ci maddələrinə əsasən cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli, cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə və bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət nəfinə pul tutulmalı, cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, cinayət əməlini törədən şəxs X5 məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla islah işləri cəzası təyin edilsin. Onun cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. X5 məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-891/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-891/2023
17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver