Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-892/2023 14.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1990-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, fərdi yaşayış evində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 sentyabr 2023-cü il tarixdə saat 10 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi “Baxçalı Evlər” yaşayış kompleksinin ərazisi yaxınlığında etibarnamə əsasında idarə etdiyi VAZ2107 minik markalı, az **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobildə sükan arxasında olarkən xx.xx.2019-cu il təvəllüdlü azyaşlı övladları X3 nəzarət etməklə bağlı avtomobildə arxa oturacaqda sərnişin qismində əyləşmiş arvadı Zərərçəkmiş şəxs ilə ailə məişət zəmnində narazılıq üstündə aralarında yaranmış mübahisə zamanı arxaya çevrilib avtomobilin salonunda sükandan ayırdığı əli ilə Zərərçəkmiş şəxs sifət, göz, baş nahiyələrindən qəsdən ardıcıl zərbələr vuraraq sonuncuya sağ göz qapaqlarının həmin gözün ağlı qışasına qansızma ilə müşayiət olunan qançır-şişkinliyi, sağ gözaltı-almacıq nahiyəsinin qançır-şişkinliyi (hematomaları) ilə müşahidə olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır, 2018-ci ildə evlənmişlər, rəsmi nikahlarıolmaqla həmin nikahdan 4 yaşında bir qız övladları var. Aralarında baş verən münaqişələrə görə təxminən 2023-cü ilin sentyabr ayın əvvəlində İlahə evi tərk edərək, ata evinə getmişdir. Lakin rəsmi olaraq boşanmamışlar. Ayrılmaqlarına baxmayaraq demək olar ki, hər gün qızını götürüb anası X2 gilə aparırmış, axşamlar isə İlahə gəlib uşağı götürmüşdür. Uşaq onlarda olan zaman ağladığı üçün qonşular uşağın səsindən narazılıq etmişdir. Buna görə də İlahə uşağı ona vermək istəməmişdir. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində etibarnamə əsasında idarə etdiyi “VAZ2107” markalı **-ZB-*** d.q.n-lı avtomobillə uşağı götürmək üçün İlahənin xadimə işlədiyi Masazır qəsəbəsində yerləşən “Hədəf” liseyinin qarşısına getmiş, İlahə liseyin qabağına gəlmiş, ondan uşağın harada olduğunu soruşmuş, İlahə də uşağa bacısı qızı baxdığını demiş, o da İlahəyə“ver uşağı aparım anam baxsın” demişdir. İlahə də gedib uşağı götürüb verəcəyini demiş, o da İlahəyə “gəl əyləş maşınla aparım” demiş, lakin ev yaxın olduğu üçün İlahə piyada gedəcəyini demişdir. İlahə “Hədəf” liseyinin yaxınlığındakı bacısı evinə getmiş, o da maşını onun arxasıyca sürmüş, İlahə uşağı götürəndən sonra maşına əyləşmişdir. O, onları maşınla aparanda uşağı başqasına saxlamağa verdiyi üçün İlahəyə narazılığını bildirmiş, həmin zaman aralarında mübahisə yaranmış, mübahisə zamanı İlahə onu təhqir etdiyi üçün əsəbləşib onun sifətin sağ tərəfinə əlinin arxasıyla iki dəfə vurmuşdur. Bundan sonra o, anasıgilə getmiş, onlar çatdıqdan sonra İlahə uşağı ona verib çıxıb getmiş, onun maşını ilə qayıtmamışdır. O, İlahəni avtomobili idarə edərkən, Masazır qəsəbəsində “Baxçalı evlər” yaşayış kompleksi ərazisinin yaxınlığından keçən zaman əli ilə vuraraq döymüşdür, başqa heç bir xəsarət yetirməmiş, həmin zaman İlahə və uşaq arxa oturacaqda oturmuş, İlahə onu vurmamışdır, özü heç bir xəsarət almamış, hadisə zamanı orada kənar şəxs olmamışdır, mübahisə təxminən 5 dəqiqə müddətində baş vermişdir. O, İlahəni vuranda avtomobil hərəkətdə olmuş, özü də sükan arxasında olmuşdur. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə hazırlıq iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, 2018-ci ildə evlənmişlər, rəsmi nikahlarıolmaqla, həmin nikahdan 4 yaşında bir qız övladları var. Aralarında baş verən münaqişələrə görə 2023-cü ilin sentyabr ayın əvvəlində o, evi tərk edərək, ata evinə getmişdir, lakin rəsmi olaraq boşanmamışlar. Vüqar hər gün qızını götürüb anası X2 gilə aparır, axşamlar isə özü gedib uşağı götürür. Uşaq Vüqarın anasıgildə olan zaman ağladığı üçün qonşular uşağın səsindən narazılıq etmişdir. Buna görə də o, uşağı Vüqara verməmişdir. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində yaşadığı evin yaxınlığında “Hədəf” liseyində xadimə kimi işdə olduğu zaman Vüqar ona zəng etmiş, liseyin qarşısına yola çağırmış, o da Vüqarın yanına getmiş, Vüqar ondan uşağın harada olduğunu soruşmuş, o da uşağa bacısı qızının baxdığını demişdir. Vüqar da “uşağı ver aparım anam baxsın” demiş, o da razılaşmış, gedib uşağı götürüb ona verəcəyini demişdir.Vüqar da ona“gəl əyləş maşınla aparım” demiş, lakin ev yaxın olduğu üçün o, piyada gedəcəyini demişdir. O, piyada olaraq “Hədəf” liseyinin yaxınlığındakı bacısı evinə getmiş, Vüqar da maşını onun arxasıyca sürmüş, o, uşağı götürəndən sonra Vüqarın maşınına əyləşmişdir. Vüqar onları maşınla aparanda uşağı başqasına saxlamağa verdiyi üçün onunla mübahisə etməyə başlamış, buna görə də aralarında mübahisə yaranmış, həmin zaman o, arxa oturacaqda oturmuşdur.Mübahisə zamanı Vüqar avtomobili idarə etməsinə baxmayaraq avtomobil hərəkətdə ola-ola sağ əli ilə onun sifət nahiyəsinə iki dəfə ardıcıl zərbələr vuraraq ona xəsarət yetirmiş, sonra isə yoluna davam etmişdir. Onlar Vüqarın anasıgilə çatandan sonrao, uşağı Vüqara verib piyada çıxıb getmişdir, Vüqarın maşını ilə qayıtmamışdır. Hadisə zamanı orada kənar şəxs olmamışdır, hadisə Abşeron rayonu, Masazır qəsəbəsi Baxçalı evlər yaşayış kompleksi ərazisində Vüqarın idarə etdiyi “VAZ2107” markalı **-ZB-*** d.q.n-lı avtomobilin içərisində avtomobil hərəkətdə olan zaman baş vermişdir. Hadisə təxminən 5 dəqiqə müddətində baş vermişdir. Hadisə zamanı o, Vüqara heç bir xəsarət yetirməmişdir. Hazırda şikayətində israrlıdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası SN-nin “MTE və PAB"-nin Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 2004 nömrəli rəyindən görünür ki, 1996-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət –sağ göz qapaqlarının həmin gözün ağlı qışasına qansızma ilə müşayiət olunan qançır-şişkinliyi, sağ gözaltı-almacıq nahiyəsinin qançır-şişkinliyi(hematomaları) küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissəsinin (əl, əl barmaqları və.s) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı hazırlıq iclasında işin aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə aid olması, sadələşdirilmiş icraat materialı üzrə məhkəməyədək aparılmış araşdırma dövründə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmaması, iş üzrə icraatın dayandırılmasına səbəb olan halların olmaması, yekun protokolun prosessual formasına riayət edilməsi, məhkəməyədək icraatın hüquq pozuntularına yol verilmədən aparılması müəyyən edilmişdir. Lakin hazırlıq iclasında iş üzrə icraata xitam verilməsi üçün müvafiq əsaslar müəyyən edilmişdir. Belə ki, məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəyib onunla barışdığını göstərmiş, cinayət məsuliyyətindən azad edilməsini, barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, bu barədə ərizə vermişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödədiyini və barışdıqlarını göstərərək, təqsirləndirilən şəxsin barəsindəki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, işin məhkəmə baxışına təyin edilməsi üçün zərurət qalmamışdır, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır; 39.1 və 39.1.11 -ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir; 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs barışdıqları barədə məhkəməyə müraciət etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, cinayət qanununun tələbləri baxımından hazırlıq iclası mərhələsində Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iş üzrə aparılan təhqiqat zamanı təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməmişdir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmənın hazırlıq iclası zamanı mülki iddia verməmişdir, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamış; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 299, 300, 305 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş materialın icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-892/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-892/2023
14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver