Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-893/2023 24.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1996-cı il tarixdə Lənkəran rayonu, Port-İliç şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Liman şəhəri, H.Aslanov küçəsi, ev 278-də qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksi, ev 40, mənzil 30-da yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: 27 iyul 2023-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs ilə birlikdə kirayədə yaşadığı ünvan 1 ünvanında sonuncu ilə birgə yaşayış qaydalarını pozmaqla bağlı, yəni Zərərçəkmiş şəxs ondan evi tərk edərkən evin giriş qapısını bağlamadığına görə irad bildirməsi səbəbindən aralarında şəxsi münasibətlər zəmnində yaranmış narazılıq üstündə əsəbiləşib mübahisə edərkən həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edib sonuncunun sifət, baş, bədəninin müxtəlif nahiyələrindən qəsdən yumruqla bir neçə dəfə ardıcıl zərbələr vuraraq Zərərçəkmiş şəxs burun çəpərinin əyriliyi, burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerdəyişməyən sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyun ayından avqust ayının sonlarınadək Şahid2 məxsus ünvan 1 ünvanına kirayə qalmışdır. 2023-cü ilin iyul ayından isə Rafiq həmin evdə kirayədə qalmağa başlamış və onunla otaq uoldaşı olmuşdur. Rafiqlə münasibətləri yaxşı olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində tanışı Şahid1 ilə birlikdə kirayədə yaşadığı evə gəlmişlər. Təxminən 15-20 dəqiqə evdə oturduqdan sonra Elşənlə birlikdə çıxıb getmişdir. Evin qarşısında olan zaman Elşənin mobil telefonunu evdə unutduğunu bilib geri qayıtmışdır. Evin içərisinə daxil olduqda Rafiqin dəhlizdə oturub siqaret çəkdiyini görmüş və Rafiq ona evə girib-çıxan zaman dəhlizin qapısını bağlamasını bildirmişdir. Rafiqə bir qədər əvvəl evdən çıxan zaman dəhlizin qapısını örtməyi unutduğunu demişdir. Rafiq isə onunla kobud şəkildə danışmaqda davam etmişdir. Rafiqə fikir verməyərək otağa daxil olub tanışı Elşənin mobil telefonunu götürmüşdür. Dəhlizə qayıtdıqda Rafiqin əsəbi halda onun üstünə gəlmişdir. Rafiqin onu vuracağını fikirləşdiyü üçün yumruqla bir-iki dəfə Rafiqin sifət və baş nahiyəsinə zərbə vurmuşdur. Rafiqlə aralarında mübahisə başa çatdıqdan sonra Elşən də evin içərisinə daxil olmuş və sonra Elşənlə birlikdə evdən çıxıb getmişdir. Aralarındakı mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Həmin zaman orada tanışı Şahid1 olmuşdur. Hazırda törətdiyi əməldən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşman olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyul ayında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində Təqsirləndirilən şəxs ilə birlikdə kirayədə yaşamışlar. Tərlanla münasibətləri yaxşı olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Tərlan adını bilmədiyi tanışı ilə yaşadıqları evə gəlmişdir. Bir neçə dəqiqə oturduqdan sonra onlar çıxıb getmişlər. Onlar çıxıb getdikdən sonra siqaret çəkmək üçün dəhlizə çıxmış və dəhlizin qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Təxminən 5 dəqiqə sonra Tərlan yenidən evə geri qayıtmışdır. Tərlana evin qapısını açıq vəziyyətdə qoyub getməsinə görə irad bildirmişdir. Tərlan ona fikir verməyərək otağa daxil olmuş və otaqdan çıxdıqdan sonra bir daha sonuncuya qapını bağlamayıb getməsinə görə iradını bildirmişdir. Bu səbəbdən Tərlanla aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Tərlan yumruqla bir neçə dəfə onun sifət və baş nahiyəsinə zərbələr vurmuşdur. Burnundan qan gəldiyini görüb əlləri ilə sifətindən tutub kənara çəkilmişdir. Tərlanın tanışı Elşən evin içərisinə daxil olmuş və sonra çıxıb getmişlər. Mübahisələri təxminən 5 dəqiqə davam etmişdir. Həmin zaman orada Tərlanın adını sonradan bildiyi Elşən adlı tanışı olmuşdur. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini və hazırda ondan şikayətçi olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımır, Təqsirləndirilən şəxs isə uzun müddətdir ki, tanıyır. Belə ki, Tərlanla Lənkəran rayonunda eyni məktəbdə təhsil almışlar. Tərlanla münasibətləri yaxşı olduğu üçün onlar vaxt tapdıqca bir-biri ilə görüşürlər. 27 iyul 2023-cü il tarixdə yaşadığı Lənkəran rayonundan çıxaraq Bakı şəhərinə gəlmiş və orada Tərlanla görüşmüşdür. Saat 16 radələrində Tərlanla birlikdə sonuncunun Abşeron rayonu, Xırdalan şəhərində yerləşən kirayədə yaşadığı evə gəlmişdir. Zərərçəkmiş şəxs ilk dəfə həmin evdə görmüşdür. Rafiqlə salamlaşdıqdan sonra həmin şəxsin Tərlanın otaq yoldaşı olduğunu bilmişdir. Təxminən 15 dəqiqə evdə oturduqdan sonra Tərlanla birlikdə evdən çıxıb getmişlər. Evin qarşısında olan zaman mobil telefonunu evdə unutduğunu bilmişdir. Buna görə də evə geri qayıtmışlar və Tərlan telefonunu götürmək üçün evin içərisinə daxil olmuşdur. O, evin giriş qapısının qarşısında gözləmişdir. Təxminən 5 dəqiqə sonra evin içərisindən səs-küy gəldiyini eşidib evin içərisinə daxil olmuşdur. Evə daxil olduqda Rafiqin əlləri ilə burnundan tutmuş vəziyyətdə, bir qədər kənarda dayandığını, Tərlanın isə evin dəhlizinin qapısının qarşısında olduğunu görmüşdür. Bundan sonra onların arasında mübahisə olduğunu bildirmişdir. Buna görə də Tərlanı evdən çölə çıxartmış və yolda gedən zaman Rafiq Tərlanla aralarında mübahisə olduğunu və mübahisə zamanı Tərlanın onu vurduğunu bildirmişdir. Mübahisə zamanı o, onların yanında olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayından avqust ayının sonlarınadək ona məxsus ünvan 2 ünvanında kirayədə yaşamışlar. Rafiqlə Tərlan həmin evdə eyni otaqda qalmışdır. 27 iyul 2023-cü il tarixdə saat 16 radələrində Rafiq "Whatsapp" vasitəsilə ona mesaj yazaraq bir qədər əvvəl Tərlanın evin dəhlizinin qapısını açıq vəziyyətdə qoyub getməsinə görə aralarında mübahisə yarandığını, mübahisə zamanı Tərlanın yumruqla onun sifət nahiyəsindən zərbə vurduğunu və burun nahiyəsindən xəsarət aldığını bildirmişdir. Həmçinin ona bir neçə ədəd şəkilini çəkib göndərmişdir. Şəkillərdən Rafiqin burnunun qanamasını görmüşdür. Həmin vaxt Bakı şəhərində olmadığı üçün Tərlanla mobil telefon vasitəsilə əlaqə saxlayaraq nə baş verdiyini soruşmuşdur. Tərlan Rafiqlə aralarında mübahisə olduğunu bildirərək, mübahisə zamanı yumruqla Rafiqin sifət nahiyəsindən zərbə vurduğunu təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü i il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı açılmışdır. xx.xx.2023-cü il tarixli, 2020 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-burun çəpərinin əyriliyi, burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerdəyişməyən sınığı küt əşyanın təsirindən törənmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətin qərarda göstərilən xx.xx.2023-cü il tarixdə yetirilməsi istisna olunmur. Vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən yumruqla vurulan zərbənin təsirindən əmələ gələ bilərdi. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Lənkəran şəhər İHB-nın Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məclləsinin 128-ci maddəsi ilə düzgün tövsüf olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Əməli törtəmiş şəxs Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın növünu və həddini müəyyən edərkən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini və əməlindən səmimi peşmançılığını nəzərə alaraq, əməli törətmiş şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması qənaətinə gəlir və Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və qazancından tutulmaların aparıldığı gündən (vaxtdan) hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə olunmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi əməli törətmiş şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 120manat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs islah işləri cəzasını iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və qazancından tutulmaların aparıldığı gündən (vaxtdan) hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-893/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-893/2023
24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver