Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-894/2025 20.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2006-cı ildə Kürdəmir rayonu, Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və xx.xx.2025-ci il tarixdən cəzasını çəkən, hazırki iş üzrə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə 20 fevral 2024-cü il tarixdə saat 15 radələrində Abşeron rayonu, Masazır kəndində yerləşən “Azər City” adlı marketə müştəri qismində daxil olaraq marketin piştaxtasından dəyəri 80 manat olan “Chivas Regal 12” markalı viski içkisini kassaya təqdim etmədən market işçilərinin gözü qarşısında götürüb mağazadan çıxaraq onu çöldə gözləyən “VAZ 2107”markalı **-LT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə əyləşib hadisə yerindən uzaqlaşaraq, Zərərçəkmiş şəxs 80 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o,törətdiyi əmələ görə peşmandır. Şahid1 dostu və həmyerlisidir. İlkinin “VAZ 2107” **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır və həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cii il tarixdə səhər radələrində İlkinlə görüşmüş və ona yalandan sinif yoldaşının doğum günü olduğunu demiş və ora getməyi ona bildirmiş və İlkin də onun dediklərinə inanıb razılıq vermişdir. İlkinə doğum gününü Abşeron rayonu Masazır qəsəbəsində qeyd edəcəklərini demiş və ora aparmasını xahiş etmiş və İlkinə məxsus VAZ 2107 markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobillə minib Bakı-Sumqayıt yolu ilə gedən zaman Xırdalan şəhəri ərazisində “Azər City” mağazasının qarşısında İlkinə avtomobili saxlamağını demişdir. Məqsədi mağazaya daxil olub bahalı spirtli içkilərdən oğurlamaq olmuşdur. Avtomobildən enib mağazaya daxil olmuş və mağazada spirtli içki satılan piştaxtadan “Civas” markalı viskini götürüb mağazadan gizli formada çıxmaq istəmişdir. Həmin vaxt mağazanın satıcısı onu görmüş və ondan viskinin pulunu verməsini tələb edəndə sürətlə mağazanı tərk edib qaçaraq İlkinin idarə etdiyi avtomobilə əyləşmiş və həmin şəxsin mağazadan avtomobilə tərəf qaça-qaça gəlməsini görüb İlkinə yalandan guya mağzada olan şəxslərlə dalaşdığını və onlar tərəfindən döyüləcəyini bəhanə gətirib avtomaşını tez sürməsini bildirdiyindən İlkin ona inanaraq avtomobili sürətlə sürüb oradan uzaqlaşmışdır. Həmin yerdən uzaqlaşanadan sonra İlkinə mağazadan viski oğurlamasını dediyindən, İlkin də əsəbləşib ona iradını bildirməklə avtomobili 20 Yanvar metrosu istiqamətində sürmüş və onu metro tərəfdə düşürmüş və onunla bir daha əlaqə saxlamamağı demişdir. Həmin vaxt oradan uzaqlaşıb binaların qarşısında olan stullarda əyləşmiş, həmin viskini özü içmiş və səhəri günü də tanımadığı yol maşınları ilə yaşadığı Kürdəmir şəhərinə getmişdir. Həmin vaxtdan İlkini görməmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim edilmiş ərizə göndərərək Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödədiyini, heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində sahibi olduğum Bakı-Sumqayıt şossesi 12-kmda yerləşən “Azər City” marketinə müştəri qismində gələn bir nəfər 25-30 yaşlı kişi cinsli şəxs marketin piştaxtasında 80 manat dəyəri olan “Civas Reqal 12” adlı viskini kassaya bəyan etmədən götürüb marketi tərk etmiş və gedən zaman marketin işçiləri onun viskini oğurladığını aşkar etmiş və həmin şəxsin əyləşdiyi VAZ-2107 markalı qırmızı rəngli **-LT- *** dövlət qeydiyyat nişanlı avtomobili saxlamaq istəyən zaman avtomobili idarə edən digər şəxs avtomobili satıcının üstünə sürərək hadisə yerindən uzaqlaşmışdır. Həmin şəxs avtomobildə arxada əyləşmiş, həmin vaxt avtomobildə sürücü və marketdə soyğunçuluq edib viski oğurlayan şəxs olmuşdur. Həmin hadisə nəticəsində sahibi olduğum marketə 80 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi “VAZ 2107” **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili kredit yolu ilə almış, avtomobil ilə taksi fəaliyyəti ilə məşqul olur. Cavad adında dostu olduğunu və həmin dostu ilə xx.xx.2024-cü il tarixdə səhər vaxtlarında görüşən zaman, Cavad sinif yoldaşının doğum günü olduğunu və ora getməyi təklif etdiyindən, etraz etməmiş o, doğum gününün Abşeron rayonunun Masazır qəsəbəsində olduğunu bildirmişdir. İdarə etdiyi VAZ 2107 markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Sumqayıt yolu ilə gedən zaman Xırdalan şəhəri ərazisində “Azər City” mağazasının qarşısından keçərkən Cavad ona avtomobili saxlamağı bildirmişdir. O, maqazinə gedərək qayıdacağını demiş, həmin vaxt avtomobildə əyləşib gözləmişdir. Bir müddət sonra Cavad gəlmiş və avtomobili tez sürməyi, içəridə dalaşdığını və arxasınca gələn olduğunu deyib ona inanaraq avtomobili sürüb oradan uzaqlaşmış və Cavad yolda ona mağazadan viski oğurlamasını dedikdə, əsəbləşərək Cavada iradını bildirmiş və onu 20 Yanvar metrosu tərəfdə avtomobilindən düşürtmüşdür. Həmin vaxtdan bəri onu görməmişdir.Mağazadan Cəfərin oğurluq etməsindən əvəlcədən məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı - Sumqayıt şosesinin 12-ci km-də yerləşən “Azər City” marketdə satıcı işləyir. xx.xx.2024-cü il tarixdə saat təxminən 15 radələrində marketdə işdə olarkən bir nəfər sonradan adının Cavad olduğunu bildiyi şəxs marketdən bir ədəd viski götürərək kassaya bəyan etmədən getdiyini görmüş, ona səslənib dayanmasını bildirsədə o, marketin həyərtində avtomobilin saxlamış sonradan adını bildiyi İlkin adlı şəxsin avtmobilinə oturaraq oradan uzaqlaşmışlar.Həmin vaxt avtomobil yaxınlığından sürətlə sürüb keçdiyindən, həmin sürücünün avtomobili üzərinə sürməsi və sprtli işkini götürüb qaçmaları barədə market sahibinə məlumat vermiş və market sahibi Zərərçəkmiş şəxs polisə məlumat vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Zərərçəkmiş şəxs kimi tanımaq barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində şübhəli şəxs kimi tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Abşeron RPİ-nin X3 azad olunmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikaıs Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı və ev dustaqlığında olduğu 02 ay 28 gün müddət ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 09 ay 02 gün müddətə zadalıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunması və yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması hökm edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələri, işdə olan digər istintaq hərəkəti protokolları sübut növü kimi qiymətləndirilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, əməlini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cinayəti törədərkən yetkinlik yaşına çatmamış olması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı ödəməsi könüllü olaraq tam ödəməsini cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmişdir. Təqsirləndirilən şəxs-Azərvaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə, törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs Həsənov X2 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli isə həbsə alındığı vaxtdan – xx.xx.2025-ci il tarixdən hesablanmalı, həmçinin, Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunması və yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması hökm edilmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil bürosunun müdafiəçisi Müdafiəçi məhkəmə iclaslarında iştirak etdiyi 17 saata görə 187 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci ilə tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü üzrə şübhəli şəxs qismində saxlanıldığı və ev dustaqlığında olduğu 02 ay 28 gün, cəmi 03 (üç) ay ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş hazırki iş üzrə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri“ ləğv edilsin və Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunması və yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil bürosunun müdafiəçisi Müdafiəçi məhkəmə iclaslarında iştirak etdiyi 17 saata görə 187 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-894/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-894/2025
20.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver