Məhkəmə qərarları › İş №1(012)-897/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-897/2025

15.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-897/2025 15.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunu vəkili Müdafiəçi iştirakları ilə, 1xx.xx.1981 -ci ildə Bakı şəhərində doğulmuş,Azərbaycan Respublikasının vətəndaşı,orta təhsilli, evli, məhkum olunmayan, işsiz, Ağdam rayonunun Seyidli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 yanvar 2025-ci ildə saat 09:45 radələrində Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 11-ci ki ometrirıdə idarə etdiyi Daf FT 95 yük markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobillə 5-10 km/saat sürətlə hərəkətdə olub Quba rayonu istiqamətinə dönərkən, piyadanın yolun hərəkət hissəsini sağdan sola doğru keçməkdə olmasını nəzərə almalı, piyadaya yol verməli, yolu keçən piyadanın onun hərəkət zolağın boşaltdıqdan sonra hərəkətini davam etdirmə və hərəkət üçün təhlükəli şərait yaratmamalı, sağa və ya sola dözəcəyi yolun hərəkət hissəsini keçməkdə oian piyadalara yel vernəli halda, bunu etməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-cı maddəsinin 1 -ci hissəsinin tələblərini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib piyada zolağında yolu sağdan scla keçən piyada Zərərçəkmiş şəxs avtomobilin ön sac hissəs: lə vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ümumilikdə sağlamlığın uzunmüddətə pozulmasına səbəb olan sol baldır nahiyəsinin (diz oynağı nahiyəsindən aşıq- baldır oynağı nahiyəsinədək) dəri və dərialtı yumşac toxumalarının geniş sahəli defekti və tamamilə soyulması ilə ifadə olunan əzilmiş, çapılmış yaralanması, bud çanaq oynağı və bud nahiyələrinin digər səthi travması xəsarətlərini yetirərək sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, törətdiyi əməlindən peşmançılıq çəkdiyini bildirərək, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam olaraq ödəyərək onunla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını nəzərə alaraq onun cinayət məsuliyyətindən azad olunması və cinayət təqibi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1 -ci maddəsi ilə elan edilm ş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, «B,CE,D» kateqoriyalı, AD 071018 seriyalı və nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında X2iuna məxsus olan «Daf FT95» markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərək müxtəlif vaxtlarda müxtəlif yerlərə yük daşıyaraq çörəkpulu qazanır. 29 yanvar 2025-ci ildə saat 09:45 radələrində həmin yük avtomobili ilə Xırdalan dairəs adlanan ərazidə Sumqayıt şəhəri istiqamətində 5-10 km/saat sürətlə hərəkətdə olarkən döngədə avtomobilin ön sağ hissəsinə nəyinsə dəydiyini hiss etmiş, həmçinin qışqırtı səsi eşitmişdir. Dərhal avtomobili saxlayıb, sağ güzgüyə baxdıqda görmüşdür ki, bir piyada qadın avtomobilin sağ ön hissəsi tərəfdə asfalt üzərinə yıxılıb Aşağı düşdükdə görmüşdür ki, nəmin piyada qadının ayağı zədələnib və qan aparır. Dərhal öz mobil lelefonu ilə 103 qaynar xəttinə yığmışdır. Daha sonra həmin qadını taksilərdən oirinə əyləşdirib Abşeron rayon mərkəzi xəstəxanasına çatdırmışdır. Hadisə zamanı avtomobildə tək olmuşdur. Avtomobili hadisə öncəsi texniki cəhətdən saz və yüksüz olmuşdur Avtomobili idarə'edərkən ayıq olmuşdur Hadisə baş verən gündən bu günə qədər həmin xəsarət alan şəxsə, yəni Zərərçəkmiş şəxs (müalicəsi ilə bağlı) təxminən 3000 manat (üç min manat) pul xərcləmişdir. Hadisədən əvvəl spirtli içki və ya narkotik vasitə qəbul edməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Təvəkkül qızı ifadəsində göstərmişdir ki, 29 yanvar 2025-ci ildə Xırdalan dairəsində piyada zolağında yolu adi yerişlə piyada keçərkən onu Daf markalı, ** HA *** nömrəli yük avtomobili vurmuşdur. Hadisə zamanı sol ayağından ciddi xəsarət almışdır. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur, ona dəyən maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir. İş materiallarında olan məhkəmə istintaqında tədqiq edilmiş: Yol nəqliyyat hadisəsi zamanı xəsarət almış Zərərçəkmiş şəxsnun barəsində məhkəmə-tibbi ekspertizası təyin edilərək keçirilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 293 №-li rəyinə əsasən Zərərçəkmiş şəxsnun bədəni üzərində sol baldır nahiyəsinin (diz oynağı nahiyyəsindən aşıq- baldır oynağı nahiyəsinədək) dəri və dərialtı yumşaq toxumalarının geniş sahəli defekti və tamamilə soyulması ilə ifadə olunan əzilmiş, çapılmış yaralanması, bud çanaq oynağı və bud nahiyələrinin digər səthi travması aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın(əşyaların) təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Xəsarətlərin xx.xx.2025-ci ildə yol nəqliyyat hadisəsi şəraitində piyadanın avtomobillə vurulması nəticəsində əmələ gələ bilməsi mümkündür. İş üzrə təyin edilmiş məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 11 aprel 2025- ci il tarixli 8/696 №-li rəyinə əsasən Daf FT95 yük markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Minəsən oğlunun hərəkətlərində «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun.n 75-ci maddəsinin 1-ci hissəsinin Tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tə əblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olmamışdır. DİN BDYP Qİİ-nin verdiyi xx.xx.2025-ci il tarixli 3-13-16/2-50663/2025 nömrəli arayışla müəyyən edilmişdir ki Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat- İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2016cı ildə xx.xx.2026-cı il tarixədək müddətə etibarlı olan AD071018 nömrəli «BCDCE» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. DİN-nin BƏSİİ-dərı alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törədilməsində təqsirliliyi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də iş üzrə keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. İş materiallarında olan Zərərçəkmiş şəxsnun məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən onlara dəymiş maddi ziyanı tam şəkildə ödədiyi üçün onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbləri yoxdur. Buna görə də, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasını və cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs oğlu məhkəməyə müraciət edərək etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, ona dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsin nümayəndəsini, dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğuna görə təmin edilməli, Təqsirləndirilən şəxs oğlu cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimaixüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmin Məcəllənin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). İş materiallarında olan qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs oğlu təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İstinad edilən maddələrin tələbləri baxımdan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyinə görə, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi Daf FT95 yük markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunu vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs oğlu zərərçəkmiş şəxslə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut tanınmış Daf FT95 yük markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs oğlunun əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxsoğluna məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunu vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar