Məhkəmə qərarları › İş №1(012)-9/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-9/2022

17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-9/2022 17.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri ŞirMüdafiəçi1 Hüseyn oğlunun, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə xx xxxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri 20 yanvar küçəsi ev 8-də qeydiyyatda olan və yaşamış, Sumqayıt Apellyasiya Məhkəməsinin 28.09.2021-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, CM-in 67.1, 69.3-cü maddələrinə əsasən təyin edilmiş 02 (iki) il 10 (on) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 02 (iki) il 08 (səkkiz) ay 02 (iki) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Abşeron Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmuş, 21.04.2021-ci il tarixdən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 aprel 2020-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Xırdalan şəhəri Ş.Qurbanov küçəsi dalan 8, ev 41 ünvanında küçədə saxladığı özünə məxsus “Mersedes Benz C 220 markalı, 99FJ860 dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan tərəfin arxa qapısının şüşəsini dəmir parçası ilə sındırmaqla avtomobilə daxil olub, avtomobildə saxlanc yerindən pul qabının içərisindən Zərərçəkmiş şəxs3 430 manat pulunu və həmin dövrün məzənnəsi ilə 170 manat dəyərində 100 ABŞ dollarını ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 600 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 may 2020-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Xırdalan şəhəri M.Əzizbəyov küçəsində yerləşən 31 saylı evin qarşısında küçədə saxladığı özünə məxsus “Mersedes ML 350’’ markalı, 90RP442 dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfin qabaq qapısının şüşəsini daş parçası ilə sındırmaqla avtomobilə daxil olub, avtomobildə qabaq oturacaqların arasında olan saxlanc yerindən Zərərçəkmiş şəxs1 125 manat dəyərində pul kisəsini içərisindəki AA ******* nömrəli onun şəxsiyyət vəsiqəsi, mühüm rəsmi sənədləri olan AD 167358 nömrəli sürücülük vəsiqəsi, həmin avtomobilin AD 575903 nömrəli qeydiyyat şəhadətnaməsi ilə birlikdə, 350 manat dəyərində “Samsung” markalı kabelsiz qulaqcığı, 45 manat dəyərində avtomobil üçün nəzərdə tutulmuş bulutuzu ilə birlikdə ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 529 manat, avtomobilin arxa yük yerində olan gödəkçəsinin cibindəki “Kapital bank" ASC tərəfindən Zərərçəkmiş şəxs2 adına verilmiş və balansında 456 manat 60 qəpik pul olan 416973*******7432 nömrəli “Birkart”ı ələ keçirib, elektorn məlumatlar daşıyıcısı olan “Birkarfi’dan Xırdalan şəhəri H.Əliyev prospekti 240 ünvanında yerləşən “Bravo” mağazasında həmin tarixdə, saat 22:26-da bir ədədi 3 manat 30 qəpik olan 5 ədəd, cəmi 16 manat 50 qəpik dəyərində 5 ədəd “Kent-8” markalı siqaretləri, saat 22:27də bir ədədi 3 manat 30 qəpik olan, 5 ədəd, cəmi 16 manat 50 qəpik dəyərində “Kent nano 4” markalı siqaretləri, bir ədədi 3 manat 60 qəpik olan. 5 ədəd, cəmi 18 manat dəyərində “Sobranie” markalı siqaretləri, 22:29-da bir ədədi 2 manat 20 qəpik olan, 5 ədəd cəmi 11 manat dəyərində “Winchester compast” markalı siqaretləri, bir ədədi 3 manat 30 qəpik olan, 3 ədəd cəmi 9 manat 90 qəpik dəyərində “Kent-4” markalı siqaretləri, saat 23:30-da Xırdalan şəhəri H.Əliyev prospekti 7 ünvanında yerləşən “Araz market” mağazasından bir ədədi 2 manat 20 qəpik olan 8 ədəd, cəmi 17 manat 60 qəpik dəyərində “Rothmans demi clıck” markalı siqaretləri, saat 23:31-də isə həmin mağazadan bir ədədi 3 manat 30 qəpik olan 7 ədəd, cəmi 23 manat 10 qəpik dəyərində “Kent nano 4” markalı siqaretləri almaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 isə ümumilikdə 130 manat 60 qəpik məbləğində maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, oğurluq etdiyinə görə Abşeron rayon məhkəməsinin 25 dekabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cii maddələri ilə təqsirli bilinərək, 03 il müddətində azadlğın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və hal-hazırda həmin cəzanı çəkir. Son zamanlar heç bir yerdə işləmədiyi üçün qərar gəlmişdir ki, oğurluq etsin. Bu məqsədlə 28 aprel 2020-ci il tarixdə, saat təxminən 02 radələrində Xırdalan şəhəri Ş.Qurbanov küçəsi ilə gedərəkən görmüşdür ki, qapının qarşısında küçədə ‘'Mersedes Benz 220 CDİ” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanıb. Ətrafa nəzər yetirmiş və ətrafda heç kimin olmadığını görüb həmin avtomobildən oğurluq emək istəmişdir. Bu məqsədlə avtomilin arxa pəncərəsini yerdən götürdüyü dəmir parçası ilə sındırıb avtomobilin qapısını açaraq içəri daxil olmuş və avtomobilin salonunda saxlanc yerindən bir ədəd pul qabını götürüb oradan uzaqlaşmışdır. Baxıb görmüşdür ki, pul qabının içərisində 430 manat, 100 ABŞ dolları və plastik kartlar vardır. 430 manat pulu və 100 ABŞ dollarını götürüb, pul qabı köhnə olduğu üçün kartlarla birlikdə onları yolda xatırlamadığı yerdə atmışdır. Həmin avtomobildən götürdüyü pulu da öz şəxsi ehtiyyaclarına sərf etmişdir. Bundan başqa 06 may 2020-ci il tarixdə, saat 22 radələrində Xırdalan şəhəri M.Əzizbəyov küçəsi ilə gedirmiş və bu zaman yolun kənarında bir ağ rəngli Mersedes ML markalı avtomobilin saxlanıldığını görmüşdür.Maddi vəziyyətim yaxşı olmadığına görə həmin avtomobildən oğurluq etmək qərarına gəlmişdir.Ona görə ətrafda heç kimin olmadığını görüb yerdən götiirüdüyü daş parçası ilə avtomobilin sol yan tərəfin qabaq qapısının şüşəsini sındırmış, sonra oradan avtomobilə daxil olmuş və avtomobilin içərisində olan bulutuzu, avtomobildə iki oturacağın arasında olan əşyalar qoyulması üçün nəzərdə tutulmuş yerdən kabelsiz “Samsung” markalı qulaqcığı, bir ədəd pul kisəni, avtomobilin arxa yük yerində olan gödəkçənin cibindəki "xxxx" ASC-yə məxsus Birkartı götürüb avtomobildən çıxıb oradan uzaqlaşmışdır. Yol ilə gedərkən götürdüyü pul kisəsinin içərisinə baxıb görmüşdür ki, pul yoxdur, ancaq sənədlər var, ona görə də elə yol ilə gedərkən sənədləri, pul kisəni, bultuzu və qulaqcığı yol ilə gedə-gedə atmış, amma harada atdığını bilmir.Avtomobildən götiirüdüyü Birkartı özündə saxlayıb Xırdalan şəhərində olan Bravo mağazasına gedib həmin kart vasitəsi ilə siqaretlər almış, növbəti gün də Xırdalan dairəsində olan Araz market mağazasına gedib həmin kart vasitəsi ilə müxtəlif siqaretləri almışdır. Ondan sonra həmin kartı da 20 yanvar dairəsində, dəqiq xatırlamadığı yerdə atmışdır. Həmin kartda olan pul ilə aldığı siqaretlərin bir hissəsini özü çəkmiş, qalanlarını da küçədə gördüyü tanımadığı yaşlı şəxslərə pulsuz vermişdir. Bundan başqa cinayət törətməmiş, oğurluq etməyi barədə də heç kimə heç nə deməmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, onun Mersedes Benz C220 markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır.Həmin avtomobili yaşadığı evin qarşısında küçədə saxlayır. 27.04.2020-ci il tarixdə, saat 20 radələrində avtomobilini yaşadığı evin qarşısında küçədə saxlayaraq evinə getmişdir. Həmin günün səhəri, yəni 28.04.2020-ci il tarixdə 09 radələrində avtomobilinə yaxınlaşarkən görmüşdür ki, naməlum şəxs və ya şəxlər avtomobilinin arxa sağ şüşəsini sındıraraq salonda saxlanc yerindən pul qabını içərisində olan 100 ABŞ dolları və 430 manat pul ilə birlikdə oğurlamışlar. Bundan sonra avtomobilə baxdıqda avtomobildən ona məxsus olan pensiya kartınında yerində olmadığını görmüş, sonradan bu barədə DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir.Bıından sonra polis əməkdaşları hadisə yerinə gələrək baxış keçirmişlər. Ümumilikdə ona 600 manat maddi ziyan dəymiş, pul qabı köhnə olduğu üçün onun heç maddi dəyəri olmamışdır. Bundan əlavə avtomobilin şüşəsinin sınması nəticəsində də ona 50 manat maddi ziyan dəymişdir. Oğurluqla bağlı o, heç kimdən şübhələnmir, əvəllər avtomobilindən heç vaxt oğurluq olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, onun Mersedes ML 350 markalı, 90RP442 dövlət qeydiyyat nişanlı avtomobili var və avtomobilini gecələr yaşadığı evin həyətində saxlayır. 06 may 2020-ci il tarixdə saat təxminən 20:30 radələrində avtomobili küçədə evin qarşısında saxlamışdır ki, ola bilsin ki, mağazaya gedib gələcək və ondan sonra avtomobili həyətə salacaqdır. Həmin gecə saat 23 radələrində küçəyə çıxmışdır ki. avtomobili həyətə salsın.Bu zaman görmüşdür ki, avtomobilin sol yan tərəfin qabaq qapısının şüşəsi sındırılmışdır. Avtomobilinə baxıb görmüşdür ki, avtomobildə iki oturacaqların arasında olan saxlanc yerində 125 manat dəyərində, qəhvəyi rəngli dəridən olan pul kisəsi, içərisində olan onun şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi ilə birlikdə oğurlanmışdır.Bundan başqa avtomobildə iki oturacağın arasında olan əşyalar qoyulması üçün nəzərdə tutulmuş yerdən 350 manat dəyərində kabelsiz “Samsung” markalı qulaqcıq, avtomobilin üzərində olan 45 manat dəyərində avtomobilin üçün nəzərdə tutulmuş bulutuz, avtomobilin arxa yük yerində olan gödəkçəsinin cibindəki "xxxx" ASC tərəfindən həyat yoldaşı Zərərçəkmiş şəxs2 adma verilmiş və balansında təxminən 456 manat 60 qəpik pul olan Birkart oğurlanmışdır. Ona görə də o, DİN-in 102 xidmətinə məlumat vermişdir. O, əvvəl elə bilmişdir ki. avtomobilində olan 150 manat dəyərində HTC markalı mobil telefonu da oğurlanıb, lakin sonra xatırlamışdır ki, mobil telefonu avtomobildə olmamışdır. 07 may 2020-ci il tarixdə səhər yaşadığı evin yaxınlığında küçədə özünə məxsus sürücülük vəsiqəsini və avtomobilin qeydiyyat şahədətnaməsini tapmış, digər əşyalarını və sənədləri isə yoxdur. Həyat yoldaşının adma olan həmin Birkartla bağlı mobil telefonunda proqram olduğu üçün elə 06 may 2020-ci il tarixdə gecə Bravo və Araz marketlərdə kartdan pul çıxışı ilə bağlı smslər gəlmişdir. Məlum olmuşdur ki, kartdan 130 manat 60 qəpik manat çıxarış edilmişdir. Avtomobilin şüşəsi sındırılmış və həmin şüşənin sınması nəticəsində ona 350 manat, avtomobilin sol yan tərəfin qabaq qapısının dəstəyi də sındırıbmış və buna görə də ona 60 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Abşeron rayon Pİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Xırdalan şəhəri Xırdalan kəndin ərazisində 2020-ci ilin may ayında özü xidmət aparırmış. Xırdalan şəhəri M.Əzizbəyov küçəsi ev 31 ünvanında küçədə Zərərçəkmiş şəxs1 Mersedes markalı avtomobilindən oğurluq olmuşdur. Bununla bağlı tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin oğurluğun Xırdalan şəhəri 20 yanvar küçəsi ev 8-də yaşayan Təqsirləndirilən şəxs tərəfindən törədilməsi onun tərəfindən müəyyən edilmişdir. Tərəfindən həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 avtomobilindən götürdüyü kartdan Xırdalan şəhərində yerləşən "Bravo" və “Araz” marketdən siqaretlər alaraq kartdakı pulu istifadə etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ilə aparılmış sorğu zamanı o, 28 aprel 2020-ci il tarixə keçən gecə Xırdalan şəhəri Ş.Qurbanov küçəsi dalan 8. ev 41 ünvanında küçədə saxlanılmış Zərərçəkmiş şəxs3 Mersedes markalı avtomobilin şüşəsini sındıraraq avtomobildən pul oğurladığını etiral etmişdir. Ona görə də hər iki cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilməsi ilə bağlı Polis İdarəsinin rəisinə raportla məruzə etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Zərərçəkmiş şəxs2 məxsus 416973*******7432 nömrəli kartdan çıxarışda görünür ki, 06 may 2020-ci il tarixdə, saat 22:25-dən, saat 23:26-dək olan müddətdə 130 manat 60 qəpik pul məxaric edilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, 4 ədəd “Bravo” və 2 ədəd “Araz” marketin qəbzləri maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Abşeron rayon polis idarəsinin 09.05.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09.05.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 11.05.2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə barəsində axtarış elan edilərək, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş və iş üzrə icraat dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması barədə 21.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21.04.2021-ci il tarixdə tutularaq, Abşeron Rayon Məhkəməsinə təhvil verilmiş və məhkəmə tərəfindən cinayət işi üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19 iyun 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs оğlu Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.3, 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 03 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 28.09.2021-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, CM-in 67.1, 69.3-cü maddələrinə əsasən təyin edilmiş 02 (iki) il 10 (on) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 02 (iki) il 08 (səkkiz) ay 02 (iki) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 177.2.2, 177.2.3-1 və 326.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs eyni xarakterli cinayətləri yenidən törətməsinin qarşısını almaq məqsədilə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzasının məqsədlərini təmin edə bilər. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət etmək, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“ məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 28.09.2021-ci il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs oğluna təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 28.09.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09.05.2020-ci il tarixdən 11.05.2020-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 21.04.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış 4 ədəd “Bravo” və 2 ədəd “Araz” marketin qəbzləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Apellyasiya Məhkəməsinin 28.09.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay 02 (iki) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs üzərində 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09.05.2020-ci il tarixdən 11.05.2020-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərinə qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 21.04.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 4 ədəd “Bravo” və 2 ədəd “Araz” marketin qəbzləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar